11
Həmçinin, təbii amillər dolayı yolla sosial sferanın, infrastruktur
sahələrin inkişafına da təsir edir.
Demoqrafik qəbildən olan amillərə: ölkənin ayrı-ayrı rayonlarında əmək
ehtiyatlarının kəmiyyət və keyfiyyət xarakteristikası, kadrların ixtisas səviyyəsi
kimi amillər də milli iqtisadiyyatın struktuna təsir göstərir. Ümumiyyətlə əmək
ehtiyatları məhsuldar qüvvələrin aparıcı hissəsidir. Məhz əmək istehsalın mühüm
amili olub, istehsalın digər amillərini hərəkətə gətirir. Yəni əhali, əmək ehtiyatları
maddi nemətlər və xidmətlər istehsalını həyata keçirir. Bu baxımdan ölkədə
ə
halinin sayı, yaş, cins tərkibi, kadrların ixtisas səviyyəsi və s. milli iqtisadiyyatın
inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.
Ə
mək ehtiyatlarının coğrafiyası hər şeydən əvvəl milli iqtisadiyyatın əmək
tutumlu sahələrinin yerləşdirilməsinə təsir göstərir. Məsələn, cihazqayırma,
radiotexnika və digər maşınqayırma sahələrinin, yüngül sənaye kimi əməktutmlu
sahələrin əmək ehtiyatları ilə zəngin regionlarda, rayonlarda yerləşdirilməsi daha
məqsədəuyğundur. ş qüvvəsinin azlıq təşkil etdiyi rayonlarda mexanikləşdirilmiş,
avtomatlaşdırılmış sənaye müəssisələrinin yaradılması daha məqsədəuyğun olur.
Həmçinin ayrı-ayrı rayonlarda əmək ehtiyatlarının strukturunu və ixtisas tərkibini
də nəzərə almaq lazımdır. Çünki yüksək ixtisaslı sahələrin yaradılması və
yerləşdirilməsi üçün ixtisaslı kadrların olması vacibdir. Belə ki, Leontev
paradoksuna görə ABŞ məntiqlə iqtisadiyyatında əmək haqqının yüksək olması
şə
raitində nisbətən əməktutumlu sahələrin payının azalması gözlənildiyi halda
ə
məktutumlu sahələrin payı yüksəlmişdir. Belə artımın əsasən ixtisaslı işçi tələb
edən sahələrin inkişafı hesabına baş verməsi ilə əsaslandırırırlar.
Elmi-texniki tərəqqi milli iqtissadiyyatın strukturunun dəyişməsinə təsir gös-
tərən ən vacib amillərdəndir. Belə ki, 1970-ci ildə başlayaraq kəned təsərrüfatında
«yaşıl inqilab» baş versə də, sənayenin elmi texniki tərəqqini təmin edən əsas sahə
olması bu sahənin üstün inkişafına səbəb olmuşdur. Belə ki, sənaye elmi-texniki
tərəqqisini təmin edən əsas sahədir. Burada elmi-texniki nailiyyətlərin mənimsənil-
məsinin həcmi və tempi yüksək olur.
12
Müasir mərhələdə elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsi
iqtisadi artımın həllediji amilinə çevrilmişdir. Elmi-texniki tərəqqinin nailiyyətləri-
nin mənimsənilməsi ictimai-iqtisadi, sosiol proseslərin mahiyyətində dəyişiklik
aparır, onlara yeni keyfiyyət verir. Elm və texnikada və habelə elmlə texnikanın
inteqrasiyası şəraitində baş verən keyfiyyət dəyişmələri ayrı-ayrı sahələrin inkişaf
tempinə təsir göstərməklə milli iqtisadiyyatdın sahə strukturunda dəyəişiliklərə
səbəb olur.
Təbii-coğrafi amillərlə yanaşı istehsala xidmət sahələrinin inkişafına iqtisadi
amillər də təsir göstərir. Belə ki, maddi istehsal sahələrində baş verən meyllər öz
ə
ksini istehsala xidmət sahələrində də tapır. Maddi istehsal sferasının iqtisadi
vəziyyti istehsala xidmətə olan təlabatı müəyyən edir.
Texniki-texnoloji amillərin təsiri ölkədə biznesin inkişafında vacib rol
oynayan istehsal xidmətlərinin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir
göstərir. Təhlil göstərir ki, istehsala xidmət sahələrinin əsas fondlarının
əksəriyyəti k
öhnəlmişdir və yenidən qurulmaya ehtiyac vardır.
stehsala xidmət sahələrinin texniki-texnoloji bazasının istehsala xidmə-
tin keyfiiyətini təmin etməməsi və maddi istehsal sahələrinin müəssisələrinin
təl batlarına çavab verməməsi onların vəziyyətinə mənfi təsir göstərir.
Ölkədə
istehsala
xidmət
sahələrinin
texniki-iqtisadi
vəziyyətinin
yaxşılaşdırılması bu sahədə sahibkarlığın və rəqabət mühitinin inkişafına
yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi hesabına mümkündür.
Siyasi-hüquqi amillər iqtisadi sistemin mövcudluğunun xarici mühitini
müəyyən edir. Belə ki, son illərdə dövlət sifarişinin azalması istehsalın da
azalmasına səbəb olmuşdur.
Əsas və k
öməkçi istehsalların sıx qarşılıqlı əlaqədə inkişafını nəzərə ala-
raq istehsala xidmət sahələri ilə maddi istehsal sahələrinin sinxron inkişafının
təmin olunması məqsədə uyğundur. Bu baxımdan ölkədə inkişafın istehsal və
institutsional infrastrukturunun yaradılması vacibdir. Bu baxımdan bu
sahələrə investisiya qoyuluşlarının istiqamətləndirilməsi vacibdir. Dünya
13
təcrübəsi göstərir ki, yalnız maddi istehsalın inkişafına yönəldilmiş birtərəfli
tədbirlər arzu olunan nəticənin əldə olunmasına gətirib çıxarmır. nkişaf etmiş
ölkələr sənayedə, kənd təsərrüfatında və tikintidə inkişafa nail olaraq, hər
şeydən əvvəl istehsala xidmətlər bazar
ınının genişlənməsinə və burada
rəqabətin inkişafına nail olmuşlar. Çünki çox vaxt maddi istehsal sahəsində
böhran vəziyyətinin yaranması səbəblərindən biri istehsala xidmət sahələrinin
inkişaf səviyyəsinin maddi istehsalın təlabatlarına cavab verməməsi olmuşdur.
Məsələn, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətlərinin aşağı
olmasının səbəblərindən biri istehsalçı ilə istehlakçını əlaqələndirən informasiya
sisteminin olmaması, soyuducu qurğuların istifadə olunması əsasında onların
saxlanması sisteminin inkişaf etməməsi, emal sənayesində rəqabətin aşağı
səviyyəsi, alıcılar üçün servis xidmətlərinin aşağı olması və s. ilə əlaqədardır.
Buna görə də bu sahədə istehsala xidmət sahələrinin yaradılması, bu sahələrin
inkişafının hüquqi bazasının və stimullaşdırma mexanizminin qurulması
vacibdir.
Nəqliyyat işlərinin həcmi, sənaye yüklərinin daşınma xərclərinin kəmiyyəti
(xammal, yanacaq, yarımfabrikatlar və hazır məhsul) ölkənin ərazisi üzrə sənaye-
nin necə yerləşməsindən asılıdır. Sənayenin yerləşdirilməsinin yaxşılaşdırılması
xammalın və hazır məhsulun həddən artıq uzaq məsafələrə səmərəsiz daşınmasının
azaltmağa imkan verir. Buna görədə sənayenin bu və ya digər sahəsinin müəs-
sisələrini yerləşdirməyin məqsədəuyğunluğunu qiymətləndirmək üçün xammalın
və hazır məhsulun daşınma uzaqlığının göstəricisi böyük əhəmiyyət kəsb edir.
Nəqliyyat işlərinin həcmi, sənaye yüklərinin daşınma xərclərinin kəmiyyəti
(xammal, yanacaq, yarımfabrikatlar və hazır məhsul) ölkənin ərazisi üzrə sənaye-
nin necə yerləşməsindən asılıdır. Sənayenin yerləşdirilməsinin yaxşılaşdırılması
xammalın və hazır məhsulun həddən artıq uzaq məsafələrə səmərəsiz daşınmasını
azaltmağa imkan verir. Buna görə də, sənayenin bu və ya digər sahəsinin müəssisə-
lərini yerləşdirməyin məqsədəuyğunluğunu qiymətləndirmək üçün xammalın və
hazır məhsulun daşınma uzaqlığının göstəricisi böyük əhəmiyyət kəsb edir. Nəq-
Dostları ilə paylaş: |