Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə62/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   58   59   60   61   62   63   64   65   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     139 
 
 
İşin еlmi nəticəsi: Mədəniyyətimizdə əkizlər mif modelinin hər tərəfli öy-
rənilməsinə xüsusi ehtiyac vardır. Çünki əkizlər mif modeli ikiliklərin bir-biri ilə 
müxtəlif münasibətdə olması kimi primitiv anlayış deyil. Bu, ikilik kontekstində 
insanın daxili-psixoloji mühiti, bu mühitin sabit modeli və simvolları, həmçinin 
insanın özünüifadə üsülu obrazlaşır. 
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalədən  folklorla  bağlı  araşdırmalarda,  ali 
məktəblərin  filoogiya  fakültələrində,  həmçinin  mifologiya  bölməsi  üzrə  tədris 
aparılarkən istifadə oluna bilər. 
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan ədəbiyyatı inciləri (nağıllar). Bakı, Yazıçı 1985 
2. Azərbaycan xalq nağılları. Bakı, Gənclik, 1988, 464 səh. 
3. Əliyev R. Türk mifoloji  düşüncəsi və onun  epik transformasiyaları (Azərbay-
can mifoloji mətnləri əsasında). Fil.elm.dok. dis., Bakı, 2006. 280 s. 
4. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı, “Elm”, 228 s. 
5. Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, «Çıraq», 2003, 640 s. 
6. Şükürov A. Mifologiya. I kitab. Bakı, “Elm”, 1995, 188 s. 
7. Байбурин А.К. Мифология / Свод этнографических понятий и терминов, 
вып. 4. Москва, Наука, с. 80-83 
8.  Иванов  В.В.  Близнечные  мифы.  Мифа  народов  мира.  Энциклопедия 
Москва, Советская энциклопедия.1991, стр.174-176 
9. Мелетинский Е.М. Общее понятие мифа и мифологии / Мифологический 
словарь.  Гл.  ред.  Е.М.Мелетинский.  Москва,  Советская  энциклопедия,  1990,  с. 
634-640 
10. Путилов Б.Н. Героический эпос и действительность. Ленинград: Наука, 
1988, 225 с. 
 
 
Çapa tövsiyə edən: fil.ü.f.d. Əfzələddin Əsgər
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     140 
 
 
Günay ORUCZADƏ 
AMEA Folklor İnstitutunun əməkdaşı, 
Azərbaycan Müəllimlər İnstitutunun magistri 
e-mail: gunayoruczade@rambler.ru  
 
 
XIX-XX ƏSRLƏR AZƏRBAYCAN POEZİYASINDA FOLKLORİZMİN 
TƏZAHÜR FORMALARI 
 
Xülasə 
Məqalədə  XIX-XX  əsrlər  Azərbaycan poeziyasında  folklorizmin  təzahür  formaları araş-
dırılır. Müxtəlif ədəbi cərəyanlara mənsub romantik və realist şairlərin folklordan istifadə forma-
ları, onların folklora bir-birindən fərqli yanaşdıqları məlumdur. 
Poeziyada folklorizmin təzahür formalarının tarixi daha əvvəllərə gedib çıxsa da, bu pro-
ses XIX-XX əsrlərdə daha geniş vüsət alır. Məqalədə bu dövrdə yazıb-yaradan şairlərin yaradı-
cılığında özünü göstərən folklorizmlərdən, folklor süjetlərindən nümunələr verilir.  
Açar sözlər: XIX əsr, XX əsr, folklor, yazılı ədəbiyyat, folklorizm, folklor süjetləri. 
  
THE APPEARANCE FORMS OF FOLKLORIZMS IN AZERBAIJAN POETRY 
DURING THE 19
TH
-20
TH
 CENTURIES 
 
Summary 
In  the article  the appearance  forms  of  folklorizms in  Azerbaijan poetry  during  the  19
th
-
20
th
  centuries  are  investigated.  The  usage  forms  from  folklore  belonging  to  the  literary 
movements such as romantic and realist poets, their attitudes to the folklore differently is known. 
Though the history of appearance forms of folklorizms in the poetry goes to the past this 
process  was  formed  mostly  during  the  19
th
-20
th
  centuries.  In  the  article  it  is  said  about  the 
examples from the folklorizms, folklore plots showing themselves in the activity of poets living 
in those periods.  
Key words: the 19
th
 century, the 20
th
 century, folklore, the written literature, folklorizm, 
folklore plots.  
 
ФОРМЫ ПРОЯВЛЕНИЯ ФОЛЬКЛОРИЗМА В АЗЕРБАЙДЖАНСКОЙ  
ПОЭЗИИ XIX-XX ВВ.  
 
Резюме 
В настоящей статье рассматриваются формы проявления фольклоризма в азербай-
джанской поэзии XIX-XX вв. Всем известно, как принадлежащие к разным литературным 
течениям  поэты-романтики  и  поэты-реалисты  используют  формы  фольклора,  и  как  раз-
лично они относятся к фольклору. 
Несмотря  на  то,  что  история  форм  проявлений  фольклоризма  в  поэзии  древняя, 
этот  процесс  приобрел  более  широкий  размах  в  XIX-XX  вв.  В  статье  даются  образцы 
фольклорных сюжетов и фольклоризмов, имеющиеся в творчестве поэтов данной эпохи.  
Ключевые  слова:  XIX  век,  XX  век,  фольклор,  письменная  литература,  фолькло-
ризм, фольклорные сюжеты. 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     141 
 
 
Məsələnin  qoyuluşu.  XIX-XX əsrlər  Azərbaycan  poeziyasında  folkloriz-
min təzahür formalarını və bu əsrlərdə yaşayıb-yaradan şairlərin yaradıcılığında 
mövcud olan folklorizm nümunələrini araşdırmaq. 
İşin məqsədi. Məqalədə XIX-XX əsrlərdə poeziyada, əsasən, iki cərəyana 
– romantik və realist cərəyana mənsub olan şairlərin əsərlərində özünü göstərən 
folklorizmləri, folklor süjetlərini şərh etmək. 
 
XIX-XX əsrlər Azərbaycan poeziyasında, əsasən, iki cərəyana – romantik 
və realist cərəyana mənsub olan şairlər yazıb-yaratmışlar.Cəmiyyətdə insan mə-
nəviyyatını,  şəxsi  azadlığı  hər şeydən üstün tutan romantiklər daha çox şəxsiy-
yətin  hissləri,  həyəcanları  haqqında  düşünmüşlər.  Folklorun  tarixi,  milli,  xəlqi 
səciyyəsi romantikləri daha çox cəlb etmişdir. Xalq ədəbiyyatının bu estetik ma-
hiyyəti onların bədii yaradıcılığında müxtəlif planlarda işlənmişdir. 
Bu əsrlərdə mövcud olan siyasi, tarixi hadisələri, real həyat gerçəkliklərini 
təsvir  edən,  göstərən  ədəbi  prosesin  yaradıcılıq  metodu realizm  adlanırdı.  Rea-
lizm  sosial  həyatın,  adi  məişət  hadisələrinin  eybəcərliyinə  qarşı  çıxanda  xalqın 
sınanılmış  bədii  yaradıcılığına  söykənirdi.  Bunun  nəticəsində  isə  ədəbiyyatın 
xalqa yaxınlaşması sürətlənirdi. Bu da çox təbii idi; çünki el yaradıcılığında xal-
qın taleyi, istəyi, sevinci, nisgili aydın, sadə və bütün cəhətləri ilə əks olunurdu. 
Realizm el ədəbiyyatının daha çox tənqid, ifşa, satira, yumor, xalq gülüşü ənənə-
ləri ilə bağlı olmuş, daha çox bu zəmin üzərində ucalmışdır. Bunun səbəbini isə 
ХХ  əsr  ədəbiyyatında  və  mədəniyyətində  folklor  ənənələrinin  güclü  təsirində 
axtarmaq  lazımdır.  Realizimlə  xalq  ədəbiyyatının  bu  “qohumluğu”,  “bir  kök-
dən”  olması  böyük  demokrat  yazıçıların  əsərlərinin  folklorla  daha  çox  bağlılı-
ğını şərtləndirən ən əsas amillərdəndir. 
Müxtəlif ədəbi cərəyanlara mənsub romantik və realist şairlərin folklordan 
istifadə  formaları,  onların  folklora  bir-birindən  fərqli  yanaşdıqları  məlumdur. 
Xalq ədəbiyyatından bəһrələnmək şairlərimizin yaradıcılırını əlvanlaşdırır, daһa 
da rövnəqləndirir. Xalq ədəbiyyatından-folklordan istifadə təsadüfi, ötəri bir һal 
deyildir.  Bu,  möһkəm  ənənəyə  malik,  qanunauyğun  bir  yaradıcılıq  prosesidir. 
Bu proses lap qədimdən başlanmış və indi də davam etməkdədir. Hətta bəzi əsr-
lərdə folklor yazılı ədəbiyyatı üstələmişdir. XIX-XX əsrlərdə isə folklor yenidən 
əvvəlki roluna – köməkçi vəzifəsinə qayıdır.  
XIX-XX  əsrlərdə  yaşayıb  yaratmış  ən  müqtədir  şairlərimizin  –  Q.Zakirin 
(1),  M.Ş.Vazeһin  (2),  S.Ə.Şirvaninin  (3),  M.Ə.Sabirin  (4),  Ə.Nəzminin  (5), 
M.Ə.Möcüzün (6) və başqalarının folklorla əlaqəsi daim sıx və davamlı olmuşdur. 
Onların  Azərbaycan  poeziyasında  rolu,  yeri  və  əһəmiyyəti  çox  böyük  ol-
maqla  yanaşı,  һəm  də  onların  əsərlərinin  sənətkarlıq  xüsusiyyətləri  geniş  təһlil 
olunduqda onların mayasında folklor elementlərinin daha çox olduğunu görürük. 
Bu xüsusiyyətlər mövzu seçməkdən başlamış kompozisiya qurmağa, bədii təsvir 
vasitələri işlətməyə, obrazlara müxtəlif tərəfdən baxmağa, xalq yaradıcılığından 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə