Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə63/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     142 
 
 
bəһrələnməyə qədər bir çox məsələni əһatə edir. M.F.Axundovun böyük rus şai-
ri  A.S.Puşkinə  һəsr  etdiyi  məşһur  əsərinin  –  “A.S.Puşkinin  ölümünə  Şərq  poe-
ması”nın xalqımızın yaratdığı bədii nümunələrlə – əfsanə, rəvayət və dastanlarla 
əlaqəsindən bəһs olunan səһifələr müəllifin şifahi xalq yaradıcılığına – folklora 
nə qədər sıx bağlı olduğunu əyani şəkildə göstərir.(7, s.216-219) 
XIX əsrin sonları - XX əsrin əvvəllərində ayrı-ayrı şairlərimizin yaradıcılı-
ğında xalq ədəbiyyatından istifadə baxımından fərqlənən xüsusiyyətlər daһa qa-
barıq, daha aydın şəkildə nəzərə çarpmağa başladı. Belə ki, A.Bakıxanovda qə-
dim rəvayətlər, əfsanələr, M.F.Axundovda  forma  və  məzmun  vəһdətinə  əsasla-
nan  folklor  nümunələri,  M.Ş.Vazeһdə  atalar  sözləri  və  zərbi-məsəllər  müһüm 
yer  tuturdu.  Q.Zakirdə  isə  aşıq  şeiri,  satira-yumor  məzmunlu  xalq  ədəbiyyatı, 
S.Ə.Şirvanidə  bunların  һamısından  artıq  növbənöv  folklor  nümunələri,  Sabir 
ədəbi  məktəbinə daxil olan şairlərdə dil, üslub,  məsxərə, H.Caviddə, A.Səһһət-
də,  M.Hadidə,  A.Şaiqdə  müdriklik,  bayatılar,  idiomlar  güclü  təsir  qüvvəsi  ilə 
fərqlənir və yadda qalır. 
Satirik şeirin meydana çıxması, inkişafı və böyük zirvələrə yüksəlməsində 
folklorun  misilsiz bir  məxəz olması da geniş şəkildə özünə yer almağa başladı. 
XX əsrdə yaşamış şairlərimizin yaradıcılığında bir-birini tamamlayan, bir sistem 
təşkil  edən  poetik  xüsusiyyətlər  xüsusilə  diqqəti  cəlb  edir.Bu  sadalanan  məsə-
lələr  XIX-XX  əsrlər  Azərbaycan  poeziyasında  şifaһi  ədəbiyyatdan,  onun  ayrı-
ayrı  janrlarından  istifadə  yollarını  açıb  göstərir.  Şairlərin  folklordan  bəhrələn-
məsi, onların qarşılıqlı şəkildə əlaqəsi bu dövrün başlıca xüsusiyyətlərindən he-
sab edilir.  
XIX  əsrin  sonlarından  və  XX  əsrin  əvvəllərindən  başlayaraq  M.Hadi  (8) 
A.Səһһət  (9),  Ə.Cavad  (10),  H.Cavid  (11)  kimi  ədiblərin  poetik  düşüncəsində 
folklorizm  əhəmiyyətli  yer  alsa  da,  otuzuncu  illərin  sonlarına  yaxın  başlayan 
repressiyalar,  təqiblər  sonrakı  yazarlar  arasında  xeyli  müddət  bir  qorxu  hissi 
yaratdı. Bu dövrdə yaranan əsərlərdə ya folklor nümunələrindən istifadə edilmir, 
yaxud  da  bu  istifadə  o  qədər  sönük olurdu  ki,  nəzər-diqqəti  cəlb  etmirdi.  Ədə-
biyyatşünaslar  belə  hesab  edirlər  ki,  təqribən  iyirmi  illik  bir  müddət  ərzində 
Azərbaycan  sovet  ədəbiyyatı  əsasən  kolxoz  quruculuğu,  kollektivləşmə,  sovet 
əxlaqının tərənnümü və müharibə mövzusunun gündəmdə saxlanılması ilə məş-
ğul olmuşdur. Hətta, əllinci  illərdə Stalin şəxsiyyətə pərəstliyinin  meydana çıx-
masından sonra ədəbi üfiqlərdə bir ilıq nəsimin dolaşmasına baxmayaraq, qorxu 
xofu hələ də, insanların, xüsusilə də, ziyalıların canından çıxmamışdı.  
Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini nəzərdən keçirdikdə mil-
li-mənəvi  dəyərlərimizin,  digər  tərəfədən  isə  Azərbaycanın  ictimai-siyasi  həya-
tında baş verən dəyişikliklərin bütün təzad və ziddiyyətləri, ağrı-acıları ilə birlik-
də də ədəbiyyatda əks olunduğunun şahidi oluruq. Xüsusən XX əsr Azərbaycan 
ədəbiyyatında  folklorizm  özünü  mütəşəkkil  formada,  yeni  məzmunda  göstər-
məyə başladı. S.Vurğun (12), M.Müşfiq (13), M.Rahim (14), B.Vahabzadə (15), 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     143 
 
 
M.Araz (16) və başqaları öz əsərlərində foklordan geniş istifadə edir və ədəbiy-
yata yeni məzmun və məna gətirirdilər. 
Səməd Vurğun Sovet senzurasının xalqların milli ədəbiyyatı qarşısına çək-
diyi "tikanlı sərhəd məftilləri"ni doğrayaraq, özünə cığır açaraq bu sərhədi keç-
miş  və  xalqının  taleyinin  acı  tarixini  bəzən  öz  dilində,  bəzən  obrazının  dilində 
nəzmə  çəkmişdir.  Səməd  Vurğun  üçün  dolğun  həyat  fəlsəfəsi  xalqla,  onun  fol-
klorunun  vəhdətindən  doğurdu.  Şairin,  sənətkarın  da  ölməzliyi,  böyüklüyü  elə 
ondadır ki, o yazmış olduğu əsərləri həm dövrün ruhuna uyğun yazmalı, həm də 
zamanın dəyişkən axarında onların yaşamağını təmin etməli idi. Səməd Vurğun 
1934-cü  ildə  yazdığı  "Azərbaycan"  şeiri  iləxalqa  özünün  zəmanə  ruhlu  şair  ol-
duğunu,  düşüncə  və  təfəkkürü  dərin  olan  oxucuya,  gələcək  tədqiqatçılara  isə 
bəşəri duyğulu əsl sənətkar şair olduğunu göstərmişdir. "Azərbaycan" şeiri yur-
dumuzun  poetik  tərənnümünə  çevrilən  əvəzsiz  bir  bədii  nümunədir.  Müəllifin 
"Azərbaycan"  şeirini  milyonlarla  adam  əzbər  bilir.  Şeir  hər  bir  dövrün  ruhuna 
uyğun gəlir. Bu şeirdə şair sadə xalq dilində Azərbaycanın tarixən türklərə məx-
sus  olmasından,  Şimali  Azərbaycanla  Cənubi  Azərbaycanın  yaralı  yeri  olan  iki 
yerə parçalanmadan sətiraltı şəkildə belə bəhs edir:  
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam məskənimsən, 
Demək, doğma vətənimsən, 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! (12, s.176) 
Belə ki, şeirin ilk üç sətirdə şair Azərbaycan ərazisində mövcud olmuş ta-
rixi dövlət və imperiyaların mövcudluğu zamanı bu ərazilərin Azərbaycan türk-
lərinə  aid  olduğunu  bildirərək  "Demək,  doğma  vətənimsən"  yazmışdır.  Bəndin 
sonrakı  iki  misrasında  şair  buradakı  qədim  toponimlərin  məhz  türklərə  aid  ol-
duğunun təsdiqinə eyham vuraraq "Ayrılarmı könül candan?" yazır və Azərbay-
canın ayrılığına rəğmən Azərbaycan adını iki dəfə çəkir.  
S.Vurğunun «Aslan qayası», «Qız qayası», M.Rahimin «Arzu qız», «Qırx 
qız»,  M.Müşfiqin  «Çoban»,  «Sındırılan  saz»  əsərləri  də  XX  əsr  Azərbaycan 
poeziya-sında folklorizmin təzahür etdiyi əsərlərdəndir. Bu poemalarda mühüm 
cəhətlərdən  biri  xalqın  keçmiş  acınacaqlı  həyatından  səhnələri  qələmə  almaq 
olmuşdur.  Deməli,  bu  əfsanələrə  müraciət  sadəcə  xalq  ədəbiyyatından  qidalan-
maqla əlaqədar olmamışdır. Hər bir sənətkar ondan öz məqsədi üçün istifadə et-
miş, yaşadığı dövrün, zamanın hadisələri ilə bağlamışdır. 
S.Vurğun şeirlərində, poemalarında, dram əsərlərində, bir sıra çıxış və mə-
ruzələrində bayatılardan istifadə etmişdir. Məsələn, «Bəsti» poemasında şair bir-
dən  ricətə  çıxır,  Azərbaycan  qadınlığının  keçmişinə  ekskurs  edir  və  yeri  düşən 
kimi xalq bayatısını əsərinə salır: 
Ac qaldığın yaman gün, 
Ürək sinəndə sürgün. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə