Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə45/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   41   42   43   44   45   46   47   48   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     104 
 
 
Kaşğaridə və XII-XIII əsrlərdə Suriya dualarında Xara-Xotoda vardır. Dualarda 
quraqlığın dəhşətli  nəticələri, torpaq və  meyvələrin quruması, tarlaların  yox ol-
ması,  sonra  xalqın  günahlardan  təmizlənərək  yalvarış  duası  oxuması  haqqında 
danışılır. “Yada” mərasimi haqqında türk və monqol tayfaları haqqında danışmış 
Rəşidəddin (XIV əsr) və Çin səlnamələrində məlumat vardır (5, 152). Firdovsi-
nin  “Şahnamə”sində  Tuluy  xan  zamanında  Bazur  adlı  bir  sehirbazın  ovsunla 
yağış  yağdırdığından və Hitay əsgərlərinin pərişan olduğundan  bəhs edir. Rəşi-
dəddin də “Cami ut-təvarih” əsərində bunun üzərində durur (14, 44).  
Yağış  duasında  daşlar:  “Yada”  şaman  mərasimi  müasir  dövrdə  də  is-
lamlaşmış şəkildə yaşamaqdadır. Əsrlər boyu türk xalqlarının mifik təfəkkürün-
də yaşayan yağış üçün dua etmək və bu duanı daşlara oxumaq ayini islamlaşaraq 
özünü mərasimlərdə, inanclarda biruzə verir. S.E.Malov qeyd edir ki, o, ilk dəfə 
yağış yağdırma şaman mərasimini türklərdə (xüsusilə, kazan tatarlarında) 1901-
ci  ildə  Çukri  Alanova  kəndində  görmüş  və  bir  molladan  qeydə  alıb.  Yayda 
quraqlıq  zamanı  kənd  sakinləri  səhər  tezdən  kənddən  kənarda  çayın  sahilinə 
toplaşırlar. Burada yağmurın yağması üçün yalvarırlar. Torpağın altına içində aş 
olan  qazanlar  basdırırlar,  molla  «Quran»dan  ayələr  oxuyandan  sonra  aş  bütün 
iştirakçılara paylanır. Bu mərasimdən sonra bir neçə gün ərzində gənclər küçədə 
qarşılarına  çıxan  adamları  sulayırlar  (5,152).  S.E.Malov  qeyd  edir  ki,  1924-cü 
ildə Türkoloji seminarın dinləyicisi olmuş bir azərbaycanlıdan eşidib ki, camaat 
yağışın yağması üçün qurumuş bir çayın yatağında dua edər, duaetmə müsəlman 
adətlərinə uyğun aparılar, sonra kisələr və daşlar gətirilərmiş. Hər kəs əlinə daş 
götürüb pıçıltı ilə “Quran” dan bir ayə oxuyub daşı kisəyə atarmış. Sonra daşları 
qurumuş  çayın  yatağına  düzərmişlər.  (5,152).  Urumçu  və  Aksu  risalələrində 
yada  mərasiminin  keçirilməsində  “Quran”  ayələrinin  hər  birinin  bir  neçə  dəfə 
ardıcıl  oxunması,  qüsul,  dəstəmaz  və  bir  neçə  rükət  namazdan  sonra  mərasimə 
başlanması  şaman  mərasiminin  islamlaşmasını  göstərir  (5,155).  “Yada”  şaman 
mərasimi islamın qəbulundan sonra da təriqət ayinlərində də yaşayıb. Anadolu-
da keçirilən yağmur duası zamanı qırx bir daşa dua oxuyub suya atardılar. Nəqş-
bəndlər quraqlığın qarşısını almaq üçün  yeddi kiçik daşa salavat çevirib  bulağa 
atardılar.  Bu,  onu  göstərir  ki,  şaman  mərasimi  nəqşbəndlərə  qədər  sirayət  edib 
(2,66). N.Tezel “Ankaranın Bayındır köyündə Yağmur Duası” məqaləsində yağ-
mur duasına çıxmamışdan əvvəl bütün kənd əhlinin üç gün oruc tutduqdan sonra 
yetmış min daş sayıb ayırıb, cuvallara yığdığını, sonra kənd mollasının bu daşlar 
bir-bir yalayaraq, dişinə dəymədən “Ey Ulu Tanrı, qulların məyusdur. Yağmuru 
endir, bütün məxluqata dağıt” - dediyini və sonra bu daşları çuvallara doldurub 
suyun  qaynağına  tökdüklərini,  qurbanların  da  bu  daşların  üstündə  kəsildiyini, 
qurban  qanının  daşların  üzərinə  axmalı  olduğunu  qeyd  edir.  Bundan  başqa 
Ankaranın  Horan  kəndində  “Ya  Rəbbi,  Peyğəmbərimiz,  əfəndimiz,  evliyalar, 
həbiblər,  dilsiz  heyvanlar,  günahsız  və  məsum  insanlar  hörmətinə  bizi  rəhmə-
tindən məhrum etmə” - deyilərək dörd beş min daşa, noxuda və yaxud atın başı-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     105 
 
 
na dua  yazılır. Daşlar və noxudlar torbada, at başı  isə açıq şəkildə  bir ucuna  ip 
bağlanaraq çaya atılır. Yağış yağdıqdan sonra iplə çəkib çıxardılır (14, 101).  
Türkmənlərdə yağış yağdırmaqla bağlı digər inanclar da vardır. Hər hansı 
bir heyvanın başını yuyurdular və ya qırx keçəlin adı yazılmış kağızı su ilə axı-
dırdılar.  Bu  adət  Azərbaycanda  da  vardır.  İ.Rüstəmzadənin  Qarabağdan  topla-
dığı folklor örnəklərində deyilir ki, quraqlıq vaxtı yağışın yağmadığını, sünbülün 
də dən tutmadığını görən kənd camaatı Mir Əsəd kişiyə ağız açarlar ki, bir daş 
atsın. Amma elə yerə atsın ki, sonra çıxara bilsinlər. Mir Əsəd kişi də daşı dərinə 
atar.  Bir  həftə  çox  güclü  yağış  yağır.  Camaat  daşı  tapa  bilmir.  Nəhayət,  Mir 
Əsəd  kişi  çıxış  yolunu  qırx  keçəlin  adını  çəkib  bir  sapa  düyün  vurulmasında 
görür. Onda leysan kəsir (16, 251). 
Türkmənlər  yağış  yağdırmaq  üçün  yetişmiş  arpa  toxumlarının  şirəsindən 
kökə bişirirdilər (9, 25). Azərbaycanda da Xəşil bişirib paylayırlar. Azərbaycan-
da inanclara görə, quraqlıq zamanı otlayan qara eşşəyin başındakı tükləri isladı-
lıb, qatıq çəkib, çölə buraxarmışlar. Bununla da, yağış yağması təmin edilərmiş. 
Eşşəyin  başına  qatıq  çəkilməsi  də  Azərbaycanda  “Qodu-qodu”  mərasimindəki 
gəlinciyin  agzına  yağ  deyil,  başına  qatıq  çəkilməsi  ilə  əlaqələndirilir  (2,  70). 
Kəlbəcər rayonunda iki eyni adlı qadın eşşəyin başını yuyarsa “su gəti, eşşəyim, 
su gəti” deyərsə yağış yağar (16, 251).  
Yağış yağmayanda, quraqlıq оlanda Cоlan Türkmanları bir sarı inək alar-
lar və Əli dağına gеdərlər. Sarı  inəyi kəsib,  yеmək bişirib  yеrlər. Dağdan еnər-
еnməz  yağışda  islanarlar  (13,  71).  Göyçə  mahalının  İnəkdağ  kəndinin  əhalisi 
Qoşqar  dağının  başındakı  bulaqdan  su  gətirib  Alma  ağacı  pirinin  bulağına  qo-
yarmışlar  ki,  yağış  yağsın.  Qoşqar  dağından  daş  gətirmək  üçün  kəndin  ən  mö-
min insanı sübh tezdən dan söküləndə sübh namazını qılıb yola çıxmalı idi. Hə-
min adam oruc tutub dönüb arxaya baxmadan gedib qayıtmalı  idi. Daşı gətirən 
mömin adamın təhlükəsizliyini təmin etmək üçün ona yol yoldaşı verilirdi. On-
lar  qayıtdıqdan  sonra  namaz  qılıb  dua  oxuyub  gətirdikləri  daşı  bulağın  gözünə 
qoyarmışlar. Yağış yağmadıqda daşı gətirən mömin şəxs Alma ağacından ayaq-
larından  asılarmış.  Bu  vəziyyətdə  dua  edib  ağlayarmış.  El  arasında  haqq  aşığı, 
övliya sayıldığından Xəstə Həsənin qəbrini ziyarətə gedərmişlər. İl quraqlıq ke-
çəndə müsəlləyə çıxanlar aşığın qəbir daşından tutya kimi qoparıb çaya, bulağa 
salsalar,  yağış  yağacağına  inanarmışlar.  Quba  rayonu  ilə  İsmayıllının  sərhəd-
dində  olan  Baba  dağ  ziyarətgahından  qayıdan  zəvvarlar  pirin  üstündən  daş  gə-
tirər.  Hava  quraqlıq  keçəndə  bu  daşı  suya  salarmışlar  ki,  yağış  yağsın.  Bu  ov-
sunu oxuyarmışlar: 
Daş başım, 
Yaş başım,  
Yaş oldu  
Üst-başım. 
Yağışın kəsməsi üçünsə bu daşı ocağa atarmışlar (1,12). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə