Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə58/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   54   55   56   57   58   59   60   61   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     131 
 
 
Azərbaycan  folklorunda  əkizlər  mifi  folklorşünslığın  araşdırılmağa  ehti-
yacı  olan,  tədqiq  edildikcə  özü  ilə  yeni  təhlil  və  tədqiqat  perspektivləri  gətirən 
kateqoriyalarından biridir. 
Məlumdur ki, mifologiya dünyada ən çox işlənən mövzu olmasına baxma-
yaraq, hələ də aktual problemlərlə zəngin və eyni zamanda, tarixən tədqiqatçılar 
tərəfindən birmənalı şərh olunmamış ictimai düşüncə sistemidir. 
Mif sözündən düzələn “mifologiya” (yunanca muthos – söz, nitq; logos – 
elm, bilik) termini üç mənada işlənir:  
1) Mifik düşüncə; 
2) Mif mətnlərinin toplusu;  
3) Miflər haqqında elm (7, 80).  
Mif qədim insanların dünya ilə ilk təması zamanı onu dərk etməkdə çətin-
lik çəkməsi və ətrafdakı hadisələri öz təxəyyülündə obrazlaşdırması ilə yaranıb. 
Belə ki, təbiət hadisələri qarışısında aciz qalan ilk insanlar, bu hadisələrin səbə-
bini hansısa ilahi qüvvədə görüblər. 
Prof. A.Nəbiyev göstərir: “Mif erkən etnosun dünya, insan və insanın dün-
ya  hadisələri  barədəki  bədii  düşüncəsidir.  Bu  düşüncənin  zaman  hüdudu  qeyri-
müəyyəndir.  Məkanı  isə  hər  bir  etnosun  nisbi  mənada  dünya  kimi  qəbul  etdiyi 
yaşayış məskəni, yaxud regionudur. Qeyri-müəyyən zaman müddətində təkamül 
keçən  insan  özünün  mədəni  yüksəlişini,  təxəyyülünü,  inkişaf  qütblərini,  ayin, 
etiqad  və  dünyaya  baxışını  ilkin  olaraq  özünün  yaratdığı  mif  modelində  ifadə 
edir” (5, 116). 
R.Əliyev  mifi dar və geniş  mənada xarakterizə etmişdir: “Mif  hər şeydən 
əvvəl dünyagörüşüdür. Qədim insanların dünyanı anlama tərzidir. Mif geniş mə-
nada  hökmdür,  ibtidai  cəmiyyətin  insanların  davranışını,  əxlaqını  tənzimləyən 
qanunlar məcmusudur. Qədim insanlar mifin qanunlarına tabe olur, onun şərtlə-
rini yerinə yetirirdilər. Mif dar mənada sözdür. İnsanların fantasik bədii təfəkkü-
rünün  məhsuludur.  “Mif”  sözünün  simvolları  altında  çoxlu  etiqadlar,  inanclar, 
mifik düşünmə qabiliyyəti gizlənir. Mifi elmi konteksdə öyrənmək, onun simvo-
likasını  ümmiləşdirib  mifoloji  düşüncə  sisteminin  bərpa  olunmasının  qaydaya 
salınmasını tələb edir” (3, 4).  
Meletinski  isə  bu  barədə  yazmışdır:  “Mif  tanrılara,  ruhlara,  ilahiləşən  ya 
da  mənşəyi  ilə  tanrılara  bağlanan  qəhrəmanlara,  zamanın  başlanğıcında  dünya-
nın  özünün,  eləcədə  təbiət  və  mədəniyyət  elementlərinin  yaranmasında  birbaşa 
ya  da  dolayı  yolla  iştirak  edən,  nəsil,  tayfa,  törədən  ilk  insanlara  aid  əhvalatlar 
kimi anlaşılır” (9, 5). 
Ağayar Şükürovun da qeyd etdiyi kimi, mifoloji təfəkkürün formalaşması 
əsasən  dünyanın  mənzərəsinin  xaotik  qurluşuna,  nizamlılıq,  sistemlilik,  taraz-
lılıq  düzülüşünə  başlanması  dövrünə  təsadüf  edir.  Xaosdan  kosmik  qaydalara 
keçid prosesində  insanların təfəkküründə nə  isə  fövqəladə  yaradıcının  mövcud-
luğuna inam yaranmışdır (6, 7). 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     132 
 
 
Bu prosesdə xaos-kosmos  münasibətləri  nizamlı, sistemli şəkildə xaosun-
kosmosa,  kosmosun-xaosa  çevrilməsi  kimi  təzahür  etməklə  yanaşı,  ikili 
qarşıdurma şəklində də öz əksini tapır. Bu qarşıdurma da bir-biri ilə həm rəqib, 
həm də birgə olan obrazlar əkizlər mifi kimi xarakterizə olunur. 
Əkizlər  mifi  mövzusu  uzun  müddətdir  ki,  alimlərin  diqqət  mərkəzindədir 
və  onu  müxtəlif  aspektdən  araşdırmağa  çalışırlar.  Bu  miflər  əkizlər  şəklində 
təqdim edilmiş qəribə canlılar haqqında mifdir. Adətən əkizlər mifini qəbilələrin 
ulubaşçıları,  bəzəndə  bir  çox  dünya  xalqlarında  eybəcər  varlıqlar  kimi  təsvir 
edirlər. 
Muxtar Kazımoğluya görə, əkizlər  mifi əkiz qardaşlar, yaxud əkiz qardaş 
və bacılar haqqında ibtidai təsəvvürləri əks etdirir. Bu təsəvvürlərə görə əkizlər 
föqəltəbii mənşəlidir. Onlar “Tanrı övladları”, “Səma oğulları” adlanırlar (4, 17)  
V.V.İvanov əkizlər mifi haqqında yazmışdır ki, əkizlər mifi müxtəlif qəbi-
lə başçıları və ya mədəni qəhrəmanlar kimi çıxış edən qeyri-adi varlıqlar haqqın-
da mifdir. Əkizlər mifini əkiz qardaşlar (mütəffiq və ya düşmən), əkiz bacı-qar-
daşlar, androgen və zoomorfik əkizlər mifinə bölmək olar (8, 174). 
Mövcud elmi-nəzəri təcrübəyə və folklor mətnlərindəki obrazlara əsalana-
raq demək olar ki, əkizlər mifi, əsasən, bu formalarda təzahür edir:  
– Əkiz qardaşlar haqqında miflər 
– Əkiz bacı-qardaşlar haqqında miflər 
– Zoomorf (heyvan) əkizlər haqqında miflər 
– Androgin (ikicinsli) əkizlər haqqında miflər 
– Astral (günəş-ay haqqında) əkizlər haqqında miflər 
– Dost əkiz haqqında miflər 
– Düşmən əkizlər haqqında miflər 
 
 
 
 
 
Əkizlər mifinin göstərdiyimiz bu formaları bəzən qarşıdurmada, bəzən isə 
birgə fəaliyyət göstərən obrazlar kimi əksini tapır.  0 
Əkiz  qardaşlar  haqqıda  miflərdə  qardaşlardan  biri  xeyiri  təmsil  edir.  O, 
müsbət  əməl  sahibidir,  faydalı  işlərlə  məşğuldur. Digəri  isə  şəri  təmsil  edir.  O, 
pis  əməlləri  ilə  daim  qardaşına  ziyan  vurmağa  çalışır.  Onlar  arasında  rəqabət 
anadan  olduqları  gündən  başlayır.  Buna  görədə tədqiqatçıların  bir  çoxu  əkizlər 
mifini dualist dünya görüşü ilə əlaqələndirilir. 
 
 
 
M.Kazımoğlu  “Folklorda  obrazın  ikiləşməsi”  adlı  monoqrafiyasında  əkiz 
qardaşların  əks  qütblərdə  dayanması  motivini  Qubadlı  bölgəsindən  toplanan 
“Əkiz qardaşlar” nağılı əsasında  izah etmişdir. O izah etmişdir ki,  nağılda əsas 
qəhrəmanlar  şahzadə  və  naxırçının  qardaş  olmaları  nağıl  söyləyicisi  tərəfindən 
qeyd edilməsə də, naxırçının sözlərindən onların əkiz qardaş olduqları bəlli olur: 
“Padşah sağ olsun, sən də,  mən də bir toxumdan əmələ gəlmişik”. Əkiz qardaş 
olduqlarından  onların  hər  ikisinin  qeyri-adiliyi  var.  Bu  qeyri-adilik  son  dərəcə 
ağıllı olmaqdan, ən çətin suala cavab tapa bilməkdən ibarətdir (4, 37). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə