Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə26/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   22   23   24   25   26   27   28   29   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     60 
 
 
bürosuna öz tərəfdarlarının seçilməsinə nail oldular. Beləliklə, respublikada mil-
li, mənəvi və iqtisadi problemlərin həllində qarşıdurmanın əsası qoyuldu. 
Azərbaycanda  işğalçı  Sovet  rejimi  –  proletariat  diktaturası  üç  formada 
həyata keçirilmişdir: 
1.  İşğalın  ilk  günlərindən  tətbiq  edilən  forma  inqilab  komitələri  oldu.  Bu 
orqan malik olduğu səlahiyyət və mahiyyət etibarı ilə çar Rusiyasının Azərbay-
canda tətbiq etdiyi komendant üsul idarəsi ilə eyni idi.  
2. Bir qədər sonra inqilab komitələri yoxsul komitələrin ilə əvəz edildi. 
3.  Daha  sonra  Sovet  rejimi–  proletariat  diktaturası  sovetlərə  çevrildi  (5, 
132). 
Bolşeviklərin  hakimiyyətə  gəlməsinin  ilk  günlərindən  Azərbaycanda  dik-
tatura bərqərar oldu. Xalqın adından çıxış edən bolşeviklər yeni yaranan dövləti 
proletar diktaturası adlandırsa da, əsil  həqiqətdə  isə bu bir partiyanın  hökmran-
lığı idi. Kommunistlər özlərindən başqa bir siyasi qüvvənin mövcudluğuna qarşı 
barışmaz  mövqe  tuturdular.  Onların  təkidilə  Aprel  çevrilişindən  dərhal  sonra 
«İttihad»,  «Müsavat»,  «Əhrar»  və  digər  siyasi  partiyalar  xalqın  düşməni  elan 
edildi. AXC-in tanınmış rəhbərlərinin bir hissəsi həbs olundu, digərləri isə vətə-
ni tərk etməyə məcbur edildi. 
Azərbaycan  hökuməti  tərəfindən  terroru  həyata  keçirən  əsas  təşkilat 
Fövqəladə  Komissiya  idi.  Bununla  yanaşı,  respublikada  və  xüsusilə  qəzalarda 
fəaliyyət göstərən XI Ordunun Xüsusi şöbəsi də tam sərbəst fəaliyyət göstərir və 
hökuməti belə saymırdı. Bu şöbənin işçiləri qəzaya qoşun girdikdən sonra varlı 
adamların  bir hissəsini  həbs edir, bir hissəsini  isə güllələyirdilər. İlk günlərdən, 
yüzlərlə  günahsız  adam  onların  qanlı  əməllərinin  qurbanı  olmuşdu.nQızıl  Ordu 
tutduğu  ərazilərdə  özbaşınalıqlar  törədirdi.  Əsgərlər  və  zabitlər  ən  azı  bir  həftə 
tutduqları ərazidə soyğunçuluq etdilər. Əhali, banklar talandı. Yığılan sərvətlər, 
qızıl-gümüş, 300 min ton neft, 730 min pud pambıq və çoxlu ipək əvəzsiz Rusi-
yaya daşındı. Azərbaycanın başqa bir bəlası bolşeviklər tərəfindən həyata keçiri-
lən «müsadirə əməliyyatı» idi. «Müsadirə» adı altında az-çox imkalı adamların, 
o cümlədən ziyalıların siyahısı tutulur, onların evlərində təhqiramiz formada ax-
tarışlar aparılırdı. Bu axtarışlar zamanı XI Ordunun əsgərləri, Xüsusi şöbənin və 
Fövqəladə  Komissiyanın  əməkdaşları  insanların  ləyaqətini  tapdalayır,  onların 
namus və qeyrət hisslərinə toxunurdular. 
Azərbaycanda  bolşeviklərin  özlərini  necə  apardıqlarını  Rusiyanın  Azər-
baycandakı  canişini,  Xalq  Təsərrüfatı  Şurasının  sədri  N.İ.Solovyov  daha  dəqiq 
ifadə  etmişdir.  O,  V.İ.Leninə  yazdığı  “Çevrilişdən  sonrakı  iki  ayda  (may-iyun) 
bizim Azərbaycanda siyasətimiz” adlı hesabat qeydində yazırdı: “Azərbaycanın 
yeni  hökuməti – İnqilab Komitəsi azərbaycanlılardan təşkil edilsə də, heç kimə 
sirr  deyil  ki,  onun  üzərində  Azərbaycan  Kommunist  Partiyasının  hakimiyyəti 
vardır.  Bu  partiyada  rəhbərlik  erməni-gürcü  qrupunun  əlindədir.  Bu  rəhbər 
qrupun üzvləri kütləvi həbs və ən yaxşı nümayəndələri güllələmək yolu ilə sanki 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     61 
 
 
Azərbaycan millətini başsız qoymağı qərara almışlar. Bütün müsəlman ziyalıları 
və milli burjuaziya nümayəndələri güllələnir, küçədə kütləvi şəkildə həbs edilən 
müsəlmanlara qarşı ermənilərin istehzaları müsavatçıların əvvəlcədən etdiyi belə 
bir  xəbərdarlığı  təsdiqləyir  ki,  Azərbaycanda  Sovet  hakimiyyətinin  qələbəsi, 
müsəlmanların düşmənlərinin qələbəsidir, ümummilli  bədbəxtlikdir” (1, s.285). 
1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər 48 min azərbaycanlı (əsasən 
ziyalılar)  məhv  edildi.  Bütün  bu  özbaşınalıqlar  aprel  hadisələrini  sükutla  qarşı-
layan  Azərbaycan  xalqının  səbrini  tükəndirdi  və  xalq  ayağa  qalxdı.  Nəticədə 
1920-ci il 26 maydan 20 iyunadək Gəncədə, Tərtərdə, Ağdamda, Şuşada və Za-
qatalada silahlı üsyan baş verdi. 
Azərbaycan  Sovet  Rusiyası  tərəfindən  işğal  edildikdən  və  müstəqilliyi 
əlindən alındıqdan sonra ictimai-siyasi təşkilatlar, partiyalar, milli ordu hissələri 
sovet rejiminə qarşı mübarizəyə qalxmış, üsyanlar təşkil etmişdilər. Bu mübari-
zə öz xarakteri etibarı ilə 1875-ci ildən başlayan milli-azadlıq hərəkatının tərkib 
hissəsi olmaqla onun dördüncü – sonuncu mərhələsini təşkil edir. Sonuncu mər-
hələ  isə  1920-ci  il  aprelin  27-dən  18  oktyabr  1991-ci  ilə  qədərki  dövrü  əhatə 
edir. 
Azərbaycanı  bürümüş üsyanlar, xalqın  fəal  müqavimət göstərməsi  işğalçı 
hökuməti qorxuya saldı. Moskva bir sıra ehtiyat tədbirləri gördü. Rus hökuməti 
ən pis halda heç olmasa Abşeronu, neft Bakısını əldə saxlamaq üçün 1920-ci il 
iyunun 2-də hər ehtimala qarşı şəhər ətrafında möhkəmləndirilmiş müdafıə xətti 
yaradılması  haqqında  tapşırıq  vermişdi.  Bundan  başqa  həmin  ilin  noyabrında 
Azərbaycana daha 7 diviziya gətirilmişdi.  
1920-ci ildə Azərbayanı kəndli çıxışları bürüdü. Azərbaycanın demək olar 
ki, bütün bölgələrində silahlı çıxışlar, qırmızı əsgərlərlə qanlı hərbi toqquşmalar 
baş  verdi.  1920-ci  il  iyunun  20-də  N.Nərimanov  Bakı  Sovetindəki  çıxışında 
«Azərbaycanda bal ayından sonra qanlı ayın başlanacağını bildiyini» söyləyirdi. 
Təəssüf ki, «bal ayından» sonra başlanan qanlı ay yox, qanlı illər oldu.  
Ümumiyyətlə, 1920-1924-cü illərdə istilaçı rus ordusuna, bolşevik rejimi-
nə qarşı 54 (bəzi mənbələrdə 60) silahlı üsyan baş vermişdi. Lakin qüvvələr qey-
ri-bərabər  olduğundan  xalq  azadlıq  uğrunda  nə  qədər  cəsarət  və  fədakarlıqla 
mübarizə aparsa da qalib gələ bilmədi. Üsyanlar, çıxışlar yatırıldıqdan sonra ələ 
keçən vətənpərvərlərə divan tutulur, güllələnir, qohum-əqrabaları həbs edilir, şə-
hərlər  və  kəndlər  qarət  olunurdu.  Azərbaycanda  fəaliyyət  göstərən  partiya  və 
ictimai-siyasi  təşkilatların  XI  Qırmızı  ordunun  işğalçı  yürüşünə  və  yeni  sovet 
rejiminə  münasibəti  isə  müxtəlif  olmuşdur.  Qeyd  edək  ki,  sovet  rejiminə  qarşı 
mübarizə aparan dini təmayüllü təşkilatlar 1930-cu illərə qədər müxtəlif adlarla 
fəaliyyət göstərmişdi. Bunlara misal olaraq «Allahsızlar ittifaqı», «Əzrayıl fırqə-
si», «Həqiqət ordusu» və b. göstərmək olar.  
1920-ci  illərdə  işğalçılar  Azərbaycanda  müstəmləkə  siyasətini  siyasi, 
iqtisadi  və  mənəvi  sahələrdə qəddarcasına tətbiq  etməkdə  idilər. Maraqlı  idi ki, 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə