180
CDR (özə l çə kmə haqları) və BPF. CDR BPF-yə tabe
olaraq çıxarılan beynəlxalq valyuta vasitəsidir. CDR BPF içində
bir bölmə tərəfindən idarə edilir. 1970-ci ildə dünya ehtiyatlarını
artırmaq üçün çıxarılıb. Ümumiyyətlə, bir üzv ölkə digərinin
mərkəzi bankından, o ölkənin milli valyutasının alma haqqını
təmin edir. Məsələn, Azərbaycan əlindəki CDR-i istifadə edərək
dollar ehtiyatına sahib olmaq istəyir. Buna nail olmaq üçün
Azərbaycan əlindəki CDR-ləri Amerika Federal Ehtiyat Bankına
təhvil verəcək. Bu bank isə CDR proqramında iştirak edən bir ölkə
olaraq təhvil verilən CDR qarşılığında Azərbaycanı dollar ilə
təmin etməlidir. Deməli, CDR hesabdan hesaba köçürülən və fiziki
varlığı olmayan bir hesab vahidir.
Bu günə qədər iki partiya CDR çıxarılıb. lk partiya 1970-72-
ci illərə aid olub hər biri milyard dollardır. kinci partiya da 1979-
81-ci illəri əhatə edib hər biri 4 milyard dollar olub. Ondan sonra
CDR çıxarılmayıb. Beləliklə, bu günə qədər çıxarılan CDR-in
ümumi miqdarı 21, 3 milyard dollardır.
CDR, BPF-nin idarə heyətinin qərarı ilə yaradılan qarşılıqsız
bir ehtiyat vasitəsidir. Yəni bunun üçün qızıl və ya valyuta
qarşılığının olması zəruri deyil. Buna görə də CDR-ə kağız pul da
deyilir. Lazım olan yetərsay təmin edilərsə, fond yeni CDR-in
çıxarılmasına qərar verə rvə sonra CDR çıxarar. Yəni CDR-lər üzv
ölkələrə fond kvotaları nisbətində paylanır. CDR, yuxarıda təhlil
edildiyi kimi, normal avans haqlarındakı kimi BPF-dən maliyyə
mənbəyi haqqı normal avans haqlarındakı kimi BPF-dən maliyyə
mənbəyi haqqı vermir. Bunun əvəzinə hər bir üzv ölkəyə digər üzv
ölkələrin milli valyutalarını əldə etmək imkanı tanınır. CDR-ə
malik olan ölkələr bu CDR-ləri başqa ölkəyə təhvil verdikləri
təqdirdə, BPF kanalıyla bunları əldə edənlərə bir faiz ödəyərlər.
CDR beynəlxalq səviyyədə nəzarətə tabe olan etibarlı,
məsrəfi olmayan bir ehtiyat vasitəsidir. Bu səbəblə beynəlxalq
likvidi sağlam bir mənbəyə qovuşdurmaq üçün yaradılıb. Ancaq
təəssüflər olsun ki, Amerika dollarındakı sürətli bir artımından
dolayı reallıqda dünya ehtiyat təklifi əhəmiyyətli bir rol
181
oynamayıb. Yuxarıda qeyd edildiyi kimi, Özəl Avans Haqları həm
bir beynəlxalq likvid vasitəsi, həm də bir hesab vahididir. CDR bir
pul sərvəti kimi dünya mal və xidmət ixracı içində ən böyük yeri
olan beş ölkənin pulundan təşkil olunmuşdur (Amerikan dolları,
Alman markası, Yapon iyeni, Fransız frankı və ngilis sterlinqi).
CDR-in dollar və digər valyutalara görə dəyəri davamlı şəkildə
müxtəlif informasiya vasitələri ilə elan edilir. Bilindiyi kimi, səbət
pul mexanizminin ən əhəmiyyətli çalarlarından biri dəyərinin fərdi
pullara görə daha sabit olmasıdır. Həqiqətən də üzən kurs
sisteminin tətbiq edildiyi bütün valyutaların qiymətinin dəyişkən
olduğu dövrümüzdə sabit dəyər standartına daha çox ehtiyac olur.
Bu mövzuda başqa bir vasitə Ekyü-dür. Bu gün CDR, BPF ilə
yanaşı müxtəlif beynəlxalq və regionla qurumlar tərəfindən debet
və kredit borclar, üzvlük haqqı və s. kimi kapital dəyərlərinin
müəyyən edilməsində dəyər standartı kimi istifadə edilir. BPF
xaricində CDR-i beynəlxalq dəyər standartı kimi qəbul edən bəzi
təşkilat və qurumlar: Dünya Bankı, slam nkişaf Bankı, sverə
Milli Bankı və s.-dir. Bundan başqa, yenə yuxarıda gördüyümüz
kimi, sabit kurs (məzənnə) sistemini məniməsəyən bəzi inkişaf
etməkdə olan ölkələr də milli pulunu CDR-ə bağlayıb. Bütün bun-
lardan savayı bəzi özəl şirkətlər də istiqrazlarını CDR-dən asılı
olaraq çıxarır. Bu tətbiqlər özəl CDR adlandırılır.
Amerika dolları bir qədər dəyər itirməsinə baxmayaraq,
dəyər standartı rolunu hələ də davam etdirməkdədir. Ancaq
dolların dəyərinin günü-gündən dəyişməsi rəsmi və özəl
beynəlxalq maliyyə əməliyyatçılarını sabit dəyərli başqa vasitələrə
istiqamətləndirib. Bunun da gələcəkdə Avro olacağına ümid edilir.
Hazırda BVF-nin 185 üzvü vardır. BMT-yə üzv ölkələr
(Tayvan, Kuba, Şimali Koreya, Andorra, Monako, Lixtenşteyn,
Tuvalu və Nauru istisna olmaqla) eyni zamanda BVF-nin də
üzvləridir. Fondun nizamnamə kapitalı 217 mlrd. SDR (Xüsusi
Borcalma Hüquqları) təşkil edir. 1 SDR təxminən 1.5 ABŞ
dollarına bərabərdir. Hər üzv ölkə öz üzərinə düşən hissənin 25%-
ni SDR və ya digər üzv ölkələrin valyutasında, qalan 75%-ni isə öz
182
milli valyutasında ödəyir. Kvotanın həcmindən asılı olaraq üzv
ölkələr arasında səslər paylanılır. Fondda hər ölkə 250 baza səsə
məxsusdur və əlavə olaraq ölkə üzərinə düşən kvotanın hər 100
min SDR-ə əlavə bir səs verilir. darəedicilər Şurasının qərarları ya
sadə səs çoxluğu ilə (50%-dən çox) və ya xüsusi strateji məqsəd
daşıdığı halda xüsusi səs çoxluğu (səslərin ümumi sayının 75-
80%) ilə qəbul olunur. ABŞ və Avropa ttifaqı Fondun əsas
qərarlarına təsir etmək imkanına malikdir.
BVF-nin Ali idarəetmə orqanı darəedicilər Şurasıdır. Şurada
hər üzv ölkə müdir və onun müavini ilə təmsil olunur. Adətən mü-
dir vəzifəsinə üzv ölkənin maliyyə naziri və ya mərkəzi bankın
sədri seçilir. darəedicilər Şurası BVF-nin əsas fəaliyyətini əhatə
edən məsələlərə baxır: yeni üzv ölkələrin qəbul olunması və üzv-
lükdən çıxarılması, üzv ölkələrin fondun nizamnamə kapitalında
iştirak dərəcəsinə yenidən baxılması, icraçı direktorların seçilməsi
və digər məsələrə baxılır. çracı direktorların görüşü ildə bir dəfə
keçirilir. Lazım olarsa, əlavə görüşlər də təşkil oluna bilər.
Fondun təşkilatı strukturunda xüsusi rolu Beynəlxalq
Valyuta və Maliyyə Komitəsi (BVMK) oynayır. Komitə BVF-nin
24 craçı direktorundan ibarətdir və ildə iki dəfə görüş keçirmək
məqsədilə toplaşırlar. Bu komitə məsləhətçi funksiyasını daşıyır və
qərarvermə hüququna malik deyil.
Bundan əlavə craiyyə Şurası da mövcuddur ki, o da 5 il
müddətinə craçı Direktoru seçir. craçı Direktor fondun işçi
heyətinə başçılıq edir. craçı Direktor Avropa ölkələrinin birindən
olmalıdır.
BVF-nin Azərbaycanda fəaliyyəti :
Azərbaycan BVF-yə
18 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir. BVF-də Azərbaycan
tərəfindən müdir Maliyyə naziri, əvəzedici müdir isə Mərkəzi
Bankın sədridir.
Fonda üzv qəbul edilərkən ilkin kvota 117 mln. SDR (168
mln. ABŞ dolları) olmuş, 2000 – ci ildən isə kvotamız artırılaraq
160.9 mln SDR-ə çatdırılmışdır. BVF-nin proqramları xüsusilə
inkişaf etməkdə olan ölkələr üçün bir qayda olaraq Struktur
Dostları ilə paylaş: |