Dədə Qorqud ● 2014/IV 10
43). DQK motivli əsərlərdə sarı tərəf mənasında da işlənir. Ona sarı getdi (4, 6).
Beyrəyin ölüsünü, dirisini öz gözlərimizlə görməyincə bir igid sevər olsaq, ərə
getsək, sarı ilan olub bizi çalsın (4).
Sağ. DQK-də salamat, diri, tərəf mənalarında işlənir. Dərsə xan burada
oğlancığın sağ idügin yenə bildi (DQK 41); Məhəmmədin sağ yanında namaz
qılan Əbubəkr siddiq görkli (DQK 32). DQK motivli əsərlərdə də «sağ» sözü
qeyd olunmuş hər iki mənada istifadə olunur. Məsələn, Sağ əlinə baxdı Qarabu-
dağı gördü (4, 52); “Beyrək Qazanın sağ əlidir” (4, 84) – cümləsində «sağ» söz
səviyyəsində mənasını itirmişdir. Birləşmə frazeoloji birləşmə olub ayrı mənaya
malikdir.
Alçaq. Müasir Azərbaycan dilində müxtəlif mənalarda, o cümlədən «Hün-
dürlüyü az olan, bəstəboy, yavaş, asta, rəzil, şərəfsiz, pis, xarab» mənalarında iş-
lənir (12, 100). Mahmud Kaşğaridə «təvazökar, xoşqılıq» kimi izah edilmişdir
(15, 29). DQK-də «aşağı», «vəzifə, rütbəcə aşağı» mənalarında işlənir. Məsələn,
Alçaqdan uca yerlərə çıxdılar (5, 23); Məndən alçaq kişiləri ağ otağa, qızıl ota-
ğa qondurdu (5, 17). DQK motivli əsərlərdə də bu iki məna vardır. Məndən al-
çaq kişiləri ağ çadıra, qızıl çadıra ötürdü (4, 10); Alçaqdan uca yerlərə çapıb,
ucadan alçaq yerlərə endilər (4, 90).
Alçaq sözünün müasir dildə işlənən «rəzil, şərəfsiz, pis, xarab» mənaları
DQK-də işlənmir. DQK motivli əsərlərdə isə həmin sözdən bu mənada istifadə
olunur. Alçaq, mən bu işi duysam belə gələrmiydim (4, 85).
Kor. Bu söz DQK-də çoxmənalı deyildir. “Çıqsun bənim kor gözüm, a
Dərsə xan, yaman səgrir” (5, 38). Lakin Anarın əsərində həmin söz iki mənada
işlədilmişdir. “Gözləri kor olmuş Baybura və arvadı Ayna Məlik həmişəki yerlə-
rində… oturmuşdular” (4, 81). “Tanrım mənə bir kor oğul vermiş” (4, 60). “Ba-
yat obasında yol kənarındakı daşın üstündə beli bükülmüş, gözləri kor olmuş bir
qoca oturmuşdu” (4, 42). “Kor quduzun öz qılıncın, ələ aldı, boynun vurdu” (1,
248).
«Dədə Qorqud kitabı»nın müasir ədəbiyyatda tarixi-üslubi fonunu yaradan
vasitələrdən biri də omonim sözlərin ustalıqla bəhrələnmə texnikasıdır. Müxtəlif
kontekstlərdə işlənən omonimlər dilin fikri bədii şəkildə ifadəetmə imkanlarını
açmaq üçün böyük maraq doğurur.
İşin tətbiqi əhəmiyyəti: DQK motivləri əsasında qələmə alınmış müasir
əsərlərdə omonim və çoxmənalı sözlərin müqayisəli şəkildə araşdırılması həm
dil tariximizin, həm də folklor poetikamızın qədim özəlliklərini və bu özəlliklə-
rin bugünkü təzahür formalarını aşkara çıxarmaq baxımından əhəmiyyətlidir.
Linqvistik poetika ilə bağlı tədqiqatların aparılmasında və bəzi praktik məsələlə-
rin həllində əsaslı mənbə kimi yardımçı ola bilər.
İşin elmi yeniliyi: Araşdırmada nəsr və poeziya nümunəsindən götürül-
müş materiallara istinad etmə və müxtəlif aspektlərin təhlili diqqəti özünə cəlb
edir. Omonim və coxmənalı sözlərin qədim yazılı abidənin və onun motivləri
Dədə Qorqud ● 2014/IV 11
əsasında yazılmış müasir əsərlərdə istifadə olunma xüsusiyyətılərinin üzə çıxa-
rılması və onların elmi əsaslandırılması, dilin tarixi inkişafı prosesində üslubda
yaranan dəyişmələrin aşkarlanması işin elmi yeniliyini şərtləndirən cəhət kimi
qəbul onuna bilər.
ƏDƏBİYYAT
1. Teymuroğlu İ. «Kitabi-Dədə Qorqud»un leksik-semantik səviyyəsinin bəzi
xüsusiyyətləri // Dədə Qorqud aliliyi. Bakı, 1999, s.149-161.
2. Səhənd. Sazımın sözü. Yazıçı nəşriyyatı. Bakı, Elm, 1984.
3. N.Xəzri. Seçilmiş əsərləri.VI cild. “Yazıçı” nəşriyyatı. Bakı, Elm, 1984.
4. Anar. Dədə Qorqud. Gənclik nəşriyyatı. Bakı, 1983.
5. «Kitabi-Dədə Qorqud». Bakı, Yazıçı, 1988.
6. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, Yazıçı, 1984.
7. Müasir Azərbaycan dili. Bakı, Elm, 1978.
8. Hacıyev T. «Dədə Qorqud»: dilimiz, düşüncəmiz. Bakı, 1999.
9. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. I c., Bakı, 2003.
10. Hacıyev T. «Dədə Qorqud kitabı»: tariximizin yazılı ilk dərsliyi. Bakı, 2014.
11. Məhərrəmova R. Kitabi-Dədə Qorqudun söz xəzinəsi. Bakı, Nurlan, 2007.
12. Həsənov H. «Dədə Qorqud» eposunda işlənən omonimlər sözlüyü / Kitabi-Dədə
Qorqud (Məqalələr toplusu). Bakı, Elm, 1999, s.288-298
13. Azərbaycan dilinin izahlı lüğəti I c. Bakı, EA nəşri,1966.
14. “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, Elm, 1999.
15. Məmmədov A. Dəli Domrul. Bakı, Gənclik,1981.
16. Kaşğari M. Divanü lüğat-it- türk. IV c. Bakı, Elm, 2006
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Dədə Qorqud ● 2014/IV 12
Sakibə ƏLƏSGƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
ADPU-nun dosenti
e-mail: sakibe_elesger@mail.ru
DƏDƏ QORQUD RUHU: MİF-FOLKLOR-ƏDƏBİYYAT
(Ə.Tanrıverdinin yaradıcılığı əsasında)
Xülasə
Məqalədə professor Əzizxan Tanrıverdinin “Dədə Qorqud kitabı”nda dağ kultu” və “Dəli
Kür” romanının poetik dili” əsərlərində təhlilə cəlb olunmuş bir çox problemlərə münasibət bil-
dirilmişdir. Azərbaycan xalqının tarixinə, soy-kökünə müəllif baxışı müxtəlif məqamlar səviyyə-
sində araşdırılaraq qiymətləndirilmişdir. Xalqının tarixinə, adət-ənənəsinə hörmətlə yanaşan, bə-
zən onu kultlaşdıran, azərbaycançılıq, türkçülük mənafeyinə sadiq qalan Əzizxan müəllimin
alim səviyyəsi bir daha real olaraq ictimailəşdirilmişdir.
“Dədə Qorqud kitabı”nın və İ.Şıxlının dili və poetikliyinin yüksək səviyyəsinin güclü
alim qələmi ilə qiymətləndirilməsi xoşagələn haldır.
Açar sözlər: inanc, oğuz eli, Dədə Qorqud, dağ və at kultu, türk xalqlarının tarixi, İsma-
yıl Şıxlı, obrazların dili
THE SPIRIT OF DEDE GORGUD: MYTH-FOLKLORE-LITERATURE
(On the basis of A.Tanryverdi's creativity)
Summary
In the article was analysed prof. Azizkhan Tanrıverdi`s books. In the "The Book of Dede
Korkut" was analysed cult of the mountain "and "Poetic language of of the novel " Deli Kura" a
lot of the problems involved and were responded. In here was investigated and evaluated
author`s view on history of Azerbaijan nation and root-generation. Azizkhan Tanrıverdi respects
history of his nation, its culture, tradition and he devoted to azerbaijanism, turkism and from
here professors`s academic level was really socialized.
It is pleasent wvaluation of "Book of Dede Korkut" and I.Shikli’s language and poetry`s
high level with a strong academic pencil.
Key words: belief, Oguz land, Dede Korkut, mountains and horse cult, the history of the
Turkic peoples, Ismail Shikhli, charachter’s language
ДУХ ДЕДЕ КОРКУТА: МИФ-ФОЛЬКЛОР-ЛИТЕРАТУРА
(На основе творчество А.Танрыверди)
Резюме
В статье было представлено отношение ко многим проблемам анализированным в
произведениях «Культ горы в «Книге Деде Коркут»а» и «Поэтический язык романа «Кура
неукратимая». Авторский взгляд к проблемам истории и генезиса Азербайджанского на-
рода были анализированы в разных аспектах и оценены. В статье были преподнесены об-
щественному мнению ученый уровень Азизхан Танрыверди, который всегда с уважением
относился к истории и традициям народа, который иногда культивизировал азербайджан-
ство и туркизм.
Очень прилежна оценка высокого уровня языка и поэтики «Книги-Деде Коркута» и
Исмаила Шихлы пером этого выдающегося ученого.
Ключевые слова: поверье, огузский край, Деде Коркут, культ горы и коня, исто-
рия тюркских народов, Исмаил Шихлы, язык образов