Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə73/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   69   70   71   72   73   74   75   76   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     166 
 
 
Folklorumuzun digər janrlarından fərqli olaraq bu gün də həyatımızla, mə-
işətimizlə, siyasi, iqtisadi, sosial durumumuzla bağlı bütün bölgələrdə yeni-yeni 
məsəllər yaranır və yayılır. Bu da, hər şeydən öncə, ondan irəli gəlir ki, məsəllər 
söhbətin  mənasını,  məzmununu  dərinləşdirir,  fikir  tutumunu  dolğunlaşdırır, 
obrazlılığını və poetikliyini qat-qat artırır, onu dada-tama gətirir, şirinləşdirir. 
 
İslam SADIQ 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun 
aparıcı elmi işçisi 
  
AŞIQ, BİR AĞIZ DA KOROĞLUDAN OXU 
 
 Bir  məclisdə  aşıq  çalıb-oxuyurmuş.  Tez-tez  də  Koroğludan  oxumağı  xa-
hiş eləyirlərmiş. İki nəfər aşığa qulaq asmır, öz aralarında danışırmış. Aşıq Ko-
roğludan başladığı söhbəti təzəcə qurtarıbmış ki, həmin iki nəfərdən biri deyir: 
– Aşıq, qadan alım, bir ağız da Koroğludan oxu. 
Məclisdə bir gülüşmə, qəhqəhə qopur ki, gəl görəsən. 
Bir adam söhbətin əvvəlinə qulaq asmayanda, yaxud söhbətin nədən getdi-
yini bilməyib həmin söhbəti təkrar danışdırmaq istəyəndə deyirlər ki: “Aşıq, bir 
ağız da Koroğludan oxu!” 
 
BABANIN ATI KİMİ DÜZ GETDİ 
 
 Borçalı mahalında Baba adında bir kişi yaşayırmış və onun da bir atı va-
rıymış.  Günlərin  bir  günü  Babanın  atı  naxoşlayır  və  gözlərinin  ikisi  də  tutulur. 
At sədaqətli heyvandı, heç vaxt sahibini darda qoymaz. Adamlar da ona görə ata 
qarşı  çox  mehriban  olurlar.  Bir  də  dədə-babadan  at  namusdan  sayılıb.  Baba  da 
atı kor olandan  sonra onu atmır, əksinə ona daha  çox canı  yanır. Bir  neçə dəfə 
atı  yedəyində  bulağa  aparıb  sulayır  və  yedəyində  də  geri  qaytarır.  Elə  ki,  at 
bulağın  yoluna  vərdiş  eləyir,  daha  onu  yedəklərində  aparmırlar.  Qapıdan  onun 
üzünü bulağa sarı yönəldib buraxırlarmış, at da özü gedib bulaqdan su içib qayı-
dırmış. Hara gedirsə, bir dəfə Baba özü evdə olmur və uşaqları atı bulağa düz-
gün  səmtləşdirmirlər.  At  yolu  tutub  gedir,  ancaq  bulağı  tapmır,  yolu  səhv  düş-
düyünə görə, harasa gedir və yoxa çıxır. At o gedən olur. 
 İndi bir adam nəyisə itirəndə, kimsə acıq eləyib gedəndə deyirlər ki: “Ba-
banın atı kimi düz getdi!” 
 
 
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     167 
 
 
BU DA YETİM SEVİNDİRMƏK KİMİ BİR ŞEYDİ 
 
 Üç  yoldaş  yol  gedirmiş.  Görürlər  ki,  bir  yetim  uşaq  əl  açıb  dilənir.  Kim 
ona  pul  verirsə,  sevincindən  yerə-göyə  sığmır.  Pul  verənə  də,  Allaha  da  alxış 
eləyir. Onlardan biri deyir: 
– Necəsiniz,  mən o yetimə bir qara quruş da verməyim, ancaq onu hamı-
dan çox sevindirim. 
Yoldaşları deyirlər ki, bu ola  bilməz. Sən neyləyə bilərsən ki,  yetimi ona 
pul verənlərdən çox sevindirəsən? Sən görmürsənmi  hər dəfə ona pul veriləndə 
sevincindən atılıb-düşür. 
Oğlan deyir: 
– Yaxşı, indicə görərsiniz. 
Gəlib  yetimin  yanına  çatırlar.  Oğlan  yetimin  səhərdən  bəri  yığdığı  pulun 
hamısını tutub əlindən alır. Yetim onun ayağına düşür, yalvarıb-yaxarır ki, pulu-
mu qaytar. Oğlan onun nə  yalvar-yaxarına, nə də göz yaşlarına  məhəl qoymur, 
ürəyi yumşalmır ki, yumşalmır. Yetim də onun ətəyini buraxmır, göz yaşını sel 
kimi axıdır. O qədər yalvarır ki, daha yetimin səsi batır, heyi kəsilir. Oğlan onun 
pulunu özünə qaytarır. Yetim elə sevinir, elə sevinir, heç olmayan kimi. Oğlanın 
əlindən, ayağından öpür. Atılıb-düşür. Oğlan yoldaşlarına deyir: 
– Gördünüz, yetimi necə sevindirirlər? 
 Birinin işini əvvəlcə haqsızlıqla, zorakılıqla əyib sonra düzəldəndə, yaxud 
haqqını kəsib çox minnət-sünnətdən sonra qaytaranda deyirlər ki: “Bu da yetim 
sevindirmək kimi bir şeydir”. 
 
YARA SAĞALACAQ OLSA, TƏBİB QƏNŞƏR GƏLƏR 
 
Bir kişinin aman-zaman bir oğlu olur. Bu oğlan bir sağalmaz dərdə tutulur. 
Nə  qədər  dava-dərman  eləyirlərsə,  xeyri  olmur. Deyirlər  buna  çarə  tapsa,  Loğ-
man  tapacaq.  Loğman  da  Misirdədi.  Oğlan  yemək-içmək  də  götürüb  üz  tutur 
Misirə sarı. Soraqlaşa-soraqlaşa gəlib çıxır Loğmanın mülkünə, dərdini ona de-
yir. Loğman bir xeyli fikirləşib deyir ki, oğul, çıx get, sənin dərdinin çarəsi yox-
du.  Oğlan  kor-peşman  geri  dönür.  Yolda  bir  yandan  yorğunluq,  bir  yandan  da 
xəstəlik  onu  əldən-dildən  salır.  Qəbristanlıqda  bir  kolun  dibində  uzanır  ki, 
dincini alsın. Elə gözünü yummaq istəyir ki, bir də görür, budu, bir qara qoç gəl-
di,  ayaqlarını  aralayıb  bir  quru  kəllənin  içinə  sağıldı.  Sonra  çıxıb  getdi.  Üstün-
nən az keçmiş bir şahmar ilan sürünə-sürünə gəlib kəllədəki südün yarısını içdi, 
yarısına da zəhər töküb getdi. Oğlan fikirləşir ki, daha canımdan bezmişəm, qoy 
bu zəhəri içib ölüm. Bu fikirlə durub kəllədəki zəhəri başına çəkir. Elə o saat da 
yıxılıb özündən gedir. Gün  yarımdan sonra özünə gəlir. Ayağa qalxıb görür ki, 
sappasağlamdı, canında azar-bezardan heç nəm-nişana da yoxdu. Gəlir evlərinə. 
Baxır ki, qazanlarda ət bişirirlər. Soruşur ki, bu nədi belə? 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     168 
 
 
Deyirlər: 
– Bəs sən gedəndən xeyli vaxt keçib, bir səs-soraq çıxmadı,elə bildik tələf 
olubsan. İndi sənə yas tutub ehsan veririk. 
Oğlanın sağalmaq sorağı hər yana yayılır. Yas dönüb olur toy. Yeddi gün, 
yeddi gecə şadlıq eləyirlər. 
Bir müddət keçir. Bir gün oğlan öz-özünə deyir ki, gərək gedəm Loğmana 
deyəm  ki,  sən  yalan  deyibsən,  mənim  dərdimin  əlacı  varıymış.  Hazırlıq  görüb 
Misirə  yollanır.  Loğmanı  tapıb  əhvalatı  onun  yadına  salır.  Loğman  o  saat  ona 
deyir ki, de görüm belə-beləmi oldu. Loğman qəbristanlıqda oğlanın başına gə-
lənlərin  hamısını  bir-bir danışır. Oğlan qalır  mat-məəttəl ki, Loğman  bunu har-
dan bilmiş olar?  
Loğman onun karıxdığını görüb gülümsəyir: 
– Bala, mən sənin dərdinin davasını bilirdim, ancaq hardan tapaydım sən-
dən ötrü qırx ilin qafasını, şahmarın ağısını, qara qoçun da südünü?! Qismətində 
sağalmaq varıymış. Yara sağalacaq olsa, təbib qənşər gələr. 
Loğmanın ağzından çıxan bu söz o vaxtdan məsələ çevrilir. Çətin bir iş tə-
sadüfən düzələndə deyirlər ki: “Yara sağalacaq olsa, təbib qənşər gələr”. 
 
XALAM BİLDİ, ALƏM BİLDİ 
 
“Xalam  bildi,  aləm  bildi”  xalq  arasında  çox  yayılmış  məsəldir.  Həm  də 
Azərbaycanın elə bölgəsi yoxdur ki, orada bu məsəl işlədilməsin. Bu da məsəlin 
qədimliyini göstərir. 
Bəs bu məsəl harda yaranmışdır, necə yaranmışdır? 
“Kitabi-Dədə  Qorqud”da  “Bəkil  oğlu  Əmranın  boyunu  bəyan  edər”  bo-
yunda Bəkil ova gedir. Yay-kirişlə  buğaya kəmənd atır, ancaq onu saxlaya bil-
mir. Buğa özünü bir uca yerdən atır, Bəkil də özünü saxlaya bilmir, sağ ayağı sı-
nır.  Birtəhər  ata  minib  evə  gəlir,  ancaq  ayağının  sındığını  heç  kəsə  demir.  Bir 
neçə gün kefi pozğun olsa da, bu sirri açmır. Ancaq arvadı əl çəkmir, Bəkil də 
sirri açıb deyir ki, atdan yıxılmışam, ayağım sınıb. 
 Xatunu  bu  sirri  bacısına  deyir,  bacısı  da  kimi  görür  ona  deyir.  Xəbər 
düşmənə çatır. Bəkilin üstünə yağı gəlir. Bəkil oğlu Əmranı çağırıb deyir ki, gör 
bu  sirri  yağı  hardan  öyrənib?  Əmran  atasından  soruşur  ki,  sən  kimə  demisən? 
Bəkil də cavab verir ki, bircə sənin anana. Əmran anasının yanına gəlir, soruşur 
ki, bu sirri kimə açmısan?  Anası da  bircə öz bacısına dediyini söyləyir. Əmran 
orda deyir: 
 – Xalam bildi, aləm bildi. 
O  vaxtdan  bu  günə  qədər  bir  adam  sirrini  başqasına  açanda  bu  məsəli 
çəkib deyirlər ki, “Xalam bildi, aləm bildi”. 
 
 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə