288
FƏ S L VIII. YAPON YANIN PUL –KRED T
S STEM
Dünya valyuta bazarlarında ABŞ dolları və avrodan sonra
dövriyyəsinə görə 3-cü, ehtiyyat həcminə görə isə ABŞ dolları,
avrodan və Britaniya funtundan sonra 4-cü olan yen “Yen
blokuna” daxil olan bir sıra Asiya ölkələrinin ticarətində əsas
valyutası kimi çıxış edir.
“Yumru”, “dəyirmi” mənasını verən “yen” sözü bir zamanlar
Yaponiyada istifadə olunan Çin imperial sikkələrinə istinad edir.
1871-ci ildə qəbul edilən yeni Valyuta aktına əsasən onluq
hesablaşma sistemi qəbul edilmişdir. Bu sistem tam şəkildə
Qərbdə qəbul edilən standartlara uyğun olmaq məqsədi daşıyırdi.
Sikkələrin forması dairəvi və qərb standartlarına uyğun buraxılırdı.
Valyuta aktına əsasən Yapon yeninin dəyəri qızıl standartına
ə
saslanırdı.
Yapon yeninin dəyəri əsasən II Dünya Müharibəsindən sonra
aşağı endi. 1949-cu ildə Bretton-Vuds sisteminə əsasən Yapon
iqtisadiyyatında qiymətlərin stabilləşdirilməsi məqsədi ilə 1971-ci
ilədək ABŞ dollarına qarşı sabit məzənnə siyasəti yürüdülməyə
başladı. 1971-ci ildə ABŞ dollarının devalvasiyasından sonra
Yaponiya Smitson sazişinə qoşuldu. Lakin 1973-ci ildə Yaponiya
hökuməti üzən məzənnə siyasətinə keçdi.
1985-ci ildə Yaponiya Plaza sazişinə imza atdı. Bu sazişə
ə
sasən Yaponiya, ABŞ, ngiltərə, Fransa və Almaniya arasında
valyuta məzənnələrinin sabit saxlanılması məqsədi daşıyırdı.
Nəticədə, yenin məzənnəsi sürətlə artmağa başladı.
11 may 1953-ci il tarixində Beynəlxalq Valyuta Fondu
tərəfindən qızıla paritetliyi təsdiqləyəndən Yaponiya yeni sonra
beynəlxalq valyuta statusunu qazandı. Həyata keçirilən bir sıra
revalvasiyaların nəticəsində ABŞ dolları və digər əsas xarici
valyutalara qarşı Yapon yeninin nüfuzu xeyli artdı. Hal-hazırda
289
dünyanın strateji valyuta ehtiyatlarının ümumi həcminin 3.3%%-i
yendə saxlanılır.
1882-ci ildə Yaponiya Bankı yaradıldı və 1885-ci ildən
ə
skinazlar çap etməyə başladı. Hazırda bank 1942-ci ildə qəbul
edilmiş qanun əsasında fəaliyyət göstərir. Bu qanun Bankı
hökumətin sərt nəzarəti altında saxlayırdı və Yaponiyanın Maliyyə
Nazirliyinə Bankın siyasətini dəyişdirmək imkanı verirdi. 1998-ci
il aprelin 1-dən Yaponiya Mərkəzi Bankı haqqında yeni qanun
qəbul edilmişdir. Bu qanuna əsasən Bank Maliyyə Nazirliyindən
müstəqillik qazandı.
1978-ci ildə Yaponiyada qızıl standartı sistemi tətbiq edilmiş-
dir. 1931-ci ildə Yaponiyada qızıl pul standartı ləğv edilmiş və 1937-
ci ildə pul kütləsinin tədavülü 1,6 dəfə artmış və inflyasiya tempi illik
50%-dən yuxarı olmuşdur. 1945-1951-ci illər arasında inflyasiya
tempi 343 dəfə artmış və yapon pul vahidi olan iyenin dəyəri 99%
azalmışdır. 1949-cu ildə iyenin dollara qarşı məzənnəsi 360 iyen = 1
dollar olmuş və bu paritet 1971-ci ilə qədər qüvvədə qalmışdır. 1971-
ci ildən Yaponiya Hökuməti üzən valyuta kursu tətbiq etməyə baş-
ladı. 1973-1980-ci illərdə illik qiymət artımı 9,5% olmuşdur. 1980-ci
ildən sonra beynəlxalq ticarət münasibətlərində yapon iyenin ödəniş
vasitəsi olaraq Amerikan dolları və alman markasından sonra üçüncü
yerə keçmişdir və Asiya regionu ölkələri üçün iyen ən sabit və güclü
pul və bu regionun mərkəz bankları üçün ehtiyat pul vahidi olaraq
qəbul edilməkdədir.
Dünyada beynəlxalq valyuta ehtiyatları içində Amerikan dol-
larının payı 55 %, yapon iyeninin payı 10 %-dir. Yapon mal və xid-
mət ticarət ixracatının 34%-i, idxalının 12%-i yapon iyeni tərəfindən
aparılır. Yapon iyeninin dollara qarşı məzənnəsinin dinamikasını
1970-ci ildən başlayaraq dollara qarşı dəyər qazanmaqdadır.
1998-ci il aprelin 1-dən Yaponiya Mərkəzi Bankı haqqında
yeni qanun qəbul edilmişdir. Bu qanuna əsasən Bank Maliyyə
Nazirliyindən müstəqillik qazandı. Yaponiya Bankı ölkənin
mərkəzi bankıdır. Bank administrativ təşkilat deyil, səhmdar
290
cəmiyyəti kimi fəaliyyət göstərir. Bankın səhmlərin 55%-i dövlətə
məxsusdur.
Yaponiyanın Bankın aşağıdakı funksiyaları var:
1.
Pul əskinazlarının çap edilməsi və nağd pul təminatının
idarəedilməsi;
2.
Monetar siyasətin idarə etməsi;
3.
Maliyyə Sisteminin sabitliyinin qorunması və hesablaşma
xidmətlərin təqdim edilməsi;
4.
Xəzinədarlıq funksiyaları.
1949-cu ildə Bankın Siyasət Komitəsi yaradılmışdır. Komitə
Bankın siyasətinin tərtib edilməsi və dövlətin maliyyə və pul-
kredit siyasətində maraqlarını müəyyənləşdirən qurumdur. Komitə
7 üzvdən ibarətdir. Onlardan beşi səsvermə hüququqna malikdir-
lər: Komitənin Sədri hökumət tərəfindən 5 il müddətinə təyin edilir
və şəhər bankları, regional banklar, kənd təsərrufatı və sənaye sek-
torunu təmsil edən dörd il müddətinə seçilən 4 üzv. Bundan əlavə
Komitəyə Maliyyə Nazirliyinin və qtisadi Planlaşdırma Komitəsi-
nin səsvermə hüququ olmayan iki üzv daxildir. Komitə Bankın
büdcəsinə aid qərarları Maliyyə Nazirliyi ilə razılaşdıqdan sonra
qəbul edir. Həmçinin Maliyyə Nazirliyi ilə razılaşdıqdan sonra
Parlament qarşısında hesabat verir. Bundan əlavə, Komitə faiz də-
rəcələrinin dəyişdirilməsini, kreditvermə prosesində girovların qiy-
mətləndirilməsini, veksellərin növlərini və şərtlərini müəyyən edir.
1949-cu ildə Bankın Siyasət Komitəsi yaradılmışdır. Komitə
Bankın siyasətinin tərtib edilməsi və dövlətin maliyyə və pul-
kredit siyasətində maraqlarını müəyyənləşdirən qurumdur. Komitə
7 üzvdən ibarətdir. Onlardan beşi səsvermə hüququqna malik-
dirlər: Komitənin Sədri hökumət tərəfindən 5 il müddətinə təyin
edilir və şəhər bankları, regional banklar, kənd təsərrufatı və səna-
ye sektorunu təmsil edən dörd il müddətinə seçilən 4 üzv. Bundan
ə
lavə Komitəyə Maliyyə Nazirliyinin və qtisadi Planlaşdırma
Komitəsinin səsvermə hüququ olmayan iki üzv daxildir. Komitə
Bankın büdcəsinə aid qərarları Maliyyə Nazirliyi ilə razılaşdıqdan
sonra qəbul edir. Həmçinin Maliyyə Nazirliyi ilə razılaşdıqdan
Dostları ilə paylaş: |