Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə110/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   102   103   104   105   106   107   108   109   110

 

333


xanəndə yarım saat mahnı oxudu və gitara çaldı. Yüzdən çox adam 

ona qulaq asırdı. Xanəndə üç dəfə xahiş etdi ki, ona bir şey versinlər. 

Heç kəs ona heç nə vermədi. Çoxları onu lağa qoyub güldü». Əsərin 

mətnindən o da məlum olur ki, həmin dilənçi sənətkara qulaq 

asanların hamısı dövlətli, varlı-karlı adamlar idi. Əsərdən çıxan nəticə 

izahsız, kommentarisiz belə aydın, ideya kəskin və olduqca güclü və 

təlqinedicidir, düşündürücüdür. 

Mir Cəlalın elm-nəzəri irsi içərisində şeir sənəti bütün əzəməti ilə, 

bütün mürəkkəbliyi ilə, əlvanlığı ilə, poetik formaların rəngarəngliyi 

ilə bir məhvər, mərkəz, nüvə rolunu oynayır, cazibə nöqtəsini təşkil 

edir.Məlum olduğu kimi, onun monoqrafik tədqiqat işi də  məhz 

poeziyaya, onun şəriksiz ustadı («Şərq şeirinin Günəşi - Gibb») Fü-

zulinin poetik irsinin tədqiqinə həsr olunmuşdur.Onun nəzəri səpgidə 

yazdıqları içərisində «Füzuli sənətkarlığı» təkcə öz yaradıcılığında 

deyil, bütün Azərbaycan, hətta türk ədəbiyyatşünaslığının da şah əsəri 

sayılır. Ona görə də ədibin Füzuli haqqındakı monumental tədqiqatına 

monoqrafiyada daha geniş yer verilmişdir.Müəllif çox haqlı olaraq 

yazıçının həmin monoqrafiyasında qaldırılan, demək olar ki, bütün 

problemlərin necə  həll edildiyinə dair öz qənaətlərini söyləməyə, 

onları imkanları daxilində bu günün tələbləri baxımından işıqlan-

dırmağa səy göstərmişdir və bu işdə tədqiqatçının elmi səriştəsi, şeiri 

duymaq, qiymətləndirmək bacarığı özünü göstərir.Bu hissədə Füzuli 

şeirinin mənbə və qaynaqlarından tutmuş, onun yaradıcılığı haqqında 

yazılan elmi-tədqiqat işləri, söz sənətinin ən incə sirləri, konkretlik, 

sadəlik, lakonizm, ədəbi janr və formalar, forma və məzmun vəhdəti, 

xəyal, fantaziya, realizm, bədii təsvir vasitələri, dil, üslub, oxucu -şair 

münasibətləri,  əxlaq məsələləri və s. başlıca komponentlər kimi 

alınaraq təhlilindən keçirilir. 

Tədqiqatçı Füzulinin yaradıcılığı haqqında yazan digər müəl-

liflərin elmi-nəzəri irsinə dair də öz qənaətlərini bildirir. Bu sıradan 

Rəsulzadə, Mirzağa Quluzadə, Həmid Araslı və digər tədqiqatçıların 

əsərləri müqayisəli şəkildə təhlil olunur. 

Monoqrafiyada böyük yazıçının bu sahədə  əsl monumental 

tədqiqatı olan bu il yüzillik yubileyi münasibətilə işıq üzü görmüş, öz 

nəzəri səviyyəsi ilə seçilən «Azərbaycanda ədəbi məktəblər» əsəri də 

tədqiqata cəlb olunmuşdur.Burada iki əsas bədii yaradıcılıq metodları- 

realizm və romantizmi təmsil edən yazıçıların fərdi və ümumi 

xüsusiyyətləri haqqında əsaslı, elmi-nəzəri aspektdə fikir yürüdülür, 




 

334


ayrı-ayrı  ədəbi məktəblərin,  ədəbi meyl və istiqamətlərin fərqli və 

ümumi cəhətləri məharətlə tədqiq edilmişdir. Alimin əsərində yazıçı 

və şairlərimizin bədii yaradıcılıq, metod, üslub və məktəb, istiqamət 

və təmayülə münasibətlərinə görə bir neçə qrupa bölünərək xüsusi bir 

təsnifat verilir: Realizm ədəbi məktəbi; Romantizm ədəbi məktəbi; 

Maarifçi -didaktik yazıçılar; xırda məişət dramları. Müəllif realizmin 

əsas nümayəndələri kimi C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Nəzmi, 

M.S.Ordubadi, Ə.Qəmküsar, M.Ə.Möcüz və başqalarının, romantiz-

min nümayəndələri kimi isə M.Hadi, A.Səhhət, Ə.Cənnəti, S.Səlmasi, 

S.Mənsur və b. misal göstərir. 

Tədqiqatda Mir Cəlalın XX əsr Azərbaycan ədəbiyyatı, ədəbiyyat 

tarixi və ədəbiyyat nəzəriyyəsinə dair əsərləri yeni yanaşma üsulu ilə 

müasirlik işığında səciyyələndirilir.Nəticə etibarilə demək lazımdır ki, 

Cülxani Pənahın «Mir Cəlalın elmi-nəzəri görüşləri» monoqrafiyası 

yüksək nəzəri səviyyədə yazılmış, alimin elmi-filoloji görüşləri 

müqayisəli təhlil üsulu ilə araşdırılmış, onun ədəbiyyatşünaslıq elmi-

nin inkişafında bənzərsiz xidməti tam dolğunluğu ilə verilmişdir. 

 

 «Ədəbiyyat» qəzeti,  



9 aprel 2010 

 

 

BÜLBÜL VƏ BAĞBAN 

 

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin dosenti, filo-

loji elmlər namizədi Cəlal Abdullayev «Səməd Vurğunun sənət-

karlığı» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. O, xalq 

şairinin arxivini araşdırarkən S.Vurğunun öz əli ilə yazılmış və indi-

yədək һeç yerdə çap olunmayan bir neçə şeirini tapmışdır. Onlardan 

«Bülbül və bağban» şeirini oxuculara təqdim edirik. 

 

Gözəl bir bağçada bir bülbül vardı, 



 Budaqdan-budağa uçub qonardı.  

Onun yuvasıydı gülün yarpağı,  

Dilindən düşməzdi vətən torpağı. 

 Güllər boy atardı onun səsilə,  

Ciçəklər yatardı xoş nəfəsilə.  

Bülbül bu gülşəndən ilһam alardı, 

Göydə şadlığından qanad çalardı. 

 Baxıb һər çiçəyə, һər qərənfilə  




 

335


Şərqilər deyərdi o gülə-gülə.  

           * * * 

Bu bağın-bağçanın saһibi bağban  

Bülbülü eşq ilə dinlərdi һər an,  

Hər bir şərqisini duyub dərindən,  

Zövq alardı onun nəğmələrindən.  

O, dünya görmüşdü, bilirdi, əlbət,  

Bir ölməz qüvvədir caһanda sənət.  

Bilirdi sənətin, şeirin qədrini,  

Dinləmək istərdi gündə birini.  

Bilirdi nəğməsiz keçən bir ömür  

Bir gülşən olsa da viran görünür...  

Gəlib söyləyərdi һər gün bülbülə:  

«Səһərdir... yenə coş, yenə gəl dilə,  

Eşitsin səsini ellər, obalar.  

Oxu, yurdumuzun ağ günləri var;  

Bu torpaq, bu һava sana tanışdır,  

Qəlbiyin simini tez-tez danışdır». 

* * *

 

 Bülbül bu rəftardan qüvvət alardı, 



 Qəlbini saz kimi tutub çalardı.  

Baxaraq güllərin ilk qönçəsinə,  

Söz verərdi könül kəmənçəsinə.  

Bağban deyərdi ki, el bəxtiyardır, 

Bizim də bağçanın bülbülü vardır. 

           ** * 

Günlərin birində bağın yanından  

Bir atlı oğrunca keçdiyi zaman  

Bülbülün səsinə uyaraq durdu, 

 O gün şeyda bülbül xallar vururdu.  

Atlı çox dinlədi quşun səsini –  

Bir aydın səһərin nəşidəsini,  

«Aһ, dedi, nə gözəl oxuyur bu quş, 

 Könlüm ləһcəsinin əsiri olmuş. 

 Dayan, bir fənd qurum indi bülbülə  

Onu bir dost kimi tutaraq dilə  

Burdan öz bağıma uçurum gərək, 

Yoxsa partlayacaq sinəmdə ürək». 




 

336


          ** * 

Atlı bu niyyətlə keçib irəli  

Dedi: «Bülbül qardaş, illərdən bəri  

Sənin sənətinə һeyranam inan,  

Könlüm ayrılmamış bir gün yanından. 

 Nə gözəl, nə şirin avazın vardır,  

Bu bağın bağbanı nə bəxtiyardır!  

Fəqət, bilirsəimi başında nə var?  

Sana һəsəd çəkən ala qarğalar  

Şikayət eləmiş sizin bağbana,  

Adını salmışdır qara böһtana.  

Tez ol, öz başıyın çarəsini qıl,  

Təbiət sana da vermişdir ağıl; 

 Gəl, atıl çiynimə, gedək uzağa,  

Bu gündən bülbül ol sən bizim bağa. 

 Gedək, çox gözəldir söylədiyim bağ, 

 Sənin yuvan olsun һər yaşıl yarpaq.  

Yoxsa günün burda qara keçəcək,  

Bir tikan olacaq sana һər çiçək». 

          * * * 

Qabardı tükləri şeydə bülbülün,  

Dedi: «Aşiqiyəm bu doğma gülün,  

Bu bağlar, bağçalar, ellər mənimdir, 

Bunlar öz vətənim, öz vətənimdir!  

Doğma oylağımdır bu daş, bu torpaq,  

Anamdır, yuvamdır bu gül, bu yarpaq.  

Mən burdan almışam şeiri, ilһamı.  

Andıma, əһdimə şaһiddir һamı.  

Azaddır ilһamım, azaddır səsim,  

Mən burdan ayrılsam donar nəfəsim,  

Get, alçaq! Dediyin böһtandır mana,  

Doğma balasını atarmı ana?   

         * * * 

Atlının ağzında kəsildi sözü,  

Kinindən qızardı fitnəkar gözü,  

Çəkdi qamçısını başı aşağa, 

Bülbül qanad çalıb qalxdı budağa. 

Atlı dayanmadı qoşdu bağbana,  




 

337


Dedi: «Ağlayıram sənin һalına.  

Budur bax, tökülür yanağıma yaş, 

Başına çarə qıl, a bağban qardaş!  

Sənin bağındakı o bülbül ki, var,  

Sinəmə çəkmişdir çal-çarpaz dağlar.  

Bir zaman o bizim bağda yaşardı,  

Səһərlər çox şirin ləһcəsi vardı. 

Mən də sənin kimi sevərdim onu, 

Bilməzdim bəduğur quş olduğunu.  

Bir gün çiçəklərim, güllərim soldu, 

Ömrümün sarayı pərişan oldu.  

Qurudu bağdakı şitil tənəklər, 

Kökündən ayrıldı təzə çiçəklər. 

Bu dərdi mən kimə söyləyim, – deyə,  

Diz çöküb yalvardım o dilsiz göyə. 

Həkimlər, loğmanlar yığıldı dərһal.  

Bu dərdin sirrini mən etdim sual;  

Axtarıb, düşünüb fikirləşdilər,  

Nəһayət verdilər belə bir xəbər:  

«Görünür, bu bağda yaşayan bir quş,  

Anadan olalı bəduğur olmuş.  

Tez axtar, onu tap, uçur bu bağdan, 

Qoy

 

səsi, nəfəsi gəlsin uzaqdan».  



İndi һaman bülbül sizə dadanmış,  

Özüylə һər yaza gətirir bir qış.  

Özünü sevdirir xeyli zamandır,  

Ayağı bəduğur, cinsi yamandır. 

Qovun birdəfəlik bu bağdan onu, 

Yoxsa qış olacaq bu yazın sonu». 

           * * * 

Bağban dünya görmüş bir arif idi, 

Atlını aldadıb «yaxşı, get» – dedi.  

Sonrasa bülbülün gəldi yanına 

Bu gülünc nağılı danuşdı ona;  

O dedi: «Bülbülüm, inanıram mən,  

Şirin nəğmələrin qopur ürəkdən,  

Sən sudan durusan, aydan da arı,  

Könüldən sevirsən bizim gülzarı,  



 

338


Yüz yalan qussa da һər gəlib gedən,  

Yenə də çal-çağır öz yuvanda sən».  

Bülbül qanad çalıb sevindi yenə 

Söz verdi qəlbinin yumşaq telinə: 

             ** * 

«Körpə bir oğluyam şeirin, sənətin,  

Sinəm meydanıdır sözün, söһbətin.  

Başımda tutmuşam bir günəş kimi: 

Böyük bayrağını əbədiyyətin! 

 

Hər təmiz ürəyin ötən səsiyəm,  



Bu bağın, bağçanın ilk qönçəsiyəm. 

Ellər bayramının, ellər toyunun  

Əllə çalınmayan kəmənçəsiyəm. 

 

Karvanım yol alıb gedir bir başa, 



Ömrümdə yelkənim dəyməmiş daşa. 

İşığa qardaşam, zülmətə düşmən,  

Xəyalım günəşlə durur baş-başa. 

Mən ilһam almışam axar sulardan,  

Könlüm ayrılmamış ilk arzulardan.  

Kəsilməz ayağı şeyda bülbülün  

Al geyib bəzənən güllü baһardan. 

 

Könül һər çiçəyə istər yar olsun,  



Bir baһar içində min baһar olsun.  

Mən ki, nəğmələrçin yaradılmışam–  

Eşqim, səadətim, һaqqım var olsun. 

Körpə bir oğluyam şeirin, sənətin,  

Sinəm meydanıdır sözün, söһbətin.  

Başımda tutmuşam bir günəş kimi  

Böyük bayrağını əbədiyyətin?!». 

 

«Baki» qəzeti,  



26 iyun 1968 

 

 



 


 

339


MÜNDƏRİCAT 

Bir- iki söz ..........................................................................................5 

Böyük mühərrir, realist yazıçı (N.Quliyevlə şərikli)..........................9 

Böyük sənətkar, həssas insan  (N.Quliyevlə şərikli)..........................11 

Первое знакомство ..........................................................................14 

Ə.Haqverdiyevin «Seçilmiş əsərləri»nin son nəşri haqqında 

(N.Quliyevlə şərikli)..........................................................................16 

Maya obrazı haqqında danışmaq istəyirəm ......................................20 

Qorki Azərbaycan dilində .................................................................21 

Все здесь хорошо, все верно ..........................................................23 

«Gülzar kitabçası» ............................................................................24 

Məhəmməd Hadinin «Seçilmiş əsərləri» ..........................................24 

Xalq şairi haqqında yeni tədqiqat əsəri..............................................25 

Писатель, педагог, ученый..............................................................26 

Azərbaycan poeziyasının iftixarı   

(N.Quliyevlə şərikli)......................................................................... 28 

Doğma torpaqdan ayrılmadan...........................................................33 

Молодые современники в творчестве  

Байрама Байрамова.........................................................................35 

Uşaqgəncnəşr ongünlük qarşısında...................................................38 

Aşıq ənənələrinin inkişaf etdirilməsi  

(R.Kərimovla şərikli)........................................................................40 

Tbilisi………………………………………………………………44 

Elmi-pedaqoji əlaqələrimiz artır........................................................46 

Əfsanə qədər şirin, həqiqət qədər aydın….........................................47 

S.Vurğun Sabir haqqında...................................................................49 

Canlı xarakterlər, həyati lövhələr…...................................................52 

Söz ürəkdən gələndə..........................................................................54 

Müasirlik, sənətkarlıq........................................................................56 

Lirik miniatürlər................................................................................60 

Atalar, oğullar və yollar.................................................................... 64 

«Mənim ulduzlarım» ........................................................................70 

Yeni insan haqqında düşüncələr........................................................74 

Maraqlı tədqiqat ................................................................................77 

Həyati hekayələr................................................................................80 

Üç povest haqqında bəzi qeydlər 

(X.Əlimizəyevlə şərikli)....................................................................82 

«Dağ yolu» romanı haqqında  




 

340


(X.Əlimizəyevlə şərikli)................................................................... 86 

Poetik sözün gücü..............................................................................89 

«Mehriban baxışlar»..........................................................................94 

Könül duyğuları.................................................................................97 

Sadəlik– gözəllikdir........................................................................ 104 

«Tökülən yarpaqlar»........................................................................108 

Ölümdən qabaq................................................................................111 

C. Məmmədquluzadə və müasirlik..................................................115 

Poeziyamızda mübarizə motivləri...................................................118 

Vurğun ondan danışanda.................................................................124 

Azad günlər nəğməkarı...................................................................126 

Realist sənət yolçusu.......................................................................129 

Ədibin sevdiyi gənclik.....................................................................133 

Adi həqiqətlərin mənası...................................................................138 

Cabbarlının poeziyası......................................................................142 

Nərimanovun poetik obrazı.............................................................146 

Müxtəlif taleli insanlar....................................................................150 

Ədəbi döyüşlər cəngavəri................................................................153 

Azərbaycana vurğunluq...................................................................157 

Ədib-tənqidçi...................................................................................160 

«Tərsanə» haqqında.........................................................................163 

Səməd Vurğunun ədəbi-tənqidi məqalələri.....................................168 

Poetik ahəng....................................................................................170 

Большой мир художника..............................................................176 

Şair xalqımızın qonaqları................................................................179 

Lenin və xalq haqqında nəğmələr...................................................181 

Böyük şairin dünya şöhrəti..............................................................186 

Torpağa sədaqətlə ...........................................................................190 

Həyatın konkret lövhələri................................................................194 

Ədəbiyyat və sənət məsələləri ........................................................197 

İstedadın bənzərsizliyi ....................................................................201 

Dərin düşüncələr poeziyası .............................................................205 

Ulduzların karvan yolu ...................................................................212 

Xalqa arxalanıb yazan sənətkar ......................................................217 

Zəngin irsin tədqiqi .........................................................................220 

Xəyalla pərvazlanan həqiqət ...........................................................223 

Xəlqilikdən mayalanan misralar .....................................................226 

Azərbaycan şeiri və folklor .............................................................229 




 

341


Görkəmli sənətkar ...........................................................................232 

Lirik rübab ......................................................................................235 

Büllurlaşan sətirlər ..........................................................................238 

Şairin mübariz lirikasi .....................................................................241 

Fikrin və zəkanın vüsəti ..................................................................245 

Xəlqilik meyarı ilə ..........................................................................248 

«Zamanın sözü» .............................................................................252 

Bir ədibin manifesti ........................................................................254 

Uğurlu yol yerinə...vida ..................................................................258 

Şeirimizin Şəhriyar zirvəsi .............................................................260 

«Torpağa dönsə də» ........................................................................263 

Mənalı ömrün salnaməsi .................................................................266 

Ehramlar qurardım dəqiqələrdən.....................................................271 

Şeirimizin Vurğun zirvəsi ...............................................................275 

Səməd Vurğun və Füzuli irsi...........................................................279 

Vaqif Səmədoğlunun ən böyük şeirlər kitabı..................................283 

«Şeirsiz bir dünya-kədər, qəm kimi…» Şəhriyar 

 şeir- sənət haqqında........................................................................287 

Bədii nəsrimizn canli klassiki .........................................................290 

Məna geniş, həcm kiçik, söz az........................................................295 

Dahi alim, böyük insan barədə........................................................299 

Müstəqillik dövrü bədii nəsrinin bəzi problemləri..........................308 

Şair haqqında söz.............................................................................322 

Mir Cəlalın elmi-nəzəri və ədəbi- tənqidi görüşlər  

sisteminə yeni baxış .......................................................................327 

Bülbül və bağban ............................................................................334 




 

342


 

 

Qeyd üçün 




 

343


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Ъялал Абдуллайев 

 

 

 

 

ЯСЯРЛЯРИ 

 

 

 

7 ъилдdə 

 

 

 

Биринъи ъилд 

 

 



 

344


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Няшриййатын директору 



Е.А.Ялийев 

Мятбяянин директору 

С.О.Мустафайев 

Техники редактор 

 

М.Щ.Ханбабайева 



 

 

 



 

Чапа имзаланыб  25.12.2010. Форматы 60x90 

1

/

16



Офсет чапы. Ф.ч.в. 21.5 Тираж 500. 



 

 

“Чашыоьлу” мятбяяси. 

Баkы шящяри, М.Мцшфиг kцчяси 2 Е. Тел.: 447-49-71. 



 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə