Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə71/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   67   68   69   70   71   72   73   74   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     161 
 
 
kimi mif və mifologiya da lazımi səviyyədə tədqiq olunmamışdır. Məhz bir növ 
çatışmamazlıq  aspekti  problemin  öyrənilməsi  üçün  çox  vacibdir.  Elmi  ədəbiy-
yatın təhlili göstərir ki, mif,  mifologiya,  mifopoetikaya aid problemlər alimləri, 
filosofları həmişə narahat etmiş və narahat etməkdədir 
Zənnimizcə, bu gün  Azərbaycan ədəbiyyatşünaslığında  mifopoetikanı də-
rindən təhlil etmək üçün aşağıdakı vəzifələrə nəzər yetirmək lazımdır: 
– Mif, mifologizm, mifopoetika kateqoriyalarının elmi anlayış kimi forma-
laşmasının tarixini və öyrənilmə mərhələlərini izləmək; 
–  Azərbaycanda  elmi  və  tənqidi  ədəbiyyatda  mifologizm  problemlərinin 
öyrənilmə səviyyəsini təhlil etmək;  
–  Poetika  və  mifopoetika  anlayışlarının  qarşılıqlı  və  davamlı  olduğunu 
göstərmək; 
– Mifin əsas xüsusiyyətləri və bədii ədəbiyyatda müxtəlif forma və səviy-
yədə təzahürü məsələlərini izləmək; 
– Bədii mətndə mifopoetika hallarının folklor elementləri ilə fərqləndirmə 
yollarını araşdırmaq; 
– XX əsr Azərbaycan ədəbiyyatının özünəməxsuzluğu, özəlliyi və bu kon-
tekstdə  poeziyanın  inkişaf  mərhələrini  poetik  təhlil  nöqteyi-nəzərindən  araşdır-
maq.  
–  XX  əsr  Azərbaycan  şairlərinin  əsərlərində  folklor  nümunələrinin  bədii 
dərk edilməsini təhlil etmək; 
– XX əsr Azərbaycan poeziyasının strukturu və məzmununda mifik motiv-
lərə müraciətin səbəblərini, funksional əhəmiyyətini əsaslandırmaq; 
– Bədii əsərin mifopoetik özlüyünü təşkil edən arxetip elementlərin sxemi-
ni vermək. 
 Əgər bu qeyd olunan vəzifələr vəzifələr həyata kecirilsə, ədəbiyyatşünas-
lığımıza böyük töhfə verilər və aşağıdakı nəticələr əldə oluna bilər: 
1.  Miflərin  poetikasında  dünyanı  dərketməyin  bir  üsulu  olmasının  işlən-
məsi yolları araşdırılar; 
2. Mifologizm anlayışının elmi anlayış kimi əsaslarının işlənməsi dərəcəsi 
öyrənilər; 
3.  Mifopoetika  anlayışının  Azərbaycan  ədəbiyyatşünaslığında  işlənməsi 
dərəcəsi öyrənilər; 
4. Miflərin XX əsr Azərbaycan ədəbiyyatında elmi və tənqidi ədəbiyyatda 
struktur cəhətdən öyrənilməsi məsələləri araşdırılar; 
5.  Mifopoetikanın  poeziyada  janr  modifikasiyası  diapazonunun  genişlən-
məsinə təsir edən amillər göstərilər; 
6. Mifopoetikanın zaman və məkan kontinuumunun universallığı, bütövlü-
yü  məsələləri  araşdırılar.  Miflərdə  tez-tez  təkrar  olunan  zaman  kateqoriyasının 
çoxmənalı olmasının (“tarixi zaman”, “qayıtmaz zaman”,”qayıdan zaman” və s.) 
təzahürü və səbəbləri göstərilər; 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     162 
 
 
7.  Poetika  və  mifopoetika  anlayışlarının  qarşılıqlı  və  davamlı  olduğu  iz-
lənər; 
8. Dioxronik modelli miflərin təzahürü göstəriciləri araşdırılar; 
9. Azərbaycan ədəbiyyatında mifoloji eyniliklər və fərdiliklər iyerarxiyası 
göstərilər; 
10. Bədii əsərin mifopoetik özlüyünü təşkil edən arxetip elementlərin sxe-
mi işlənilər; 
11. İlkin mifoloji prototiplərin müasir ədəbiyyatımızda inkişafı məsələləri 
araşdırılar; 
12.  Mifoloji  mətnin  bilavasitə  əsərin  özündə  (eksplisit)  və  dini-mifoloji 
ənənələr vasitəsilə (implisit) struktur bölümü haqqında fikirlər yürüdülər; 
13.  XX  əsr  Azərbaycan  ədəbiyyatında  mifik  motivlərə  müraciətin  səbəb-
ləri araşdırılar; 
14.  Azərbaycan  şairlərinin  dünyanın  mifopoetik  modelinin  təkmilləşməsi 
və zənginləşməsi istiqamətində rolu işlənilər; 
15. Azərbaycan poeziyasında dünya ədəbiyyatının mifopoetik ənənələrinin 
təzahürü məsələləri araşdırılar. 
İşin  elmi  yeniliyi:  Tədqiqatda “mif”,  “miflogiya  və mifopoetika” termin-
lərinin dünya və Azərbaycan folklorşünaslığındakı epistemoloji hüdudları müəy-
yənləşdirilmiş,  Azərbaycan  ədəbiyyatşünaslığında  mifopoetikanın  təhlil  imkan-
larının əsas məqsədi və ondan irəli gələn vəzifələr müəyyənləşdirilmişdir. 
İşin  nəzəri  və  praktiki  əhəmiyyəti:  Məqalənin  nəzəri  əhəmiyyəti  ondan 
poetik  düşüncənin  mənşəyi,  ədəbiyyatın  kökləri,  mifopoetika  və  mifologiya  ilə 
bağlı yazılacaq tədqiqatlarda nəzəri qaynaq kimi istifadə imkanları, praktiki əhə-
miyyəti  isə  ali  məktəblərdə  “ədəbiyyat  və  folklor”,  “ədəbiyyat  və  mifologiya” 
mövzularının tədrisi zamanı praktiki vəsait kimi istifadə imkanları ilə müəyyən-
ləşir. 
 
ƏDƏBİYYAT
 
1.  Axиезер  A.С.  Мировоззрение.  Культура.  Интерпретация.  Культура  и 
мировоззрение, вып. 2.  Mосква, 1985
 
2.  Qafarlı  R.  Azərbaycanda  mifologiyanın  öyrənilməsi  /  www.  babh.  azeriblog. 
com.
 
3.  Qafarlı  R.  Mifologiyanın  ümumi-nəzəri  məsələləri  /  www.chanaq-
bulaq.blogfa.com. 02.03.04
 
4.  Qaliboğlu  E.  Türk  mifologiyası  mədəniyyətimizin  əsaslarını  təşkil  edir 
(S.Rzasoyla müsahibə) / www.dak.az. “Mədəniyyət” qəz., 04.12.09
 
5. Qolosovker Y.E. Mifin məntiqi. Bakı, Kitab aləmi, 2006
 
6. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, Yazıcı, 1983
 
7.  Rzasoy  S.  Mifologiya  və  folklor:  nəzəri-metodoloji  kontekst.  Bakı,  Nurlan, 
2008 
 
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     163 
 
 
Azərbaycan folklorundan yeni nümunələr 
 
 
MƏSƏL VAR, DEYƏRLƏR… 
 
Dilimiz çox zəngin və gözəldir, çünki xalqımız şirin və dadlı-duzlu danış-
mağı xoşlayır. Heç vaxt fikrini quru və çılpaq sözlərlə söyləmir. Həmişə çalışır 
ki, danışığı canlı olsun,  insan  hisslərinin, duyğularının ən dərin qatlarına  işləyə 
bilsin.  Xalq  yaxşı  bilir  ki,  quru,  cansız  sözlər  quru  palçıq  kimidir,  hara  vursan 
qayıdıb  üstünə  gələcək.  Sözün  yapışqanlığı  onun  şirinliyindədir.  Sözə  şirinlik 
verən isə atalar sözləri, məsəllər, hikmətli xalq deyimləri, idiomatik ifadələr, di-
gər  frazeoloji  birləşmələrdir.  Hərdən  mənə  elə  gəlir  ki,  heç  bir  xalqda  bizdəki 
qədər  zəngin  folklor  yoxdur.  Bunun  da  səbəbini,  hər  şeydən  öncə,  dilimizin 
atalar  sözləri,  məsəllər,  hikmətli  deyimlər,  idiomatik  ifadələr,  digər  frazeoloji 
birləşmələrlə zənginliyində görürəm. Məsələn, rus dilində  bu zənginlik  yoxdur. 
“Gözüm  səndən  su  içmir”  idiomatik  ifadəsinin  rus  dilində  qarşılığı  da  yoxdur. 
“Ağzı qatıq kəsmir”, “gününü göy əskiyə bükmək”, “ağzında şirə qalmaq”, “ağ-
zından  süd  iyi  gəlmək”,  “balabanda  qandırmaq”,  “qanına  yerikləmək”,  “qanına 
susamaq”  kimi  minlərlə  idiomatik  ifadələr  var  ki,  bunlar  xalqın  təfəkkürünün 
tarixin  hansı  dərin  qatlarından  süzülüb  durula-durula,  saflaşa-saflaşa  gəldiyini 
açıq-aydın göstərir. 
Mən  cəsarətlə  deyərdim  ki,  bu  zənginlik  dilimizin  qədimliyini  şərtləndi-
rən, təsdiqləyən təkzibolunmaz faktdır. Bu həqiqəti bilmək lazımdır ki, bir atalar 
sözünün, məsəlin, idiomatik ifadənin və s. yaranıb yaşamaq haqqı qazanması və 
xalqın  arasında  yayılması  üçün  yüzilliklər  o  qədər  də  uzun  vaxt  deyil.  Gəlin 
içində  yaşadığımız  iyirminci  yüzilliyi  götürək.  Bu  yüzillikdə  dilimizdə  çoxmu 
atalar  sözü,  frazeoloji  ifadə  yaranıb  yaşamaq  haqqı  qazanmış  olar?!  Məncə, 
onlar barmaqla sayıla bilər.  
Bir  çox  hallarda  xalqımızın  dilindən  eşitdiyimiz  atalar  sözü  və  digər  ifa-
dələri  qələm  adamları  təhrif  eləyirlər.  Xalq  “qaşın  üstə  qara  var”  deyir.  Bəzi 
qələm adamları başa düşmürlər ki, bu cür qəlibləşmiş frazeoloji ifadələr, idiom-
lar bütöv bir məcazdır. Ona görə həmin ifadəni yanlış olaraq “gözün üstdə qaşın 
var” şəklinə salırlar. Onda gəlin  “gözüm səndən su içmir”  idiomunu da “ağzım 
səndən su içmir” kimi ifadə eləyək. Və yaxud “anası gəzən ağacı balası budaq-
budaq  gəzər”  atalar  sözünü  götürək.  Xalq  bunu  belə  işlətmir,  çünki  bu  şəkildə 
həmin  atalar  sözü  çox  zəif,  sönük  səslənir,  dilimizin  şəhdini-şirəsini,  dadını-
duzunu itirir. Xalq “anası çıxan ağacı balası budaq-budaq gəzər” deyir. Görürsü-
nüzmü,  bircə  sözü  dəyişmək  ifadənin  salğarını-sanbalını  nə  qədər  azaltmışdır. 
Sonuncuda  fikir  daha  dolğun,  güclü  və  poetik  baxımdan  təsirlidir.  Ana  ağaca 
çıxır,  ancaq  gəzə  bilmir,  balası  isə  ondan  da  qoçaq  olub  həmin  ağacı  budaq-
budaq gəzir. Atalar sözünün gözəlliyi, mənasının dərinliyi də elə bundadır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə