Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə29/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   25   26   27   28   29   30   31   32   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     66 
 
 
başqa  mətbu  orqanların  da  həyatında  mühüm  yer  tuturdu.  Dövrün  ən  nüfuzlu 
ədəbi şəxsiyyətlərindən olan Maksim Qorkinin “Azərbaycan kolxozçusu” qəze-
tinin şifahi xalq ədəbiyyatı materiallarını çap etmək sahəsindəki uğurlarını təqdir 
məqsədi  ilə  redaksiyaya  ünvanladığı  məşhur  məktub  da  həmin  dövrdə  və  son-
ralar uzun  bir zaman ərzində Azərbaycan ədəbi-ictimai  fikrinin, o cümlədən də 
folklorşünaslığının  diqqət  mərkəzində  saxladığı  tarixi  sənədə  çevrilmişdi  (10, 
s.19). 
Bu illərdə proletkultşuluğun ədəbiyyatın bir sıra sahələrində təzahür etmə-
sinə  baxmayaraq  folklorda  bu,  zəif  formada,  əsasən,  bəzi  janrlarda  və  bir  sıra 
folklor  janrlarının  təsnifatda  özünü  göstərirdi.  Məsələn,  görkəmli  folklorşünas 
H.Zeynallı özünün  “Ağız ədəbiyyatı“  məqaləsində (11-20) irəli sürdüyü  birinci 
mülahizə  xalq  ədəbiyyatının  adı  məsəldir.  Təsadüfi  deyildir  ki,  məqalənin  adı 
“Ağız ədəbiyyat”dır. H.Zeynallı bu məqalədə”xalq ədəbiyyatı” ifadəsinə müna-
sibət  bildirir.  H.Zeynallının  fikrincə,  ”xalq  ədəbiyyatı”  ifadəsi  düzgün  sayıla 
bilməz.  Çünki,  “xalq  ədəbiyyatı”  dedikdə  yazı  ilə  heç  bir  əlaqəsi  olmayan 
ədəbiyyat  təsəvvür  edilə  bilər  də,  edilə  bilməz  də.  Buna  əski  ifadələrlə  “avam 
ədəbiyyatı”  demək  lazım  gəlirdi”  (12,  s.107),  (13,  s.35).  Ədibə  görə,  “xalq 
ədəbiyyatı” dedikdə iki məna başa düşülür:  
1) xalqın şifahi ədəbiyyatı;  
2)  xalq  ruhunda  yazan  yazılı  ədəbiyyat  nümayəndələrinin  yaratdığı  ədə-
biyyat.  
Bu  fikrini  H.Zeynallını  belə  ifadə  edir:  “Ya  xalqdan  bəhs  edən,  xalqın 
hissiyatı ilə dolu, xalqın şadlığını və dərdini oxşayan yazı ədəbiyyatı olur ki, onu 
yaradanlar özü bir ədib, bir şair olur. Belələri də rusaların Puşkini kimi xalq içə-
risindən  olan  bir  nağılı  alıb  nəzmə  çəkir,  ya  Lermontov  misallı  xalq  ruhu  ilə, 
xalq ölçüsü ilə yenə xalq içində yrləşmiş mövzuları alır...” H.Zeynallı belə şair-
lərin  yaradıcılığını  da  xalq  ədəbiyyatı  adlandırır.  Sonra  o  davam  edir:  ”Keçən 
xalq ədəbiyyatının ikinci qisminə xalqın öz ruhundan çıxan onun əhval-ruhiyyə-
sinin  meydana qoyan  və eyni zamanda onun öz içində gəzən ədəbiyyat olur ki, 
bunu el özü düzəldir. Yuxarıda göstərdiyimiz kimi bu ədəbiyyatın şair və ədiblər 
ilə  heç  bir  münasibəti  yoxdur.  Ona  görə  də  el  (xalq)  ədəbiyyatı  məfhumunu 
anlayanlar  üçün  “xalq  ədəbiyyatı”  istilahı  doğru  sayılmayır.  Bu  ədəbiyyata  sa-
dəcə “ağız ədəbiyyatı” demək uyğun olardı” (13, s.37).  
 H.Zeynallının  göstərdiyi  kimi  Puşkin,  Lermontov  və  başqa  sənətkarların 
yaratdığına  heç  vaxt  xalq  ədəbiyyatı  deyilməyib.  Məsələni,  əlbəttə,  bu  şəkildə 
qoymaq düzgün deyil. Çünki hazırda bizim dövrümüzdə yaşayan şair və yazıçı-
larımız xalq ruhunu, xalq psixologiyasını əvvəlki dövrdə yaşayan sənətkarlardan 
artıq təsvir edirlər. Ona görə də  yazılı ədəbiyyatla, şifahi  ədəbiyyatını  məna və 
məzmununa  görə  yaxınlaşdırmaq,  bununla  bağlı  yenidən  müzakirə  açmaq  düz-
gün  olmazdı.  Əlbəttə,  o  zaman  mübahisə,  mülahizələr  üçün  mövzu  olan  belə 
məsələlər çoxdan öz həllini tapmışdır. Məhz buna görə də məzmun  yaxınlığına 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     67 
 
 
görə yazılı və şifahi ədəbiyyatın adlarını dəyişdirmək doğru deyildir. Yazılı ədə-
biyyatın  öz  xüsusiyyətləri,  qayda-qanunları  var,  şifahi  ədəbiyyatın  da  özünə-
məxsus spesifikası. Ancaq H.Zeynallı “ağız ədəbiyyatı”, “şifahi ədəbiyyat” isti-
lahlarını məhz folklorun spesifik xüsusiyyətlərinə görə işlətmək məsələsini irəli 
atsaydı,  onda  onunla  razılaşmaq  olardı.  Məlumdur  ki,  Azərbaycanda  bununla 
bağlı çox adlar  işlənmişdir:  “el ədəbiyyatı”, “şifahi  ədəbiyyat”, “əfvahi ədəbiy-
yat”, “xalq ədəbiyyatı” və s. Elə H.Zeynallı özü də artıq 30-cu illərdə “folklor” 
sözünü də  işlətməyə  başlamışdı.  Aydındır ki,  yazılı ədəbiyyatda da, şifahi ədə-
biyyatda da xalq ruhu təsvir olunur. Yazılı ədəbiyyatın yaradıcıları-şairləri, yazı-
çıları,  dramaturqları  var.  “Şifahi  ədəbiyyatın  yaracısı  isə  xalqdır,  eldir”  kimi  o 
dövr  üçün  düz  olan  fikirlərdən  sonra  “xalq  ədəbiyyatı“  istilahına  etiraz  etmək, 
bizcə, başadüşülən deyildi. 
Məqalədə  kiçik  bir  yarımbaşlıq  kimi  verilən  “Ağız  ədəbiyyatının  yüksək 
qismi”  hissəsində  H.Zeynallı  qəribə  bir  mülahizə  də  irəli  sürür.  O  yazır:”  Ağız 
ədəbiyyatından  bəhs  edənlər  çox  zaman  bu  ədəbiyyatda  yalnız  nağıl  (masal), 
düzgü,  türkü,  mani,  tapmaca  (bulmaca)  kimilərini  axtarır,  onların  tədqiqi  ilə 
məşğul olur. Diqqətlə baxılsa, gərək Şərq, gərəksə də Qərb türk ellərində “xalq 
aşıqları”,  müxtəlif  məhzəb  salikləri  də  mövcuddur  ki,  bunların  da  çoxusu  elin 
özü kimi  sıf avam, savadsız olanlardır. Nağıl,  mani, qoşmaların  sahibi  bəlli ol-
mayırsa,  ulusdan-ulusa,  oymaqdan-oymağa,  ailədən-ailəyə  keçməklə,  sahibini 
qayət  edirsə,  içərilərində  olan  məzmun  dəxi  öz  yerinə  görə,  əhvalına  münasib 
mühitə  mütbiq dəyişir. Və öksüz bir halda qalır. İçərilərindəki  fəlsəfə də tama-
milə  bir  dialektik  –  Efes  fəlsəfəsi  olur...  “Aşıqlar”  və  “saliklər”  yaradıcılığına 
gəldikdə isə, bunlar ya bir əfsanə, ya bir rəvayət, və yaxud qələndəri-divanlardır 
(nəfslərdir). Əksəriyyətlə bunların sahibləri unudulmayır. Bunların əsliyyəti elcə 
gözlənməkdədir  və  el  içində  yayılmasında  müəyyən  şəxslər  iştirak  edir.”(12, 
s.107)  Bəlkə  də  müəllifin  özünə  belə  lazımınca  aydın  olmayan  və  adıçəkilən 
yarımbaşlıqda  dolaşıq  şəkildə  göstərilən  bu  “yüksək  qism”  müəllifin  fikrincə, 
guya  “aşiqlərin,  saliklərin”  yaradıcılığıdır.  H.Zeynallıya  görə,  atalar  sözü,  tap-
maca, nağıl, mahnı və başqalarını yaradan məlum deyil və onların izi qalmayıb, 
unudulmuşdur.  “Aşiqlər”  və  “Saliklər”in  yaradıcılığında  gəldikdə  onlar  bir  əf-
sanə, rəvayət və yaxud qələndəri divanlardır (nəfəslər) və onların sahibləri, əsa-
sən,  unudulmurlar.  Onların  əsli  gözlənilir  və  el  içində  yayılmasında  müəyyən 
şəxslər  iştirak edir. Bu əfsanə, rəvayət və divanlar, yaxud bunun kimi  nümunə-
lərin  yaranmasında  iştirak  edənlər,  ya  özü  fitrətən  şair  “aşiq”  olur  və  yaxud 
məşhur bir aşiqin, şeyxin şagirdi olur. Sonra H.Zeynallı “Aşıq Qərib”, “Əsli və 
Kərəm”, ”Şah İsmayıl və Gülzar” kimi dastanların adlarını çəkir, aşiqlərin yara-
dıcılığı  olan  belə  nümunələri  “el  yaradıcılığının  yüksək  qismindən  saymağı” 
məsləhət görür. 
Qeyd  etmək  lazımdır  ki,  belə  bir  ziddiyyətli  mülahizə  və  ya  bunabənzər 
fikirlər  nə  o  zaman  yaşayıb-yaradan  digər  folklorşünaslarımızda,  nə  də  H.Zey-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə