Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə22/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   18   19   20   21   22   23   24   25   ...   110

 

65

izlədiyini göstərir.  



Poemada konflikt çox həyati və inandıcırı əhvalatlar, son dərəcə 

gərgin və dramatik psixoloji vəziyyətlər  əsasında qurulduğu kimi, 

onun bədii həlli də  təbii, habelə tarixən düzgün inkişaf prosesində 

verilmişdir.  

Poema  şaxələnən bir münaqişə  xəttinə malikdir. Bu münaqişə 

təkcə atalarla oğullar arasında deyil, həm də qardaşla qardaş arasında, 

habelə bir adamın öz düşüncələrində, psixologiyasında (Ben-Os-

manda olduğu kimi) baş verir.Həmin ziddiyyətləri doğuran isə  Əl-

cəzair xalqının məhkum həyatı, istismara, yalana, saxtalığa əsaslanan 

burjua cəmiyyətidir. Ben-Osmanı eybəcərləşdirən, yadellilərin əlində 

oyuncağa çevirən, dinindən, dilindən, ad və familiyasından döndərən 

qüvvə Əlcəzairdəki müstəmləkə quruluşudur. Ben-Osman milyonları 

əlindən çıxmasın deyə fransız nazirinə yaltaqlanır, arvadı  Zəhranı 

buraxıb, oğlu Mustafanı unudur, nəhayət həmin nazirin bacısı Nana 

ilə evlənir. Ondan da bir oğlu olur, buradan da yollar və  oğullar 

məsələsi başlayır: iki oğul, iki yol:  

 

Oğullar böyüdü, ərsəyə çatdı,  



İki çıraq yandı iki sinədə. 

Oğullar, oğullar qılınc oynatdı,  

Hərəsi bir yolda, bir əqidədə. 

 

Lakin bu yollar, bu əqidələr paralel getmir, üz-üzə, qarşı-qarşıya 



gəlir:  

İki oğul, iki yol o gün durdu üz-üzə. 

 

Məsələ də burasındadır. Yəni bu yollardan hansı doğrudur, əda-



lətlidir…  

Bir-birinə daban-dabana zidd olan bu yollardan birini Mustafa

digərini isə Etyen təmsil edir. Bir atanın övladları olan bu iki oğul nə 

üçün bir-birinə düşmən kəsilmişdi. Bizcə bunun səbəbini müstəm-

ləkəçilik siyasətində axtarmaq lazımdır. 

Bu məsələyə Mustafa bir cür, Etyen başqa cür baxır. Şairin özü isə 

bu baxışların müxətlifliyini oğulların aldığı tərbiyə ilə izah edir:  

 

Paris havasiylə yaşadı biri,  



O biri düşündü Əlcəzairi.  


 

66

Biri bu torpaqdan dövlət istədi,  



Biri: «Bu torpağa can qurban» – dedi.  

Etyen – südə çəkdi, sümüyü dandı, 

Bir müddət Parisdə gəzdi, dolandı.  

Oxuyub kollecdə o, xeyli zaman 

Aldı təlimini dayılarından.  

Mustafa: «Mənimdir bu ana torpaq» –  

Deyə hakimlərə oxudu meydan.  

Silib təmizləmək istədi, ancaq, 

Vətəni, Etyenin dayılarından.  

 

Oğulların yollarının ayrılığı – xüsusilə, Əlcəzairdə milli azadlıq 



hərəkatı başlayan zaman aşkara çıxır. Bu zaman biz Mustafanı azadlıq 

ordusu sıralarında, Etyeni isə müstəmləkəçilər cəbhəsində görürük: 

baxışlar, əqidələr toqquşur, qılınclar, nizələr üz-üzə dayanır.  

Əsərdə  şairin böyük məhəbbət hissi ilə  təsvir etdiyi surətlərdən 

biri Mustafadır. O, müəllifin müsbət estetik idealıdır; Mustafanın yolu 

haqq, mübarizəsi ədalətlidir. Mustafa bir bədii obraz kimi artıq ayılıb 

öz  şanlı keçmişini qəhrəman  əcdadını  dərk edən, vətəninin yadlar 

tapdağında qalması ilə barışa bilməyən, müstəmləkə vəziyyətinə düş-

müş, lakin azadlıq istəyən  Şərqin timsalıdır.Oxucu  əsər boyu Mus-

tafanı ardıcıl olaraq həmişə müsbət planda inkişafda görür, onun 

mərdlik, mübarizlik, əyilməzlik kimi insani keyfiyyətlərinin  şahidi 

olur.  


Bu keyfiyyətlərdən  ən başlıcası Mustafadakı odlu bir sevgi – 

vətən məhəbbətidir.Düşmənlər onun yalnız meyidini ələ keçirə bilir-

lər.Ananın müstəmləkəçilərə  qəzəb, eyni zamanda iftixar hissi ilə 

dediyi sözlər bu cəhətdən çox səciyyəvidir:  

 

Özünü yox, siz onun meyidini asdınız. 



 

Poemanın yaxşı  cəhətlərindən biri də  şairin fransız xalqını küll 

halında Şərqin, o cümlədən Əlcəzairin dostu kimi qələmə almasıdır. 

Müəllif çox doğru olaraq orada da ayrılan cəbhələrin,  əqidələrin və 

yolların mövcudiyyətini görüb təsvir etmişdir:  əsərdə iki fransızın 

(Anri ilə Etyenin) dialoqu bu nöqteyi nəzərdən xarakterikdir:  

Etyen:  

– Mən anlamıram, ərəb hara, sən hara? 




 

67

Axı sənə nə düşüb qoşulmusan bunlara? 



Sən ki, firəng oğlusan.  

Anri:  


– Utan, sözündən utan!  

Mənim eşqim azadlıq, mənim millətim insan, 

Ərəbə də qardaşam, firəngə də qardaşam.  

Axı o kim, bu kimdir?      

İnsan azadlığına kəc baxan, düşmən olan  

Mənim də düşmənimdir!  

  

Şair Mustafanın yetişməsində tarix müəllimi, fransız Anrinin 



oynadığı rolu ürəkdən qələmə almışdır. Anri, Əlcəzairin qəhrəmanlıq 

tarixindən onun azadlıq mücahidlərindən həmişə odlu bir dillə bəhs 

etmiş  və beləliklə  də Mustafanın qəlbində sönməyən bir ocaq qala-

mışdır.Mustafa vətən, insan və azadlıq sözlərini məhz bu alovun işı-

ğında daha aydın görmüş, mənasını daha dərindən anlamışdır.  

Poemada bütün ziddiyyətləri ilə verilən orijinal xarakter səviyyə-

sinə qaldırılan surətlərdən biri də Ben-Osmandır. Bu tip şairin 

müvəffəqiyyəti sayıla bilər.  

Şair Ben-Osmanı oğulların üz-üzə gəldiyi yolları seyr edən passiv 

bir müşahidəçi kimi verməmişdir. 

  

Bəs ata?  



Bəs Ben-Osman?  

Gələcəyi düşündü, keçmişləri çox andı. 

O gəlib iki yolun ayrıcında dayandı.  

«Hansı yolu tutmalı, hansı yolu getməli, 

Birində qəlbim durur, birində canım durur; 

İki yol ayrıcında səhvim, nöqsanım durur. 

Canım könlümə düşmən, könlüm canıma 

 düşmən. 

Çarpazlaşıb qılınclar, onların arasında  

Dayanmışam indi mən. 

O yol, bu yolu vurur,  

Oğul, oğulu vurur. 

Ayılmıram mən yenə.  

Axı, ikisinin də zərbəsi dəyir mənə.  

Həm o tərəfdə oğul, həm bu tərəfdə oğul.  



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə