Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə18/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     42 
 
 
lının  “Ney  çalınarkən  ölülərin  dirilmədiyinə  təəccüb  edirəm”  kimi  ifadələri  ilə 
musiqinin ilahi gücünü şərh etdikdən sonra müəllif bu sənətin tarixi köklərini də 
araşdırmağa  çalışmışdır.  “Musiqinin  mənşəyi,  heç  şübhəsiz  ki,  bəşər  tarixi  ilə 
başlar.  İnsanlar  vəhşi  halda  yaşarkən  belə  musiqiyə  ehtiyac  duymuşlar,  ibtidai 
şəkildə dəxi olsa, musiqiyə sahib olmuşlar” (7, 11), – yazan müəllif belə bir nə-
ticəyə  gəlmişdir  ki,  musiqinin  yaşı  bəşəriyyətin  yaranması  ilə  ölçülməlidir,  o, 
insanlıq tarixində tanrılara tapınma, dua zamanı meydana gəlmişdir və bu sənəti 
iki  qismə  ayırmaq  mümkündür:  “Birincisi,  tövr, yəni  rəqs  sənətidir  ki,  nəşənin 
ifadəsidir. İkincisi, səsli söz sənətidir ki, duadan doğmuşdur. Bəzən bu ikisi bir-
ləşərək bütün dinlərdə istifadə olunmuşdur” (7, 11). Beləliklə, müəllif həm rəqs-
lərin,  həm  də  nəğmələrin  yaranma  tarixini  araşdırmağa  çalışmış,  fikrini  dəqiq-
ləşdirmək üçün müxtəlif əsatirlərdən örnəklər vermişdir. Lakin diqqəti cəlb edən 
əsas  cəhət  odur  ki,  Türkəqul  burada  Azərbaycan  musiqisini  ayrılıqda  deyil, 
ümumtürk  kontestində  dəyərləndirmiş,  onun  tarixən  yunan,  Misir,  Şumer  və 
başqaları  ilə  eyni  vaxtda  yaranması  qənaətini  dəlillərlə  aşkara  çıxarmışdır: 
“Dövrümüzə qədər gələn əski əsərlər və arxeoloji araşdırmalar əski  yunanların, 
misirlilərin,  şumerlərlə  digər  türklərin  və  çinlilərin  yüksək  musiqi  kültürünə 
sahib olduqlarını göstərir” (7, 12). 
Türkəqul  nəğmələrin  insanların  üzərindəki  qeyri-adi  təsirinin  səbəblərini 
yaradana  minnətdarlıq  və  sevgi  olduğunu  aydınlaşdırmaqla  yanaşı,  onların  çox 
qədim bir tarixi yaşatdıqlarını da əsaslandıra bilmişdir.  
Qeyd etmək lazımdır ki, Mustafa Haqqı Türkəqulun “Azərbaycan musiqi-
si”  adlı  məruzəsində  qopuzla  bağlı  çox  dəyərli  fikirlər  səslənmişdir.  “Türk 
musiqisinin  tarixi  miladdan  çox  öncə  başlayır.  Miladdan  bir  neçə  əsr  öncə  və 
yüzlərcə il sonra Sarı dənizdən Ağ dənizə qədər yayılan geniş ərazidə hökm sür-
müş olan türk qövmləri yüksək bir musiqiyə sahib olmuşlar. Bəzi Çin tarixçiləri-
nin etiraf etdiklərinə görə, miladdan çox öncə türk qövmləri at üzərində çalınan 
əsgəri  musiqiyə,  müxtəlif  musiqi  alətlərinə,  səyyar  musiqişünaslara  (qopuzçu-
lara)  malik olmuşlar. Hətta Çin  saraylarına  belə türk musiqisini daxil etmişlər” 
(7, 9), – yazan  müəllif professor Mehmet Fuad Köprülüyə  istinad edərək, türk-
lərdə şeir, musiqi və rəqsin eyni zamanda ifa edildiyini bildirmişdir.  
Bundan əlavə, Vang Yen Tenin səyahətnaməsinə əsaslananaraq, M.H.Tür-
kəqul qədim dövrlərdən başlayaraq, hətta qonağı  at üstündə musiqilə qarşılaya-
caq qədər (hələ 981-ci ildə Uyğur elinə gələn Çin elçisi Vanq Yen Te burada at 
üzərində musiqi ilə qarşılandığını öz səyahətnaməsində qeyd etmişdir (6, 75–77) 
türklər  arasında  bu  sənətin  geniş  yayıldığına  diqqət  yetirmişdir:  “...şeir  ilə 
musiqi daha uzun zaman, hətta dövrümüzə qədər bərabər yaşamışlar, yəni ozan 
ilə  qopuzçu  bir-birini  tamamlamışlar.  Qədim  türklərdə  musiqi  və  oyun  çox  ya-
yılmışdı. Çin müəlliflərindən Vang Yen Te əski bir türk qəbiləsi olan Turfanla-
rın  səyahətə  çıxdıqları  zaman  musiqi  alətlərini  yanlarında  daşıyacaq  qədər  mu-
siqiyə düşkün olduqlarını söyləyir” (7, 9).  


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     43 
 
 
Hələ əski zamanlardan türk olmayanların da zəngin türk musiqisinin ecaz-
kar  təsiri  altında  olduqlarını,  öz  yaşantılarında  bu  gözəl  sənətdən  bəhrələndik-
lərini M.H.Türkəqul qürurla söyləməkdədir.  
Türk,  o  cümlədən  Azərbaycan  musiqisinin  qədim  köklərinin,  mənşəyini 
araşdırdığı bu tədqiqatında professor M.F.Köprülünün: “... türklər arasında hələ 
islamiyyətdən  çox əvvəl dini  mahiyyətə  malik  musiqidən  başqa, qüdsiyyət his-
sini  buraxaraq, tamamən  bədii  bir  mahiyyət almış başqa  bir  musiqi də  mövcud 
imiş. Şairlər əllərində qopuzları topluluqları dolaşır, əski  mənqibələr anladır və 
ya  yeni  hadisələrə  yeni  şərqilər  qoşardılar”  (7,9),  –  fikrinə  istinad  edərək, 
M.H.Türkəqul həmin musiqisinin əsrlərlə Çin və Orta Asiya saraylarında hökm-
ran  olması  qənaətlərini  irəli  sürmüşdür.  Maraqlıdır  ki,  müəllif  sonrakı  əsrlərdə 
monqol  istilalarının türk musiqi  mədəniyyətinin  bu ərazilərdə daha geniş  yayıl-
masına təkan verdiyini bildirməkdədir. 
M.H.Türkəqul tədqiqatında Azərbaycanın görkəmli musiqişünas alimi Əb-
dülqadir Marağalının (1353-1435) yaradıcılığına istinad etmiş, onu qürurla “bö-
yük ustad” olaraq oxucusuna təqdim etmişdir: “Böyük ustad Əbdülqadir Mara-
ğalının yazdığı kimi, mədəniyyətin hər qolunda olduğu qədər musiqidə də türk-
lərlə monqolların sənətləri arasında heç bir fərq yoxdur. Kubilay və xələfləri öz 
səltənətləri dövründə musiqi alətlərini və musiqişünasları topladıb təşkilatlandır-
mış və daim himayə etmişdirlər” (7,9). 
Bundan  əlavə,  M.H.Türkəqul  Azərbaycan  mədəniyyəti  üçün  çox  dəyərli 
bir fakta diqqət yetirmiş: “Əbdülqadir Marağalının əsərlərindən anlaşıldığı kimi, 
türklər ta əski zamanlardan musiqi məktəbinə sahib olmuşdurlar”, – yazaraq, bu 
sənətin qədim Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu söyləmək-
lə qalmamış, hətta məktəblərin  mövcudluğunu zəruri edəcək qədər geniş  yayıl-
dığını işarə etmişdir. 
 Məlumdur  ki,  Azərbaycanın  qədim  musiqisi  ənənələrin  öz  saflığını  uzun 
illər  qorusa  da,  islam  dininin  qəbulundan  sonra  bir  çox  sahələrdə  olduğu  kimi, 
ərəb,  fars  mədəniyyəti  ona  ciddi  təsir  göstərmişdir.  Xüsusən  muğam  sənətində 
bu  daha  qabarıq  görünməkdədir.  Həmin  təsiri  M.H.Türkəqul  məqaləsində  belə 
şərh  etmişdir:  “İslamiyyətin  qəbulundan  sonra türk  musiqisi  də  müştərək  islam 
mədəniyyətinin  içərisinə girmiş, türk, ərəb və  fars musiqisi  bir-birinin təsirində 
qalaraq, qismən müştərək bir musiqi meydana gəlmişdir. Bu dövrdə azəri türklə-
ri ədəbiyyat, rəsm və sair sənət sahələrində olduğu kimi, musiqidə də islam dün-
yası,  xüsusən  ərəb  və  farsların  təsirində  qalmışdır.  Azərbaycan  musiqisi  dildə, 
ədəbiyyatda, adət, ənənə və sairədə olduğu kimi, başqa türk qövmlərilə sıx bağ-
lıdır.  Bununla  bərabər,  mühit,  iqlim,  siyasi  və  coğrafi  durumu  ilə  bağlı  olaraq, 
Azərbaycan musiqisi özünəxas bir özəllik və oynaqlığa malikdir”(7,10). 
Qeyd etmək lazımdır ki, M.H.Türkəqul tədqiqatında Azərbaycanda ozanın 
yerini  tədricən  aşığın  əvəz  etməsi  məsələsinə  aydınlıq  gətirməyə  çalışmışdır: 
“Yuxarıda göründüyü kimi, qədim türklərdə topluluqlarda dolaşaraq mənqibələr 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə