Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə55/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   51   52   53   54   55   56   57   58   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     125 
 
 
gap(təsnifat), bağlama, beşik(nəğmə), meyxanə-bədiyə, tərifnamə kimi parçalara 
ayırmaq  olar.  Mənsur  qismə  gəldikdə  o  da  müxtəlif  məzmunlu  nağıllar,  dastan 
(qəhrəmannamələr), qaravəllilər (sərgüzəştlər), timsal və təmsillər, əfsunlar, tap-
macalar,  atalar  sözü  (sınaq  və  başqaları)  kimi  çöbələrə  ayirdiqda,  qəhrəmanna-
mələr, əfsanələr ilə yanıltmacalar və tərifnamələri həm mənsur, həm də mənzum 
qismdə görmək olur. Ən doğrusu bunlarda hər iki cəhət vardır” (5, 11). 
Bu kitabın ayağı isə uğurlu oldu. Belə ki Hənəfi Zeynallı düz on il bir fol-
klor  tədqiqatçısı  və  naşiri  kimi  milli  folkloru  elmi  prinsiplərlə  tədqiq  və  təbliğ 
etdi.  Azərbaycan  folklorşünaslığı  tarixində  boyük  xidmətləri  olan  Hənəfi  Zey-
nallının  folklorumuzun  bir  çox  janrlarının-nağıllar,  tapmacalar,  atalar  sözü  və 
məsəllərin toplanılmasına  və eləcə də onların  nəzəri əsasda tədqiqinə  həsr etiyi 
əsərləri  xüsusulə  diqqəti  cəlb  edir.  O,  1935-ci  ildə  müxtəlif  bölgələrdən  top-
ladığı  Azərbaycan  nağıllarını  tərtib  edərək  rus  dilində  nəşr  etdirir.  Kitabı  gör-
kəmli foklorşünas M.Y.Sokolov redaktə edir.  H.Zeynallının rus oxucuları üçün 
tərtib  etdiyi  nağıllar  kitabının  müqəddiməsində  Azərbaycan  nağıllarında  ölüm-
dirim  mübarizəsi  aparan  xeyir  və  şər  qüvvələr  haqqında  verdiyi  məlumat 
olduqca  maraqlıdır.  Hənəfi  Zeynallı  bu  kitabında  həmçinin  şifahi  xalq  ədəbiy-
yatının  keçmiş  tarixi,  inkişaf  mərhələləri,  eləcə  də  forma  və  məzmun  xususiy-
yətləri haqqında qiymətli fikirlər və mülahizələr irəli sürür.(6, s.68)  
H.Zeynallının  şifahi  xalq  ədəbiyyatının  geniş  yayılmış  janrlarından  biri 
olan  nağıllara  həsr  etdiyi  və  müasir  dövrümüzdə  də  öz  elmi  əhəmiyyətini  itir-
məyən əsərərindən biri də nağıllarımızın  mühüm  bir qismini əhatə edən  “Azər-
baycan  nağılları”  toplusudur.  Müəllif  həm  toplama,  həm  də  nəzəri  əhəmiyyətə 
malik  olan  bu  əsəri  1936-cı  ildə  toplayıb  tərtib  etmiş  və  çapa  hazırlamışdır. 
Lakin  H.Zeynallı-nın  həbsi  ilə  əlaqədar  olaraq  bu  qiymətli  toplama-tərtib  işi 
2005-ci  ilə  qəqər  işıq  üzü  görməmışdir.  Nəşrə  hazır  vəziyyətdə  olan  bu  kitab 
müəllifin  həbsindən  sonra  –  yəni  28  yanvar  1937-ci  ildən  sonra  onun  digər  bir 
sıra  əsərləri  ilə  yanaşı  Azərbaycan  Elmlər  Akademiyasının  xüsusi  fonduna 
göndərilmişdir. 
H.Zeynallının  tərtibçisi  oduğu  “Azərbaycan  nağılları”  beş  cildliyinin  I 
cildinə professor İ.Abbaslının yazdığı ön sözdən məlum olur ki, “H.Zeynallı bu 
tərtib  işini  üç  cilddə  nəşr  etdirməyi  nəzərdə  tutmuş,  bu  məqsədlə  I  cildə  21,  II 
cildə  23,  III  cildə  28  xalq  nağılı  (cəmi)  daxil  etmişdir.  (7)Ancaq  qeyd  etmək 
lazımdır  ki,  H.Zeynallı  kitabın  tərtib  işində  nağılları  folklorşünaslıqda  qəbul 
edilmiş  təsnifata-  yəni  məzmun  və  ideyalarına  görə  (sehirli  nağıllar,  heyvanlar 
haqqında nağıllar, tarixi nağıllar, ailə-məişət nağılları və s.) təsnif etmədən düz-
müşdür.  Ona  görə  də  kitabda  əksini  tapan  belə  düzülüşün  hansı  prinsipə 
əsaslandığı məlum olmur.  
“Xalq ağız ədəbiyyatı” məqaləsini H.Zeynallı 1928-ci ildə yazmışdır. Mə-
qalənin  əvvəlində  müəllif  xalq  ağız  ədəbiyyatına  tərif  verərək  belə  yazır:  ”Hər 
bir  elin  ağızdan  yaratmış  olduğu  qimətlərin  kaffəsinə  “ağız  ədəbiyyatı”  (şifahi 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     126 
 
 
ədəbiyyat)adını veririk. Bu ədəbiyyat oldudca geniş, oldudca rəngarəng və sayal 
olmaqla bərabər, uzun zamanlardan bəri elin ğzü kimi , bəndsiz-bağsız afəti bir 
surətdə  haldan-hala,  şəkildən-şəklə  girərək  oynağan  bir  dəniz  misalı  aşıb-daş-
mışdır.  Ağız  ədəbiyyatı  dillərdə  və  dodaqlarda  yaşayır;  yığıncaqlarda,  seyran-
gahlarda oxunur, dağlarda, çöllərdə el ilə gülür, el ilə ağlayır, ölür. El tərəqqi et-
dikcə irəliləyir, el düşdükcə düşür” (1, 218-219). H.Zeynallı “Xalq ağız ədəbiy-
yatı” məqaləsinin “Nağıllar neçə cür olur?” bölməsində nağıllar haqqında geniş 
məlumat vermiş, onların təsnifatını oxuculara təqdim etmişdir. (1, 243-244)  
H.Zeynallının bu ümumi təsnifatını bütünlüklə olmasa da, əsasən, məqbul 
hesab  etmək  olar.  Konkret  bir  janr  daxilində  aparılan  təsnifatda  mütləq  ölçülər 
və sərhədlər aparmaq doğru deyil. Çünki həmin janrın elə ümumnəzəri prinsip-
ləri var ki, onlar bütün növlər üçün müştərəkdir. əks halda janrın mövcudluğun-
dan danışmaq olmaz. Nağıllar da belədir.  H.Zeynallının da bölgüsündə bir çox 
elementlər,  məsələn  nağıllarla  daha  çox  atalar  sözü  və  zərbi-məsələ  yaxın  olan 
lətifələr qarışdırılmışdır. Hətta lətifələr onun təsnifində konkret bir bölgü əmələ 
gətirir. Bununla belə H.Zeynallının təsnifini folklorşünaslığın müasir təsniflərin-
dən  biri  ilə  müqayisə etsək onların, təxminən, oxşar olduğunu görərik. P.Əfən-
diyev yazır: “İndiki dövrdə nağıllarımızı təxminən aşağıdakı kimi qruplaşdırmaq 
olar:  heyvanlar  haqqında  nağıllar,  sehrli  nağıllar,  tarixi  nağıllar,  ailə-məişət 
nağılları, satirik nağıllar” (7, 115). 
“Ağız ədəbiyyatı” məqaləsində H.Zeynallının irəli sürdüyü birinci mülahi-
zə  xalq  ədəbiyyatının  adı  məsəldir.  Təsadüfi  deyildir  ki,  məqalənin  adı  “Ağız 
ədəbiyyat”dır.  H.Zeynallı  bu  məqalədə”xalq  ədəbiyyatı”  ifadəsinə  münasibət 
bildirir. H.Zeynallının  fikrincə, ”xalq ədəbiyyatı” ifadəsi düzgün  sayıla  bilməz. 
Çünki,  “xalq  ədəbiyyatı”  dedikdə  yazı  ilə  heç  bir  əlaqəsi  olmayan  ədəbiyyat 
təsəvvür edilə bilər də, edilə bilməz də. Buna əski ifadələrlə “avam ədəbiyyatı” 
demək  lazım  gəlirdi”  (9,  35).  Ədibə  görə,  “xalq  ədəbiyyatı”  dedikdə  iki  məna 
başa düşülür: 
1) xalqın şifahi ədəbiyyatı;  
2)  xalq  ruhunda  yazan  yazılı  ədəbiyyat  nümayəndələrinin  yaratdığı  ədə-
biyyat.  
Bu fikrini H.Zeynallını belə ifadə edir: “Ya xalqdan bəhs edən, xalqın his-
siyatı  ilə  dolu,  xalqın  şadlığını  və  dərdini  oxşayan  yazı  ədəbiyyatı  olur  ki,  onu 
yaradanlar  özü  bir  ədib,  bir  şair  olur.  Belələri  də  rusaların  Puşkini  kimi  xalq 
içərisindən olan bir nağılı alıb nəzmə çəkir, ya Lermontov misallı xalq ruhu ilə, 
xalq ölçüsü ilə yenə xalq içində yrləşmiş mövzuları alır...” H.Zeynallı belə şair-
lərin  yaradıcılığını  da  xalq  ədəbiyyatı  adlandırır.  Sonra  o  davam  edir:  ”Keçən 
xalq ədəbiyyatının  ikinci qisminə Burası  xalqın öz ruhundan çıxan onun əhval-
ruhiyyəsinin  meydana  qoyan  və  eyni  zamanda  onun  öz  içində  gəzən  ədəbiyyat 
olur  ki,  bunu  el  özü  düzəldir.  Yuxarıda  göstərdiyimiz  kimi  bu  ədəbiyyatın  şair 
və ədiblər ilə heç bir münasibəti yoxdur. Ona görə də el(xalq) ədəbiyyatı məfhu-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə