Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə15/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     35 
 
 
nəğmələrində  ritualda  birinci  ifaçı  rəqs  zamanı  la/lo/lə  çağırışı  ilə  digərlərini 
oyuna  dəvət  edir  (2,  s.73).  Holavar  nəğməsi  ilə  bağlı  olan  belə  nəğmə-rəqsləri 
prof. Hüseyn İsmayılov Göyçədən toplamışdır (5). 
Vəl  –  kəl  –  öküz  sözündə  dialekt  xüsusiyyətləri  də  görünür.  v  –  diftonq 
səsdir.  Holavardakı  “hol”  sözünün  arxaik  zamandan  tələffüzdə  yaranan 
uəl/huəl/vəl  səs  dəyişikliyi  şəklində  işlənməsinə  dialektlərdə  təsadüf  olunur. 
Bunu təsdiq etmək üçün “ho” sözünün  “hol” şəklində  işlənməsini (hollavar) də 
fakt kimi göstərmək olar (2, s.73; 8). Deməli, əkinin başa çatmasından sonra ke-
çirilən  mərasimdə  ifa olunan  nəğmədə, “hollavar” sözündə -la/lə hissəciyi  həm 
də  qədim  totemə  (öküzə)  işarədir.  Haxışta  nəğmələrində  də  ha/ho  sözü  öküzü, 
xış  isə əmək alətini göstərir. Holla-dakı -la çağırış məzmunu daşıyır (7). Bu da 
halay  nəğmələrindəki  -la  ilə  birləşir.  Bütün  bu  dediklərimizi  daşlaşmış  şəkildə 
“vəlli”  sözündə  açıq-aydın  izləyə  bilərik.  Azərbaycan  dilinin  dialektoloji  lüğə-
tində holavar sözünün Qazaxda hololo şəklində işləndiyi qeyd olunur (4, s.208). 
Bu sözdəki lolo öküzü himayə edən, öküz şəklində təsəvvür olunan mifoloji Lo 
varlığıdır. 
Ə.Yerevanlı  erməni  dilində  əkinçi  nəğmələrinə  “horavel”  deyilməsini 
qeyd edir (3, s.41). 
Bu dediklərimizə söykənərək, qaravəlli haqqında belə fikir yürüdə bilərik: 
“Qaravəlli”  sözündəki  “vəlli”  öküzü  himayə  edən  haqqında  nəğmə,  “holavar” 
sözündəki -var hissəciyi isə “vəl” sözü olub, yenə öküzü himayə edən haqqında 
nəğmə  mənasını  verir.  Deməli,  mənanın  qüvvətləndirilməsi  üçün  uəl/huəl/vəl 
sözünün 2 dəfə təkrarlanmasını görürük. Buna görə də “qaravəlli” sözü ilə “ho-
ravəl” sözü arasında daxili bir məzmun yaxınlığının olması qənaətindəyik.  
 
3. Qaravəllinin mətn-janr mərhələsi  
Üçüncü mərhələdə nəğmə mətninin məzmununun nəsrlə ifadə olunmasını 
görürük. Burada mifoloji  interpretasiya adi  interpretasiya  ilə əvəz olunur. Nəğ-
mə dilindəki  mifoloji obrazlar, qəhrəmanlar, tanrılar adi  insanlarla əvəz olunur. 
Eyni zamanda nəğmədəki ciddilik nəsrlə ifadə olunan mətndə mifoloji obrazlara 
yönələn  gülüşə  çevrilir.  Yeni  mətndə  mərasimin,  həm  də  məzmunun  daralması 
interpretasiyanın əsas göstəricisidir. Nəğmənin məzmunu daralıb əsas ştrixlərini 
itirir, yerdə qalan məzmun gülməli əhvalat şəklini alana qədər dəyişikliyə uğra-
yır.  İnterpretasiyanı  (anlamın  şərhini)  qara-qura  sözünün  leksik  mənasında  da 
görə bilərik. Qara – böyük, qüdrətli, qura (cürə) – kiçildilmiş məzmunda diqqət 
çəkir. 
Janrın  tələbinə  əsasən,  mifoloji  qəhrəmanı  Kosa,  Keçəl  və  digərləri  əvəz 
edir.  Kosa,  Keçəl  gülməli  situasiyalar  yaradan  mifoloji  düşüncənin  yeni  tarixi 
şəraitdə  alleqorik  obrazlarıdır.  Onların  iştirak  etdikləri  qaravəllilərdə  axmaqlı-
ğın, hiyləgərliyin tənqid olunduğunu görürük.  
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     36 
 
 
4. Qaravəlli substantivləşmiş ad kimi 
Vahid Əzizin yaradıcılığında: 
Bu dünya bir qərəvəlli, 
Aşırıbdı çox heykəli, 
Ölənlərin yeri bəlli 
Dirilərin kimdən soruşum? (9) 
Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” romanında: 
“Sonra  xörək-çörək  vaxtı  sənə  kəndimizdən  o  qədər  qərəvəlli  deyərik  ki, 
bir il gülərsən özünçün, gələn toyacan bəsin elər” (10). 
Zaur Ustac “Oriyentir ulduzu” kitabında qaravəlli sözünü “gülməli” məna-
sında  işlədir:  “Gələnə  diqqətlə  baxdı,  düz  onun  üstə  gəlsə  də,  nəsə  qərəvəlli 
gəlirdi” (11). 
Hüsaməddin  Əhmədovun “İdeologiya”  xəbər portalında gedən köşə  yazı-
sında  (2  may  2015)  “qaravəlli”  sözünü  gülməli  mənasında  işlədir:  “Nə  qədər 
qərəvəlli səslənsə də, seyidə vəzifə verilməsi qəbuledilməzdir” (12). 
Qaravəlli sözünün müxtəlif mənalarda işlək olması adın məzmunu ilə janr 
arasında  əlaqənin  geniş  olmasını  göstərir.  Vahid  Əziz  “qaravəlli”  sözünü  “ki-
çik”,  Əzizə  Cəfərzadə  substantivləşmiş  ad,  Zaur  Ustac  və  Hüsaməddin  Əhmə-
dov  “gülməli”  kimi  istifadə  edir.  Deməli,  qaravəlli  kiçik  və  gülməli  janrın  adı-
dır. Onun lətifədən fərqi isə məzmunun sonunun sonunun gözlənilməz sonluqla 
bitməsidir. Bu xüsusiyyət onu novella janrına yaxınlaşdırır. Novellanın da sonu 
gözlənilməz  şəkildə  bitir.  Novelladan  ilk  dəfə  dünya  ədəbiyyatında  şəhər  folk-
loru nümunəsi kimi C.Bokkaççonun “Dekameron” əsərində istifadə olunmuşdur. 
Hər iki janrda xalq məişətinin əxlaqdankənar hadisələrinin satirik şəkildə tənqi-
dini görürük.  
 
5. Qaravəlli gülüşünün antropomorfik səciyyəsi 
Qaravəlli oyunlarında aktyorun heyvan cildinə girməsi onun əcdad kultuna 
yaxınlığını  sübut  edir.  Ritualda  da  öküz  dərisinə  bürünüb  öküz-tanrıya  sitayişi 
icra  etmişlər.  Qaravəllidə  zaman  mifi  öküzə  sitayişin  gələcək  maddiləşmiş, 
oyunlaşmış forması kimi antropomorflaşır. Qaravəlli özü antropomorf səciyyədə 
öküzün simvoluna çevrilir. Bu antropomorfluq əvvəl ciddi, sonra isə gülüşyara-
dıcı şəkildə özünü göstərir. 
Qədim  mifoloji  tanrıya  inam  itəndən,  mifoloji  zaman  keçəndən  sonra  mifin 
ciddi forması öz funksiyasını o tanrıya gülmək mənasında dəyişir. “Gülüş mifoloji 
dünyagörüşündə  mövsüm  mərasimlərinin  əsas  ifadə  kodlarındandır”  (6,  182).  Be-
ləliklə, qaravəlli gülüşü mətndə obraza görə antropomorf səciyyə daşıyır. 
Qaravəlli ilə meydan tamaşaları arasında çox yaxınlıq vardır. Qaravəllilər-
dəki dramatik ünsürlər – dialoqlardan  istifadə olunması onu həm də xalq tama-
şası  kimi  sevdirir.  “Geçəl,  şeytan  və  qazı”,  “Çopurun  nağılı”,  “Keçəllə  qazı”, 
“Qaflanın  nağılı”,  “Qazı  ilə  yoxsul  kəndli”,  “Keçəl,  darğa  və  axund”,  “Keçəl, 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə