Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   35   36   37   38   39   40   41   42   ...   108

 
120
təravətini itirməmişdir: 
 
Səd şükr, bahar oldu, ötüb fəsli-zimistan,  
Şuralar ilə ziynət alır səhni-gülüstan.  
… Azadə vətən, hürr süxən, biz də mühəyya,  
Hər qülbədə, hər göydə açılsın yeni şura!  
 
İnqilab və azadlıq haqqında gözəl niyyətlər, xoş arzu və diləklər 
Oktyabr ərəfəsində yaranan şeirlərdə, o zamankı bolşevik və demok-
ratik mətbuatda dərc olunan bədii nümunələrdə çoxdan səslənməkdə 
idi. O vaxt «Yoldaş» jurnalında inqilabi romantika ilə dolu olan, 
zəngin mündərəcəli şeirlər çap olunurdu. Bu tipli əsərlərdə inqilabın 
gələcəyinə möhkəm inam, sağlam, romantik ruh hakim idi.  
Sovet hakimiyyətinin ilk illərində poeziyada inqilab mövzusu 
şübhəsiz, hərtərfli poetik lövhələrlə, tablolalarla işlənə bilməzdi. O 
zaman inqilab gah pəriyə, gah dan ulduzuna, gah da günəşə  bən-
zədilirdi. Başqa sözlə desək, inqilabi mövzularda yazılan şeirlərdə bir 
səthilik nəzərə çarpırdı, inqilabın dərin ictimai mahiyyəti, fəlsəfi əsası 
hələ  sənət dili ilə verilmirdi. Buna görə  də  şairlərin çoxu təsvir et-
dikləri hadisələrin bilavasitə  iştirakçısından daha çox seyrçi, müşa-
hidəçi mövqeyində dururdular. Bu, həyatın, əsrin inkişaf istiqamətini, 
onun hərəkətverici qüvvələrini yaxşı görməməkdən, ictimai-siyasi 
hadisələrin mahiyyətini aydın dərk etməməkdən irəli gəlirdi. Dövrün 
qabaqcıl inqilabi ideologiyası olan marksizmlə tanışlığın kifayət 
səviyyədə olmaması da bu ziddiyyətləri görməyə əngəl törədirdi.  
Qeyd etmək lazımdır ki, inqilabi poeziya dedikdə yalnız bilavasitə 
Oktyabr mövzusunda yazılan əsərlər nəzərdə tutulmamalıdır. Məlum 
olduğu kimi inqilab mövzusu geniş  və çoxcəhətli anlyışdır. Buraya 
əməyin tərənnümü, azadlıq uğrunda mübarizə və s. motivlər daxildir. 
Ona görə də bu tematik əlvanlıq inqilab mövzusunda yazılan əsərlərin 
müxtəlifliyini, rəngarəngliyini təmin edirdi.  
İnqilabın ilk illərində yazıb-yaradan A.Şaiq, H.Cavid, Ə.Cavad, 
M.S.Ordubadi, C.Cabbarlı kimi şairlərin bu mövzuda yazdıqları əsər-
lərdə bir qayda olaraq həmişə müasir hadisələr keçmişlə müqayisəli 
şəkildə təsvir edilir. Bu tipli əsərlərdə başlıca olaraq köhnə, istismarçı 
dünyaya nifrət və yeni, azad dünyaya rəğbət; birincini tənqid, ikincini 
tərənnüm hissi hakim idi.  
A.Şaiqin «Əmək pərisinə», «Zərbəçi», «Üç lövhə», «Bizimdir», 


 
121
«Hər şey var» və s. şeirləri bu səpgidədir. Müəllif «Hər şey var» şei-
rində vətəninin gözəlliyini, xalqının qabiliyyətini görmək istəməyən 
bəzi kosmopolitlərə cavab verərək, iftixarla yazırdı:  
 
Bu ölkədə nələr yoxdur görənə?  
Hər yan, hər şey bir-birindən gözəldir.  
 
Bunları şairə diktə edən, onun şeir rübabını mücərrəd anlayışlar-
dan, romantik, görünməz  əfsanələrdən, boş  və  əsassız xəyallardan 
uzaqlaşdıran Oktyabr inqilabı idi. Yalnız Oktyabr işıqları şairə düz-
gün yol göstərdi, onun diqqətini – «Həpimiz bir günəşin zərrəsiyiz» - 
tezisindən ayırdı, ona sinfi bərabərsizlik həqiqətini öyrətdi, dost və 
düşmənini tanıtdı. 
İnqilabın bədii tərənnümü M.Müşfiqin yaradıcılığında daha geniş 
yer tutur.  
Mən kiməm, o böyük Leninin oğlu, 
Bir insan tutamaz keçdiyim yolu.  
Hərbin göylərində yarın qorxulu 
İldırımlar kimi çaxacağam mən.  
 
Müşfiq Oktyabr inqilabının atəşin təbliğatçılarından biri idi.  
Birinci dərsimiz – internasional,  
İkinci dərsimiz – burjuya siqnal, 
Üçüncü dərsimiz – ölür kapital.  
 
 Azərbaycan sovet poeziyasının yaradıcılarından olan S.Rüstəmin 
ədəbi fəaliyyətində  də inqilabi mövzular üstünlük təşkil edir. O, 
poeziyaya gəldiyi vaxt Azərbaycan  ədəbiyyatında kəskin ideoloji 
mübarizələr gedirdi. Burjua şairlərinə, dekadent ədəbiyyatının nüma-
yəndələrinə qarşı  sənət meydanında duruş  gətirmək asan deyildi. 
İnqilabın yetişdirdiyi  şairlər o zaman hələ  gənc idilər; sənətkarlıq 
cəhətdən kamilləşməmişdilər.Bütün bu çətinliklərə baxmayaraq, 
sovet  şairləri məfkurəcə sağlam, ideyaca möhkəm idilər və onlar 
düşmənlərə qarşı mübarizədə bu silahdan bacarıqla istifadə edirdilər. 
S.Rüstəm ilk ədəbi təcrübələrindən başlayaraq inqilabi ideyaların 
ardıcıl, dönməz carçılarından biri kimi çıxış etməyə başladı. O, ədə-
biyyatımızda siyasi lirikanın gözəl nümunələrini yaradan bir şair kimi 
diqqəti cəlb etmişdir. Şairin «Komsomol», «Ələmdən nəşəyə», «Üs-


 
122
yan yarat», «Oktyabr nəğməsi», «Uzaqlarda» və onlarca başqa şeirləri 
inqilabi poeziyanın gözəl nümunələri kimi diqqət mərkəzində durur. 
Sosializmə möhkəm inam, inqilabi işə  sədaqət, Lenin partiyasına 
qəlbən bağlılıq bu şeirlərin əsas ruhunu, canını təşkil edir.  
S.Rüstəmin poeziyası partiyalı şeirin ən parlaq nümunələridir, – 
desək səhv etmərik:  
 
Bəli, biz kommunistik, həqiqətdir yolumuz,  
Zəfərlər inqilabında var imzamız, qolumuz,  
Günəş bizə əl edib, gülür istiqbal kimi,  
Möhtəşəm himnimiz var «İnternasional» kimi! 
 
Oktyabr inqilabının nailiyyətlərinin bədii tərənnümünə  həsr 
olunmuş şeirlərlə yanaşı, şairlərimiz bu mövzuda epik, monumental 
əsərlər də yaratmışlar. Bunlardan S.Vurğunun «Komsomol» poeması, 
«26-lar», «Leninin kitabı», «Zamanın bayraqdarı», «20 bahar», 
R.Rzanın «Lenin», M.Müşfiqin «Azadlıq dastanı», «Sındırılan saz», 
«Səhər» və b. əsərlərini göstərə bilərik. Bu əsərlərin hər birində 
Oktyabr inqilabı və onun şanlı rəhbəri Lenin haqqında şairlərimizin 
ürək sözlərini oxuyuruq. 
S.Vurğunun səsi ədəbiyyata gəldiyi ilk vaxtlardan inqilabi möv-
zuda aydın və vüqarla səslənirdi.  Şair 1927-ci ldə yazdığı eyni adlı 
şeirində Oktyabrı dilsiz qərinələrin burulğanlarından işıqlı bir sabaha 
yol açan məşəl kimi təsvir edirdi.  
 
Yaxın bir keçmişin ağır daşını  
Çırpdın öz başına, tökdüyün qanla. 
Qardaşa tanıtdın öz qardaşını,  
Nə günlər keçirdin əhdi-peymanla. 
  
Poetik təfəkkür, obrazlı düşüncə şairin ilk qələm təcrübələrində də 
özünü göstərirdi. Burada Oktyabrın keçmişin ağır daşını zülmətlər 
əsrinin başına çırpması  hərarətli inqilabi pafosla ifadə olunmuşdur. 
Eyni ruhu şairin «Qızıl xatirələr» şeirində də görə bilərik. Burada da 
inqilabın nemətləri deklorativ şəkildə sadalanmır, yüksək poetik sə-
viyyədə tərənnüm olunur. 
Xalq şairi Rəsul Rzanın «Lenin» poeması inqilab dahisinə azəri 
xalqının məhəbbətindən yoğrulmuş böyük sənət  əsəridir. Poemada 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə