Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə30/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     68 
 
 
nallının sonrakı məqalələrində və kitablarında yoxdur. Bizcə, müəllifin bu fikir-
lərini  o  dövrdə  kifayət  qədər  yayılan  proletkultçuluq  ilə  əlaqələndirmək  döğru 
olardı. Digər tərəfdən, H.Zeynallının  bu fikri o zamanlar  folklorşünaslıqda hələ 
də  davam  edən  tarixi  məktəb  nəzəriyyəsinin  bir  sıra  müddəalarına  proletkul-
çuluq  prinsiplərinin  tətbiqi  ilə  də  bağlı  ola  bilərdi.  Çünki  tarixi  məktəbin  rus 
bılinalarının  məhz  yuxarı  siniflər,  savadlı  şəxslər  tərəfindən  yardıldığını  iddia 
edən  qolu  o  zaman  Rusiyada  geniş  şəkildə  müdafiə  olunurdu.  H.Zeynallı  da 
Azərbaycan bılinalarını (“Əsli  və Kərəm”, “Aşıq Qərib”, ”Şah İsmayıl”) ayırır, 
onları  xüsusi  “aşiqlərin”  yaratdığını  söyləyir  və  xalq  ədəbiyyatının  avamların 
ədəbiyyatı  adlandırmaq  meylində  də  olurdu:  “Buna  (xalq  ədəbiyatına  –  T.O.) 
əski  istilahlara  görə  “avam  ədəbiyyatı”  demək  lazım  gəlirdi.  Çünki  bu  ədəbiy-
yatı  saxlayan,  genişləndirən,  bəzəyən,  düzən,  artıran  ya  tamamilə  savadsız  və 
yaxud kəmsavad “adam xalq” olmuşdur” (12, s.108). 
Məlumdur  ki,  tarixi  məktəb  nəzəriyyəsinin  tərəfdarları  da  deyirdilər  ki, 
avam  xalq, savadsız xalq rus blinaları kimi  ideya, bədii cəhətdən kamil əsərləri 
yarada bilməzdi.O zamanlar, xüsusilə, inqilabın ilk illərində H.Zeynallı rus folk-
lorşünaslarının əsərlərini, orada xalq yaradıcılığı nümunələrinin çap, tərtib, top-
lama prinsiplərini, bu sahədəki təcrübələrini diqqətlə öyrənirdi. Bizcə, elə bu za-
man həmin nəzəriyyə ilə də tanış olmuş, bu haqda müəyyən fikirlər, mülahizələr 
söyləmişdir. Lakin sonralar H.Zeynallı bu ziddiyyətli fikirlərə bir də heç bir mə-
qaləsində qayıtmamışdır. 
Buna baxmayaraq, bu dövrlərdə folklorun toplanması və nəşri işinə Azər-
baycan  Ədəbiyyat  Cəmiyyəti  də  müəyyən  diqqət  yetirməyə  başlayır.  Folklor 
kitabı  statusundakı  ilk təqdimat da Ədəbiyyat Cəmiyyətinin  xətti  ilə  həyata ke-
çirilir. Belə ki, 1925-ci ildə Ədəbiyyat Cəmiyyətinin Nəşriyyatında “Azərbaycan 
xalq  ədəbiyyatından  bayatılar”  kitabı  sözü  gedən  mərhələnin  ilk  folklor  kitabı 
kimi  işıq  üzü  görür.  Kitabı  Abdulla  Şaiq,  Şəfiqə  Əfəndizadə  və  Hatif  nəşrə 
hazırlamışdır. Onların toplayıcı statusunda olub-olmadığı barədə nəşriyyat qeydi 
verilmişdir.  Müxtəlif  mövzularda  olan  iki  yüzə  yaxın  el  bayatısının  cəmləş-
dirildiyi  bu  dəyərli  kitab  62  səhifədir  (14).  Poliqrafik  ölçüləri  22x12  sm.  həc-
mindədir.  Əlli  qəpiyə  satılması  nəzərdə  tutulmuş  toplunun  tirajı  500  nüsxədir. 
Sadə, boz kağızda çap olunmuşdur. Kitabın iç üzündəki titul səhifəsinə “Sayı 1” 
qeydinin verilməsi bu nəşrin silsilə şəkildə düşünüldüyünü göstərir. Bir il sonra 
–  1926-cı  ildə  “Atalar  sözləri”  sərlövhəsi  ilə  nəşr  olunan  başqa  bir  folklor 
kitabının  yenə  də  “Azərbaycan  Ədəbiyyat  Cəmiyyəti”  tərəfindən  buraxılması 
bunun əyani təsdiqidir. (15). 
“Azərbaycan  xalq  ədəbiyyatından  bayatılar”  kitabının  əsas  tarixi-mədəni 
dəyəri bayatılar toplusunun “Azərbaycan folklor kitabı” tarixində ilk dəfə olaraq 
ayrıca kitab halında işıq üzü görməsi idi. Toplunun ədəbi-elmi ictimaiyyət tərə-
findən  həssaslıqla  qarşılanması  sovet  hakimiyyətinin  ilk  illərindəncə  xalq  ədə-
biyyatına  böyük  marağın  getdikcə  artmaqda  olmasından  xəbər  verirdi.  Belə  ki, 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     69 
 
 
həmin  dövrün  qabaqcıl  ziyalılardan  və  nüfuzlu  ədəbi  tənqidçilərindən  olan  Əli 
Nazim  1926-cı  ildə  “Maarif  və  mədəniyyət”  jurnalının  yeddinci  nömrəsində 
“Azərbaycan  xalq  ədəbiyyatından:  bayatılar”  adlı  məqalə  ilə  çıxış  edərək  sözü 
gedən  nəşrin  elmi  və  mədəni-tarixi  əhəmiyyətindən  ayrıca  söz  açmağı  vacib 
bilmişdi:  “Ədəbiyyat  Cəmiyyətinin  bu  işi  bu  yolda  ilk  təşəbbüs  olmaq  şərtilə 
təbrik və təqdirə şayandır” (16,s.154).  Əli Nazim  bu  yöndəki perspektiv  fəaliy-
yətin daha sistemli və uğurlu olması üçün “folklor kitabı” nəşrində hansı cəhət-
lərə xüsusi diqqət yetirmək məsələsinin üzərində də ayrıca dayanmışdı: “Topla-
nılan  bayatıların  məhəlli  şivəsi  saxlanılmalı  idi.  Kitabda  məhəlli  şivənin  gözlə-
nildiyi  iddia  edilirsə  də,  bu  quru,  bir  söz olaraq  qalır.  Halbuki  bunun  üçün  ba-
yatıların haradan toplanıldığını, kimlərdən və nə vasitə ilə əldə edildiyini, kimin 
ağzından eşidildiyini göstərmək lazımdır” (16, s.155). Görkəmli ədəbiyyatşüna-
sın bu müşahidə və narahatlığı tamamilə doğru idi. Folklor örnəyinin pasportlaş-
dırılması  məsələsi  iyirmi-otuzuncu  illər  nəşrlərinin  əksəriyyəti  üçün  səciyyəvi 
olan bir çatışmazlıq kimi nəzərə çarpır. 
Azərbaycan Ədəbiyyatı Cəmiyyəti  yenicə təsis olunmuş  bir ədəbi təşkilat 
(1925-ci  ildə  yaradılmışdı)  olmasına  baxmayaraq,  fəaliyyətinin  başlanğıcında 
xalq ədəbiyyatı örnəklərinin nəşr və təbliğinə xüsusi diqqət yetirirdi. “Azərbay-
can  xalq ədəbiyyatından bayatılar” kitabından az  sonra buraxılmış  “Atalar söz-
ləri” kitabı  Cəmiyyətin bu  sahədəki perspektiv  mövqeyini  bir daha ortaya qoy-
muş  oldu.  Azərbaycan  Ədəbiyyatı  Cəmiyyətinin  qısa  bir  müddət  ərzində  icti-
maiyyətə təqdim  etdiyi  “Azərbaycan  xalq  ədəbiyyatından  bayatılar”  və  “Atalar 
sözləri” topluları  həm  bütövlükdə  “Azərbaycan  folklor kitabı”, həm də  nəzərdə 
tutulan  şifahi  ədəbiyyat  janrlarının  toplanması  və  nəşri  istiqamətində  iyirminci 
illərdən başlanan geniş miqyaslı fəaliyyətin uğurlu bir təməlinə çevrildi. 
Bir çox tədqiqatçıların fikrincə ötən əsrin iyirminci illərin başlanğıcındakı 
siyasi  həyatda və  mədəniyyətdə baş  verən  hadisələr göstərdi ki, cəmiyyətdə  ilə 
ayrı-ayrı  fərdlərin, ədəbi-ictimai qurum  və  ya  xırda qurupların  fəaliyyəti səviy-
yəsində  məşğul  olmaqla  sistemli  işlər  görmək  və  ciddi  nəticələr  əldə  etmək 
mümkün  deyildir  (17;  18;  19;  20).  Xalqın  maddi  və  mənəvi  mədəniyyətinin,  o 
cümlədən  də  folklor  və  etnoqrafiyasının  daha  dərindən  öyrənilməsi  üçün  rəsmi 
dövlət  səviyyəsində  təsis  edilmiş  müəyyən  bir  elmi-təşkilati  qurumun  yaradıl-
ması zərurəti öz aktuallığını getdikcə daha da artırırdı. Bu məqsədlə də o illərdə 
Bakıda  yaşayıb  fəaliyyət  göstərən  tanınmış  alim  və  mədəniyyət  xadimlərinin 
yazılı  müraciətinə  cavab  olaraq  1923-cü  ilin  noyabr  ayının  2-də  “Azərbaycanı 
Tədqiq  və  Tətəbbö  Cəmiyyəti”  adlı  elmi-təşkilati  qurumun  yaradılması  barədə 
rəsmi qərar verildi. 
Sözügedən  elmi-təşkilati  qurum  1929-cu  ilə  qədər  bu  ad  altında  fəaliyyət 
göstərdi. 1929-cu ildən  Azərbaycan Elmi Tədqiqat İnstitutu adlanan həmin təş-
kilat 1933-cü ildə daha böyük bir akademik qurumun SSRİ Elmlər Akademiyası 
Zaqafqaziya  Filialının  tərkibinə  daxil  edilərək  “AzOZFAN”  adı  daşımışdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə