Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə72/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     164 
 
 
Bu cür təhriflər çoxdur və onlar geniş bir apaşdırmanın mövzusudur. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  nisbətən  az  öyrənilmiş  janrlarından 
biri  məsəllərdir.  Hətta  bir  çox  hallarda  məsəllər  atalar  sözü  və  hikmətli  de-
yimlərlə  qarışdırılır.  Bəzi  araşdırıcıların  fikrincə,  “aranda  tutdan  oldum,  dağda 
qurutdan”  atalar  sözü,  “aranda  tutdan,  dağda  qurutdan”  isə  məsəldir.  Halbuki 
bunlardan birincisi atalar sözü, ikincisi hikmətli xalq deyimidir. Deyimlər Azər-
baycan  folklorşunaslığında  hələlik  müstəqil  janr  kimi  öyrənilməmişdir.  Ona 
görə də onları gah atalar sözü, gah da məsəl adlandırırlar. 
Atalar sözünün mühüm şərti onun hər hansı bir hökm bildirməsidir. Lakin 
unutmaq  olmaz  ki,  məsəllər  də  əksər  hallarda  hökm  bildirir.  Belə  məsəlləri 
atalar  sözü  adlandırmaq  doğru  deyil.  Məsəli  atalar  sözündən  ayıran  əsas  cəhət 
onun arxasında  hər hansı  bir əhvalatın durmasıdır. Bu əhvalatı  bilməyəndə çox 
zaman məsəlin mənası açılmır, harda, nə vaxt və nə üçün işlətmək lazım olduğu 
aydınlaşmır.  Məsələn,  “Babanın  atı  kimi  düz  getdi”.  Burada  həm  fikir  tamam-
lanır, həm də hökm verilir. Ancaq  bunu hələlik atalar sözü adlandırmaq olmaz. 
Ən çox Borçalıda işlənən bu məsəl belə bir olayla bağlı yaranmışdır: Baba adlı 
bir  kişinin  atı  kor  olur.  Baba  hər  gün  atı  tövlədən  çıxardıb  üzünü  bulağa  sarı 
səmtləyir və buraxır. At yolun səmtilə gedib bulaqdan su içir və qayıdıb düz qa-
pıya gəlir. Bir gün Baba evdə olmur, uşaqları atı suya buraxırlar, ancaq onu bu-
lağa düz tuşlamadıqlarına görə, at gedib bulağı tapmır və yoxa çıxır. 
İndi bir adamın nəyisə itəndə deyirlər ki, Babanın atı kimi düz getdi. 
Başqa  bir  misala  baxaq.  “Tarixi-Nadiri  yarıya  kimi  oxumaq”  məsəli 
Azərbaycanın hər yerində yayılıb. Mənaca buna çox yaxın olan “mən sürullaha 
kimi oxumuşam” məsəli isə yalnız Tovuz rayonunun Xınna bölgəsində işlədilir. 
Əhvalat  belə  olmuşdur:  Xınna  dərəsində  bir  Hacı  Axunla  Molla  Əli  variymiş. 
Onlar bir gün deyişməli olurlar. Molla Əli dostu Saqqal Sadığı yanınca aparır və 
öyrədir ki, sən mənim şəyirdimsən. Orda səndən “Quran”ı hara kimi oxuduğunu 
soruşacaqlar, sən de ki, “Sürüllaha” kimi oxumuşam. Bu məsəl ordan yaranıb. 
Mənim araşdırmalarım göstərir ki, hər bir atalar sözü əvvəlcə hansısa əh-
valatla bağlı olub, məsəl kimi yaranmışdır. Zaman keçdikcə bu məsəl geniş ya-
yılmış,  mənası  hamı  tərəfindən  başa  düşülən  şəklə  düşdükdən  sonra  arxasında 
duran  əhvalat tədricən  unudulmuşdur.  Zaman  onları  cilalanmış,  gözəlləşdirmiş, 
məcazlaşdırmış və son nəticədə atalar sözünə çevirmişdir. Bir-birilə qırılmaz tel-
lərlə bağlı olsalar da, atalar sözü, hikmətli deyim və məsəllər ayrı-ayrı janrlardır. 
“Alt  dodağı  yer  süpürür”,  “Kürkünə  birə  düşüb”,  “Keçəl  suya  getməz”,  “Keçi 
öldü,  qoturu  qurtardı”,  “Balığın  böyüyü  tabaq  altındadı”  və  “Koroğlu  üçəcən 
deyib”  ifadələrinin  hamısı  “Atalar  sözü”  kitabından  götürülüb.  “Alt  dodağı  yer 
süpürür”  və  “Kürkünə  birə  düşüb”  hikmətli  deyimdir.  “Keçəl  suya  getməz”  və 
“Keçi  öldü,  qoturu  qurtardı”  təmiz  atalar  sözüdür.  Ancaq  diqqətlə  baxanda, 
dərindən düşünəndə onların arxasında hansısa bir əhvalatın dayandığı və zaman 
keçdikcə  unudulduğu  aydınca  hiss  olunur.  Hətta həmin  əhvalatları  təsəvvür  et-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     165 
 
 
mək çox da çətin deyil. “Balığın böyüyü tabaq altındadır” atalar sözüdür, ancaq 
onun  əhvalatı  da  hələ  xalqın  yaddaşında  yaşayır.  Bu  əhvalat  B.A.Hüseynovun 
toplayıb tərtib etdiyi “Rəvayətli ifadələr” (Uşaqgəncnəşr, Bakı, 1961) kitabında 
çap  olunmuşdur.  “Koroğlu  üçəcən  deyib”  isə  “Atalar  üçəcən  deyib”  atalar 
sözünün  variantıdır,  lakin  onu  oxuyan  kimi  Koroğlunun  öz  oğlu  ilə  güləşdiyi 
səhnə yada düşür. “Koroğlu üçəcən deyib” atalar sözü həmin əhvalatla bağlı ya-
ranıb.  “Babanın  atı  kimi  düz  getdi”  artıq  atalar  sözü  kimi  qəlibləşməyə,  sabit-
ləşməyə  hazırlıq  mərhələsindədir,  gah  müstəqil,  gah  da  öz  əhvalatı  ilə  qoşa 
işlədilir.  “Mən  Sürüllahatan  oxumuşam”,  “anası  doğduğunu  tanımırmı”?  kimi 
yüzlərlə məsəllər isə hələlik xalqın dilində məsəl olaraq yaşayır.  
Məsəllər əfsanə və lətifələrə də çox oxşayır. Lakin öz quruluşuna, məzmu-
nuna,  xüsusilə  sonluğuna  görə  onlardan  fərqlənir.  Bir  çox  əfsanə  və  lətifələrin 
xalq arasında məsələ çevrilmiş şəkilləri də var. Bəlkə də zaman keçdikcə məsəl-
lər  xalqın  yaddaşında  əfsanələşmiş  və  lətifələşmişdir.  “Papaq  altında  oğullar 
var” həm əfsanə, həm də məsəldir. Onun əfsanə variantını S.Pirsultanlı toplayıb 
“Azərbaycan  xalq  əfsanələri”  kitabında  çap  etdirmişdir.  Məsəl  variantı  isə  ilk 
dəfə qələmə alınmışdır.  
Yuxarıda deyilənlərdən aydın görünür ki, məsəllərin yaranma yolları müx-
təlifdir.  Ona  görə  məsəlləri  yaranma  yollarına  görə  aşağıdakı  kimi  qruplaş-
dırmaq olar:  
1. Əfsanə, əsatir, nağıl  və  s.  folklor əsərlərinin  motivlərindən götürülmüş 
əhvalatlarla bağlı yaranmış məsəllər; 
2.  Dastanlardan,  daha  çox  “Dədə  Qorqud”  və  “Koroğlu”  eposunun 
süjetlərindən götürülmüş əhvalatlarla bağlı yaranmış məsəllər; 
3.  Klassik  yazılı  ədəbiyyatdan  götürülmüş  əhvalatlarla  bağlı  yaranmış 
məsəllər; 
4. Bəhlul danəndə və Molla Nəsrəddin lətifələrilə bağlı yaranmış məsəllər; 
5.  Ayrı-ayrı  adamların,  daha  çox  tanınmış  şəxsiyyətlərin  başına  gəlmiş 
əhvalatlarla bağlı yaranmış məsəllər. 
Bunlar  məsəllərin  yaranmasının əsas  yollarıdır. Bütün hallarda  məsəllərin 
kökündə hansısa bir əhvalat durur ki, bu da onları səciyyələndirən əsas xüsusiy-
yətdir.  Bu  əhvalatı  bilmədikdə  məsəlin  mənasını  başa  düşmək  çox  zaman 
çətinləşir. Ona görə də bir məsəli çəkərkən mütləq onun əhvalatını danışırlar. 
Məsəlləri yayılma və işlənmə arealına görə iki qrupa bölmək olar: 
1. Ümumişlək məsəllər. Bunlara Azərbaycanın hər yerində işlənən məsəl-
lər  aiddir.  Hətta  Azərbaycan  sərhədlərini  aşıb  türk  dünyasının  başqa  bölgələ-
rində də işlənən ortaq məsəllər var. 
2. Azərbaycanın ayrı-ayrı bölgələrində işlənən məsəllər. Bu məsəllər geniş 
yayılmayıb  Azərbaycanın  ayrı-ayrı  bölgələrində  rayonlarında,  şəhər,  qəsəbə  və 
kəndlərində  işlənir.  Bu  da  həmin  məsəllərin  hansısa  bir  bölgədə  olmuş  olayla, 
əhvalatla bağlı yaranmasından irəli gəlir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə