20
Avtomobil və təyyarə benzinlərinin əsas keyfiyyət göstəriciləri aşağıdakılardır.
1. Detonasiyaya davamlılıq;
2. Fraksiya tərkibi, buxarlanma qabiliyyəti və doymuş buxarların təzyiqi;
3. Oksidləşməyə qarşı kimyəvi sabitlik, kükürdlü birləşmələrin zərərli təsiri
Qeyd etmək lazımdır ki, detonasiyaya davamlılığı onların tərkibinə daxil olan
karbohidrogenlərdən aslıdır. Detonasiyaya ən çox meyl göstərənlər normal parafin
karbohidrogenləri ən az detonasiya yaradanlar isə aromatik karbohidrogenlərdir,
naften karbohidrogenləri isə bu iki karbohidrogen arasında orta yer tutur.
Olefin karbohidrogenlərinin antidetonasiya xassəsi parafinlərə nisbətən daha
yüksəkdir.
Hazırda okton ədədi (motor üsulu ilə) 72-dən 98-ə qədər olan avtomobil
benzinləri buraxılır. Karbüratorlu mühərrikdə sıxılma dərəcəsi artırıldığı üçün,
görünür gələcəkdə avtomobil benzinlərinin detonasiyaya davamlılığına verilən tələb
daha da yüksəldiləcəkdir.
Fraksiya tərkibi yanacağın antidetonasiya xassəsinə böyük təsir göstərən
amillərdən biridir. Benzin yüngül olduqca onun detonasiya xassəsi də yüksək olur.
Benzinlərin buraxılmasını (fraksiya tərkibini) distillə vasitəsilə müəyyən etmək üçün
6 nöqtə götürülür.
1) qaynama başlanğıcının temperaturu , °S;
2) benzinin 10%-lik fraksiyasının qaynama temperaturu;
3) 50%-lik fraksiyanın qaynama temperaturu;
4) 90%-lik fraksiyanın qaynama temperaturu;
5) 97,5%-lik fraksiyanın qaynama temperaturu;
6) Qaynama sonunun temperaturu;
Benzinin 10%-lik qaynama temperaturu mühərrikin alçaq temperaturda isə
düşmə xassəsini və onun yanacaq verilən boru kəmərlərində qaz tıxacı əmələgətirmə
qabiliyyətini göstərir.
10%-lik qaynama temperaturu təyyarə benzinləri üçün 75-88°S və avtomobil
benzinləri üçün 70-79°S-yə bərabərdir. Benzinin 50%-lik qaynama temperaturu onun
21
orta buxarlanma qabiliyyətini mühərrikin bir rejimdən digər rejimə keçməsini və
onun iş zamanı davamlılığını göstərir. 50 %-lik fraksiya aşağı temperaturda
qaynadıqca, onun buxarlanma qabiliyyəti yüksək olur və mühərrik normal işləyir. Bu
temperatur təyyarə benzinləri üçün 105°S, avto benzinlər üçün 115°S-dən yüksək
olmamalıdır. Benzinin 90°S-lik qaynama temperaturu onun tərkibində çətin
buxarlanan fraksiyaların olduğunu göstərir. Bu temperatur aşağı olduqda benzinin
tərkibində çətin buxarlanan fraksiyaların miqdarı az olur, yanacaq karbüratorda tam
buxarlanır və beləliklə də silindrlə bərabər paylanır. Bu temperatur təyyarə benzinləri
üçün 145°S-dən çox olmamalıdır.
A-66 köhnə markalı avtomobil benzində bu temperatur 195°S, digər
benzinlərdə isə 180°S-dən çox olmamalıdır. 97,5%-lik qaynama temperaturu
mühərrikin sorucu sistemində yanacağın tam buxarlanmasını göstərir. Bu temperatur
təyyarə benzinləri üçün 180°S olmalı, avto benzinlərdə isə 205°S-ni ötməməlidir.
Qaynama sonunun temperaturu isə benzində ağır fraksiyaların qarışdığını gös-
tərir. Temperatur yüksək olduqda karterdəki yağ durulaşır və natamam yanma getdiyi
üçün qurum əmələ gəlir. Bu temperatur təyyarə benzinləri üçün 180°S, yayda avto-
mobil benzinləri üçün 195°S, qışda avtomobil benzinləri üçün 185°S-dən çox olma-
malıdır.
Doymuş buxarların təzyiqi karbüratorlu mühərriklərdə yanacağın buxarlanması
haqqında bizə əlavə məlumat verir, həm də mühərrikin qidalanma sistemində
yanacağın qaz tıxacı əmələ gətirmə qabiliyyətini göstərir. Benzinin doymuş
buxarlarının təzyiqi nə qədər çox olarsa bir o qədər asan buxarlanar, yüksəkdə uçan
təyyarələrin mühərrikinin boru kəmərlərində qaz tıxacı əmələgətirmə qabiliyyəti
yüksək olar. Buna görə də təyyarə benzinlərinin doymuş buxarlarının təzyiqi
məhdudlaşdırılır. (norma üzrə 360mm c.st)
Karbüratorlu mühərriklərdə işlədilən yanacaqların kimyəvi sabitliyi onların tər-
kibində olan və havanın oksigeni ilə asan oksidləşən olefin karbohidrogenləri ilə xa-
rakterizə edilir. Oksidləşmə nəticəsində yanacaqların okton ədədi azalır. Bu da
22
onların keyfiyyətinə təsir göstərir. Bu zamanda onların yanıq əmələgətirmə
qabiliyyəti yüksəlir.
Oksidləşməyə qarşı sabitlik benzin fraksiyasında olan qatranın həqiqi və po-
tensial miqdarı ilə qimətləndirilir. Qatranın həqiqi miqdarı müəyyən miqdar məhsulu
hava axını vasitəilə su hamamında buxarlandırmaqla təyin olunur. Buxarlanmadan
sonra qalığın miqdarı 100ml benzinə hesablanmaqla qatranın həqiqi miqdarı təyin
edilir. Qatranın həqiqi miqdarı təyarə benzinləri üçün (100ml, avtomobil benzinləri
üçün 7mq) 100ml-də 4mq-dan çox olmamalıdır.
Karbüratorlu mühərriklərdə işlədilən benzinlərin keyfiyyətini xarakterizə edən
ə
sas amillərdən biri də onlardakı kükürdlü birləşmələrin miqdarı və xassəsidir.
Benzindəki kükürdlü birləşmələr metalı korroziyaya uğradır, karbohidrogenlərə
zərərli təsir göstərir, benzinin antidetonasiya xassəsini aşağı salır, benzinin etil
mayesini qəbuletmə xassəsini pisləşdirir.
Benzinin tərkibində olan hidrogen-sulfid, merkaptan və sərbəst kükürd onun
keyfiyyətinə daha pis təsir göstərir. Hidrogen-sulfid misi, bürüncü və dəmiri
korroziyaya uğradır.
Merkaptanlar metala təsir etdikdə onu yeyir və merkapditlər əmələ gətirir.
Bunlar qızdırıldıqda isə metal sulfidinə və sulfidlərə ayrılr. Metal sulfidlər metalın
kristal qurluşunu dağıdır, mühərrik silindrinin səthini korlayır, bununla da silindr
divarları ilə porşen halqalarının kipliyi pozulur. Elementar kükürd adi
temperaturlarda mis, gümüş və civəyə yüksək temperaturlarda isə dəmirə təsir
göstərir. Qeyd etmək lazımdır ki, yüksək temperaturlarda (150-200°S) elementar
kükürd naftinlə parafin karbohidrogenlərini hidrogensizləşdirərək hidrogen sulfid,
olefinlər, asfaltenlər və karbon əmələ gətirir.
Tərkibində kükürdlü birləşmələr olan yanacağı yandırdıqda kükürd qazları
alınır. Sistemdə kiplik olmadıqda bu qazlar karterə keçərək oradakı nəmliklə
birləşərək sulfat turşusu əmələ gətirir. Aydındır ki, bu turşuda mühərrikin metal
hissələrinə yeyici, korroziyaedici təsir göstərir. Kükürdlü birləşmələr həm də
benzinlərin etil mayesini qəbul etmə xassəsini pisləşdirir və beləliklə də onların okton
Dostları ilə paylaş: |