Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə36/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   32   33   34   35   36   37   38   39   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     82 
 
 
Yerdən ayrılmaqda yalnız maddi-fiziki qalığını torpağa qoyur. Ruhların cəzalan-
dırılması, daha doğrusu ölümdən sonra bu dünyadan əməllərinə görə rəğbətlən-
dirilməsi məsələsi isə qədim türk dünyagörüşündə istisna hallarda məkan dəyiş-
mələri ilə fərqləndirilir. “Sonradan qarşılaşdığımız – Cəhənnəm isə, bəlkə də hiç 
bir  zaman  ölülərin  bir  iqamet  yeri  olmamıştır.  Hər  nə  qədər  dünyəvi  xidmətlər 
qarşılığında axirətlə bir ödül yoxsa da, cəzalar bu dünyada ölüm şəklində veril-
diyindən, insanın ölüm və rituallarını yerine yetirib yetirməməsi ölümün qədəri-
ni müəyyənləşdirir. Hər nə qədər ölülərin iqamətgahı göy üzüdürsə, mütləq tari-
xi baxımından başqa məkanları da bəlli olmuşdur (bayraq, məzar, geniş bölgələr 
və s.). Ölülər bu məkanlarda pis ruhlar şəklində dolaşmaqdadırlar. Qırğız yazıla-
rında ölümdən sonra iki müxtəlif cizəmli məkanlardan söhbət edilir. “Bir dağın 
ətəyindəki  qara  təpələr”  (Gəmiçilik  çırğok),  bir  də  “altın  bozkır”  (Altın  köl)” 
(15, 30). 
Mifologiya, eləcə də dindən də  məlumdur ki, o dünya anlayışı  bu dünya-
dakı  ömrün  mənalı,  məzmunlu,  səmərəli,  ən  başlıcası  isə  faydalı  yaşanmasını 
tənzimləmək  məqsədini  güdür.  O  dünyanın  «cənnət»,  və  ya  «cəhənnəm»ində 
əbədi sakin olmağın yeganə yolu bu dünyadakı ömrün özüdür. 
Türk  kosmik  xəritəsində  yeraltı,  yerüstü  dünyaların  fərqləndirilməsi  işıq-
qaranlıq,  ağ-qara,  gözəllik-çirkinlik  kimi  kateqoriyalarda  aparılır  ki,  bunun  ən 
bariz  nümunəsini  xalq  nağıl  məkanları,  obrazlarının  (xtonik  varlıqlar)  mənşə-
yində görürük. Sözü gedən mifopoetik məkan – “cəhənnəm” və “cənnət” də is-
lamın  müqəddəs  kitabı  olan  “Quran”da  yuxarıda  qeyd  edilən  əksikliklərin 
müqayisəsində  verilir.  “Cənnət”  İslam  mifologiyasında  insanların  rahatlıq  tap-
dığı, dünyanın bütün maddi gözəlliklərinin toplandığı və müqəddəs çay və yaşıl-
lıqlarla bürünən məkandır. Qeyd edək ki, xalq lirikasında aşiqin məşuqəyə yetiş-
məsi, vüsalına çatması, və s. kimi  hiss-həyəcanları,  lirizmi  məhz  “cənnət”ə qo-
vuşmağa bənzədilərək mifopoetik düşüncədə obrazlaşır: 
Aşiq dağdan aşanda,    
 
 
Qurşanmış göz sədağı 
Sular coşub daşanda.    
 
 
Av gedər görsə dağı, 
Cənnəti alar aşiq,  
 
 
 
Cənnəti neylər Aşiq, 
Yarla qucaqlaşanda (5, 9). 
 
 
Cəmalin görsə daxı (5, 30). 
 
“Cənnət”in poetik mətnlərdəki müqayisəsi mənfi ekspressiya – qarğış üzə-
rində də ifadə edilir: 
Mən Aşiqəm, ayranı, 
Tək yeməzlər ayranı. 
Cənnət üzü görməsin, 
Səni məndən ayranı (4, 125). 
 
Xalq  mərasim  nəğmələrində  də  «cənnət»  bayatılarda  olduğu  kimi,  məşu-
qənin oylağı, evi, məkanı kimi poetikləşdirilir: 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     83 
 
 
Zər barmağım sürüşdü, 
Cənnət bağına düşdü, 
Əyildim götürməyə 
Qardaş yadıma düşdü. 
Balaca ceyran gəlin, 
Boyuna heyran gəlin! (12,78). 
 
İslam  dini  motivlərinin  xalq  şeirinin  poetik  sistemində  bu  formada  isti-
fadəsi,  həm də şifahi  sənətin  mövzu genişliyinə  imkan  verir.  “Cənnət” və  “Cə-
hənnəm”  anlayışları  mifoloji  təfəkkürdə  dünyanın  təzadlarını  simvollaşdıraraq 
qiymətvericilik  xüsusiyyəti  ilə  geniş  poetik  imkanlar  yaradır.  Hadisə  və  obraz 
səciyyələndirilməsi, ziddiyyət və kontraslar “cənnət” və “cəhənnəm”in mifoloji, 
poetik keyfiyyətində aşkarlanmaqla, həm də estetik təsir bağışlayır. 
Xalq  lirikasının  mifopoetik sistemində geniş obrazlaşmayla çıxış edən İs-
lam dini formulları sırasında mələklərin obrazlaşdırılması ayrıca yer almaqdadır. 
Mifoloji təsəvvürlərdə mələklər nurdan yaradılmış pak varlıqlar olmaqla dişilik, 
erkəklik,  yemək,  içmək kimi özəlliklərdən uzaq,  görünməz, güclü  «qeybi»  yal-
nız Allahın izni ilə bilən sakral qüvvələrdir. Quran təlimində 4 böyük mələkdən 
bəhs  edilir  ki,  bunlardan  Cəbrayıl  –  peyğəmbərə  vəhy  və  kitabları  gətirmək, 
Mikayıl – təbiət hadisələrini öz nəzarətində saxlayan, İsrafil – Qiyamət günündə 
Suru üfürəcək, Əzrayıl isə can almaq kimi dini vəzifələri yerinə yetirəndir. 
Qeyd olunan 4 böyük mələkdən başqa, quranda cəhənnəmdəki mələklərin 
sayının  19  olması  və  ayrıca  cin  və  şeytanın  da  Allaha  həmd  və  səna  etmələri 
bildirilmişdir.  Allahın  insandan  öncə  yaratdığı  bu  müqəddəs  varlıqların  işi 
mifoloji təsəvvürlərdə haqqa, xeyrə çağırma, onları pisliklərdən uzaqlaşdırmaq-
dır. Bu silsilədə yalnız Şeytanın niyyəti istisna olunur ki, ona da bu haqqı İslam 
Allahı  özü  tanıtmışdır.  Mifoloji  rəvayətlərə  görə,  Allah  cinlərin  babası  sayılan 
Şeytanı atəşdən yaratmışdır. Həzrəti Adəmdən əvvəl yaranan Şeytan Allaha iba-
dət və itaəti ilə mələklər arasında xüsusi yer tutmuşdur. Lakin Allahtəala Həzrəti 
Adəmə  səcdə etmələrini əmr etdikdə, Şeytan  yaradanın əmrinə qarşı çıxmışdır. 
«Məni  atəşdən,  onu  torpaqdan  yaratdın.  Mən  ondan  xeyirliyəm»,  söyləyən 
şeytan  Allahın  dərgahından  qovulur.  İlahi  hüzurdan  əbədiyyən  qovulan  şeytan 
Həzrəti Adəm və onun zövcəsi Həvvanı da aldadıb cənnətdən çıxarmış və bütün 
insanları  aldadacağına  söz  vermişdir.  Müqəddəs  Qurani-Kərimdə  də  Allah  İblisi 
insanlara düşmən olaraq tanıtmış və onu düşmən olaraq qəbul etmələrini bildirmiş-
dir. Mifoloji təfəkkürdə iman gətirilən mələklər və onların vəzifələri, ayrıca İblisin 
fiziki-mənəvi  xüsusiyyətləri  xalq  şeirinin  poetikasında  başlıca  obrazlaşma  obyek-
tinə  çevrilmişdir.  Dini-əsatiri  anlayışları  bildirən  bu  kimi  sözlər  “metafora  funk-
siyasında  qiymətverici  keyfiyyətə  yiyələnir.  Bu  cür  metaforalar  obrazlı  və  mənalı 
şəkildə tipləri səciyyələndirməyə, onların bu və ya digər xüsusiyyətlərini açıb gös-
tərməyə, tənqid və ifşa etməyə yardım göstərir. Məsələn, ifritə/şeytan/ cadugər/iblis/ 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə