Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə49/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     113 
 
 
Poti,  Batumi  və  İstanbulu  birləşdirən  ən  böyük  liman  şəhəridir.  2014-cü  ilin 
statistik məlumatına görə, əhalisinin sayı 348002 nəfərdir (27). 
Kunoş müəllimi Armin Vamberinin məsləhəti ilə bir neçə dəfə Budapeştə 
gələn  özbək  əsilli,  eyni  zamanda  “Çağatayca-türkcə  lüğət”in  müəllifi  Şeyx  Sü-
leyman  Əfəndi  (1821-1899)  ilə  görüşmüş  və  tədqiqatlarına  bir  an  əvvəl  baş-
lamaq  üçün  yardım  istəmişdi.  Şeyx  Kunoşun  şifahi  xalq  ədəbiyyatı  ilə  bağlı 
araşdırmalar  aparmaq  istədiyini  duyduqda  ona  etirazını  bildirmiş,  özünün  isə 
“xalq  ədəbiyyatının  varlığından  delə  xəbərdar  olmadığını,  bu  mövzularla  bağlı 
araşdırmalar  aparmasının  Osmanlı  dövlətinin  yüksək  rütbəli  şəxsləri  tərəfindən 
xoş qarşılanmayacağı” (7, 36, 40) haqda onu xəbərdar etmişdir. 
Kunoş bu sözləri müəllimi Jozsef Budenzə söyləmiş, o da, öz növbəsində, 
Kunoşun  Şeyx  Süleyman  Əfəndi  kimi  şəxsiyyətlərlə  belə  qısa  zamanda  əlaqə 
yarada bilməsinə çox sevinmiş və onun Ruscuqda topladığı 100 türkünü nəşr et-
mək  istədiklərini  bildirmişdir.  Onun  uzun  müddət  Türkiyədə  qalmasının  tədqi-
qatın  çoxsahəli  aparılmasına  yardım  edəcəyini  düşünərək  kitabdan  əldə  olunan 
vəsaiti Kunoşa göndərəcəyini söyləmişdir. Burada Budenzin Kunoşa etdiyi yar-
dımlar misilsizdir. O, Kunoşa dialektoloji araşdırmalarda nağıllar, hekayələr ki-
mi  xalq  nəsrinin  xalq  şeirinə  nisbətən  daha  gərəkli  olduğunu  bildirməklə  onun 
tədqiqatlarını yönləndirməyə çalışmışdır (3, 10-11). Kunoş isə müəlliminin töv-
siyəsinə əməl etmədən folklorun bütün janrlarını toplamış, bir tərəfdən bu mətn-
lər üzərində dialektoloji tədqiqatlarını davam etdirmiş, digər tərəfdən isə Avropa 
şərqşünaslarının, hətta türk alimlərinin də diqqətini çəkməyən xalq ədəbiyyatını 
toplayıb tanıtmağa çalışmışdır.  
Qeyd  edək  ki,  tədqiqatına  türk  dilinin  dialekt  və  şivələrinin  araşdırılması 
ilə başlayan İqnats Kunoş bu gün Rumeli adlandırdığımız bölgədə yaşayan türk-
lərin dilini, etnoqrafiyasını, folklorunu araşdırıb tədqiq etməkdə əvəzsiz xidmət-
lər  göstərib.  Unudulmaqda  olan  Rumeli  mədəniyyətinə  nəzər  saldıqda  görürük 
ki,  müharibələr  nəticəsində  xırda-xırda  adalara  sıxışdırılaraq  sonradan  ya  mü-
haribələr, ya da adaların suyun altında qalması nəticəsində yoxa çıxması böyük 
bir  mədəniyyət daşıyıcılarının  varlığına  son qoyulmasına səbəb olmuşdur. Am-
ma  əldə  olan  materiallar  göstərir  ki,  əksəriyyətinin  mövzusu  qəhrəmanlıq  olan 
türkülər  və  başqa  folklor  mətnləri  daha  dərindən  incələnsə,  tarix  pərdəsi  arxa-
sında gizlənən döyüşlər və onların səbəbləri ilə bağlı çox gizli məqamlar aşkar-
lanacaqdır (26, 116).  
İqnats  Kunoşun  türk  xalq  ədəbiyyatına  göstərdiyi  xidmətlərin  arxasında 
yalnız müəllimləri və dostları durmur. Folklor mətnlərinin toplanmasında İstan-
bulda  yaşayan  və  burada  türkdilli  əlyazmaları  toplayıb-satan  Daniel  Szilaqinin 
(1831-1885) də xidmətləri böyükdür. Daniel Szilaqi ona topladığı mətnlərin sis-
temləşdirilməsində, macar dilinə tərcümə olunmasında və transkripsiyaların ya-
zılmasında  yaxından  köməklik  göstərmişdir.  Kunoş  ona  müəllimi  Jozsef  Bu-
denzin  məsləhəti  ilə  xalqın  yad  ünsürlərdən  uzaq  saf  bir  türk  ləhcəsi  ilə  söylə-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     114 
 
 
diyi  mətnləri  toplanmaq  istədiyini  söyləmiş,  Daniel  Szilaqi  isə  bu  işin  həddən 
artıq çətin olacağını  bildirmişdi. Çünki o dövrdə xalq arasında ərəb-fars sözləri 
ilə zəngin Osmanlı türkcəsi hakim idi. 
Sonrakı  xatirələrində  İqnats  Kunoş  xalqın  dilindən  220  türkü,  30  dastan 
topladığını  bildirmişdir.  Elə  bu  məqsədlə  də  o,  Jozsef  Budenzdən  toplama  və 
araşdırmalarını  davam  etdirə  bilməsi  üçün  təqaüdünün  bir  il  də  uzadılmasını 
tələb  etmişdir  (10).  Bunun  ardınca  o,  xalqın  dilindən  toplayıb  tərcümə  etdiyi 
“Hamam” və ya “Qaragöz” oyununu nəşr etməyi xahiş etmişdir. Eyni zamanda 
konyalı  Yusuf  Samih  Əfəndinin  ona  əlində  olan  “Nəsrəddin  Xoca”  məcmuəsi-
ninin də surətini verməsindən söz açmışdır (11). 
Kunoş 1885-ci ildə müəllimi Jozsef Budenzdən o günə qədər topladığı fol-
klor  nümunələrini  Macarıstan  Elmlər  Akademiyasına  verməsini  və  onların  bir 
kitab şəklində  yayımlanmasını  xahiş edir. Kunoşun  fikrincə, kitapdan əldə olu-
nan  gəlir  onun  maddi  sıxıntılarını  az  da  olsa,  ödəyəcəkdi.  Kunoş  xatirələrində 
yazır  ki,  o  dövrdə  Osmanlı  İmperiyasında  araşdırmalar  aparan  şərqşünasların 
uzun illər türk xalq ədəbiyyatı nümunələrini aramalarına baxmayaraq, material-
ları xalqın ağzından toplamaqda çətinlik çəkdiklərini, hətta toplamanı  bacarma-
dıqlarını söyləyirdilər. Johann Heinrix Mordtmannın (1839-1912) Kunoşa topla-
ma və araşdırmalarında göstərdiyi uğurlara təəccübləndiyini söyləmişdir. Kunoş 
isə  əldə  etdiyi  uğurun  sirrini  belə  izah  edir:  “Toplayıcının  hər  şeydən  əvvəl 
türklər  arasında  yaşaması  vacibdir.  O,  söyləyicilərin  xoşbəxtliklərini,  kədərini 
paylaşmalı,  onların  atət-ənənələrinə  riayət  etməli,  onlar  kimi  geyinməli,  hətta 
lazım olarsa, özünü müsəlmanlığı qəbul etmiş kimi göstərməlidir” (12). 
Kunoşun  göstərdiyi  bu  əvəzsiz  xidmətlərinə  yalnız  müəllimi  Jozsef  Bu-
denz  dəyər  verirdi.  Dəfələrlə  Macarıstan  Elmlər  Akademiyasına  və  Budapeşt 
Yəhudi Cəmiyyətinin rəhbərliyinə müraciət etməsinə baxmayaraq, ona maddi və 
mənəvi dəstək verən yox idi (19, 13). Ona görə də Kunoş topladığı materialları 
hazırlayaraq  nəşr  etməsi  üçün  Budenzə  göndərirdi.  O,  ümid  edirdi  ki,  bu  nəşr-
lərdən gələn vəsait, az da olsa, ona dəstək olacaq.  
Sonralar  müəlliminə  yazdığı  məktublardan  bəlli  olur  ki,  Kunoş  Misirə 
səyahət  etmiş,  orada  yaşayan  dostu  Yusuf  Samihin  kitabxanasında  olan  Konya 
şivəsi ilə yazıldığı güman edilən “Nəsrəddin Xoca lətifələri” məcmuəsi və daha 
bir çox maraqlı materialların surətini çıxara bilmişdir (188). Daha sonrakı mək-
tubunda Türkiyəyə geri döndüyünü, lakin Misirdə yayılmış vəba epidemiyasına 
görə Osmanlı dövlətinin Misirdən gələnləri karantinə aldığını, ona görə də İstan-
bula  bir  həftə gec gəldiyini, pulunun olmamasından  şikayətlənirdi (14). O, Mi-
sirdən İstanbula 13 günə qayıdır. Xatirələrində səyahətin çox ağır keçməsindən 
şikayətlənən  Kunoş  yazır  ki,  onun  olduğu  gəmi  şiddətli  fırtınaya  düşmüşdür. 
Gəmi ciddi xəsarət almış, hətta bir tərəfi də yanmışdır. Beləliklə ölumdən dönən 
alimin pulu olmadığı üçün gəmidə ona yataq verilməmişdir. O da yerdə yatmaq 
məcburiyyətində  qalmışır.  Yunanıstanın  Pire  limanına  aç-susuz  çatmışdır  (15). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə