Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə44/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   40   41   42   43   44   45   46   47   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     102 
 
 
Z.Gökalpın da “Əski türklərdə din” məqaləsində qeyd etdiyi kimi, Bayatlı 
Mahmud  oğlu  Həsənin  1482-ci  ilin  əvvəllərində  yazılmış  “Cam-i  Cəm-Ayin” 
əsərində deyilir ki, Yada daşının tarixi Nuhdan başlayıb Yafəsə, oradan da türk-
lərə çatmaqdadır. Nuh tufanından sonra Nuhun oğlanları – Sam, Ham və Yafəs-
dən başqa hamının öldüyü, yalnız onların sağ qaldığı, türklərin atasının bu Yafəs 
olduğu,  Nuhun  yağış  yağdıran  yada  daşını  oğlu  Yafəsə  verib  onu  bulaq  başına 
göndərməsi,  Yafəsin  yada  daşını  götürüb  Uzaq  Şərqə  getdiyi  və  yetmiş  ildən 
sonra öldüyü deyilir (14; 47, 52). F. Köprülü ən qədim  mənbə kimi  məchul  bir 
müəllifin “Muchəl əl Təvarih Vəl Kasas” kitabına istinad edərək, Nuhun Yafəsə 
yağış duası verdiyini, Yafəsin də onu daşa həkk edib boynundan asaraq, vadidə 
oturduğunu,  bu  zaman  da  oğuzlar  arasında  bu  daşı  əldə  etmək  üçün  çalışmalar 
olduğunu  qeyd  edir  (14,50).  Z.Gökalp,  Mahmud  Kaşğarlıya  istinad  edərək  bu 
məlumatı da verir ki, qaş (yəni, yada daşı) iki cür imiş: ağ və qara. Ağına Örünk 
(Şərq  türkcəsində  Ağ  deməkdi)  deyilir,  möhür  kimi  müqəddəs  sayılarmış  və 
ildırımdan,  susuzluqdan,  şimşəkdən  qoruyarmış.  Bu  daşlar  da  yalnız  Hutən 
şəhərinin  iki tərəfindən axan çaylardan (Ürnük kaş öküz, Kara kaş öküz) başqa 
heç yerdə tapılmazmış (14, 60). 
A.İnan “Tarixdə və bu gün şamanizm” adlı əsərinin “Yada, Cada, Yat Taşı 
və  Yağmur  tilsimləri”  başlıqlı  bölümündə  Böyük  Türk  Tanrısının  Türklərin 
Cəddi alasına yada (cada, yat) deyilən bir sehirli daş ərmağan etdiyini, bununla 
yağış, qar, dolu yağdırıldığı, fırtına çıxarıldığı və bu daşın hər çağda “türk qam-
larının  və  böyük  türk  sərkərdələrinin  əllərində  olduğunu”  qeyd  edir  (15,  160). 
“Cada  daşı”  əfsanəsinin  Çağatay  divan  ədəbiyyatında  yer  aldığını  söyləyən 
A.İnan Əlişir Nəvainin Divanından 
“Yada taşığa kan teğeç yağın yağkandek ey saki, 
Yağar yağmurdek eşkin çün bolur la` lin şerab abid” - beytini qeyd etmək-
lə  “yad”  kəlməsinin  üzərinə  qurban  qanı  sürtüləndə  yağış  yağdığı  üçün  “yağış 
muncuğu” kimi açıqlandığını və Türküstanda Teymurilər və Özbəklər dövründə 
yazılan  əsərlərdə  “yad  daşı”ndan  bəhs  edildiyini  və  hamının  buna  inandığını 
qeyd  edir  (15,  162).  A.Süheyl  Ənvər,  Şaban  Şəfainin  qiymətli  daşlara  dair 
“Şifaiye fi` t- tıb” adlı əsərinin indiyə qədər daşlar haqqında yazılmış ən qədim 
və  N.  Tusi  tərəfindən  bəyənilən  əsər  olduğunu,  tədqiqlərə  daim  qaynaq  oldu-
ğunu göstərir. Ş.Şəfai yağış yağdırsın deyə dolu daşının yüksək bir yerə asılmalı 
olduğunu deyir. Əsərdə Türküstanda iki bölgə arasında bir keçiddən bəhs edilir. 
Bu keçiddən keçən heyvanların ayaq dırnaqları o keçidin daşını zədələməsin de-
yə heyvanların ayaqlarına keçə sarınması, yavaş yeridilməsindən, həmin keçidin 
daşından  Türküstan  şəhərlərinə  və  digər  yerlərə  aparılmasından  danışılır.  Bu 
keçiddən  keçilərkən  yüksək  səslə  bağırmaq,  qara  rəngli  bir  şeyi  suya  axıtmaq, 
bir şey yumaq yay belə olsa qış fəslini, qar və tufanı gətirmək deməkdir (14, 59).  
Səmərqənd  şəhərində  quraqlıq  olunca  yada  daşının  bir  tas  içində  suya 
buraxılması  hekayə  edilir.  Hafizlərdən  biri  bilməyərəkdən  bu  suyu  içir.  Yağış 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     103 
 
 
kəsilmək  bilmədən  yağmağa,  sellər  daşmağa  başlayır.  Əhali  bu  fəlakətdən 
qurtulmaq  yolunu  hafizi  şəhərdən  çıxarmaqda  görür.  Hafiz  hara  gedirsə,  yağış 
ora  fəlakət  gətirir.  Bir  müddətdən  sonra  vətən  həsrəti  ilə  Səmərqəndə  qayıdır. 
Ona  “daşa  bərabər” –  “Hafiz Yada” adı  verirlər (14, 54-58). F. Sumer  “Qədim 
türklərdə  yağış  və  qar  yağdırma  adəti”  məqaləsində  qeyd  edib  ki,  Xarəzmşah 
Sultan Məhməd Çingiz istilasından əvvəl Çin tərəfinə yaxınlaşanda həddən çox 
yağış və qarla qarşılaşır. Bunun yağmur daşı istifadə edən bir yadaçının qabiliy-
yəti  olduğunu  anlayıb,  onu  hüzuruna  gətirdir  və  qara  keçəyə  sarıtdırıb,  torpağa 
basdırdıb  öldürür.  Beləliklə,  yağış  kəsir.  Xarəzmşah  Sultan  Məhmədin  yada 
mərasiminin  keçirilməsinə  şahidlik  etməsi  ilə  bağlı  deyilir  ki,  onun  hüzurunda 
başı  açıq,  ayaqları  yalın  bir  ixtiyar  hiddətlə  hansısa  sözləri  deyərək,  bir  tasa  su 
doldurub, içinə iki boru qoyur. Üçüncü borunu isə yüksək bir yerə qoyur. Yağış 
daşı rəngində  bir  ilan  bu borudan  sürünərək suyun səthinə enir. İxtiyar  iki türk 
yat daşını  suya salır, dərhal çıxarıb  bir-birinə sürtüb  hərəsini  bir tərəfə tullayır. 
Bunu  yeddi  dəfə  təkrarlayır  və  tasdan  su  götürüb  hər  tərəfə  səpir,  sonra  yağış 
yağır (14, 56-63). XIII əsrdə Cəlaləddin Xarəzmşah Şərqi Anadoludakı Ələşgird 
bölgəsinə  gəldiyi  zaman  şiddətli  isti  və  quraqlıqdan,  heyvanlara  təcavüz  edən 
milçəklərdən  bezən  xalq  ona  şikayət  edir.  Cəlaləddin  Xarəzmşahın  özü  yada 
mərasimini şəxsən idarə edir, dayanmadan yağan leysanın da qüdrətinin əlaməti 
olduğunu  düşünür.  Hətta  palçıqdan  və  bataqlıqdan  sultanın  çadırına  girməyin 
mümkün olmadığı da qeyd edilir (14, 51).  
F.Sümer  qeyd  edir  ki,  X  əsrdə  Türk  ölkələrini  gəzdiyini  iddia  edən  ərəb 
müəllifi Əbu Duləf Mis` ar ibni Mühəlhəl İrtış sahillərində yaşayan Kimək (ya-
xud Yemək) adlı böyük türk qövmündən bəhs edərkən onların hər istədikləri za-
man  yağışı  cəlb  edən  bir  daşları  olduğunu,  bunu  gözü  ilə  görən  ilk  müəllifinsə 
böyük türk alimi Mahmud Kaşğarlı olduğunu qeyd edir (14, 56). 
Maraqlıdır  ki,  türklərin  folklor  və  etnoqrafiyasını  toplayıb  tədqiq  etmiş 
görkəmli alim V.Radlov 1861-ci ildə Altayda Abakan çayı qaynağı ətrafında ol-
duğu vaxt yada ayininin şahidi olur. Belə ki, şiddətli yağmurdan qurtulmaq üçün 
gəzinti  rəhbəri  olduğu  şəxs  eyni  zamanda  yadaçı  olduğu  üçün  şiddətli  yağışın 
kəsməsi  üçün  ovsun  oxuyur.V.Radlov  “Sibirdən”  kitabının  “Türk  dinlər tarixi” 
ilə bağlı məlumatlar hissəsində bundan bəhs edir (14, 54).  
«Yada» daşı haqqında F.Köprülüzadə «Şamançılıqda qədim türklərdə yağ-
mur daşı «yat» və «ya» məruzəsi ilə 1923-cü ildə Parisdə din tarixinə dair kon-
qresdə çıxış edib. O da qeyd edir ki, «yada» daşı haqqında ən qədim məlumatlar 
Əbu Duləf Mis` ar ibni Mühəlhəl tərəfindən verilsə də, daha qədim araştırmalar 
aparmaq  olar.  Belə  ki,  S.Brokelman  «Qədim  Türküstanın  xalq  yaradıcılığı» 
əsərində  qeyd  edir  ki,  «yada»  daşı  haqqında  qədim  bilgilər  VII  əsr  naməlum 
Suriya monarxı - Mərvdən olan Elias patriarxı zamanı hadisələrin təsviri xroni-
kasında  verilib.  VII-IX  əsrlərin  fal  kitabı  –  türk  runik  məktublarında  bulud  və 
yağmur haqqında şeir verilib. Yada daşı haqqında məlumatlar XI əsrdə Mahmud 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə