Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə43/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   39   40   41   42   43   44   45   46   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     100 
 
 
ləri  deyirlər  ki,  bu  daşı  dağlardan,  digərlərinin  fikrinə  görə,  ilanın  başından  ta-
pırlar. Dürbütlər düşünürlər ki, bu daşa uryanxaylar sahibdirlər. Ona görə ki, ur-
yanxaylar (tuvalılar) dürbüt torpaqlarına gələndə yağmur yağır. (Tuvalılar mon-
qollara görə təbiətin gizli sirlərini bilən xalqdır. Onları “qara kitablı xalq” -“qara 
nontay  ulus”  adlandırırlar  (6,  189).  Cada  daşı  ördəyin,anqir  quşunun  başında, 
öküzün qarnında olur. Rəngi qara və zolaqlı olur. Əsl cada daşını başqalarından 
fərqləndirmək  lazımdır.  Onu  ovcun  içində  tutunda  əl  soyuqdan  donur,  qulağa 
yaxınlaşdıranda səslər eşidilir. Bu daşla yağmur yağdırmazdan əvvəl onu çayda 
islatmaq  və  günəşə  sıçratmaq  lazımdır.  Daş  üç  il  yaşadıqdan  sonra  ölür.  Onu 
diriltmək üçün daş  hansı  heyvanda tapılıbsa, onu  ölməkdə olan o heyvanın  nə-
fəsinə tuturlar. Daşın ölməməsi üçün onu həmin heyvanın dərisinə və ya tükünə 
bükülü  saxlayırlar.  Daş  həddən  çox  dolu  yağdıranda  onu  qurudurlar.  İnanışa 
görə bütün soyuq havalar cada daşından asılıdır (6, 189). 
Bundan başqa, qədim türklər ağ ilanın başında xoşbəxtlik daşının olduğu-
na inanırdılar (6, 187). Cada daşı haqqında “Çinin Tanqut - Tibet ətrafı və Mər-
kəzi  Monqolustan”  əsərində  ordoslu  monqol  Pusnukdan  qeydə  alınmış  mətndə 
məlumat verilib:  “İki cada var:  ilandan (moqoin cada) və eşşekdən (elçiqen ca-
da).  Birinci  ilanın  quyruğunun  haçalandığı  yerdə,  digər  növ  cada  isə  qara  eşş-
əyin  (xara  elçiqen)  sinəsində  (ubçe)  yerləşir.  Sonuncu  çox  güclüdür.  Əgər  onu 
bulaqda  saxlasalar  yağış  yağar”  (7,  352).  Digər  mətndəsə  bu  daşın  dumanın 
üstündə durduğu qeyd edilir: “Okeanın və ya böyük gölün üzərində duman (bu) 
var, onun üstündə cain daşı var. Daşın üstündə dörd ayağı üstə göy öküz durub. 
Buynuzları ilə bizim yaşadığımız yeri saxlayır” (7, 154). “Sata” daşı qaynar su-
ya atıldığında qaçmağa, bağırmağa başlar və sonra ölür. Bu daşı ildırım vurmuş 
yerlərdə  axtarmaq  lazımdır.  Bu  daş  heyvan  mənşəli  də  ola  bilir.  Qurdun  satası 
ən qüdrətli olanıdır. Hansı tərəfdən küləyin əsməsi istənərsə bu daşı ovcun için-
də  o  tərəfə  tutmaq  kifayət  edər.  “Sata”nı  evdə  saxlamaq  olmaz.  Hansı  heyvan 
mənşəlidirsə,  o  heyvanın  tükünə,  dərisinə  bürüyüb  bir  dəliyin  içində  saxlamaq 
lazımdır. Bu daş öldükdən sonra digər daşlardan fərqi qalmır (14, 61). 
Naymanlar Çingiz  xanla döyüşlərin  birində qar  və  boran olması üçün  cadu-
gərlik etmiş, sehir və tilsim oxuyub müxtəlif növlərdə olan daşları suya qoymuşlar. 
Çinli  Si  Yuy  Vin-dzyanluya  görə  “yada”  daşı  göy,  sarı,  ağ,  yaşıl  və  tünd  rəngdə 
olur. Onu inəklərin və atların qarnından tapırlar. Bu daş kərtənkələnin quyruğunda 
da yaranır. Ən yaxşısı isə qabanın başında və heyvanların qarnında olandır. Şaban-
Şifai  bu  daşın  qızıl  qanadlı  Sərhab  adlanan  vəhşi  böyük  ördəkdəyin  yuvasında 
olduğunu söyləyir (14, 57). Şərqi Türküstan türkləri yağmur üçün dua edən zaman 
söyüd  nohuruna  bazoar  bağlayırlar  və  təmiz  suya  qoyurlar.  Yağışın  çox  yağması 
üçün  dua  etdikdə  bazoarı  kisəyə  qoyub  atın  quyruğuna  bağlayırlar.  Əgər  sərinlik 
üçün  dua  edilirsə,  onda  onu  kisəyə  qoyub  öz  kəmərlərinə  bağlayırlar.  Bütün  bu 
halların  öz  duaları  vardır.  Qərbi  Çin  türkləri,  torqoutlar  yayda  uzun  səfər  zamanı 
hərarəti  azaltmaq  üçün  bu  daşdan  istifadə  etmişlər  (5,  152).  “Manas”  dastanında 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     101 
 
 
yada daşı haqqında məlumat vardır. Qırğız və başqa türk dillərində “çayçı” çay daşı 
ilə  havada  dəyişiklik  edən  cadugər  adlanır.  Çayla  (maq)  isə  çay  daşı  vasitəsilə 
havanı dəyişmək deməkdir (5, 153). 
Qazax-qırğız əfsanə və nağıllarında çada daşı haqda məlumat vardır: “Ər-
mən-Çəçənin bacısı hər iki ovçunu açdı. Göydən atın başı görünməz olana qədər 
ağ  qar  yağdı  və  şaxta  oldu”  (8,  186).  Mətndən  məlum  olur  ki,  Ərmən-Çəçən 
yada mərasimi keçirib. “Temri- ərən kor at quyruğu ilə yadanı hazırlayır və göy-
dən atın başına qədər ağ qar yağdırır. Sonra hər iki ovcunu yuxarı qaldıraraq ya-
da yaratdı. Külək, qumlu boran endirdi”, “Aru- Manday elini uzatdı cadu etmə-
yə başladı. Göydən ağacların yarısına qədər qar endirdi” (8, 187). 
Bu şaman daşı haqqında yakut folklorunda da məlumat vardır. Onlar bu daşı 
“Sata” adlandırırlar. “Sata”dan ovçular Aprel və Mart aylarında əriyən qarı dondur-
maq və heyvanların ayaq izlərini tapmaq məqsədilə istifadə edirlər. “Türküstan xə-
bərləri”  nin  1887-ci  il  24  Mart  sayında  yağış  üçün  dua  etdiyi  və  bir  həftə  dayan-
madan  leysan  yağdığı  üçün  bir  yadaçı  mollaya  altı  min  ağac  vurulduğu  yazılıb. 
Quraqlıq  zamanı  həm  çinlilər,  həm  də  türklər  olduqları  yerə  ot  qoyarmışlar  ki, 
yağmur yağsın (5, 153). İlliy uyğurları yada duasını tilsim etmək üçün diri qurbağa-
ya oxuyarmışlar. Hər duadan sonra qurbağaya iynə batırarmışlar. Bir neçə iynədən 
sonra qurbağanı tilsim edilmiş adamın evinin qapısına basdırarmışlar. Belə bir fikir 
də vardır ki,  “Yada” termini  fonetik dəyişikliklərlə  “Avesta”dakı  yatu (sehir)  yeni 
fars dilindəki “yadu” sözlərindən iqtibas edilmişdir (5, 154).  
 S.E.Malov  «Qərbi  Çin  türklərinin  şaman  daşı  «yada»  adlı  məqaləsində 
1913-1915-ci illərdə Qərbi Çinə ikinci səyahəti zamanı qeydə aldığı iki risalənin 
tərcüməsini və quraqlıq zamanı yağmur yağdırmaq, havanı qarlı, tufanlı eləmək 
məqsədilə  keçirilən  «yada»  şaman  mərasiminin  keçirilmə  qaydaları  haqqında 
yazıb.  Məqalənin  əsasını  iki  risalə  təşkil  edir  ki,  onlar  Urumçu  şəhərindən  Çin 
Türküstanının Cənub hissəsindən və  Aksu şəhərində yaşayan şaman  molla Tai-
rədən qeydə alınıb. Urumçu və Aksu risalələrində məlumat verilir ki, “yada” da-
şı ala, göy, sarı və qırmızı rənglərdə üzərində müxtəlif rəngli damarlar və ləkə-
lərlə  böyük  gücə  malik  işıqlı  və  yüngül  olur.  Əsl  “yada”  daşını  suya  qoyanda 
“cim-cim”  səsləri  çıxarır.  Bu  daş  hər  bir  heyvanda  ola  bilər.  Əgər  qabandadırsa, 
onda alnı ləkəli (qaşqa), başı boz, çala, gözləri isə qırmızı olur, atdadırsa, həmin at 
çayı dayanmadan keçir və su içmir. Otlayanda başını həmişə şimala çevirir. Barsın 
ürəyində  olur.  Keçidə  olduqda  isə  sürüyə  qoşulmadan  tək-tənha  otlayır.  Bu  daş 
kərtənkələdə olarsa o, iki quyruqlu olur və gündə qızınır. Bu əlamətlər yada daşını 
tanıdır. Dişi heyvan mənşəli yada daşı daha çox yağış yağdırır (5, 155). 
Rza  Nur  “Türk  tarixi”  adlı  əsərində  şamanlığda  din  ilə  sehrin  bərabər 
sayıldığını və Türk yurdlarında bu daşın Yada adı ilə, ərəbcədə “Yeşim”, farsca 
“Yeşip”, fransızcada  “Jade” və  ya “Jaspe” adlandığını, qədim türklərin  bu daşa 
“qaş” və “Yat” belə dediyini Tarix və Coğrafiya sözlüyündə “Yeşim daşı”, “Yat 
daş” kimi adı çəkildiyini qeyd edir (14, 43). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə