Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə41/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   37   38   39   40   41   42   43   44   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     95 
 
 
14. Söyləyəni: Mahmud baba, 70 yaşında (Ağbaba bölgəsi, Təzə İbiş kəndi ). 
15.  Mahmud  Allahmanlı.  Folklorşünaslığın  İsrafil  Abbaslı  zirvəsi.  “Dədə  Qor-
qud” dərgisi. 2011, IV. 
16. Söyləyəni: Usta Məcid, 67 yaşında (Ağbaba bölgəsi, Təzə İbiş kəndi). 
17. Söyləyəni: Əmir baba, 83 yaşında (Ağbaba bölgəsi, Təzə İbiş kəndi) . 
18. Söyləyəni: Süleyman baba, 79 yaşında (Ağbaba bölgəsi, Təzə İbiş kəndi). 
19. Söyləyəni: Məryəm nənə, 73 yaşında (Ağbaba bölgəsi, Ellərkənd kəndi) . 
 
 
Çapa tövsiyə edən: Fil.ü.f.d. Elxan Məmmədli
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     96 
 
 
Ülkər ƏLƏKBƏROVA 
AMEA Folklor İnstitutunun böyük elmi işçisi 
e-mail: ulker.elekberova@bk.ru 
 
“QODU-QODU” MƏRASİMİNİN ARXAIK KÖKÜ 
“YADA” ŞAMAN MƏRASİMİ 
 
Xülasə 
Azərbaycan  folklorunda  yerli  iqlim  şəraitinə  uyğun  olaraq,  yağış  yağdırmağın  əksinə, 
günəşi  çağırma  mərasimi  “Qodu-qodu”  dur  (Kodu-Godu-Dodu:  Şamançılıqda  Yağış  -  Günəş 
tanrısı). Şaman türk düşüncəsində hər insanın bədənindəki ruhdan başqa Culazi deyilən xüsusi 
bir ruhu da var ki, bu ruh uşaq yaşayışında və dünyasında “Kudu” adını alıb. Bu da Azərbaycan 
“Qodu”su  və  Anadolu  “Gode”sinin  və  qumuq  “Zəmirə”sinin  eynidir.  Əsrlər  boyu  türk  xalq-
larının mifik təfəkküründə yaşan bu inanış özünü mərasimlərdə, ayinlərdə biruzə verir. “Yada” 
mərasimi “Qodu-qodu” mərasiminin arxaik kökündə duran türk şaman mərasimidir. Bu mərasim 
bütün türk xalqlarında eynilə olub və qorunub saxlanıb. 
Açar sözlər: Şamanlıq, Yağış, Günəş, Tanrı, Qodu, Yada, daş.  
 
 
ARCHAIC BASE OF THE RITUAL “QODU-QODU” IS THE SHAMANIC  
RITUAL “YADA”
 
 
Summary 
İn the article, it is spoken about a popular game played in different places of our country. 
The article gives information about shaman ceremonies “Yada” and “Godu-godu”. The belief of 
God  of  Sun  has  the  special  place  in  folklore  games  such  as  “Godu-godu”  inform  about  the 
outlook of Shamanizm. The belief about the stone what is caused rain from the sky was spread 
in Northern Mongolia. Durbuts (nation in Mongolia) and tuvas (nation in Mongolia) were given 
to this stone “Chada” and “jada”.  
Key words: “Godu-godu”, “game-performance”, folklore, shamanism.  
 
 
АРХАИЧЕСКИЕ КОРНИ ОБРЯДА «ГОДУ-ГОДУ» ЯВЛЯЕТЬСЯ  
ШАМАНСКИЙ ОБРЯД «ЯДА»
 
 
Резюме 
В статье кратко рассматриваются некоторые важные аспекты традиционных народ-
ных  обрядов  Азербайджана  и  тюркских  народов  как  «Году-Году».  Говориться  что  этот 
обряд  посвящено  Солнечному  божеству  как  у  всех  тюркских  народов  и  связано  с  шама-
низмом.  В  мифологии  тюркоязычных  народов  Средней  Азии  широко  распространилось 
образ  «хозяина  дождя».  С  древнейших  времен  тюрки  верили  в  шаманизм. Это  вера  про-
должает  жить  в  обрядах  до  наших  дней.  С  помощью  шаманского  камня  «яда»  древние 
тюрки могли вызвать дождь.  
Ключевые слова: обряд, божество Сольнца, шаманизм, камень яда.  
 
Məsələnin qoyuluşu. “Qodu-qodu” mərasiminin arxaik kökü “Yada” mə-
rasimidir. 
İşin  məqsədi.  Yada daşı və yada şaman mərasimi haqqında məlumat ver-
mək. 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     97 
 
 
Məlumdur  ki,  qədim  türklər  tabiət  hadisələrinə  təsir  gücünə  malik  idilər. 
Yağış yağdırma kultu qədim dövrlərdən türklər arasında geniş yayılıb. Azərbay-
can  folklorunda  yerli  iqlim  şəraitinə  uyğun  olaraq,  yağış  yağdırmağın  əksinə, 
günəşi çağırma mərasimi “Qodu-qodu” dur (Kodu-Godu-Dodu: Türk Şamanlı-
ğında Yağış - Günəş tanrısı). Türk şaman düşüncəsində hər insanın bədənindəki 
ruhdan başqa Culazi deyilən xüsusi  bir ruhu da var ki, bu ruh uşaq yaşayışında 
və  dünyasında  Kudu  adını  alıb.  Bu  da  Azərbaycan  “Qodu”su  və  Anadolu 
“Gode”sidir.  Şaman  təfəkkürünə  görə  qədim  türklər  Kudunu  itirdiklərində  dər-
hal şamana  müraciət edər, Kudunu tapıb geri qaytarardılar (2, 70). Əsrlər boyu 
türk  xalqlarının  mifik  təfəkküründə  yaşayan  bu  inanış  özünü  mərasimlərdə, 
ayinlərdə  büruzə  verir.  “Yada”  mərasimi  “Qodu-qodu”  mərasiminin  arxaik  kö-
kündə duran türk şaman mərasimidir. Bu mərasim bütün türk xalqlarında eynilə 
olub və qorunub saxlanıb. 
 Hamıya  məlumdur ki, “Qodu-qodu” mərasimində çömçədən gəlincik  bə-
zədildiyi üçün bəzən mərasimin adı “Çömçələ gəlin” də adlanır. Mərasimdə tax-
ta qaşıqlar  bəzədilərək gəlincik  şəklinə salınır, ev-ev gəzilərək pay  yığılır. Mə-
rasim zamanı oxunan nəğmə belədir: 
Qodu-qodu yağ istər, 
Çoxlu-çoxlu bal istər. 
Yağ verin, yağlayaq, 
Bal verin ballayaq. 
Göyün ağzın bağlasın,  
Günəş qızın çıxarsın (1,47). 
Ə.Cəfəroğlu “Azərbaycan və Anadolu folklorunda saxlanan iki şaman tan-
rısı” məqaləsində yakutlarda Qodu ilə eyni funksiyanı “Kis-Tangara”, yəni “Qız 
Tanrı”  gəlinciyinin  yerinə  yetirdiyini  qeyd  edir.  Yakutların  şaman  düşüncəsinə 
görə, ölərkən  qız  uşaqlarının  ruhu  bu  gəlinciklərə  köçüb  yaşayır.  Ona  görə  də, 
onların çadırlarının ağzına yağ çəkilmiş gəlinciklər asılır. Yakutlar “Kis-Tanga-
ra”nı bəzədikdən sonra ona çoxlu qurbanlar deyir, yanına içki və yemək qoyur-
dular.  Safranboluda  “kabalak  yarpağı”  adlı  bitkini  uşaqlar  uzun  sırıqların  üzə-
rinə  iplə  sarıyıb  əllərində  evləri  dolaşırdılar.  Ən  uzun  sırığı  hazırlayan  dəstəyə 
başçılıq edib, bəxşişləri toplamaq üçün boynuna torba keçirər, toplanan bəxşişlər 
bərabər bölünər, bəzən də yemək bişirib paylanardı (2,70). Mərasim  zamanı  bu 
nəğməni oxuyarmışlar: 
“Gode-gode göl olsun, 
Evin önü sel olsun. 
Arpa, buğda çox olsun, 
Göydən rəhmət, yerdən bərəkət! 
Bi deyim un, bi deyim su, 
Dəyməndə oluk daşacaq, 
Qurbalar içəriyə qaçacaq. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə