Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə103/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   99   100   101   102   103   104   105   106   ...   110

 

312


uyaraq, onu «dünya hadisəsi» adlandırır, tərəddüdsüz şəkildə «ondan 

istifadə etmək lazımdır» hökmünü verirlər. 

Müstəqillik dövrünün nəsr  əsərlərinə biz diqqət yetirsək, bir sıra 

yeni, orijinal, istər forma və istərsə  də  məzmun baxımından yeni, 

novatorcasına yazılmış nümunələrə rast gəlmək olar. Müstəqillik, bu 

on ilin ərzində yaradıcı  şəxsiyyətin−  şair, nasir, rəssam, dramaturq, 

bəstəkar və s. yaradıcılığına azadlıq, sərbəstlik, necə deyərlər, sonsuz 

yaradıcılıq səmasında möhkəm qanadlar bəxş etmişdir.  İndi bizim 

bədii nəsrimizdə  fərdin,  şəxsiyyətin mənəvi dünyasına, sirli-soraqlı 

qəlb aləminə uğurlu bir açar tapılmışdır. Bədii nəsr üçün belə bir açar 

və ya iksir çox vacibdir.Çünki, ədəbiyyat insan qəlbini öyrənən, təşrih 

edən əvəzsiz bir sənətdir, əvəzsiz bir vasitədir. indi bizim nəsrimizdə 

quru, sxematik sosiologiyadan uzaq, yalnız  ədibin, yazıçının öz 

ürəyinin hökmü ilə yaranan rəngarəng bədii nümunələr - hekayələr, 

povestlər, romanlar, publisistik əsərlər yarana bilər. Bizim indi haq-

qımız yoxdur, deyək ki, ədəbiyyatımız yoxsullaşmışdır, bədii əsərlər 

az yaranır.Lakin məsələ heç də  kəmiyyətdə deyil, keyfiyyətdədir. 

Məsələ  nə yaratmaq deyil, nələr yaratmaqda deyil, necə yaratmaq-

dadır.  Əlbəttə, bədii nəsrimizin nəhrini zənginləşdirən çay sularının 

hamısı istənilən  şəffaflıqda ola bilməz: onların içərisində bulanıq, 

durulmamış sular, şırnaqlar, cılız sızmalar da, kiçik bir bulağın zəif 

axarları da ola bilər. 

Onillikdən bir neçə il əvvəl yaranan və beləliklə  də, sonralar 

yazılan əsərlər üçün təməl rolunu oynayan Ə.Məmmədxanlının «Ba-

bək»,  İ.Şıxlının «Ölən dünyam», S.Əhmədlinin «Qoca qartalın 

ölümü», Ç.Hüseynovun «Doktor Nərimanov», Ə.Cəfərzadənin «Bə-

la», «Bir səsin faciəsi», «Gülüstandan öncə», «Zərrintac», «İşığa do-

ğru» və s. Deməli, romanlarımız öz kökünə  əsaslanmaqla həm də 

dünya  ədəbi təcrübəsindən öyrənmə yolu ilə  həmin daha geniş 

miqyasa çıxmamaq sahəsində  də müəyyən uğurlar qazanmışdır. Bu 

mənada Y.Səmədoğlunun «Qətl günü», Ç.Hüseynovun böyük filosof və 

dramaturqumuz M.F.Axundovun həyatından bəhs edən «Fətəli fəthi», 

Elçinin «Mahmud və Məryəm» və digər əsərlər xüsusilə qeyd olunmalıdır. 

90-cı illərdə vətənimizin ən ağır, ən qanlı-qadalı günlərində də iri 

həcmli əsərlər yazılmışdır. Bunlara Ə.Əmirlinin «Meydan», «Ölü do-

ğan şəhər», Vidadi Babanlının «Ömürlük cəza», M.İbrahimbəyovun 

«Dənizdə qasırğa», A.Abdullazadənin «Qanlı yaddaş», «Sınaq kü-

rəsi» və s. misal gətirə bilərik. 




 

313


Müasir  ədəbi tənqidimizin istedadlı nümayəndələrindən biri 

V.Yusifoğlu «On il sözümüzün keçdiyi yol» adlı geniş  və  əhatəli 

icmal məqaləsində  bədii nəsrimizin  əsas və aparıcı istiqamətləri, 

başlıca konturlarına dair maraqlı elmi-nəzəri mülahizələr söyləyərək, 

xüsusilə, roman sənətində indi xalq ədəbiyyatı motivlərinin, fantastika 

və kosmaqoriyanın, epos-dastan qarışığının, çağdaş yazılı roman 

hibridinin, sintez və inteqrasiyanın bizim nəsrimizdə  də gözəl 

nəticələr verdiyini tamamilə düzgün izah edərək güclü arqumentlər 

gətirir. O, yazır: «Y.Səmədoğlunun «Deyilənlər gəldi başa» romanı 

(bitməsə  də) çox maraqlı bir nəsr  əsəri kimi özündə müasir 

romançılığın bir neçə aparıcı meyllərini və komponentlərini birləş-

dirmək mənasında aktual səslənir». Onu da deyək ki, Y.Səmədoğlu 

qardaşlarının ədəbi irsinin ən yaxşı təəssübkeşi və qədirşünası, sərrafı 

olan hörmətli yazıçımız Anar adı  çəkilən  əsərə yazdığı ön sözdə 

romanın «Sarı hamam» və «Luksor» hissələrinin, Aristotelin təbirincə 

desək, əsərin kompozisiyasının qoşa tərkibli, cüttərkibli real həyatla, 

xəyali, bir qədər də fantastik əlaqə mahiyyətini hamıdan  əvvəl 

göstərmişdir.Doğrudan da, Y.Səmədoğlunun hər iki romanında («Qətl 

günü» və «Deyilənlər gəldi başa») real həyat mistik, mifoloji görüş və 

təsəvvürlə əhatələnmişdir. 

Lakin kim nə deyir-desin, roman qəhrəmanları  nə  qədər mistik 

mifoloji tülə, örtüyə büründürülsələr də, yenə  əsas məsələ surətin, 

fərdin daxili aləminin, onun lirik-psixoloji, iç dünyası, mənəvi-əxlaqi 

keyfiyyətlərini hər halda real, həyati anlaqlarla, təsəvvürlərlə dışarıya 

çıxarmaq mümkündür. Bu isə artıq sırf sənətkarlıq məsələsidir; 

yazıçının yaratdığı insan xarakterləri və özünün qarşılıqlı  həyəcan-

lanmada keçirdiyi müştərək hiss, ovqat və bütövləşmədən ibarətdir. 

Tarixi mövzularda yazılan  əsərlərdə  də müasirlik, bu günün 

tələbləri ilə  səsləşən cəhətlər  əsasdır: yəni yazıçı tarixin boynuna 

ayrıca minnət qoyaraq, özünü və müasirlərini düşündürən aktual 

məsələlərdən söz açır.Deməli,  əsas məsələ  ədibin tarixi hadisə,  əh-

valat və ya şəxsiyyətə münasibətindən asılıdır. 

Azərbaycan bədii nəsrində tarixi mövzulara meylin çox şanlı tarixi 

vardır; M.S.Ordubadi, M.Hüseyn, S.Rəhimov, M.İbrahimov, Y.V. 

Çəmənzəminli, İ.Hüseynov, İ.Şıxlı və b. ədəbi-bədii nümunələri res-

publikamızdan kənarda da məşhurdurlar. XX əsrin sonlarına yaxın bu 

təmayül, xüsusilə, Sovet imperiyasının nisbətən zəiflədiyi 80-ci 

illərdə böyük vüsət almışdır.  İ.Hüseynovun «Məhşər»,  İ.Şıxlının 




 

314


«Dəli Kür», «Ölən dünyam», Y.Səmədoğlunun «Qətl günü», «Deyi-

lənlər gəldi başa», C.Cahanbaxışın «Ömrün pərişan günləri», F.Kə-

rimzadənin «Qarlı aşırım», «Çaldıran döyüşü», «Xudafərin körpüsü», 

Ə.Nicatın «Mirzə  Şəfi», «Qızılbaşlar», B.Bayramovun «Karvan yo-

lu», Ç.Hüseynovun «Doktor Nərimanov», «Məhəmməd peyğəmbər», 

Ə.Cəfərzadənin «Bəla», «Haqqa doğru», «Gülüstandan öncə», «Əl-

lərini mənə ver», «Aləmdə səsim var», «Cəlaliyyə», Y.Novruzovun 

«Qayıdış» və s. əsərləri buna misal ola bilər. 

Burada yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, müstəqillik 

olmasaydı, bir sıra əsərlərin çapı, işıq üzü görməsi mümkün deyildi. 

Konkret olaraq belə bir fakta diqqət yetirək: C.Cahanbaxışın böyük 

xalq  şairi S.Vurğun haqqında yazılan və illərcə çapa həsrət qalan 

«Ömrün pərişan günləri» romanı yalnız müstəqillik dövründə  nəşr 

olundu (1999). Halbuki, xalq şairinin haqqında indiyədək yazılmış 

bədii əsərlərin hamısından özünün realizmi, həyat həqiqətlərinə səda-

qəti ilə seçilən bu əsərdə Səməd Vurğunun mücəssəm heykəli – xü-

susən, gənclik illərinin obrazı, həyatı, fakt və sənədlərə, şəxsi tanış-

lığa, dostluğa istinadən yaradılmışdır. Oxucu bu əsərdən  şairin ilk 

gənclik həyatına, ailəsinə, qohumlarına, şəxsiyyətinə dair xeyli zəngin 

və maraqlı informasiyalar ala bilər. Biz arzu edərdik ki, həmin əsər 

tam halda ayrıca kitab şəklində çapdan çıxsın və oxuculara çatdırılsın. 

Tarixi mövzuda yazılmış, lakin müasirliyə xidmət edən maraqlı 

əsərlərdən biri də Y.Novruzovun məşhur xalq qəhrəmanı Şeyx Şamilə 

həsr olunmuş «Barışıq olmayacaq» əsəridir. Konkret və maraqlı bir 

epizodu misal gətirmək istərdik. Bu epizod Ş.Şamil ilə ananın kəskin 

mükalimələri üzərində qurulmuşdur: 

Ana: 

- Yavuzlar barışıq istəyirlər, dedin bayaq? 



Şamil: 

-Onlar barışığı  həmişə istəyirlər.Barışıq bizim üçün məğlubiy-

yətdir. 

-Yavuzlar hansı şərtlə barışıq istəyirlər? 

 -Mən hansı şərtlə desəm. 

-Barışıq etsən, nəvəmi sağ-salamat qaytararlar mənə? 

-Nəinki nəvəni, bütün əsir etdikləri döyüşçülərimizi qaytararlar. 

Hələ üstəlik məni Dağıstanın sultanı təyin edərlər. 

Ana birdən-birə özündən asılı olmayaraq, hönkürüb ağladı  və 

Şamilin üz-gözündən öpə-öpə: 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə