Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə35/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   31   32   33   34   35   36   37   38   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     80 
 
 
Mərdlik, namərdlik, kişilik və s. mənəvi keyfiyyətlərin iflası, milli əxlaqın 
kölgə altında qalması və s. problematik mövzularda da bədiiliyin həlledici poe-
tik formulunda Qiyamətə istinad edilir:  
Qalalar, ha qalalar,  
 
  
Əzizim, namərdə mərd 
Qalaya yol salalar.  
 
  
Kim deyər namərdə mərd. 
Qiyamət o gün qopar,    
 
Qiyamət o gün qopar 
Pislə ortaq olalar (5,30).  
 
Baş əyə namərdə mərd (5,53). 
Mifoloji  sistemdən  qaynaqlanan  simvolik  obraz  və  elementlərin  ümumi-
ləşdirilən məna perspektivi formalaşdırılmış və qaydaya salınmış uyğun mifoloji 
mətnlərdən törəyir ki,  bu da obrazın  “dolğun, əhəmiyyəti  məzmuna  malik sim-
vol kimi” düşünülməsini tələb edir. Qiyamətlə bağlı davamlı mifoloji mətnlərdə 
hadisə,  prosesin  əlaqəliliyi  növbəti  sakral  obraz,  qüvvəyə  ötürülür  ki,  bu  silsi-
lədə “Sur tütəyi”nin çalınması da mifoloji həqiqətin gerçəkləşməsinə işarə edir. 
Bu  mənada  İslam  mifologiyasında  Qiyamət  gününün,  haqq-mizanın  başlanıl-
ması “Sur tütəyi”nin çalınması ilə bildirilir. İsrafilin surunun çalınacağı gün ölü-
lərin qəbirlərdən çıxma, dönüş günü kimi  xalq bayatılarımında da bəzən, Qiya-
mətə paralel şəkildə Sur tütəyinin çalınması ilə ifadə olunur: 
Könül vermə alana, 
Qoyma könlüm talana. 
Yarla görüşüm qaldı, 
Sur tütəyin çalana (5,18). 
Nəzərdən  keçirilən  nümunələrdən  də  göründüyü  kimi,  qiyamət  İslam  mi-
fologiyasının  vacib  motivlərindən  olmaqla  xalq  şeirinə  düşüncə,  inam-inanc 
şəklində keçmişdir. İslam mifologiyası, bütövlükdə qəbul olunmuş mifoloji sis-
temdə  isə  qiyamət  demormasiya  edilmiş  zaman  yox,  əfsanə,  rəvayətin  tamam-
landığı  zaman  göstəricisidir.  Bədii  konteksdən  kənarda  isə  qiyamət  zamanın 
«mifik-poetik» formuludur. 
İslam  motivlərinə bağlı  məkan, yer adları da xalq şeirinin  mifopoetik sis-
temində  ayrıca  bir  sistem  təşkil  edir.  Məkani  obrazların  xalq  şeirində  poetik-
ləşməsi  burada  əsasən  iki  konteksdə  müşahidə  olunmaqdadır.  Birinci  istiqamət 
İslamın  yaranması,  İslam  peyğəmbərinin  doğulub,  din  uğrunda  mücadilə  apar-
dığı,  tarixi  döyüş,  müqavilələrin  gerçəkləşdirildiyi  məkanlara  bağlıdır.  Məkkə, 
Kəbə,  Mina  dağı  və  s.  bu  qəbildən  olan  məkanı  adlar  həm  də  İslam  din  tarixi 
üçün əhəmiyyət daşımaqdadır. Hicazda  müsəlmanların  müqəddəs şəhərlərindən 
sayılan Məkkə Məhəmməd peyğəmbərin doğulduğu, həmçinin yaşadığı müqəd-
dəs məkandır ki, müsəlmanların ziyarəti də hər il “Əl-Məscid əl-Həram” da ke-
çirilir.  İslamın  əsas  ziyarətgahlarından  olan  Kəbə  divarlarına  hörülən,  mifoloji 
rəvayətlərə  görə  Allahın  göydən  göndərdiyi  “qara  daş”  da  bu  müqəddəsliklər 
sırasındadır.  Həcc  rituallarında  müsəlmanlar  7  dəfə  Kəbənin  dövrəsinə  dolanır, 
“qara daşı” öpür, qurbanlar kəsirlər. Mina vadisi isə İslam tarixində bu silsilədə 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     81 
 
 
İbrahim  peyğəmbərin  yolunu  kəsmiş  İblisi  qovduğu  yer,  həm  də  peyğəmbərin 
Allaha qurban kəsdiyi müqəddəs məkan kimi səciyyələndirilir. 
Xalq şeirinin poetik sistemində  isə bu  məkani-obrazlar xüsusi şəkildə ob-
razlaşaraq əşyavi-məntiqindən kontekstual mənaya keçərək bədiiləşir: 
 
Dağ başında əsən, dur,   
 
Aşıq ötən qurbanı 
Yollarını kəsən dur.  
 
 
 Böldürdü tən qurbanı. 
Aləm Kəbəyə dönsə,    
 
 Apar Mina dağına, 
Mənim qibləmə sən dur (5, 124 ). 
 Kəs yara mən qurbanı (5,78). 
 
Qeyd etdiyimiz kimi, İslamın baş məbədi olan Kəbə Məhəmməd peyğəm-
bərin  buyruğu  ilə  sonradan  müsəlmanların  namaz  qılarkən  üz  tutduğu  qibləyə 
çevrilmişdi.  Təqdim  olunan  ilk  bayatı  nümunəsinin  məzmununda  aşiqin  sevgi, 
istək-arzuları onun din və düşüncəsindən də üstündür. Məşuqu özünə qiblə bilən 
aşiq  bayatıda  məhz  Kəbə  və  ziyarətgahın  qibləsi  əsasında  obrazlaşdırılmışdır. 
Kəbənin dini-tarixi missiyası gözəlin obrazı üzərinə köçürülməklə qüvvətlə mü-
qayisə aparılmışdır. Qiblə dinin, ibadət, tapınmanın göstəricisi olduğu kimi, se-
vən aşiqin də dini, qiblə və imanı onun sevgilisidir. Bəzən xalq ədəbiyyatında bu 
tip  nümunələrdən  çıxış  edərək  şeirlərin  sufi  poeziyasından  irəli  gəldiyi,  müsəl-
man mistiklərinin alleqorik ifadələr kimi də qəbul olunur.  
“Kəbə” və “Mina dağı” İslam mifoloji əfsanə və rəvayətlərində “Tanrının 
əl qoyduğu  məkan”, “Tanrı elçisinin seçilmiş  məkanı”, “Allaha kəsilən  ilk qur-
bangah yeri” və s. sakral mənalarla bağlıdır. Xalq şeirinin poetik sistemində isə 
bu sakrallıq müxtəlif assosiativ əlaqələndirmələr yaradaraq əsas mənadan məca-
za keçir. Məcazda sakral elementlərin funksional dəyişmələri yeni, maraqlı üslu-
bi vasitəyə çevrilir. 
İslam  mifologiyasında  “Qiyamət”in  zaman  sonu  kimi  dərki  uyğun  real 
məkan  anlayışlarını  da  müəyyənləşdirir.  Bu  mifoloji  sistemdə  “cənnət”  və 
“cəhənnəm”  irreallığı  özlərinin  daşıdığı  mifoloji  funksiyaya  bağlı  xalq  şeirində 
uyğun  poetikləşmədə  çıxış  edir.  İslam  mifologiyasında  insanın  həyatı  boyu 
qazandığı  əməllər,  o  dünyanın  əfsanəvi  “cənnət”  və  “cəhənnəm”  məkanlarında 
əbədi  yaşamaq  hüqununu  tənzimləyir.  İnsanın  “bu  dünyadakı”  əməllərinə  görə 
rəğbətləndirilən “cəhənnəm” və “cənnət” irreallığı türk mifoloji sisteminin kos-
mik düzənlənməsində tam olaraq yer almır. “Tamun”, “tamuv”, “tamu” şəklində 
ifadə  olunan  cəhənnəm  Q.P.Rauxa  görə türk  dünyasına  budduizmin  təsiri  nəti-
cəsində meydana çıxmışdır (15, 69). “Cəhənnəm”in mifoloji məkanının izlərinin 
türk  kosmik  mifologiyasında  axtarılması  müəyyən  mübahisələrə  yol  açır.  Əski 
türk mifologiyasından bəhs edən ruh və axirətlə bağlı  məlumatlarda da “cəhən-
nəm”in mifomodeli yarımçıq şəkildə qavranılır. Belə ki, əski türk təsəvvüründə 
insanın  ölümdən  sonrakı  həyatı  göyə  çəkilir  (mətnlərdə  bu  proses  quş  şəklində 
uçmaqla  göstərilir.  –  M.M.Abbasova).  Ruhunu  göylərə  təslim  edən  insan 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə