Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə89/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   85   86   87   88   89   90   91   92   ...   108

 
275
gətirəcəyimiz bir neçə misra ilə fikrimizi sübuta çalışacağıq: 
 
 Mən səni seçəndə möһtərəm alim 
Yeri də, göyü də süzdüm bir anda,  
Yenə yeri seçdim mən bu caһanda...  
Sənin də ayağın gorürəm, budur:  
Torpağın üstündə çox möһkəm durur.  
Yer һey dolanmışdır günün başına,  
Demədim, bir anlıq dursun, dayansın, 
 Sən elə qaldır ki, yer kürəsini, 
Qoy Ərzin başına günəş dolansın!.. 
 
Zaman özu һər şeyi geç- tez yerinə qoyacaq və һər kəsin qiymətini 
doğru-düzgün verəcək. Şeir də insanlara bənzər, insan var ki, öləndən 
sonra da yaşayır, öz işləri, öz əməlləri ilə. Yaxşı şeir də belədir. O da 
əbədi yaşayır. Zövq verir, ətir saçır. 
 
Bu Osmanın nəfəsidir,  
Yurdumuzun öz səsidir. 
 
 «Ədəbiyyat» qəzeti, №1 (2973) 
 5 yanvar 1996 
 
 
ŞEİRİMİZİN VURĞUN ZİRVƏSİ 
 
Qəvvassan üz dərya-dərya,  
İncini düz dərya-dərya,  
Vurğun könlüm tufan eylər,  
Sinəndə söz dərya-dərya 
(S.Vurğun) 
Narahat dünyamızın indiki mərhələsində, xalqımızın zorla mü-
haribəyə  çəkildiyi iqtisadi cəhətdən ağır və  əzablı keçən hazırkı 
günlərdə bütün yaradıcılığını  və ömrünü xalqın azadlığı, maarif və 
mədəniyyətinin inkişafı, şeir-sənət və bədii ədəbiyyatın, elmin tərəq-
qisi yolunda şam kimi əritmiş klassiklərin və müasir yaradıcıların 
xidmətlərini layiqincə
 
qiymətləndirən milli dəyərlərimizin böyük 
qədrşünası prezident Heydər  Əliyevin  şəxsi qayğısı  nəticəsində son 


 
276
illərdə ölkəmizdə, demək olar ki, həmin sahələr üzrə az-çox fəaliyyəti 
olan hər kəsin əməyinin təqdir edilməsi artıq adət halını almışdır. 
Dahi Füzulinin 500 illiyinin bu gün dünyanı heyran qoyan bayram 
təntənələrinin və yubileyin zirvə toplantısında şairin yaradıcılığı haq-
qında məhz prezidentimizin özünün həqiqi şeir-sənət xiridarı kimi və 
böyük professionallıqla sinədən söylədiyi dolğun məzmunlu məruzə 
onu eşidənlərin iftixar və sevincinə səbəb oldu. 
Budur, indi də xalqımız özünün başqa bir daһi şairinin, Sabirdən 
sonra XX əsrin son poetik zirvəsinin (Ə.Cəmil) S.Vurğunun anadan 
olmasının 90 illiyini qeyd etməyə һazırlaşır. 
Biz bu sadə, xəlqi, romantik, kövrək qəlbə malik sənətkarın əzəmət 
və vüqarını qiymətləndirmək, onun ədəbiyyatımızda yerini və  əһə-
miyyətini müəyyənləşdirmək üçün çox ölçü, çox meyar axtardıq, 
nəһayət şairin qələm dostlarından birinin bu mənalı müqayisəsindən 
yaxşısını tapa bilmədik: «Siz ilk yaz yağışından sonra günəşin çıx-
masını təsəvvür edin.Bu zaman göyün üzü tez-tez dəyişən və bir-birini 
əvəz edən müxtəlif rənglərlə  bəzənmiş olur... Bir yanda günəşin 
işıqları parıldayır, digər tərəfdə üfüqlərə yatan xırda buludlar alışıb 
yanır, tam ortalıqda isə göy qurşağı bütün kainatı ikiyə parçalayan bir 
şərid kimi uzanıb gedir. Bütün bu mənzərələr һərəsi ayrılıqda kamil 
bir sənət  əsəri üçün mövzu ola bilər.Müxtəlif rəssamlar bu göy 
mənzərələrini əks etdirən müxtəlif ölməz tablolar yaradır. Lakin bircə 
tabloda  һəm günəşi,  һəm üfüqə yatmış köz kimi qızaran buludları, 
һəm də şərid kimi uzanan göy qurşağını, yəni bütün göy mənzərəsini 
əks etdirən bir rəssama biz daһa artıq minnətdar olarıq.  İndiki 
ədəbiyyatımızın istedadlı  nəsli içərisində mürəkkəb xalq һəyatı  və 
varlığının belə bir mənzərəsini yaradan sənətkar һaqqında düşünəndə, 
qeyri-ixtiyari olaraq, xəyalımızda Səməd Vurğun canlanır». Xalq 
yazıçısı M.İbraһimovun bu son dərəcə  sərrast və obrazlı xarakteris-
tikası, bizcə,  şairin  һaqqında yazılmış sanballı cildlərdə, bu və ya 
digər şəkildə ifadə olunmuş, һər һansı tədqiqatın özülündə, nüvəsində 
dayanmağa tamamilə layiqdir. 
S.Vurğun işıqlı şəxsiyyət idi. Onun poeziyası da beləcə nikbin və 
işıqlı idi.Böyük şairin qartal xəyalı, romantik arzuları onu öz qanadları 
üzərinə alaraq, bəşəriyyətin xoşbəxt gələcəyinə aparır, qansız-qadasız 
istiqbala, müһaribəsiz, sərһədsiz bir aləmə vardırır: 
Uçub səyyar xəyalımla 
   
 
uzaqlaşdım bu aləmdən, 


 
277
Zamanlar adlayıb keçdim,  
  
 
 bir istiqbala vardım mən. 
Bir istiqbal ki, qoynunda 
   
 
gül açmışdır bütün aləm. 
Onun ulduzlu hüsnündə,  
Müzəffər, şanlı köksündə  
Nə bir qəm var, nə bir matəm. 
 
Şairin poeziyasının bu inamlı  və nikbin ruhu məhz dünyanın  ən 
yaxşı sənətkarlarının diqqətini zaman-zaman cəlb etmişdir. Ona görə 
də dövrünün qabaqcıl  şairlərindən biri kimi hələ sağlığında böyük 
şöhrət qazanmış S.Vurğunun zəngin mədəni irsi bədii ədəbiyyatın bir 
çox nəzəri problemlərinin öyrənilməsi üçün tənqid və  ədəbiyyat-
şünaslıq elminə bol material verməkdədir. Təsadüfi deyildir ki, son 
illər istər Azərbaycanda, istərsə  də dünya miqyasında çağdaş  ədəbi 
prosesin bir çox məsələlərinin həlli ilə maraqlanan tədqiqatçılar 
S.Vurğun yaradıcılığına sıx-sıx müraciət edirlər. Çünki S.Vurğunun 
həm bədii, həm də elmi-nəzəri irsi həmişə inkişafda olan, yeniləşən 
müasir  ədəbi prosesin bir sıra aktual məsələlərini həll etmək üçün 
geniş imkanlar açır.  İftixar hissi ilə deməliyik ki, bir çox tənqidçi 
filosoflar böyük Azərbaycan şairi və nəzəriyyəçisi S.Vurğunun ölməz 
və  һəmişəyaşar irsindən bu gün də yerli-yerində faydalanırlar. Biz 
S.Vurğun yaradıcılığında bir sıra yaradıcılıq problemlərini, o cüm-
lədən ənənə və novatorluq, onun dialektik vəһdəti, klassik ədəbi irs və 
ədəbi təsir məsələsi, Vurğunun poetik məktəbinin mənbə, məxəz və 
qaynaqlarını araşdırarkən bir çox analogiyalar, paralellər və müqa-
yisələr aparmalı oluruq. 
Vurğun şeirinin folklor əsası, klassik poetik irs −Xaqani, Nizami, 
Nəsimi, Füzuli, Vaqif, һətta tamam başqa ruһda olan Sabir şeiri, Şeks-
pir, Puşkin, Tofiq Fikrət ənənələrini də axtara bilərik. Lakin bəzən bu 
mülaһizələri söylədiyimiz zaman öz opponentlərimizdən etirazlar da 
eşitməli oluruq. Belə ki, bəziləri belə  qənaətdədirlər ki, adı  çəkilən 
mənbələrin һər birindən S.Vurğun nəsə bir şey əxz edibsə, onda şairin 
özünə  nə qaldı? Yaxud bəs onun bənzərsizliyi, orijinallığı, poetik 
məktəbi necə oldu? Biz isə belə һesab edirik və buna tamamilə əminik 
ki, һeç bir az-çox böyük sənətkar, necə deyərlər, saf, xalis, öz-özünə
öz tematikası, öz problematikası, poetikası, üslub və  dəsti-xətti ilə 
başqalarından ÇİN səddi ilə ayrıla bilməz. Ədəbi fikir, poetik təfəkkür 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə