Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə31/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     70 
 
 
AzOZFAN  1936-cı  ildən  SSRİ  EA-nın  Azərbaycan  Filialı  adlanmış,  1945-ci 
ildən isə müstəqil akademiya – Azərbaycan SSR Elmlər Akademiyası statusuna 
qaldırılmışdır (21, s.48). Göründüyü kimi sadalanan çeşidli adlar altında fəaliy-
yət göstərən bu elmi-təşkilati qurum əslində  mahiyyət etibari  ilə  Azərbaycanda 
Elmlər Akademiyasının ilk təməl daşı sayıla biləcək bir təsisat idi. 
Əhatə  dairəsi  geniş  miqyasa  malik  olan  Azərbaycanı  Tədqiq  və  Tətəbbö 
Cəmiyyətinin  xüsusi  diqqət  yetirdiyi  əsas  istiqamətlər  içərisində  şifahi  xalq 
ədəbiyyatı  materiallarının  toplanılması,  nəşri  və  tədqiqi  də  önəmli  yer  tuturdu. 
Cəmiyyətin  bu  yöndəki  fəaliyyəti  “Tarix  və  etnoqrafiya”  şöbəsi  nəzdindəki 
“Folklor komissiyası” tərəfindən istiqamətləndirilirdi. 
Folklor  komissiyasına  rəhbərlik  edən  Hənəfi  Zeynallı  ayrı-ayrı  bölgələrə 
elmi ezamiyyətlərin təşkil olunması, eləcə də ezamiyyətlərin nəticələrinin müza-
kirəsi  işinə  xüsusi  diqqət  yetirir,  bu  sahədəki  fəaliyyətin  elmi  əsaslarda  qurul-
masına  var  qüvvə  ilə  çalışırdı.  Onun  dövri  mətbuat  və  ədəbi  orqanlarda  nəşr 
etdirdiyi “Ağız ədəbiyyatı”, “Azərbaycan folkloru”, “Azərbaycan atalar sözü və 
məsəlləri”,  “Azərbaycan  tapmacaları”  sırasından  olan  dərin  məzmunlu  məqalə-
lərində  folklorun  toplanıb  yazıya  alınmasının  üsul  və  vasitələri  üzərində  ayrıca 
dayanırdı. 
Görkəmli folklorşünas “Maarif işçisi” jurnalının 1926-cı ildə çıxan səkki-
zinci sayında  folklor işi sahəsindəki  mövcud  vəziyyəti  və perspektiv  istiqamət-
ləri  təhlil  edərək  yazırdı:  “Toplayanlar  geniş  xalq  təbəqəsi  içərisinə  girərək  bu 
materialı  olduğu  kimi  alıb  yazmayırlar.  Yəni  hər  bir  yerin  özünəməxsus  bir 
şivəsi, bir leksikonu olduğu halda, o məhəllənin leksikonunu, ifadə şəklini, bədii 
görüşlərini, cümlə quruluşunu, səslərdəki dəyişmələri tamamilə göstərmək üçün 
hər  bir  kəsdən  eşidilən  bu  materialları  söyləyən  adamın  söyləyişini  eynilə  zəbt 
etməyirlər”  (22,  s.28).  Bu  günün  özündə  də  folklor  toplayıcılığı  sahəsində  ak-
tuallığını qoruyub saxlayan bu elmi mülahizə, təəssüf ki, nə həmin dövrdə, nə də 
sonrakı  onilliklərdə  lazımi  səviyyədə  diqqətə  alınmamışdır.  Bu  səbəbdən  də 
uzun  bir  zaman  ərzində  folklor  materiallarının  dili  ədəbi  dilə  yaxın  bir  ölçüyə 
tabe etdirilmişdir ki, həmin cəhət sovet dönəmindəki  folklor nəşrlərinin  ən  mü-
hüm qüsurlarından biridir.  
Folklor komissiyasının sədri kimi Hənəfi Zeynallının diqqət yetirdiyi ikin-
ci bir məsələ-çoxvariantlılıq prinsipini nəzərə alaraq bir folklor mətninin bir çox 
başqa variantları ilə birlikdə yazıya almaq zərurəti də olduqca diqqətçəkici idi:” 
Öz təcrübəmdən göstərəcək olursam, eyni nağılın iki nağılçı tərəfindən müxtəlif 
şəkildə yazıla bildiyini qeyd etmək lazım gəlir.” 
Göründüyü kimi, ana mətnin müəyyənləşməsi üçün çox sayda variantların 
yazıya  alınması  zərurətini  irəli  sürən  Hənəfi  Zeynallı  bu  yolla  həm  də  zəngin 
folklor arxivi yaradılmasına imkan açmağı düşünürdü. Folklor komissiyası səd-
rinin  yuxarıdakı  mülahizələri  elmi  ezamiyyə  və  ekspedisiyalar  qarşısında  nə 
qədər ciddi tələb və vəzifələr qoyulduğunun da əyani ifadəsidir. Bu onu göstərir 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     71 
 
 
ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin folklorun toplanması və nəşri 
sahəsindəki fəaliyyəti ciddi elmi-nəzəri prinsiplər əsasında həyata keçirilmişdir. 
İyirminci illərdə Hənəfi Zeynallı, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəmin-
li,  Rəşid  bəy  Əfəndizadə,  Salman  Mümtaz,  Hümmət  Əlizadə,  Əmin  Abid,  Ab-
dulla  bəy  Divanbəyoğlu  (Sübhanverdixanov)  və  başqa  folklorçuların,  eləcə  də 
bu işə xüsusi maraq göstərən həvəskar toplayıcıların Azərbaycanın müxtəlif böl-
gələrinə  uzunmüddətli  səfərlərə  –  elmi  ezamiyyətlərə  yollanması  və  külli  miq-
darda folklor  materialları toplanması  barədə  ATTC-nin  arxiv sənədlərində  lazı-
mi qeydlər aparılmışdır (21, s.86-91). 
İyirminci illərdə işıq üzü görən folklor kitablarının böyük əksəriyyəti mü-
vafiq elmi strukturlarda çalışan tədqiqatçılarının rəsmi plan işi olmuşdur. Bu isə, 
təbii  ki,  Azərbaycanda  bu  sahədə  keyfiyyətcə  yeni  bir  mərhələnin  başlandığını 
göstərirdi. 
İşin  elmi  nəticəsi.  Bəhs  edilən  tarixi  dövrdə  proletkultçuluq  Azərbaycan 
folklorunda və ədəbiyyatında bu və  ya digər şəkildə özünü göstərməyə başladı. 
Proletkultçuluq  və  onun  folklor  və  ədəbiyyatda özünü  göstərmə  xüsusiyyətləri, 
onun başlıca müddəaları məqalədə öz əksini tapmışdır. 
İşin elmi yeniliyi. XX əsrin 20-30-cu illərində Azərbaycan folklorunda və 
ədəbiyyatında  proletkultçuluq  ənənələri  getdikcə  daha  geniş  vüsət  almağa  baş-
ladı.  Bu  dövr  Azərbaycan  ədəbiyyatında  mövcud  olan  bu  ənənənin  ətraflı  şə-
kildə öyrənilməsi məqalənin başlıca elmi yeniliyidir. 
Tətbiqi  əhəmiyyəti.  Məqalədən  XX  əsr  Azərbaycan  folklorunda  və  ədə-
biyyatında  proletkultçuluq  ənənələri  ilə  məşğul  olan,  bu  sahədə  araşdırma  apa-
ran  alimlər,  mütəxəssislər,  ali  məktəb  tələbələri  və  magistirləri  istifadə  edə  bi-
lərlər. 
  
ƏDƏBİYYAT 
1. Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX-XXI 
əsrin əvvəli). Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2010, 545 s. 
2. İbrahimov Z. Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi.Bakı, 
Azərnəşr,1970,526 s. 
3. Şəmsizadə N. Seçilmiş əsərləri. I cild, Elm, nəşriyyatı. 2008, 560 s. 
4. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, Sabah, 1996, 712 s. 
5. Əhmədov X. Azərbaycanda sovetlərin yaranması və möhkəmləndirilməsi 
(1920-1925-ci illər). Bakı, Azər.SSR EA nəşr, 1966, s. 186. 
6. Quliyev C. K istorii obrazovaniə Vtoroy respubliki Azerbaydjana. Baku, Elm, 
1997, 374 s. 
7. Əliyev K. Ədəbiyyat tarixinə bir baxiş. Bakı, “Elm və təhsil”, 2013, 302 səh. 
8. Əliyeva-Kəngərli A. “Azərbaycan folklor kitabı” və folklorşünaslığın 
təşkilatlanması problemi.Lit. az portalı, 27.06.2008  
9. Əfəndiyev P. Azərbaycan folklorşünaslığı (1920-1930-cu illər), Bakı, ADPU 
nəşri, 1997.  
10. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1982.  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə