Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə27/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   23   24   25   26   27   28   29   30   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     62 
 
 
bu  zaman  onlar  Sovet  Rusiyasına  can-başla  xidmət  edən  azərbaycanlılara  qarşı 
da  bəzən  amansızcasına  davranırdılar.  Azərbaycanı  simasızlaşdırmaq,  xalqın 
müqavimət  gücünü  qırmaq  siyasətini  həyata  keçirməklə  yadellilərin  əlində  alət 
rounu oynayan  AK (b) P-nin 2-ci qurultayında deyilirdi:  «... Müsəlmana etibar 
etmək olmaz, o ola bilsin ki, yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəl-
bində müsavat ruhu vardır» (2, s.207). Ancaq bunu da xüsusi vurğulamaq lazım-
dır ki, bolşevik rejiminin  bütün cəhdlərinə baxmayaraq xalq kütlələri  içərisində 
milli azadlıq ideyalarını onların qəlblərindən tam silib atmaq mümkün olmadı. 
Aprel çevrilişindən sonrakı ilk illərdə Sovet Rusiyasının Azərbaycana mü-
nasibəti  bərabərhüquqlu  dövlətlərin  münasibəti  təsirini  bağışlayırdı.  Belə  ki, 
1920-ci  ilin  sentyabrında  Bakıda  –  müstəqil  Azərbaycanın  paytaxtında  Şərq 
xalqlarının  birinci  qurultayının  keçirilməsi,  1920-ci  il  sentyabrın  30-da  RSFSR 
ilə  Azərbaycan  arasında  Moskvada  hərbi-iqtisadi  ittifaq  haqqında  müqavilənin 
bağlanması  Azərbaycanı  müstəqil dövlət kimi səciyyələndirən addımlar  idi. Bu 
addımlarda  hansı  məqsədlər  güdülürdü?  Şərq  aləmində  kommunist  ideyalarını 
yaymaq  məqsədi güdən Şərq xalqlarının I qurultayında qarşıya qoyulmuş  məq-
sədin mənasızlığı tez bir zamanda məlum oldu.  
Şərqdə  «dünya  inqilabi»  ideyalarının  yayılması  mənasız  görünən  kimi, 
Azərbaycanın  da  müstəqillyi  Rusiyanın  nəzərində  mənasızlaşdı.  Ermənistanda 
1920-ci  il  noyabrda  və  Gürcüstanda  1921-ci  il  fevralda  Sovet  hakimiyyətinin 
elan  edilməsi  ilə  əslində  “müstəqillik  oyunu”  sona  çatdı.  Ortaya  yeni  bir  ideya 
Zaqafqaziya  respublikalarını  vahid  bir  dövlət  çərçivəsində  birləşdirmək  ideyası 
atıldı.  Bəzi  yerli  kommunistlərin  müstəqil  davranış  meyllərinin  qarşısını  alan 
vahid Zaqafqaziya idarəçilik orqanının yaradılmasına sadiq rus canişini Orconi-
kidze rəhbərlik edirdi. Məsələ siyasi cəhətdən elə qoyulurdu ki, guya vahid Za-
qafqaziya yaratmaq ideyası yerli kommunistlərin öz arzu və istəyidir.  
Bu  yeni siyasi addımın  xalqın  istək  və tələbi kimi qələmə  verilməsi təsa-
düfi  deyildi.  Çünki  Gürcüstanda,  Azərbaycanda  və  Ermənistanda  məsələnin 
mahiyyətini dərk edən və milli hissləri daha güclü olan kommunistlər buna qarşı 
etiraz  səslərini  qaldırırdılar.  Lakin  onlar  «millətçi»  möhürü  ilə  damğalanır  və 
sosializmin düşmənləri elan olunurdular. Beləliklə, respublikada saysız-hesabsız 
yığıncaqlar  keçirildi.  Qorxu  altında  keçirilən  bu  yığıncaqlarda  əsas  qərarlar 
birmənalı oldu. Yəni xalq guya federasiya istəyir. 
IV Ümumazərbaycan Sovetlər qurultayında qeyd edildi ki, Azərbaycanda 
elə  bir  qəza,  elə  bir  kənd  olmamışdır  ki,  orada  bitərəf  kütlələr  –  fəhlə  və 
kəndlilər  yığışıb Zaqafqaziya  federasiyasının  yaradılması  lehinə qətnamə qəbul 
etməsinlər.  Beləliklə,  aşağıların  istəyi  adı  altında  Zaqafqaziya  federasiyasının 
yaradılması yolunda ilk addım 1921-ci ilin aprelində atıldı. Belə ki, Azərbaycan, 
Gürcüstan  və  Ermənistan  dəmir  yol  idarəçiliyinin,  iyulda  isə  Xarici  Ticarət 
orqanlarının birləşdirilməsi haqqında saziş imzalandı. 1921-ci il noyabrın əvvəl-
lərində  RK(b)P  Qafqaz  bürosu  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  arasında 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     63 
 
 
federative ittifaqın yaradılması təklifini irəli sürdü, həmin ayın axırında RK(b)P 
MK-nın  Siyasi  bürosu  Zaqafqaziya  Federasiyasının  yaranması  haqqında  qətna-
mə qəbul edildi. AK(b)P-na rəhbərlik edən S.M.Kirov Zaqafqaziya federasiyası 
ideyasını inadla müdafiə edir və bu ideyanı əzmlə həyata keçirirdi. 
1922-ci ilin fevralında Zaqafqaziya partiya təşkilatlarının I qurultayı çağı-
rıldı.  Fevralın  23-də  Orconikidze  Zaqafqaziya  ölkə  komitəsinin  birinci  katibi 
seçildi.  Zaqafqaziya  ölkə  Komitəsinin  Rəyasət  heyətinə  Orconikidze,  Kirov, 
Oraxelaşvili üzv, Myasnikov isə namizəd seçildi. Elə ilk tərkibdən ölkə komitə-
sinin əsil mahiyyəti özünü büruzə verdi. Zaqafqaziya Ölkə Komitəsinin 1922-ci 
il aprel plenumu rəyasət heyətinin tərkibinin sayını 5 nəfərə qaldırdı. Myasnikov 
və Maxaradze rəyasət heyətinin üzvü, Yaqubov isə namizəd seçildi. Yalnız iyun 
ayında Nərimanov rəyasət heyətinin tərkibinə daxil edildi. 
1922-ci il dekabrın 4-13 arasında keçirilmiş I Zaqafqaziya Sovetlər qurul-
tayı – Zaqafqaziya Sovet Federativ Sosialist respublikası təşkil etmək haqqında 
qərar  qəbul  etdi.  Qurultayda  Ali  qanunvericilik  orqanı  –  Zaqafqaziya  Mərkəzi 
İcraiyyə Komitəsi seçildi. AK(b)P-nın V qurultayında (1923-cü il mart) S.M.Ki-
rov və digər partiya liderləri tərəfindən Zaqafqaziya federasiyasının yaradılması-
nın əsil bolşevik mahiyyəti açıqlandı: «Bizim siyasi və iqtisadi şəraitimiz elə de-
yildir  ki,  biz  hər  bir  millətə  imkan  verək  ki,  tam  ayrılsın.  Bizim  milli  münasi-
bətlər tarixi sizin yaxşı yadınızdadır. 1917-ci ildə kommunistlər hakimiyyətə gə-
lən zaman çar imperiyası necə oldu – o tam dağıldı. Nəinki hər bir millət ayrıldı 
və onlar hətta özlərini siyasi cəhətdən dövlət elan etdilər. Bu ilk anlar idi ki, biz 
elan etmişdik hər bir millət ayrıla bilər. Hamı özünü azad və müstəqil hiss etdi, 
hər bir icma necə deyərlər özünü dövlət kimi hiss etdi. …Sosialist respublikaları 
birləşməlidir.  O,  bir  mərkəzdən  idarə  olunmalıdır.  Ordu, ordunun  gücü  və  rəh-
bərliyi  bir  mərkəzdən  almalıdır.  …Zaqafqaziya  federasiyasının  yaranmasını  bi-
zim  bir  illik  mövcudluğumuzun  ən  başlıca  siyasi  anı  hesab  etmək  olar»  (6, 
s.214).  
Digər  sovet  respublikalarının  münasibətlərini  formalaşdırmaq  məqsədilə 
1922-ci  il  avqustunda  PK(b)P  MK  tərəfindən  İ.Stalinin  başçılığı  ilə  xüsusi 
komissiya  yaradıldı.  Stalinin  «muxtariyyatlaşdırma»  planı  daha  çevik  planla  – 
bərabərhüquqlu  respublikalar  ittifaqı  planı  ilə  əvəz  edildi.  1922-ci  il  dekabrın 
30-da Moskvada açılan SSRİ I Sovetlər qurultayı SSRİ-nin təşkili haqqında bə-
yannaməni  və  müqaviləni  təsdiq  etdi.  Qurultay  Sovet  dövlətinin  ali  orqanı  – 
SSRİ  Mərkəzi  İcraiyyə  Komitəsini  seçdi.  1923-cü  il  yanvarın  2-də  keçirilən 
SSRİ  MİK-nin  birinci  sessiyası  MİK-nin  rəyasət  heyətini  və  sədrlərini  seçdi. 
Azərbaycan respublikasından bura N.Nərimanov seçildi. 
1921-ci il dekabrın 2-də Bakı Sovetinin iclasında deyilirdi ki, Zaqafqaziya 
respublikalarında,  onların  hər  birində  15  komissarlıq  olmaqla  45  komissarlıq 
vardır. Bu Zaqafqaziyanın büdcəsini ağırlaşdırır, çətinləşdirir və başqa bir sahə-
də istifadə edilməsi mümkün olan bir çox məsul işçiləri zəruri olan işdən ayırır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə