Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə52/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     119 
 
 
ba  ilə  bağlı  məlumatı  da  ilk  dəfə  elə  Kunoşun  özü  üzə  çıxarmışdır.  Alimin 
fikrincə,  “Ankaralı  Kəl  Baba”  əfsanəsinin  qəhrəmanı  bu  gün  Budapeştdə  Gül 
təpəsindəki (Rózsadomb) türbəsi olan Gül Babadır. Kəl Baba Ankaradan Budinə 
gedib  orada  şəhid  olmuşdur.  Məlumat  üçün  deyək  ki,  Budapeştdə  türk  türbəsi 
kimi  tanınan  bu  ziyarətgah  1997-ci  ildə  türk  və  macar  hökumətinin  ortaq  səyi 
nəticəsində restovrasiya edilmişdir.  
Kunoş  Türkiyədən  Macarıstana  qayıtdıqdan  sonra  araşdırmaları  haqqında 
danışarkən  qürurla  deyir:  “Anadolu  və  Balkan  türklərinin  xalq  ədəbiyyatının, 
demək  olar  ki,  bütün  janrlarını  birbaşa  xalqın  ağzından  toplamağa  və  Avropa 
alimlərinin  indiyə qədər tanımadığı  bir çox türk dialekt və şivələrini üzə çıxar-
mağa  müvəffəq oldum” (28, 166). Doğrudan da, Kunoş  bir-birinin ardınca çox 
dəyərli  əsər  yazmışdır.  Onlardan  “Osmanlı-türk  xalq  ədəbiyyatından  nümu-
nələr”  (“Oszmán-török  népköltési  gyüjtemény”,  I  cild  –  1887;  II  cild  –  1889), 
“Nəsrəddin  Xocanın  lətifələri”  (“Naszreddin  Hodsa  tréfái”,  1899),  “Türk  xalq 
nağılları”  (“Török  népmesék”,  1889),  “Kiçik  Asyadan  türk  xalq  romanları” 
(“Kisázsiai  török  népregények”,  1892),  “Türk  qadınlarının  dili  və  şeiri”  (“A 
török nk nyelve és költészete”, 1893) və “Yeni türk ədəbiyyatının inkişafı” (“Az 
újabb török irodalom fejldése”, 1900) əsərlərinin adlarını çəkmək olar.  
Macarıstana  gəldikdən  sonra  müəllimləri  Armin  Vamberi  və  Jozsef  Bu-
denzin  təqdimatı  ilə  1890-cı  ildə  Budapeşt  Universiteti  Ədəbiyyat  fakültəsində 
Türk dili  və ədəbiyyatı  müəllimi olaraq  başladığı  işinə  sonradan Budapeşt Ma-
car  Kraliyyət  Universitetində  (Budapesti  Kirárlyi  Magyar  Tudományegyetem) 
Türk dili və ədəbiyyatı ekspertizası sahəsinə dosent olaraq seçilmişdir.  
Kunoş  1889-cü  ildən  etdibarən  Parisdəki  Asya  Cəmiyyətinin  (Société 
Asiatique),  Alman-Şərq  ölkələri  Cəmiyyətinin  (Deutschen  Morgenländischen 
Gesellschaft), Helsinkidəki Fin-Ugor Birliyinin üzvü, Beynəlxalq Orta və Şərqi 
Asya Cəmiyyətinin (Nemzetközi Közép és Keletázsiai Társaság) rəhbəri, 1913-
cü  ildən  isə  İstanbul  Elmlər  Akademiyasının  fəxri  üzvü  seçilmişdir.  Maca-
rıstanda  nəşr  olunan  ən  böyük  ensiklopedialardan  olan  Pallas  Böyük  Ensiklo-
pediyasının  (Pallas  Nagy  Lexikona,  cilt  I-XVIII,  1893-1900)  və  Revai  Böyük 
Ensiklopediyasının (Révai Nagy Lexikona, cilt I-XXII) türklərə aid maddələrini 
o hazırlamışdır. 
Bütün  bu  işlərlə  yanaşı,  bir  zamanlar  Türkiyə  səfərində  ona  maddi  və 
mənəvi  dəstək  göstərən  Yəhudi  Cəmiyyətinə  minnətdarlığını  bildirmək  üçün 
Budapeştdəki Jozsefvaros səmtindəki Yəhudi Camaatının rəhbəri seçilmiş və bu 
missiyasını uğurla yerinə yetirmişdir.  
Vətənə qayıtdıqdan sonra da toplayıcılıq fəaliyyəti ilə məşğul olan Kunoş 
I  Dünya  müharibəsi  illərində  Macarıstan  ərazisində  türkdilli  hərbi  əsirlər 
arasında da folklor mətnlərinin toplanması işini davam etdirmişdir. Ən maraqlısı 
odur  ki,  o,  Heb  (hal-hazırda  Çexoslavakiya  ərazisində  yerləşir)  hərbi  düşərgə-
sində  kumuk  əsirlərdən  xalq  mahnılarını  toplamış  və  səsyazmanı  fonoqrafik 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     120 
 
 
plastinkaya  yazmışdır  (29).  Çox  təəssüf  hissi  ilə  qeyd  etmək  istərdik  ki, 
Macarıstan  Elmlər  Akademiyasının  Elmi  Arxivində  mühafizə  olunan  bu  qiy-
mətli  material  nə  macarlar,  nə  türklər,  nə  də  ruslar  tərəfindən  tədqiqata  cəlb 
olunmayıb. 
Kunoş  ömrünün  son  illərini  yenə  də  türk  folkloruna,  türk  ədəbiyyatına 
həsr etmişdir. O, özünün də çox sevdiyi mövzu olan dərviş nağılları və hekayə-
ləri haqqında “Dərviş əfsanələri” (“Dervis legendák”) adlı silsilə məqalə yazaraq 
çap  etdirmişdir.  Almanların  yəhudiləri  kütləvi  qırmasından  tutmuş,  sovet 
ordusunun o ərazilərdə apardığı qanlı döyüşlərə qədər baş vermiş bütün hadisə-
lərə  baxmayaraq,  İqnats  Kunoş  yenə  də  yaradıcılıqla  məşğul  olurdu.  Övlad-
larının  verdiyi  məlumata  görə,  o,  küçələrdə  gedən  ağır  döyüşlər  zamanı  silah-
sursatın,  top-tüfəngin  sədaları  altında  vərəqi  divara  söykəyib  yenə  də  yazırdı. 
Ölümünə 3 gün qalmış qələmi əlində çətinliklə tutmasına rəğmən, məqaləsini ta-
mamlamağa cəhd göstərirdi.  
İqnats Kunoş 1945-ci il yanvarın 7-də Budapeştdə dünyasını dəyişmişdir. 
İşin  elmi  nəticəsi:  İqnats  Kunoş  bütün  ömrünü  türk  xalq  ədəbiyyatının 
toplanmasına və nəşr olunmasına sərf etmişdir. O, özünə qədər Avropa alimləri-
nin  bacarmadığı  toplayıcılıq  fəaliyyəti  ilə  türk  dünyasına  əvəzsiz  töhvələr  ver-
mişdir. Məhz onun tədqiqatları sayəsində bir çox unudulmuş türk dialekt və şi-
vələri,  eyni  zamanda  folklor  mətnləri,  bu  mətnlərdə  əks  olunan  obrazların  itib-
batmasına imkan verməmişdir. Onun yaradıcılığını dərindən incələdikcə gözləri-
miz önündə daha zəngin, çoxşaxəli türk xalq ədəbiyyatı canlanır. Məhz onun sa-
yəsində bu gün xəritədən silinmiş türk torpaqlarındakı insanların dilində bir za-
manlar  söylədikləri  “Koroğlu”,  “Əsli  və  Kərəm”,  “Aşıq  Qərib”  və  s.  dastanlar, 
yüzlərlə türkülər, bayatılar, nağıllar bu günə qədər gəlib-çıxmışdır. 
İşin elmi yeniliyi: Bu tədqiqat işində türk linqvistikasına və folklorşünas-
lığına əvəzsiz xidmətlər göstərən İqnats Kunosun həyat və fəaliyyəti təhlil olun-
muş, toplama materiallarındakı bəzi xüsuslara diqqət yetirilmişdir. Burada toxu-
nulan məsələlər həm Azərbaycan folklorşünasları üçün, həm də mövzu baxımın-
dan  yenidir.  Ümumiyyətlə,  İqnats  Kunoşun  şəxsiyyətinin  araşdırılması  və  təd-
qiqata cəlb olunması Azərbaycan elmi üçün yenilikdir.  
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalədən  filoloqlar,  dilçilər,  folklorşünaslar, 
etnoqraflar istifadə edə bilərlər. 
 
ƏDƏBİYYAT 
 
1.  Bartók  B.  Népdalgyjtés  Törökországban  (Felolvasás  a  budapesti  rádióban,  jan.  11-
én;  kibvítve)  (Türkiye’de  Xalq  Türküsü  Derlemesi).  Nyugat,  Harmincadik 
évfolyam, Március, 1947 
2.  Cem Büyük Ansiklopedisi. C.15, İstanbul, 1986 
3.  Herman  T.  Kunoş  Ignácz  pályafutása.  BLZSTTÉ  5701-1941.  Emlékkönyv  c.  Ny. 
Rk.  Egyetemi  tanár  úr  tiszteletére  abból  az  alkalomból,  hogy  századik  félévet 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə