Dədə Qorqud ● 2015/I I 152
O, xanla görüşüb bacısı Pəriyə elçilik edir. Vəzirin etirazına baxmayaraq, qızın
razılığını alır və onunla kəbin kəsidirir. Batmanqılınc Məhəmməd xan Abbası öz
yerinə təyin edib səfərə çıxır, söz verir ki, qayıdanda onların toyların edəcək. Bu
yandan Şah Abbas Gülgəz Pərinin gözəlliyindən xəbər tutur, qızı zorla saraya
apartdırır. Abbas nişanlısının arxasınca İsfahana yollanır, yolda şahın adamları
onu Xoca Yaqub quyusuna salır. Abbas ağası Şahi Mərdan Əlinin köməyilə xi-
las olur, Xızırın tərkində uzun yolu qısa vaxtda qət edib şahın hüzuruna gəlir. Bu
dəfə də şah onu zəhər quyusuna atdırır. Yenə ağasının köməyilə xilas olan Ab-
bas şahın bir çox sınaqlarından keçərək sevgilisini geri alıb Tufarqana qayıdır.
“Əsas versiya” adı verdiyimiz versiyanın doqquz variantı əlimizin altın-
dadır. Bu variantlar aşağıdakılardan ibarətdir:
I variant 1965-1968-ci illərdə nəşr olunmuş beş cildlik “Azərbaycan das-
tanları”nın ikinci cildində nəşr edilib [3, səh.113-174]. Həmin cild M.Təhmasib
və Ə.Axundov tərəfindən tərtib olunub. Sözü gedən nəşrdə dastanın toplayıcısı
haqqında məlumat verilmir. Tərtibçilərin verdiyi məlumata görə, variant Gəncə
şəhərində yaşayan Aşıq Qara Mövlayevdən yazıya alınmışdır. Həmin variant
sonralar “Azərbaycan məhəbbət dastanları” [9, səh. 261-308], “Azərbaycan
folkloru külliyatı” [7, səh. 121-186] kitablarında da nəşr edilmişdir. Bu variant
əlli altı şeirdən ibarətdir. Şeirlərdən qırx yeddisi qoşma, doqquzu gəraylıdır.
II variant İ.Abbaslı, B.Abdulla tərəfindən 2004-cü ildə tərtib olunan
“Azərbaycan dastanları” kitabında nəşr edilib [4, səh. 265-308]. Nəşrdə dastanın
toplayıcısı və söyləyəni göstərilməyib. Bu mətndə əlli iki şeir parçası verilib.
Bunlardan qırx biri qoşma, doqquzu gəraylı, biri cığalı təcnisdir. Bu variantda
birinci variantın bir çox uyğunluqlarını nəzərə alıb onun birinci variant əsasında
tərtib edildiyini güman etmək olar.
III variant “Azərbaycan folkloru külliyatı”nın 30-cu cildində verilib [6,
səh. 69-169]. Bu mətn Elxan Məmmədli tərəfindən Gürcüstan Respublikasının
Qardabani rayonunun Kosalı kənd sakini Aslan Kosalıdan 1989-cu ildə yazıya
alınıb. Mətndə doxsan şeir özünə yer tapır. Bunlar arasında yetmiş iki qoşma, bir
təcnis, bir cığalı təcnis, on dörd gəraylı, bir on beş hecalı və bir on altı hecalı şeir
var. Bu variantın bir mətni Folklor İnstitutunun arxivində “Mündəricat. 26-7-95,
2m/v, 50e” şifrəli qovluqda saxlanılır. Qovluğun üz qabığında mətnin Bünyad
Səməd oğlu Hüseynov və Elxan Məmmədli tərəfindən 1989-cu ilin dekabr
ayında yazıya alındığı qeyd olunur.
IV variant. “Əsas versiya”nın başqa bir variantı Aşıq Şevki Halıcıdan
1998-ci ilin noyabrında toplanıb. Mətn Fikret Türkmen və prof. dr. Mustafa
Cemiloğlu tərəfindən yazıya alınıb. Türkiyənin İzmit Körfəz İlçəsində yaşayan
bu aşığın ailəsi Tiflis bölgəsindən Türkiyənin Qars ərazisinə köç etmişdir. Bu
variant Ankarada nəşr olunan “Aşık Şevki Halıcıdan derlenen Halk Hikayeleri”
kitabında nəşr edilib [2, səh. 85-194]. Bu variantın nəzm hissəsi əlli səkkiz şeir-
dən ibarətdir. Bunlar arasında qırx beş
qoşma, səkkiz gəraylı, bir müxəmməs,
Dədə Qorqud ● 2015/I I 153
bir cığalı təcnis, iki bayatı, bir on beşlik yer almışdır. Bunlardan əlavə, qoşma-
lardan ikisində bəndlərin arasında bayatı da verilmişdir.
V
variant. “Əsas versiya”nın variantlarından ikisi Güney Azərbaycandan
toplanıb. Bunlardan biri “Tufarqan rəvayətində” başlığı ilə Bəhlul Abdullayevin
“Arazam, Kürə bəndəm” kitabında yer alıb [1, səh.123-156]. Kitabın “qeyd” böl-
məsində göstərilir ki, bu dastan “Varlıq” jurnalından (1979-V,VII və 1980-I, II
sayları) götürülüb, Abbas Məhyar tərəfindən 100 yaşlı Səməd Həkimidən topla-
nıb. Bu variantın əlli üç şeiri var. Bunların qırx dördü qoşma, doqquzu gəraylıdır.
VI variant Nabi Kobotarian 1990-cı ildə Təbriz aşığı Hasan Qaffaridən
toplamış və internet səhifəsində yerləşdirmişdir (www.turuz.com). Bu variant
bizim tərəfimizdən internet səhifəsindən yazıya alınıb. Bu variantın əlli doqquz
şeir parçası var: qırx qoşma, on altı gəraylı, bir müxəmməs, Yer və Göy merac-
namələri. Qeyd edək ki, Aşıq Hasan Qaffarinin davamçılarından biri olan Aşıq
Ələsgərdən bu variantın qısa məzmununu əldə etmişik, burada bir sıra fərqli
məqamlar özünü göstərir.
VII variant Tovuz bölgəsindən Aşıq Mahmud Qasımoğlunun ifasındadır.
Bu ifa 2000-ci ildə yeddi gecəlik film şəklində çəklimiş və internet səhifəsində
(www.youtube.com) yerləşdirilmişdir. Mətn bizim tərəfimizdən internet səhifə-
sindən köçürülmüşdür. Bu variantın (əlimizdə olan hissələrdə) əlli səkkiz şeir
parçası var. Bunlar arasında qırx beş qoşma, on üç gəraylı var.
VIII variant 972-ci invertar nömrəsilə Folklor İnstitutunun arxivində sax-
lanılır. Mətn 104 səhifədən ibarətdir. Mətnin toplayıcısı və söyləyicisi haqqında
məlumat yoxdur. Ehtimal olunur ki, bu material hansısa bir kitabın 226-335-ci
səhifələrinin surətidir. Çünki burada “Tufarqanlı Abbasnan Gülgəz Pəri” adı ilə
verilmiş mətndən əvvəl başqa bir dastanın duvaqqapması, sonra isə “Qurbani”
dastanının mətninin ilk səhifəsi (ilk iki ustadnamə) verilib. Bu variant variantlar
içərisində həcmcə ən genişidir. Bu mətnin nəzm hissəsi yüz on iki şeirdən
ibarətdir. Bu şeirlərdən doxsanı qoşma, iyirmisi gəraylı, ikisi müxəmməsdir.
IX variant iki cildlik “Azərbaycan xalq dastanları”nın 1-ci cildində nəşr
edilib [8, səh. 199-274]. Bu variantın toplayıcısı və söyləyicisi verilmir. Həmin
variantın əlyazması Folklor İnstitutunun arxivində saxlanılır. Bu əlyazma Ə.
Axundova aiddir. O, bu variantın 1961-ci ildə “Azərbaycan xalq dastanları”nın
1-ci cildində nəşr edildiyini həmin əlyazmada qeyd edir. Sözü gedən variant
sonrakı dövrlərdə də nəşr olunmuşdur [11, səh. 387-466]. Variantda yetmiş üçü
qoşma, iyirmi dördü gəraylı, biri cığalı təcnis olmaqla, cəmi doxsan səkkiz şeir
parçası yer alır.
Bunlarla yanaşı, M.Təhmasib “Azərbaycan xalq dastanları” kitabında das-
tanın yeddi variantının əldə olduğunu qeyd edir [13, səh. 263]. Həmin variantları
əldə etmək mümkün olmadı.
1965-1968-ci illərdə nəşr olunmuş beş cildlik “Azərbaycan dastanları”nın
ikinci cildində “Abbas-Gülgəz” dastanının nəşrinin qeydlər hissəsində müxtəlif
Dostları ilə paylaş: |