285
bunlar valyuta sisteminin funksionallığını mürəkkəbləşdirirdi. Bu
problemi aradan qaldırmaq üçün 1848-ci ildə qəbul olunmuş
sveçrə Federal Konstitusiyasında pul buraxmaq hüququna malik
olan yeganə təşkilat olaraq Federal Hökumət göstərilirdi. 7 may
1850-ci il tarixində Pul Sistemi haqqında federal qanun qəbul
edildi. Bu qanuna əsasən frank sveçrənin pul vahidi kimi
tanınırdı. Beləliklə, 1850-ci ildə tədavülə buraxılan sveçrə frankı
kantonlarının müxtəlif valyutalarını əvəz etdi. Dəyərinə görə
sveçrə frankı Fransa frankına bərabər idi. 1866-cı ildə Fransa,
Belçika, taliya və sveçrənin birlikdə təsis etdikləri Latın Valyuta
Birliyinin fəaliyyəti 1927-ci ilədək davam etdi. 1945-ci ildə
Bretton-Vuds Sisteminə qoşulmaqla frankın məzənnəsini ABŞ
dolları əsasında müəyyən edən sveçrə Sistemin dağılmasından
sonra üzən məzənnə siyasətinə keçdi.
Frank əskinasları Orell Füssli Arts Graphiques SA şirkəti
tərəfindən, sikkələr isə sveçrə Zərbxanasında buraxılır.
sveçrə frankı öz dövriyyəsinə görə dünya valyuta bazarında
5-ci yerdədir. Hal-hazırda Avropada yalnız sveçrə frankı “frank”
adlanır və qeyri rəsmi ehtiyat valyutassı kimi tanınır. 2000-ci ildə
Konstitusiyaya qəbul edilmiş düzəlişlərdən sonra qızıla bağlılıq
aradan qaldırılmışdır. Bu günədək cəmi frankın devalvasiyası
(30%) yalnız bir dəfə - 27 sentyabr 1936-cı ildə Böyük Depressiya
nəticəsində baş verib.
sveçrə Milli Bankı ( MB) ölkənin mərkəzi bankı kimi
fəaliyyət göstərir. sveçrə Milli Bankının səhmlərinin 55 faizi
kanton və kanton bankları kimi dövlət qurumları tərəfindən alınıb.
Səhmlərin fond birjasında qalan hissəsi isə əsasən özəl sahibkarlar
tərəfindən alınmışdır. sveçrə Konfederasiyası səhm paketina sahib
deyil.
Bankın xronoloji tarixi:
1905 – MB haqqında Qanunun qüvvəyə minməsi;
1907 – MB-nin fəaliyyətə başlaması;
1909 – MB qısa-müddətli öhdəliklərlə depozit cəlb etməyə
başlayır;
286
1910 – Pul çapına səlahiyyətli tək orqan olur;
1926 – sveçrənin üzvü olduğu və pul vahidlərinin sveçrədə
istifadə olunduğu Latın Monetar ttifaqının fəaliyyətinə xitam
verilir;
1934 – sveçrə Klirinq Ofisinin açılması;
1945 – MB-nin pul çapı səlahiyyətləri ilə bağlı qanunun
yenilənməsi;
1950 – sveçrənin daxil olduğu Avropa Ödənişləri Birliyi
haqqında Anlaşma;
1960 – sveçrənin daxil olduğu Avropa Azad Ticarət
Assosisiyasının yaranması;
1975 – MB tərəfindən kredit limitinin tam aradan
qaldırılması;
1987 – sveçrə Banklarası Klirinq adlanan elektron ödəniş
sisteminin fəaliyyətə başlaması;
1989 – Avropa Valyuta Korporasiyası Fondu MB-yə
Avropa Valyuta Vahidinin “digər sahibi” statusunu təqdim
etmişdir.
Bank Konstitusiya və qanun vasitəsilə ölkənin maraqlarına
uyğun olaraq iş aparır. Bankın fəaliyyət məqsədləri aşağıdakılar-
dır:
♦ Ölkənin monetar siyasətinin həyata keçirilməsi;
♦ Qiymətlərin sabitliyinin təmin edilməsi;
♦ Nağd pul dövriyyəsinin təşkili;
♦ Pul bazarının likvidliyinin təmin edilməsi;
♦ Nağdsız pul köçürmələrinin təşkili;
♦ Beynəlxalq ehtiyatların idarə edilməsi;
♦ Maliyyə sisteminin sabitləşdirlməsi;
♦ Beynəlxalq əməkdaşlıqda iştirak və texniki yardımın
göstərilməsi.
sveçrə Milli Bankının iki baş ofisi mövcuddur – Bern və
Surix şəhərlərində. Bundan əlavə, Cenevrədə nağd pulun
dövriyyəsini təmin edən nümayəndəliyi və regionlarda beş təmsilçi
287
ə
razi idarəsi mövcuddur. Həmçinin Bankın kantonlar üzrə 16
agentliyi mövcuddur.
Bankın baş idarəetmə orqanı darə Heyətidir. darə Heyətinin
funksiyaları – monetar siyasət, sərmayə qoyuluşu strategiyası və
monetar siyasət sahəsində beynəlxalq əməkdaşlıqdan ibarətdir.
Idarə Heyəti 3 daimi üzv və 3 nümayəndədən ibarətdir. Onlar
dövlətin Federal Şurası tərəfindən Bank Şurasının tövsiyəsi
ə
sasında seçilirlər.
Bankın Baş Şurası nəzarət funksiyalarını həyata keçirir. Şura
11 üzvdən ibarətdir. 6 üzvü Şuranın Prezidenti və vitse-prezidenti
daxil olmaqla Federal Şura tərəfindən seçilir. Digər 5 üzvü
səhmdarların yığıncağında təyin olunurlar. Bankın Şurasıında 5
komitə fəaliyyət göstərir.
sveçrə səmərəli və sabit beynəlxalq monetar sistemdən
faydalanır. sveçrə Milli Bankı müxtəlif beynəlxalq institut,
təşkilat və qruplarda təmsil olunmaqla beynəlxalq monetar
səviyyədə əməkdaşlıq edir və eyni zamanda Beynəlxalq
Hesablaşmalar Bankının üzvüdür. Bundan əlavə, sveçrə Milli
Bankı Federal departamentlə birlikdə Beynəlxalq Valyuta
Fondunda və Böyük Onluqda sveçrəni təmsil edir.
MB-nin beynəlxalq əməkdaşlığında texniki yardım sahəsi
mühüm yer tutur. Bankın bu sahədə, xüsusilə monetar siyasət,
nağd əməliyyatlar və ya ehtiyatların idarə edilməsi üzrə spesifik
bacarıq və təcrübəsi vardır. Texniki yardımların köməyi ilə,
sveçrə Milli Bankı digər ölkələrin mərkəzi banklarına treyninq və
seminarlar təşkil edir.