Dədə Qorqud ● 2015/I I 42
lının “Ney çalınarkən ölülərin dirilmədiyinə təəccüb edirəm” kimi ifadələri ilə
musiqinin ilahi gücünü şərh etdikdən sonra müəllif bu sənətin tarixi köklərini də
araşdırmağa çalışmışdır. “Musiqinin mənşəyi, heç şübhəsiz ki, bəşər tarixi ilə
başlar. İnsanlar vəhşi halda yaşarkən belə musiqiyə ehtiyac duymuşlar, ibtidai
şəkildə dəxi olsa, musiqiyə sahib olmuşlar” (7, 11), – yazan müəllif belə bir nə-
ticəyə gəlmişdir ki, musiqinin yaşı bəşəriyyətin yaranması ilə ölçülməlidir, o,
insanlıq tarixində tanrılara tapınma, dua zamanı meydana gəlmişdir və bu sənəti
iki qismə ayırmaq mümkündür: “Birincisi, tövr, yəni rəqs sənətidir ki, nəşənin
ifadəsidir. İkincisi, səsli söz sənətidir ki, duadan doğmuşdur. Bəzən bu ikisi bir-
ləşərək bütün dinlərdə istifadə olunmuşdur” (7, 11). Beləliklə, müəllif həm rəqs-
lərin, həm də nəğmələrin yaranma tarixini araşdırmağa çalışmış, fikrini dəqiq-
ləşdirmək üçün müxtəlif əsatirlərdən örnəklər vermişdir. Lakin diqqəti cəlb edən
əsas cəhət odur ki, Türkəqul burada Azərbaycan musiqisini ayrılıqda deyil,
ümumtürk kontestində dəyərləndirmiş, onun tarixən yunan, Misir, Şumer və
başqaları ilə eyni vaxtda yaranması qənaətini dəlillərlə aşkara çıxarmışdır:
“Dövrümüzə qədər gələn əski əsərlər və arxeoloji araşdırmalar əski yunanların,
misirlilərin, şumerlərlə digər türklərin və çinlilərin yüksək musiqi kültürünə
sahib olduqlarını göstərir” (7, 12).
Türkəqul nəğmələrin insanların üzərindəki qeyri-adi təsirinin səbəblərini
yaradana minnətdarlıq və sevgi olduğunu aydınlaşdırmaqla yanaşı, onların çox
qədim bir tarixi yaşatdıqlarını da əsaslandıra bilmişdir.
Qeyd etmək lazımdır ki, Mustafa Haqqı Türkəqulun “Azərbaycan musiqi-
si” adlı məruzəsində qopuzla bağlı çox dəyərli fikirlər səslənmişdir. “Türk
musiqisinin tarixi miladdan çox öncə başlayır. Miladdan bir neçə əsr öncə və
yüzlərcə il sonra Sarı dənizdən Ağ dənizə qədər yayılan geniş ərazidə hökm sür-
müş olan türk qövmləri yüksək bir musiqiyə sahib olmuşlar. Bəzi Çin tarixçiləri-
nin etiraf etdiklərinə görə, miladdan çox öncə türk qövmləri at üzərində çalınan
əsgəri musiqiyə, müxtəlif musiqi alətlərinə, səyyar musiqişünaslara (qopuzçu-
lara) malik olmuşlar. Hətta Çin saraylarına belə türk musiqisini daxil etmişlər”
(7, 9), – yazan müəllif professor Mehmet Fuad Köprülüyə istinad edərək, türk-
lərdə şeir, musiqi və rəqsin eyni zamanda ifa edildiyini bildirmişdir.
Bundan əlavə, Vang Yen Tenin səyahətnaməsinə əsaslananaraq, M.H.Tür-
kəqul qədim dövrlərdən başlayaraq, hətta qonağı at üstündə musiqilə qarşılaya-
caq qədər (hələ 981-ci ildə Uyğur elinə gələn Çin elçisi Vanq Yen Te burada at
üzərində musiqi ilə qarşılandığını öz səyahətnaməsində qeyd etmişdir (6, 75–77)
türklər arasında bu sənətin geniş yayıldığına diqqət yetirmişdir: “...şeir ilə
musiqi daha uzun zaman, hətta dövrümüzə qədər bərabər yaşamışlar, yəni ozan
ilə qopuzçu bir-birini tamamlamışlar. Qədim türklərdə musiqi və oyun çox ya-
yılmışdı. Çin müəlliflərindən Vang Yen Te əski bir türk qəbiləsi olan Turfanla-
rın səyahətə çıxdıqları zaman musiqi alətlərini yanlarında daşıyacaq qədər mu-
siqiyə düşkün olduqlarını söyləyir” (7, 9).
Dədə Qorqud ● 2015/I I 43
Hələ əski zamanlardan türk olmayanların da zəngin türk musiqisinin ecaz-
kar təsiri altında olduqlarını, öz yaşantılarında bu gözəl sənətdən bəhrələndik-
lərini M.H.Türkəqul qürurla söyləməkdədir.
Türk, o cümlədən Azərbaycan musiqisinin qədim köklərinin, mənşəyini
araşdırdığı bu tədqiqatında professor M.F.Köprülünün: “... türklər arasında hələ
islamiyyətdən çox əvvəl dini mahiyyətə malik musiqidən başqa, qüdsiyyət his-
sini buraxaraq, tamamən bədii bir mahiyyət almış başqa bir musiqi də mövcud
imiş. Şairlər əllərində qopuzları topluluqları dolaşır, əski mənqibələr anladır və
ya yeni hadisələrə yeni şərqilər qoşardılar” (7,9), – fikrinə istinad edərək,
M.H.Türkəqul həmin musiqisinin əsrlərlə Çin və Orta Asiya saraylarında hökm-
ran olması qənaətlərini irəli sürmüşdür. Maraqlıdır ki, müəllif sonrakı əsrlərdə
monqol istilalarının türk musiqi mədəniyyətinin bu ərazilərdə daha geniş yayıl-
masına təkan verdiyini bildirməkdədir.
M.H.Türkəqul tədqiqatında Azərbaycanın görkəmli musiqişünas alimi Əb-
dülqadir Marağalının (1353-1435) yaradıcılığına istinad etmiş, onu qürurla “bö-
yük ustad” olaraq oxucusuna təqdim etmişdir: “Böyük ustad Əbdülqadir Mara-
ğalının yazdığı kimi, mədəniyyətin hər qolunda olduğu qədər musiqidə də türk-
lərlə monqolların sənətləri arasında heç bir fərq yoxdur. Kubilay və xələfləri öz
səltənətləri dövründə musiqi alətlərini və musiqişünasları topladıb təşkilatlandır-
mış və daim himayə etmişdirlər” (7,9).
Bundan əlavə, M.H.Türkəqul Azərbaycan mədəniyyəti üçün çox dəyərli
bir fakta diqqət yetirmiş: “Əbdülqadir Marağalının əsərlərindən anlaşıldığı kimi,
türklər ta əski zamanlardan musiqi məktəbinə sahib olmuşdurlar”, – yazaraq, bu
sənətin qədim Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu söyləmək-
lə qalmamış, hətta məktəblərin mövcudluğunu zəruri edəcək qədər geniş yayıl-
dığını işarə etmişdir.
Məlumdur ki, Azərbaycanın qədim musiqisi ənənələrin öz saflığını uzun
illər qorusa da, islam dininin qəbulundan sonra bir çox sahələrdə olduğu kimi,
ərəb, fars mədəniyyəti ona ciddi təsir göstərmişdir. Xüsusən muğam sənətində
bu daha qabarıq görünməkdədir. Həmin təsiri M.H.Türkəqul məqaləsində belə
şərh etmişdir: “İslamiyyətin qəbulundan sonra türk musiqisi də müştərək islam
mədəniyyətinin içərisinə girmiş, türk, ərəb və fars musiqisi bir-birinin təsirində
qalaraq, qismən müştərək bir musiqi meydana gəlmişdir. Bu dövrdə azəri türklə-
ri ədəbiyyat, rəsm və sair sənət sahələrində olduğu kimi, musiqidə də islam dün-
yası, xüsusən ərəb və farsların təsirində qalmışdır. Azərbaycan musiqisi dildə,
ədəbiyyatda, adət, ənənə və sairədə olduğu kimi, başqa türk qövmlərilə sıx bağ-
lıdır. Bununla bərabər, mühit, iqlim, siyasi və coğrafi durumu ilə bağlı olaraq,
Azərbaycan musiqisi özünəxas bir özəllik və oynaqlığa malikdir”(7,10).
Qeyd etmək lazımdır ki, M.H.Türkəqul tədqiqatında Azərbaycanda ozanın
yerini tədricən aşığın əvəz etməsi məsələsinə aydınlıq gətirməyə çalışmışdır:
“Yuxarıda göründüyü kimi, qədim türklərdə topluluqlarda dolaşaraq mənqibələr
Dostları ilə paylaş: |