Dədə Qorqud ● 2015/I I 147
xan” dastanında bu xalq qəhrəmanının parlaq bədii obrazı yaranmış, onun igid-
likləri ilə bağlı nəğmələr xalqın dilinin əzbərinə çevrilmişdir. Bu dastan özünün
güclü folklorizmi ilə diqqəti cəlb etdi. Aşıq Hüseyn Cavanın “Səttar xan” dasta-
nında xalq ruhu güclüdür. Burada Səttar xan qəhrəmanlığınadan daha çox onu
yetirən mühit, bu mühitdəki adət-ənənələr, qəhrəmanın uşaqlıq və gənclik illəri,
mübarizələrə qoşulması, şahla qarşıdurması, ona əyilməməsi və yeni bir əzmlə
mübarizələrə başlaması ustalıqla təsvir edilmişdir (10, s.24).
XX əsrin tanınmış şairlərindən olan və müasir Azərbaycan poeziyasının ən
oxunaqlı, çox sevilən şairlərindən olan Məmməd Arazın yaradıcılığı rəngarəng
və təkrarsızdır. M.Araz poeziyasının bu qədər şirinliyi, və ecazkar qüvvəyə ma-
lik olması, ilk növbədə, duyduğu, yaşadığı gözəlliklərin xalq ilə təmasından qay-
naqlanmış, xalq yaradıcılığı süzgəcindən keçərək ələnmiş, arıdılmış duyğu dü-
zümündə təqdim edilməsi ilə bağlıdır. Heç şübhəsiz ki, xalqın içindən çıxan,
onun kəndlisi, çobanı, maldarı ilə oturub-duran, nənələrin şirin nağılları ilə yu-
xuya gedən, xoruz banı ilə yuxudan qalxan, ciyərlərinə tərtəmiz dağ havasını çə-
kən bir insanın duyum və düşüncə tərzi belə təmiz və aydın ola bilər. Məhz
Məmməd Araz da doğulduğu Sahbuz rayonunun Nurs kəndində belə bir gözəl-
liklərin əhatəsində böyüdü, eşitdiyi nağıl və dastanlara, əfsanələrə, ağılara,
bayatılara, atalar sözləri və zərb-məsəllərə heyran-heyran qulaq asdı,hafizəsində
hifz etdi və yeri gəldikcə öz yaradıcılığında da məharətlə işlətdi (16, s. 9).
Azərbaycan yazılı ədəbiyyatında Nizami Gəncəvidən, Füzulidən. Vaqif-
dən bu günə qədər elə bir yazıçı, elə bir şair yoxdur ki, xalq yaradıcılığından
faydalanmasın. Məmməd Araz da təbii ki, xalq yaradıcılığından bütün əsərlərin-
də bu və ya digər şəkildə yararlanmışdır. Ancaq şairi sələflərindən fərqli olaraq
əsərlərində folklorizmlərdən sadəcə müstəqim şəkildə detyil, həm daxili element
kimi istifadə etməsidir. Başqa sözlə M.Araz folklorda olan fikri yeni deyim tərzi
ilə ortaya qoyur, şirinləşdirir, xalqdan aldığını yenidən xalqa qaytarırdı. Məsə-
lən, xalq deyimlərində “Könül sevən göyçək olar” ifadəsini şair bir şeirində bu
şəkildə dəyişmişdir:
Könül sevdiyini sevəsən gərək,
Kiçik bir şeir də könül varıdır.
Bu axşam bayırda at çapan külək
Sanki xəyalımın qanadlarıdır (22, s.50).
Təbii ki, Azərbaycan poeziyası və folklorun qarşılıqlı əlaqələri şeirimizi
təkcə məzmunca tamamlamayıb, eyni zamanda ona yeni mündəricə verib, etik
və estetik cəhətdən onu daha da zənginləşdirmişdir.
Məmməd Araz nağıl, əfsanə, lətifə və s. əsərlərində gen-bol istifadə edən
şairdir. Məsələn, onun “Yeddi bulaq əfsanəsi”ndən yaradıcılıqla necə istifadə et-
diyinə diqqət edək:
Üzərində dayandığım,
Su içdiyim yeddi bulaq,
Dədə Qorqud ● 2015/I I 148
Deyirlər ki, yeddi qızın,
Göz yaşından yaranmış, ah.(23, s.39)
M.Arazın folklorizmdən yaradıcılıqla istifə etdiyi əsərlərdən biri də “Altı
qızın biri Pəri...” şeiridir. Lirik qəhrəman ilk dəfə gördüyü, arxasınca at çapdığı,
ancaq yarı yolda itirdiyi altı qızın biri Pəri özgəsinə qismət olmuş, illər keçmiş
Pəri də dəyişmişdir.
Bir gün gördüm Pəri sınıb,
Suyu sovuq, pəri sınıq...
Kimsə deyir:
Altı qızın biri Pəri,
Heyif, onu atıb əri...(24, s.111)
Göründüyü kimi, XIX-XX əsrlər Azərbaycan poeziyasında folklorizmin
təzahür formaları müxtəlif olmuşdur. Deməli, folklorizm bu dövrün müxtəlif
mərhələlərini əhatə edən, bədii düşüncənin görünən və görünməyən qatlarında,
mətnaltı düşüncədə, eləcə də dünyagörüşündə müxtəlif şəkillərdə əks oluna bilir.
Folklorizmlər müxtəlif zaman kəsimində bir və yaxud bir neçə yazıçının yaradı-
cılığında deyil, ümumilikdə poeziyada folklorizmin ümumi yüksəlişi üçün mün-
bit şəraitin yarandığı zaman kəsimində meydana çıxır və belə nümunələrdə sə-
ciyyəvi faktor kimi nəzərə çarpır.
İşin elmi yeniliyi. XIX-XX əsrlər Azərbaycan poeziyasında folklorizmin
təzahür formaları daha geniş vüsət almağa başladı. Bu dövr Azərbaycan poezi-
yasında mövcud olan folklorizmlərin, folklor süjetlərinin ayrı-ayrı nümunələr
əsasında ətraflı şəkildə öyrənilməsi məqalənin başlıca elmi yeniliyidir.
Tətbiqi əhəmiyyəti. Məqalədən XIX-XX əsrlər Azərbaycan poeziyasında
yazılı ədəbiyyat və folklorun əlaqəsi ilə məşğul olan, bu sahədə tədqiqatlar apa-
ran alimlər, mütəxəssislər, ali məktəb tələbələri istifadə edə bilərlər.
ƏDƏBİYYAT
1. Zakir Q. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, 400 s.
2. Vazeh M.Ş. Nəğmələr. Bakı, Şərq-Qərb, 2004, 96 səh.
3. Şirvani S.Ə. Əsərləri. Üç cilddə. I cild, Bakı, Avrasiya Press, 2005, 400 s.
4. Sabir M.Ə. Hophopnamə. İki cilddə. I cild. Bakı, ŞərqQərb, 2004, 480 səh.
5. Nəzmi Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2006, 544 səh.
6. Möcüz M. Ə. Seçilmiş əsərləri. Tərt. Q. Məmmədli. Bakı, Avrasiya Press,
2006, 216 s.
7. Axundzadə M. F. Əsərləri. Üç cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005, 296 səh.
8. Hadi M. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2005, 464 səh.
9. Səhhət A. Seçilmiş əsərləri. Bakı, Lider nəşriyyat, 2005, 456 səh.
10. Cavad Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2005, 295 s.
11. Cavid H. Əsərləri. Beş cilddə. I cild. Bakı, Lider nəşriyyat, 2005, 256 səh.
12. Vurgun S. Seçilmiş əsərləri. Bes cilddə. I cild. Bakı, Sərq-Qərb, 2005, 264 səh.
13. Müşfiq M. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2004, 352 səh.
Dostları ilə paylaş: |