Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   2   3   4   5   6   7   8   9   ...   25

 

kəsb  edir.  Bu  baxımdan,  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  zəruriliyi  və 



imkanları  məsələləri  Azərbaycan  iqtisadiyyatı  üçün  mühüm  əhəmiyyət  kəsb  edir. 

Qeyd  edilənlərin  aktuallığı  nəzərə  alınaraq  dissertasiya  işi  qeyri-neft  sektorunun 

inkişaf etdirilməsi məsələlərinin öyrənilməsinə həsr olunmuşdur. 

Tədqiqatın  məqsədi  qeyri-neft  sektorunun  inkişafının  mövcud  vəziyyətinin 

kompleks  təhlili  əsasında  bu  sektorun  inkişaf  istiqamətlərinə  dair  elmi  cəhətdən 

ə

saslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.  



Tədqiqatın  məqsədinə  uyğun  olaraq  aşağıdakı  vəzifələrin  həll  edilməsi  qarşıya 

qoyulmuşdur: 

  -  milli  iqtisadiyyatın  sahə  strukturunun  formalaşmasına  təsir  edən  amillər 

müəyyən edilməsi; 

-    iqtisadi  inkişafda  təbii  resursların  rolunun  və  milli  iqtisadiyyatda  holland 

sindromunun baş vermə mexanizminin araşdırılması; 

- qeyri-neft sektorunun inkişafını zəruri edən amillər müəyyən edilməsi; 

- qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən tənzimlənmə mexanizminin 

xüsusiyyətlərinin açıqlanması;  

- milli iqtisadiyyatın mövcud sahə sturukturunun araşdırılması; 

- ölkədə qeyri-neft sektorunun inkişaf dinamikasının qiymətləndirilməsi;  

-  ölkədə  qeyri-neft  sektorunun  inkişafı  üçün  biznes  mühitinin  qiymətləndiril-

məsi; 

- qeyri-neft  sektorunun inkişaf imkanları və prioritetləri müəyyənləşdirilməsi; 



- qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən stimullaşdırılması yollarının 

müəyyən edilməsi. 



Tədqiqatın obyekti kimi Azərbaycanın qeyri-neft sektoru seçilmişdir. 

Tədqiqatın  predmetini  qeyri-neft  sektorunun  inkişafı  məsələlərinin  tədqiqi 

təşkil edir. 



Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını

  iqtisad  elminin  klassiklərinin  və 

aparıcı iqtisadçı alimlərin əsərləri, Azərbaycan Respublikasının müvafiq qanunları, 

Respublika  prezidentinin  fərmanları,  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamları, 

digər hüquqi-normativ sənədlər təşkil edir. 



 



Tədqiqatın  informasiya  bazası



nı  Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsinin  və  qtisadiyyat  və  Sənaye  Nazirliyinin  məlumatları,  Milli  Bankın  və 

digər  dövlət  qurumlarının ilkin  hesabatları,  elmi-praktik  konfransların  materialları 

təşkil edir. 

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

  -  milli  iqtisadiyyatın  sahə  strukturunun  formalaşmasına  təsir  edən  amillər  aşkar 

edilmişdir; 

-  qeyri-neft sektorunun inkişafını zəruri edən amillər müəyyən edilmişdir; 

-  qeyri-neft  sektorunun  inkişafının  dövlət  tərəfindən  tənzimlənmə  mexaniz-

minin xüsusiyyətlərinin açıqlanmışdır;  

- ölkədə milli iqtisadiyyatın mövcud sahə sturukturu və qeyri-neft sektorunun 

inkişaf dinamikası qiymətləndirilmişdir;  

-  qeyri-neft  sektorunun  inkişaf  imkanları  və  prioritetləri  müəyyənləşdirilmiş-

dir; 


- qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən stimullaşdırılmasına dair 

təklif və tövsiyyələr hazırlanmışdır.  



Dissertasiyanın  quruluşu  və  həcmi

.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və 

istifadə olunmuş ədəbiyyat siyahısından və 83 səhifədən ibarətdir.  

Dissertasiya işinin birinci fəsli “Milli iqtisadiyyatda qeyri-neft sektorunun inkişafı-

nın nəzəri əsasları” adlanır. Bu fəsildə milli iqtisadiyyatın sahə strukturunun formalaş-

masına  təsir  edən  amillər  müəyyən  edilmbi,  iqtisadi  inkişafda  təbii  resursların  rolu  və 

milli iqtisadiyyatda holland sindromunun baş vermə mexanizmi araşdırılmış, qeyri-neft 

sektorunun inkişafını zəruri edən amillər müəyyən edilmiş, qeyri-neft sektorunun inki-

ş

afının dövlət tərəfindən tənzimlənmə mexanizminin xüsusiyyətlərinin açıqlanmışdır. 



Dissertasiya işinin ikinci fəsli “Azərbaycanda qeyri-neft sektorunun inkişafının 

mövcud  vəziyyətinin  qiymətləndirilməsi”  adlanır.  Bu  fəsildə  ölkə  iqtisadiyyatının 

mövcud  sahə  sturukturu  araşdırılmış,  ölkədə  qeyri-neft  sektorunun  inkişaf 

dinamikasının və mövcud biznes mühit qiymətləndirilmişdir.  

Dissertasiya  işinin  üçüncü  fəsli  “Azərbaycanda  qeyri-neft  sektorunun  inkişa-

fının  perspektiv  isiqamətləri”  adlanır.  Bu  fəsildə  ölkədə  qeyri-neft    sektorunun 




 

inkişaf imkanları və prioritetləri müəyyənləşdirilmiş, bu sektorun inkişafının dövlət 



tərəfindən stimullaşdırılması yollarının müəyyən edilmişdir.  

 

 




 



FƏS L 1.  



M LL   QT SAD YYATDA QEYR -NEFT SEKTORUNUN  NK ŞAFININ                 

NƏZƏR  ƏSASLARI 

1.1. Milli iqtisadiyyatın sahə strukturunun formalaşmasına təsir edən amillə

Milli  iqtisadiyyatın  dayanıqlı  və  tarazlı  inkişafı  ona  daxil  olan  bütün  sahələ-

rinin  inkişaf  səviyyəsindən,  səmərəli  fəaliyyətindən  və  inkişaf  tempindən  asılıdır. 

Milli iqtisadiyyatda ayrı-ayrı sahələrin payı onun inkişaf səviyyəsini müəyyən edir. 

Belə ki, inkişaf etmiş ölkələr aqrar inkişaf, sənayenin inkişafı və xidmət sahələrinin 

inkişafına  əsaslanan  postindustrial  inkişaf  mərhələlərini  keçmişlər.  Bununla  belə, 

bu  inkişaf  mərhələləri  əsasən  ölkənin  malik  olduğu  iqtisadi  potensialın  reallaşma 

səviyyələri  ilə  müəyyən  olunur.  Çünki  sənaye  hesabına  inkişaf  imkanları 

məhdudlaşdıqda xidmət sahələri hesabına inkişaf imkanları formalaşır. 

ngilis iqtisadçısı Adam Smit qeyd edirdi ki, məhsuldar qüvvələrin inkişafında 

böyük  tərəqqi  əmək  bölgüsü  nəticəsində  baş  vermişdir.  Mübadilə  etmək  imkanı 

ə

mək  bölgüsünün  dərinləşməsinə  səbəb  olduğundan,  onun  (əmək  bölgüsünün) 



səviyyəsi  mübadilə  imkanlarının  hədləri  ilə,  yəni  bazarın  həcmi  ilə  məhdudlaşır. 

Bu  baxımdan,  xüsusilə  kiçik  ölkələrin  daxili  bazarlarının  məhdud  olması  onların 

beynəlxalq  əmək  bölgüsündə  aktiv  iştirak  etmələrini  stimullaşdırır,  milli  təsərrü-

fatların  ixtisaslaşmasını  artırır.  Bu  ixtisaslaşma  nəticəsində  də  iqtisadiyyatın 

nisbətən səmərəliliyini artırmaq mümkün olur.  

Hər  bir  ölkənin  malik  olduğu  resursların  strukturu  və  texnoloji  biliklərinin 

səviyyəsi müxtəlif olduğundan ayrı-ayrı ölkələrdə müəyyən məhsulların istehsalına 

çəkilən xərclərin səviyyəsi də müxtəlif olur. Məhdud iqtisadi resurslardan səmərəli 

istifadə  olunması  üçün  müəyyən  məhsulun  istehsalı  üzrə  nisbi  üstünlüklərə  malik 

olan  ölkədə  onun  istehsal  edilməsi  tələb  olunur.  Buna  görə  də  hər  bir  ölkə  digər 

ölkəyə nisbətən daha az xərclə istehsal edə bildiyi məhsullar üzrə ixtisaslaşmalı və 

bu  məhsuları  digər  ölkədə  özünə  nisbətən  ucuz  başa  gələn  məhsullara  mübadilə 

etməlidir.  Eyni  zamanda,  beynəlxalq  ticarətin  inkişaf  etməsi  miqyasdan  qənaətin 

ə

ldə  olunmasına,  yəni  məhsul  buraxılışını  artırmaq  hesabına  istehsal  xərclərini 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə