Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə51/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     117 
 
 
müəlliminin  sərt  reaksiyasına  alim:  “Nağıl  söyləyicisinin  sözü  mənim  üçün  də 
çox müqəddəsdir. Nəşr zamanı yanlış olmamasına diqqətli olmaqdan başqa əsla 
bir şey düşünmürəm. Bundan əmin ola bilərsiniz” (18) – deyə cavab verir. 
Bundan başqa,  Kunoş 1886-cı  ildə  yazdığı  məktubların  birində o zamana 
qədər  80  nağıl  topladığını  bildirir.  O,  topladığı  bu  nağıllarla  macar  nağılları 
arasında ortaq ünsürlər aşkarlamış, lakin bu nağılları azərbaycanlı dostuna (mək-
tubda bu dostunun adı çəkilmir) göstərdiyi zaman o, türk nağıllarının İran nağıl-
ları ilə bənzərliklərindən bəhs etmişdir. Təbii ki, bu da Kunoşun diqqətini özünə 
cəlb  etmiş  və  o,  türk-macar-İran  nağıllarının  bir-birinə  bənzəsməsini,  türklərlə 
macarların  müəyyən zaman kəsiyində  farslara  yaxın ərazilərdə  yaşadıqlarını  və 
bu nağıllarda da o üzdən belə bənzərliklərin olması fərziyyəsini irəli sürmüşdür 
(17).  Kunoşun  azərbaycanlı  dostları  arasında  Məhəmmədağa  Şahtaxtlı  (1846-
1931) da var  idi. O, öz xatirələrində  Məhəmmədağa Şahtaxtlıdan  bəhs edərkən 
“Rus qəzetinin Qafqaz əsilli müxbiri” deyə söz edirdi. 
1886-cı  ildə  Kunoşun  topladığı  folklor  mətnlərini  nəşr  etmək  üçün  yayın 
evləri, cəmiyyətlər və qurumlar (Olcsó Könyvtár, Budapeşt Szemle qəzeti, Kis-
faludi  Cəmiyyəti,  Macarıstan  Elmlər  Akademiyası)  növbəyə  dururdular.  Bu  da 
ağır  maddi  sıxıntılar  içərisində  yaşayan  alimin  problemlərinin,  az  da olsa,  həlli 
demək  idi. 1887-ci  ildə  isə Macarıstan Elmlər Akademiyası  Kunoşa etdiyi cüzi 
maddi  dəstəyi  dayandırır.  Bundan  sonra  o,  Macarıstandakı  qəzet  və  jurnallara 
məqalə  yazır.  Sonradan  Macarıstan  Elmlər  Akademiyası  adından  Zsiqmond 
Simoni  (1853-1919)  Kunoşa  rəsmi  məktub  yazaraq  müəyyən  qonorar  müqa-
bilində  Osmanlı  dövlətində  baş  verən  siyasi  hadisələr  haqqında  məqalələr  yaz-
masını  təklif  etmiş,  maddi  sıxıntılar  çəkməsinə  baxmayaraq,  Kunoş  bu  təklifi 
rədd etmişdi.  
Fransız  dostlarından  biri  onun  “Qaragöz”  oyunu  ilə  bağlı  araşdırmalarını 
Parisdəki  “Journal  Asiatique”  jurnalında  yayımlamaq  məqsədi  ilə  bu  əsəri 
fransız  dilinə  tərcümə  edir.  Bunun  ardından  Parisdəki  Şərqşünaslıq  İnstitutu, 
xüsusilə  də  Pavet  de  Kortellenin  (1821-1889)  və  Kaşimir  Adrian  Barbier  de 
Meinardın (1827-1908) təşəbbüsü ilə Fransanın İstanbuldakı səfirliyi Kunoşdan 
“Qaragöz”lə bağlı araşdırmalarının bir neçə nüsxəsini satın alır. 
Xatirələrində Kunoş bu  illərdə dayanmadan xalq ədəbiyyatı  nümunələrini 
topladığını,  müəllimi  Jozsef  Budenzə  daha  500  bayatı,  275  tapmaca  göndər-
diyini  yazır. O, bu materilları o zamana qədər artıq iki cildi  nəşr olunmuş “Os-
manlı-türk  xalq  ədəbiyyatından  nümunələr”  adlı  kitabının  üçüncü  cildinə  sal-
mağı düşünürdü. Bu cildi Macarıstanda nəşr etmək istəməyən Kunoş müəllimi-
nin də razılığı ilə Rusiyada yayımlamaq fikrində idi. Elə du yolla da o, V.V.Rad-
lovla (1837-1918) tanış olmuşdu. Radlov 1917-ci ildə çap etdirdiyi “Ensiklope-
dik lüğət”in bəzi hissələrini Anadolu şivəsi üzrə mütəxəssisləşmiş Kunoşun yox-
lamasını  vacib  hesab  etdiyindən  ona  göndərmişdir.  Bunun  ardınca  Kunoş  Ana-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     118 
 
 
dolu və İstanbulda topladığı materialları alman dilinə tərcümə edərək Sankt-Pe-
terburq Şərqşünaslıq İnstitutuna nəşr etmələri üçün göndərmişdir.  
Kiçik bir haşiyəyə çıxaq: Kunoşla sıx-sıx məktublaşan Radlov yazılarında 
Vilhelm adından istifadə edirdi. Bizim Vasiliy Vasilyeviç olaraq tanıdığımız ali-
min əls adı Vilhelm Fridrix Radlovdur. O, alman əsilli rus şərqşünasıdır. Kunoş 
da öz xatirələrində Radlovdan məhz Vilhelm adı ilə bəhs edir. 
Radlovun  məktublarının  birində  Kunoşun  Anadoludan  topladığı  “Koroğ-
lu”  və  “Şah  İsmayıl”  dastanlarını  “Mélanges  Asiatiques”  jurnalında  (Sankt  Pe-
terburq)  nəşr  etdirməyi  məsləhət  görür  (20).  Lakin  Kunoş  Radlova  “Əsli  və 
Kərəm”  və  “Aşıq Qərib” dastanlarını göndərir (21). Sonralar alim  xatirələrində 
yazır ki, Radlovun istədiyi materialların toplanması müqabilində o, Rusiya Elm-
lər Akademiyasından 400 rubl pul almışdır. İstanbulda epidemiya halında müşa-
hidə edilən denge qızdırması (yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səp-
gi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəs-
təlikdir) xəstəliyinə tutulan alim Radlovun sifarişi ilə topladığı materialları nəşrə 
hazırlamaqda  çox  əziyyət  çəkmişdir  (22).  Müəllimi  ilə  yazışmalarından  aydın 
olur ki, Rusiya Elmlər Akademiyası ona Ankara və ətraf ərazilərində araşdırma 
aparmasını və bu tədqiqatın sonunda ona 400 rubl qonorar vəd etmişlər.  
Rusiya  Elmlər  Akademiyasının  təklifini  dəyərləndirmək  məqsədi  ilə  Ku-
noş  1890-cı  ildə  səyahətə  çıxmışdır.  Radlov  bu  illərdə  yazdığı  “Şimali  türk 
dillərinin  müqayisəli  qrammatikası”  (“Proben  der  Volksliteratur  der  türkischen 
Stämme”)  adlı  əsərinin  8-ci  cildini  Osmanlı  türkcəsinə  həsr  etmiş  və  bu  cildin 
hazırlanmasını Sankt-Peterburq Rus Çar  Akademiyasının təklifi  ilə  Kunoşa  hə-
valə  etmişdir.  Radlov,  eyni  zamanda  1888-1911-cı  illərdə  yazdığı  4  cildlik 
“Türk  dialektlərinin  lüğət  təcrübəsi”  (“Versuch  eines  Wörterbuchs  der  türki-
schen Dialekte”) əsərinin Anadolu türkcəsinə aid bölümünü yazmağı Kunoşdan 
xahiş  etmişdir.  Radlovun  ən  fundamental  əsəri  olan  “Cənubi  Sibir  və  Cunqar 
düzündə  yaşayan  türk  tayfalarının  xalq  ədəbiyyatı  nümunələri”  əsərinin  6-cı 
cildini – 600 səhifəni Kunoş yazıb (30). Qeyd edək ki, Beynəlxalq İslam Ensik-
lopediyası Komitəsi bu böyük əsərin türklərlə bağlı bölümünün hazırlamasını da 
Kunoşda həvalə etmişdir. 
Kunoş  1895-ci  ildə  Roza  Szell  adlı  bir  qızla  evlənmişdir.  Bu  nikahdan 
onun  4  oğlu,  1  qızı  dünyaya  gəlmişdir.  Bu  gün  nəvəsi  Laszlo  Kunoş  Budapeşt 
Universitetində Skandinaviya dilləri üzrə mütəxəssisdir. Kunoş ailəsi ilə birlikdə 
hər  il  yay  tətilini  bu  gün  Slovakiyada  yerləşən  Bartfadakı  (Bardejov)  evlərində 
keçirirdilər.  Nəvəsi  Laszlo  Kunoşun  dediyinə  görə,  bu  evə  Kunoş  “Gül  baba” 
adını vermişdir (28, 166). 
Kiçik  bir  haşiyə  çıxaq:  Kunoş  Rusiya  Elmlər  Akademiyasının  sifarişi  ilə 
getdiyi  Ankara səfəri zamanı  Auqustus  məbədini,  məşhur tarixi abidələri,  məs-
cidləri,  təkkələri  ziyarət  etmişdir.  Bu  ziyarəti  əsnasında  Ankarada  Əxi  Yaqub 
məscidinin yaxınlığındakı Kəl Baba ziyarətgahı diqqəttini cəlb etmişdir. Kəl Ba-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə