Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə54/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     123 
 
 
pektlərdən tədqiqata cəlb etmək Azərbaycan folklorşünaslığının çox vacib və tə-
xirəsalınmaz məsələlərindəndir. 
İşin  məqsədi.  Hənəfi  Zeynallının  folklorşünaslıq  fəaliyyəti  kifayət  qədər 
öyrənilib  tədqiq  edilməmişdir.  Məqalədə  H.Zeynallının  folklorşünaslıq  irsinin 
tarixi və nəzəri problemlərinə nəzər salmaq əsas məqsəd kimi qarşıya qoyulmuş-
dur.  
  
Şifahi xalq ədəbiyyatımızın ilk tədqiqatçılarından biri olan Hənəfi Zeynallı 
fəaliyyət  göstərdiyi  müddət  ərzində  –  Azərbaycanda  sovet  hakimiyyəti  qurul-
duğunun  ilk  illərində  məhsuldar  folklorşünas,  toplayıcı,  tərtibçi,  redaktor  və 
naşir kimi 15-dən artıq  folklor kitabı çap etdirmişdir. H.Zeynallı eyni zamanda 
nəşr  etdirdiyi  bu  kitablara  müqəddimələr  yazmış,  folklorun  toplanması,  nəşri 
prinsiplərini  işləyib  hazırlamışdır.  O,  Azərbaycan  folklorşünaslığının  əsasını 
qoyan ən görkəmli folklorşünaslarımızdan biri olmuşdur. Hənəfi Zeynallı Azər-
baycan folklorunun bir çox janrlarının – atalar sözü və məsəllərin, tapmacalar və 
nağılların  toplanmasına  və  onların  nəzəri  əsasda  tədqiqinə  həsr  etiyi  əsərləri 
xüsusulə diqqəti cəlb edir.  
Məlum ictimai səbəblərə görə keşən əsrin 60-cı illərə-şəxsiyyətə pərəstişin 
və  onun  nəticələrinin  aradan  qaldırılması  dövrünə  qədər  20-30-cu  illərin  əksər 
ədəbi  simaları  kimi,  Hənəfi  Zeynallının  şəxsiyyəti  və  irsi  də  tamamilə  kənarda 
qalmışdır.  Lakin  çox  təəssüf  ki,  bundan  sonrakı  illərdə  də  onun  “bəxti  gətir-
məmiş”, tədqiqatlarda onun fikirlərinə sitat səviyyəsində müraciət olunmuş, çox 
hallarda  isə  onun  mülahizələri  sonrakı  tədqiqatçılar  tərəfindən  düzgün  qiymət-
ləndirilməmişdir.  Hənəfi  Zeynallı  irsinin  tədqiqi  ilə  bağlı  yalnız  bir  fakt  qeyd 
oluna bilər. O da 1982-ci ildə filologiya elmləri namizədi Rasim Tağıyev böyük 
zəhmət  sayəsində  Hənəfi  Zeynallının  “Seçilmiş  əsərləri”ni  toplaması  və  geniş 
bir  müqəddimə  ilə  nəşr  etdirməsi  olmuşdur.  Həmin  müqəddimədə  Hənəfi  Zey-
nallının  tərcümeyi-halı,  ədəbi  fəaliyyətinin  əsas  fakt  və  mərhələləri,  əsərlərinin 
adı və mövzusu tarixi – xronoloji planda təsvir olunur (1, 5-22).  
H.Zeynallının irəli sürdüyü hər bir elmi fikir onun şox böyük zəkaya, də-
rin düşüncəyə və zəngin biliyə malik olmasından xəbər verirdi. Hənəfi Zeynallı 
o dövrün digər folklorçünaslarından fərqli olaraq, üzərinə daha ağır vəzifə götür-
müşdü.  O,  ədəbiyyat  tarixi  və  klassik  bədii  irsin,  yeni  proletar  ədəbiyyatının 
tədqiqi  ilə  bərabər,  həm  də  Azərbaycan  sovet  folklorşünaslığını  yaratmaq  işinə 
qoşulmaq  yolu  tutmuşdu.  Doğrudur,  bu  illərdə  milli  folklorumuz  S.Mümtaz, 
V.Xuluflu,  B.  Çobanzadə,  Ə.Abid,  Y.V.Çəməmənzəminli  və  b.  kimi  görkəmli 
folklorşünaslar,  elm  adamları  və  mütəxəssislər  tərəfindən  də  tədqiq  olunurdu. 
Lakin  Hənəfi  Zeynallının  zəngin  folklor  irsimizin  toplanması,  nəşri  və  tədqiqi 
sahəsindəki  xidmətlərini  yalnız  bu  sahənin  bütün  Şərqdə  əvəzsiz  mütəxəssisi 
Salman Mümtazla müqayisə etmək olar. O dövrdə ara-sıra folklorla məğul olan 
digər alimlərin zəhmətini nəzərə almaq şərti ilə, demək olar ki, Azərbaycan so-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     124 
 
 
vet  folklorşünaslığının  təşəkkül  prosesini  bütün  şətinliyi  və  ağırlığı,  əsasən,  bu 
iki şəxsiyyətin üzərinə düşmüşdü (2, s.15-16).  
Ötən  əsrin  20-ci  illərində  folklorşünaslıq  elmi  ədəbiyyatşümaslığın  ən 
mühüm sahələrindən biri kimi formalaşmağa başlayır. Bu dövrlərdə Azərbaycan 
ədəbiyyatşünaslığının  mütərəqqi  ənənələrinə  əsaslanan  folklorşünaslıq  müstəqil 
bir sahə əmələ gətirməyə başlayır. Belə ki, bu sahənin yaranması və inkişafı öz-
özlüyündə  yeni  ədəbiyyatşünaslığın  vahid  bir  sistemə  malik  olan  bir  elm  kimi 
formalaşmasını hazırlamış oldu. Folklorun toplanılması, nəşri, və tədqiqi dövrün 
ümumi ədəbi-nəzəri ehtiyacları ilə bağlı idi. XX əsrin 20-ci illərində Azərbaycan 
folklorunun toplanılması, nəşri, və tədqiqi tarixin ədəbi proses qarşısında müəy-
yən  təxirəsalınmaz  vəzifələr  irəli  sürürdü.  O  dövr  Azərbaycan  folklorşünaslığı-
nın  təşəkkül  prosesi  və  keçdiyi  mərhələlər  isə  Hənəfi  Zeynallının  adı  və  yara-
dıcılığı ilə birbaşa bağlı idi.  
Bu bir  həqiqətdir ki, bədii  fikrin  bütün  inkişaf  mərhələlərində  xalqlar hə-
min  inkişafın  prespektivini  təyin  etmək  üçün  keçmişin  irsindən  nümunə  götür-
müşlər.  Ədəbi-tarixi  inkişafın  artıq  hamıya  məlum  təcrübəsi  göstərir  ki,  bədii 
ədəbiyyat  keçid  dövründə,  xüsusən  böyük  ədəbi  çevriliş  zamanı  klassik  irsə,  o 
cümlədən  folklora  ehtiyac  hiss  edir.  Bu  isə  təkcə ədəbiyyatın  yox,  həm  də  onu 
yadadan xalqın tarixi özünüdərk prosesi,  ictimai  dəyişmələrlə  bağlıdır. Bu, XX 
əsrin 20-ci illərində belə idi. 
XX  əsrin  20-ci  illərinin  əvvəllərində  klassik  irsin,  o  cümlədən  folklorun 
hərtərəfli  öyrənilməsi  prosesi  ədəbi-tarixi  tələbata  şevrilir.  Bu,  o  dövrün  ab-
havası  ilə  yaşayan  və  onu  öz  yaradıcılığında  əks  etdirən  bir  folklorşünas  kimi 
Hənəfi Zeynallını Azərbaycan xalqının zəngin folklor xəzinəsinə çəkib aparırdı. 
Burada Hənəfi  Zeynallının öz şəxsiyyəti, bir vətəndaş kimi  böyük  həyatı  ideal-
ları  da  mühüm  rol  oynamışdı.  O  hələ  1917-ci  ilin  iyununda  21  yaşlı  bir  tələbə 
kimi  inqilabi  fikirləri  yaymaq  üçün  Moskvadan  Qafqaza  ğöndərildiyi  zaman 
“Həqiqi bəxtiyar kimdir?” sualına cavab olaraq yazırdı: ”Ancaq əqli səlim sahibi 
olan bir çəxs, əvvalə millət, sonra bütün insaniyyət üçün çalışarkən kəndində bir 
şövq,  bir  zövq  duyar.  Millətini  və  bütün  insaniyyəti  səfalət  və  fəlakətlərdən 
iraqlaşdırdıqda kəndi də səadətə yaxınlaşar” (3, 6).  
Hənəfi Zeynallı ədəbiyyata belə bir idealla – “millətə və insaniyyətə” xid-
mət etmək arzusu ilə gəlmişdi. 1926-cı ildə “Azərbaycanı tədqiq və tətöbbö cə-
miyyəti”nin  nəşriyyatı  tərəfindən  onun  “Azərbaycan  atalar  sözü”  kitabı  nəşr 
olunur  (4). Tədqiqatçılar  bu  gün  də  təsdiq  edir  ki,  bu  kitab  həmin  dövrə  qədər 
çap edilən bütün  folklor kitablarından öz elmi prinsipləri  ilə  fərqlənirdi.  Kitaba 
yazılmış geniş elmi müqəddimədə deyilirdi: “Hər kəsin dilinin əzbəri olan atalar 
sözlərinin  təsnifi  ilə  və  onu  toplamaqla  bu  birinci  kitabımızda  xalq  ədəbiyyatı 
qapılarının pasını atmaq istədik...Rus şifahi ədəbiyyatını tədqiq edənlərə baxılsa 
və onların təqiq sistemini Azərbaycan türk ədəbiyyatı üçün bir “karvan yaldızı” 
kimi  qəbul  etmək  olsa  şifahi  ədəbiyyatın  mənzum  qismini  bayatı,  mahnı,  ağı, 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə