192
olunması üçün nəzərdə tutulmuşdur. Bu ssudalar üzrə vəsaitlər tez-
tez idxal əməliyyatlarının maliyyələşdirilməsinə yönəldillir.
Struktur yenidən qurma və ya büdcəəvəzedici reabilitasiya
borcları üzrə ssudalar
1980-ci ildən ödəniş balansı ilə bağlı
problemlər ilə üzləşən ölkələrə yardım kimi tətbiq edilir və geniş
spektrli hökumət tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.
Bu cür ssudaların ayrılması kriteriyaları bir qədər münasib
şə
kildədir və DB ilə razılaşdırılmış qaydada struktur dəyişikliklər
proqramının ölkə tərəfindən təqdim olunmasından ibarətdir və
müvəffəqiyyət qazanmaq perspektivləri vardır. Bu cür ssudalar
BVF tərəfindən ödəniş balansının kəsirinin aradan qaldırılması
tədbirlərinin analoji maliyyələşdirilməsinə yaxındır. Buna görə də,
qeyd olunan təşkilatlar kredit verilməsi miqyası, müddəti və
şə
rtləri ilə razılaşırlar.
BY B də həmçinin fəlakətli halların, məsələn, zəlzələ və ya
quraqlıq halların (Emergency Reconstruction Loans) nəticələrinin
aradan qaldırılması üçün bu cür ssudalar verir. Amma onların bu
günə qədər qiyməti kiçikdir (bütün ayrılan vəsaitlərin 1%-ə yaxın
hissəsi).
BY B borc vəsaitlərindən özü ssuda verdiyi halda, faiz
dərəcələri beynəlxalq kapital bazarlarında onların hərəkəti ilə
ə
laqədar ümumi tendensiyalardan və pullardan asılıdırlar. BY B
uzun müddət faiz dərəcələrinin müəyyən olunması üçün
hesablaşma formullarından istifadə etmişdir, amma burada
aşağıdakılar daxil olmaqla 70-ci illərin sonu – 80-ci illərin
ə
vvəllərində yeni yaranan hallar nəzərə alınmırdı: beynəlxalq
bazarlarda qiymətlərin geniş şəkildə artıb-azalması; beynəlxalq
kreditləşmədə dəyişkən faiz dərəcələrindən istifadə olunmasına
keçid; kredit ilə əlaqədar verilən vədlər və faktiki olaraq kreditlərin
verildiyi vaxt arasındakı müddətin artırılması və s. Bununla
ə
laqədar 1982-ci ildən etibarən BY B hər yarım ildən bir nəzərdən
keçirilən dəyişkən faiz dərəcələrindən istifadə etməyə keçdi. lkin
faiz qiyməti bank tərəfindən əldə olunan vəsaitlərin xərclərinə
ə
saslanır. Orta həcmdə olan kapital xərclərinə sonra marja (0,5%)
193
ə
lavə olunur. Faktiki faiz dərəcəsi bankın marjası nəzərə alınmaqla
təxminən illik 6-7% təşkil edir.
BY B BVF kimi öhdəlik üzrə komissiya haqqı
tutur, bu isə
vəd olunan, amma verilməyən borc məbləğinin illik 0,75%-ni
təşkil edir. Bu komissiyanın mahiyyəti ondan ibarətdir ki, borc
alan, növbəti tranşın verilməsi üçün kifayət qədər olan vəsaitlərin
miqdarının saxlanılmasının vacib olması ilə əlaqədar kreditorda
yarana bilən xərclərin, heç olmazsa, bir hissəsini əvəzləşdirməlidir.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) – Təşkilat 1956-
cı ildə yaradılmışdır və baş qərargahı Vaşinqton şəhərində yerləşir.
BMK-nın 182 üzvü vardır. BMK-ya üzv olmaq üçün BY B-ə üzv-
lük mütləqdir. BMK-nın fəaliyyəti əsasən özəl sektorun inkişafına,
biznes sektoruna və dövlət qurumlarına texniki yardımın təqdim
edilməsinə, özəl sektorda layihələrin maliyyələşdirilməsinə, özəl
ş
irkətlərin beynəlxalq maliyyə bazarlarına çıxışının təmin edilmə-
sinə yardımçı olmaqdan ibarətdir. DB-nin prezidenti eyni zamanda
BMK-nın prezidenti kimi də fəaliyyət göstərir. BMK üzv ölkələrin
təmsilçilərindən ibarət olan Müdirlər Şurası tərəfindən idarə edilir.
BMK-nın kapitalı üzv ölkələrin payına əsasən formalaşır. DB-dən
fərqli olaraq BMK dövlət zəmanəti olmayan layihələri də maliyyə-
ləşdirir. BMK investisiyalardan əlavə həmçinin texniki yardım və
məşvərətçi rolunda da çıxış edir.
Beynəlxalq
Maliyyə
Korporasiyası
(BMK)
başlıca
məqsədləri aşağıdakılardır:
1.
Özəl sərmayəli şirkətlərin finans yetərsizliyi səbəbi ilə
ə
laqədar üzv hökumətin zəmanətini istəmədən sektora maliyyə
dəstəyində yardımçı olmaq;
2.
nvestisiya imkanlarını təhlil edərək, yerli və xarici
sərmayəli iş adamlarını bir araya gətirməyə yardımçı olmaq;
3.
Yerli və xarici özəl sərmayəli şirkətlərin ölkədə səmərəli
investisiyalara yönəlməsinə yardımçı olmaq.
BMQ inkişaf etməkdə olan ölkələrdə fəaliyyətdə olan özəl
sektorlara investisiya proqramlarını dəstəkləyən və bu sahədə
yardım edən bir quruluşdur. Qurum kredit vermə mövzusunda
194
geniş ölçüdə sərbəstliyə malikdir. Açdığı kreditlər orta və uzun
müddətli olub, kreditə tətbiq ediləcək olan faiz həddi qoyulacaq
investisiyanın riskinə görə dəyişiləndir.
BMK kimi maliyyə institutuna tələbat yarandı. Çünki BY B
öz statusuna əsasən yalnız hökumətlərə ssudalar verir və ya
hökumət zəmanətləri tələb edir və özəl şirkətlərin nizamnamə
kapitalında iştirak etmək hüququna malik deyildir. BMK, əksinə,
özəl təşkilatların xüsusi kapitalında iştirak edir, o cümlədən,
zəmanətlərin verilməsi yolu ilə bu cür təşkilatların səhmlərinin və
borc öhdəliklərinin satışına yardım göstərir.
BMK-nin maddi yardımı uzunmüddətli ssudalar, şəxsi kapi-
talda iştirak, zəmanətlər və ya onların kombinasiyası formasında
verilə bilər.
BMK-nin hökumət zəmanətlərini tələb etməsinə baxmaya-
raq, o, öz vəsaitlərinin benefisiarlarının krediti ödəmə qabiliyyətini
mükəmməl şəkildə təhlil edir. Bundan savayı, maliyyələşmə riski,
bir qayda olaraq, BMK-nin ümumi xərclərin 25%-dən çox olma-
yan hissəsini təmin etməklə sindikatlaşdırılmış kreditlərdə iştirak
hesabına azalır. BMK ilə yanaşı, iri kommersiya bankları və höku-
mət təşkilatları sindikatların iştirakçıları kimi çıxış edə bilərlər.
BMK tərəfindən verilən ssudalar, ilk növbədə, kapital
bazarının maliyyə xidmətlərinin və institutlarının inkişafı ilə
ə
laqədar maliyyələşmə üçün nəzərdə tutulmuşdur. Həmçinin
emaledici sənaye, avtomobil istehsalı, kimya sənayesi və turizm
sahəsi üçün verilən ssudalar böyük əhəmiyyət kəsb edir.
BMK kreditlərinin maliyyə şərtləri BY B-nə nisbətən daha
“sərtdir”. Kreditlər, əksər hallarda, bazarın faiz dərəcələri üzrə
verilir. BMK ssudalarının ən böyük hissəsi müxtəlif valyutalarda 7
ildən 12 ilə qədər nəzərdə tutulmuşdur.
BMK-nin özəl firmaların xüsusi kapitalında iştirakı müvafiq
ölkənin milli valyutasında vəsaitlərin verilməsi yolu ilə yerinə
yetirilir. Nə BY B, nə də BMK özəl firmaların səhmdarı olmurlar.
nvestisiya layihəsinin həyata keçirilməsindən sonra iştirak payları
satılır. Bundan başqa, BMK şəxsi investorların marağını artırmaq
Dostları ilə paylaş: |