Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə70/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     159 
 
 
bir  müddəası  ilə  razılaşmaq  olmaz.  O  da  budur  ki,  hər  iki  araşdırıcı  Midiya 
əsatiri-dini  görüşlərini,  eləcə  də  “Avesta”nı  qeyd-şərtsiz  Azərbaycan  xalqının 
doğma  dini  görüşü,  doğma  əsəri  kimi  qəbul  etmiş  və  bu  görüşlərin  başqa 
qaynaqlarla  bağlılığı  məsələsinə  diqqət  yetirməmişlər.  Bizcə,  atropatenlilərin 
Azərbaycan  xalqı  arasında  yayılmış  əsatiri-dini  görüşlərini  öncə  Azərbaycanda 
yaşamış  Azərbaycandilli  qəbilələrin  və  sonra  “Avesta”nın  müddəalarını,  hər 
şeydən əvvəl, azərbaycanlılaşmış Atropaten qəbilələri ilə əlaqələndirmək lazım-
dır.  Bu  görüşlərin,  müddəaların  bir  qismi  yeni  keyfiyyətlər  aldıqdan  sonra 
doğmalaşmış, azərbaycanlılaşmışdır” (6,13). 
Baxmayaraq ki, “Avesta”da göstərilən dini görüşlərin digər başqa qaynaq-
larla  bağlılığı  məsələsi  də  mübahisəlidir,  lakin  biz  bu  sahədə  öz  sözünü  demiş 
hər üc alimin fikirlərini dəstəkləyib ümumiləşdirərək “Avesta”nın doğma əsəri-
miz olduğunu hesab edirik. 
Oğuz-türk  mifologiyasından  qaynaqlanan  “Kitabi-Dədə  Qorqud”  dastanı 
haqda  yazarkən  tədqiqatçı  alim  Ramazan  Qafarlı  qeyd  edir:  “Həm  ilkin  türk 
təsəvvürləri,  həm  də  Qafqaz  mühitində  formalaşıb  yunan  mifologiyasını  belə 
qidalandıran ən arxaik görüşlər onun içərisində sintez edilir. Bu mənada “Kitabi-
Dədə Qorqud” Azərbaycan türk mifologiyasinin “İlliadası”, “Odisseyası”, “Bil-
qamış”ı hesab etmək olar (3). 
Həyatın mənşəyi haqqında, təbiət hadisələri, əfsanəvi qəhrəmanlar və ruhlar 
haqqında  insanların  ən  qədim  təsəvvür  və  etiqadlarından  ibarət  olan  mifik  rə-
vayətlər qədim zamanlardan bütün dünya xalqları icərisində özünəməxsus tərzdə 
yaranmışdır. Lakin miflərin məna etibari ilə düzgün dərk edilməsi vacib amillər-
dən  biridir.  Mifologiya  ilə  bağlı  problemlərin  tanınmış  araşdırıcılarından  olan 
Y.E.Qolosovker mifin məntiqi haqqında mülahizələr yürüdərkən orijinal bir fikrə 
toxunmuşdur:  “Qəribə  deyil  ki,  mikrokosma,  yəni  sonsuz  dərəcədə  kiçik  olanın 
dünyasına,  nüfuz  etdiyimiz  bir  əsrdə  oxucu  əksərən  diqqətli  mütaliəyə  etinasız 
yanaşır.  Mifləri  oxuyarkən  bizim  ağlımız  nadir  hallarda  mif  aləmini  hərəkətə 
gətirən  möcüzə  mexanizminə  nəzər  salır.  Çünki  ağıl  bu  mexanizmin  bilgisiylə 
silahlanmayıb.  Fikir  mifoloji  fabula  və  mifoloji  obrazların  səthiylə,  çoxdan tanış 
bir  nəsnənin  səthiylə olduğu  qayədə  “sürüşür”  və yalnız  aşkar,  yaxud tam  şəffaf 
alleqoriyaları, ya da ki,”süjeti” özümsəyir. Biz mifoloji heyvanın bərq vuran pul-
larına  heyran oluruq  və  nədənsə  bu  fantastik  bədheybətdə antik  kosmosun  sehrli 
gecəsini,  insanın  başa  düşmək,  anlamaq  yanğısının  ilk  təzahürlərini  görmürük. 
Görmürük  ki,  antik  insanın  ağlı  və  təxəyyülü  dünyada  hər  şeyə  qarşı  nə  qədər 
həssasdır. Mif və dünyanın müəmmaları bizim üçün təbii tənasibdir” (5, 6). 
Azərbaycanda  hələ  qədim  dövrlərdən  zəngin  mif  yaradıcılığı  olmuşdur. 
Bu,  qeyd  etdiyimiz  kimi,  şifahi  və  yazılı  ədəbiyyatda öz təzahürünü  tapmışdır. 
Elçin Qaliboğlu “Türk mifologiyası mədəniyyətimizin əsaslarını təşkil edir” mə-
qaləsində  folklorşünas  alim  Seyfəddin  Rzasoyla  müsahibəsində  mədəniyyəti-
mizin  köklərinin  mifologiyaya  bağlandığını  geniş  şərh  etmişdir.  Məqaləyə  isti-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     160 
 
 
nad edib Seyfəddin Rzasoyun təbirincə desək, “mif  yaddaşımızda  yaşayır,  istə-
nilən romanın, şeirin əcdadı gedib mifə cıxır” (4). 
Doğrudan da, ədəbiyyat tariximizə nəzər saldıqda nəsr və nəzm əsərlərin-
də istər gizli, istərsə də aşkar şəkildə miflərdən qaynaqlanan mənbə ilə üzləşirik. 
Belə  ki,  Şərq  aləmində  mifologiya  ilə  dolayısı  ilə  ciddi  məşğul  olan  şairlərdən 
biri  Məhəmməd  Füzuli  olmuşdur.  Məhəmməd  Füzuli  mifologiyanı  daha  cox 
“tanrı elmi” ilə bağlayır və şeirlərində geniş şərh edir. Poeziyada bu ənənə müa-
sir  dövrümüzə  qədər  davam  etməkdədir.  M.Hadi,  A.Səhhət,  M.Ə.Sabir,  H.Ca-
vid,  R.Rza,  X.Rza,  B.Vahabzadə,  S.Rüstəmxanlı,  R.Rövşən,  R.Behrudi  və  bir 
cox  söz  bahadırlarının  poetik  yaradıcılığında  mifoloji  düşüncə  arxetipləri  öz 
əksini  tapmışdır.  Onların  bir  çox  şeirlərində  dünyanın  mənzərəsi  cəmiyyətin 
qavraya biləcəyi  mifik rəmzlərlə,  mifik şərtiliklərlə tərənnüm olunur. “İstənilən 
cəmiyyətə ona zəruri olan olan rəmzlər qulluq edir. Cəmiyyətin inkişafı ilə əla-
qədar olaraq bir rəmzə olan təlabat yox olur, digərləri isə məna dəyişikliyinə uğ-
rayaraq ənənə gücünü qoruyub saxlayır. Təbiidir ki, hər bir dövrdə dünyagörüşü 
öz evolyusiyasında həmcins deyildir. Bəzi təsəvvürlər yalnız formalaşır, bəzilə-
risə  sabit  qalaraq  dünyagörüşünün  özəyini  təşkil  edir.  Məhz  onların  köməkliyi 
ilə nəsillər dünya mənzərəsini interpretasiya edir” (1, 10). 
Əsrlər boyu miflərin varlığı və müxtəlif sənət əsərlərində bu motivə müra-
ciət formaları onları çoxmənalı fövqəladə kateqoriyaya çevirmiş, mifologiya el-
minin yaranmasına səbəb olmuşdur. 
Azərbaycanda  mifologiya  elmi  özünəməxsus  inkişaf  yolu  keçmişdir.  Mi-
fologiyaya  dair  tədqiqatlar  uzun  onilliklər  ərzində  folklorşünaslığın  bir  hissəsi 
kimi  aparılsa  da,  sonralar  o, öz  spesifik  problemləri  ilə  müstəqilləşməyə  başla-
mışdır. Onun əsasında poetika bölməsində, əsasən, fərdi yaradıcılıqla əsərin mi-
foloji  quruluşu  və  obrazları  öyrənən  mifopoetika  kimi  müasir  anlayış  meydana 
çıxmışdır.  Mifopoetika  poetikanın  müəllif  tərəfindən  mifologemlərin  ayrı-ayrı-
lıqda mənimsənilməsini deyil, onun yenidən yaratdığı dünyanın tam mifopoetik 
modelinin, onun mifik düşüncəsinin simvollar və digər poetik kateqoriyalar sis-
temində realizə olunmasına  müvafiq olaraq araşdıran elmi  hissələrindən biridir. 
Elmi  ədəbiyyatda  qeyd  olunduğu  kimi  mifopoetika  tək  bütöv  anlayışlar  kom-
pleksi (“mifologem”, arxetip”, “poetik kosmos”) və  yaxud  miflər sistemi deyil, 
eyni zamanda ritual və mifik düşüncənin xüsusi tipi hesab edilir. 
Mifopoetika termini XX əsrin 60-cı illərindən aktiv olaraq işlənməyə baş-
lamışdır.  Hər  bir  elm  sahəsinin  inkişafı  həmin  elmin  tarixinin  yaradılmasından 
asılıdır.  Bu  elmin  də  gələcək  inkişaf  istiqamətləri  mifologiyanın  qurulmuş  bü-
növrəsi  üzərində  aparılır.  Mifopoetikanın  elmi  cəhətdən  bizi  maraqlandırması 
XX  əsr  Azərbaycan  poeziyasında  obraz  və  süjetlərin  mifologiya  və  folklorda 
çoxşaxəli təfsiri ilə əlaqədardır.  
XX  əsr  Azərbaycan  poeziyasında  öz  əksini  tapmış  dünyanın  mifopoetik 
mənzərəsi  praktiki  olaraq  öyrənilməmiş,  deməli,  həmin  poeziyanın  konseptləri 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə