Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə81/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   74   75   76   77   78   79   80   81   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     191 
 
 
başqa  şəxs  vücudunda  görünmək,  tamam  başqa  ad  altında  tanınmaqdır.  Bu  cür 
başqalaşmanın folklordakı mahiyyətini anlamaqda sehrli qüvvələrin dondan-do-
na,  cilddən-cildə  girmək  möcüzəsini  bu  kitabda  nəzərdən  keçirmək  müəllifin 
əsas  məqsədlərindən  biri  olub.  Muxtar  Kazımoğlu  müxtəlif  folklor  janrlarında, 
xüsusən nağıl, dastan, lətifə və s. kimi epik janrlarda “ciddi” və komik yöndəki 
ikiləşmənin  folklordakı  mahiyyəti,  mifoloji  kökləri  və  təzahür  formalarını  elmi 
tədqiqatın predmetinə çevirib. 
Muxtar Kazımoğlunun 2012-ci ildə nəşr olunan “Epos. Nəsr. Problemlər” 
kitabına  müəllifin  müxtəlif  illərdə  həm  ayrı-ayrılıqda  epos  və  nəsr  probleminə, 
həm də epos və nəsrin qarşılıqlı  əlaqələrinə həsr olunmuş  məqalələri daxil edi-
lib. Kitabda epos və nəsrin aktual, həlli vacib olan bir sıra vacib problemlərə to-
xunulur. Burada həmçinin müasir Azərbaycan nəsrində özünü göstərən, təzahür 
edən, mifologiyadan və folklordan gələn modellərdən də bəhs edilir. 
Kitabın birinci fəslində Muxtar Kazımoğlu “Dədə Qorqud” eposunda “gü-
lüş kultu”ndan bəhs edərək yazır: “Doğuluş simvolu olan, magik mahiyyət daşı-
yan gülüş, kult səviyyəsinə qaldırılır və bu kultun izləri “Dədə Qorqud” eposun-
da  da  özünü  göstərir.  Təsadüfi  deyil  ki,  Qorqud  Ata  kimi  bir  övliya  eposun 
“Bamsı  Beyrək”  boyunda  müəyyən  qədər  komik  biçimdə  təqdim  edilir...  Həm 
“Müqəddimə”də”,  həm  də  eposun  ayrı-ayrı  boylarında  “ciddi”  və  gülməlinin 
paralelliyi ilə qarşılaşırıq. “Müqəddimə”də” ozanın “Fatimə soyu” na aid etdiyi 
qadınlar “ciddi”nin, qarınqulu və gəzərti saydığı qadınlar isə gülməlinin təmsil-
çisidir. Xatırladaq ki, "ciddi"  və gülməli paralelliyi  folklorun təməl  xüsusiyyət-
lərindən biridir. Kökü əkizlər mifinə gedib çıxan bu paralelliyin folklorda hökm-
dar və yalançı hökmdar, pəhləvan və yalançı pəhləvan, adaxlı və yalançı adaxlı 
və s. kimi nümunələri var. Adaxlı və yalançı adaxlı paraleli "Dədə Qorqud" epo-
sunun  "Bamsı  Beyrək"  boyunda  özünü  daha  qabarıq  şəkildə  göstərir”.  Burada 
Muxtar  Kazımoğlu  bir  sıra  təhlillər,  müqayisələr  və  paralellər  aparır  və  bu 
nəticəyə  gəlir  ki,  “ciddi”  və  gülməlinin  paralelliyi  şifahi  xalq  ədəbiyyatının  tə-
məl  xüsusiyyətlərindən  biridir.  Müəllif  kökü  əkizlər  mifinə  gedib  çıxan  bu 
paralelliyin  folklorda hökmdar  və  yalançı  hökmdar, pəhləvan  və  yalançı pəhlə-
van, adaxlı və yalançı adaxlı və s. kimi nümunələrini misal gətirir.  
Müəllif qeyd edir ki, folklorda qəhrəmanın müsbət əvəzedicisi kimi, mənfi 
əvəzedicisi də mənşəcə əkizlər mifinə gedib çıxır. Mifoloji təsəvvürə görə, əkiz-
lər arasında qarşılıqlı rəğbət və məhəbbət olduğu kimi, rəqabət və ədavət də ola 
bilər.  Əkizlər  arasında  rəqabət  ana  bətnindəcə  başlayır.  Onlar  doğuluş  anında 
kimin  birinci olması,  başqa sözlə, kimin  yaşca böyük olması üstündə  mübahisə 
edirlər. Deməli, bir-birinə rəqib olan əkizlər ayrı-ayrılıqda xeyirin və şərin təm-
silçisinə çevrilirlər. Bunu nəzərə alıb tədqiqatçıların bir çoxu əkizlər mifini dua-
list dünyagörüşlə əlaqələndirirlər. 
Müəllif  yalançı  qəhrəman  problemini  ətraflı  təhlil  edir  və  sonda  bu  qə-
naətə gəlir: “Fikrimizcə, nağıl və dastanlarda rast gəldiyimiz qəhrəman və yalan-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     192 
 
 
çı qəhrəman münasibətləri əkizlər mifində bir-biri ilə rəqabətdə olan qardaşların 
özünəməxsus  münasibətinin  törəməsi  və  davamıdır.  Əkizlər  mifində  qardaşlar-
dan biri müsbət planda təqdim edilib diqqət mərkəzində dayandığı kimi, nağıl və 
dastanlarda da baş qəhrəman yalançı qəhrəmanla müqayisədə qeyri-adi xüsusiy-
yətləri ilə daha çox seçilir və hadisələrin inkişafında aparıcı fiqura çevrilir”. 
“Koroğlu”  eposundan  bəhs  edəndə  Muxtar  Kazımoğlu  yazır  ki,  bu  epos 
quruluş və kompozisiya baxımından ”Dədə Qorqud” eposu kimi qurulduğundan 
ayrı-ayrı qollarda baş verən hadisələrin  inkişafındakı qeyri-ardıcıllıq “Koroğlu” 
eposunda da  müşahidə olunmalıdır. Yəni  bir-biri  ilə ziddiyyət  yaradan  məqam-
lar,  məntiqə  görə,  ”Koroğlu”  qollarında  da  özünü  göstərməlidir.  Müəllif  bunu 
sübut  etmək  üçün  ”Koroğlu”  eposunun  Hümmət  Əlizadə  və  Məmmədhüseyn 
Təhmasib nəşrlərinə müraciət edir və bu fikrini tutarlı faktlarla əsaslandırır. 
Muxtar  Kazımoğlunun  ədəbi  aləmdə  marağa  səbəb  olan  əsərlərindən  biri 
2013-cü ildə nəşr olunan “Portretlər” kitabıdır. Kitab iki hissədən ibarətdir: 
1. Yazıçılar. 
2. Ədəbiyyatşünaslar. 
Kitabın “Yazıçılar” bölməsində Molla Pənah Vaqifə həsr olunmuş “Zövqü 
səfa şairin tənhalığı”, Hüseyn Cavidə həsr edilən “Hüseyn Cavid və mifoloji dü-
şüncə”, Cəlil Məmmədquluzadəyə həsr edilən “Cəlil Məmmədquluzadə və xalq 
gülüş mədəniyyəti” məqalələri yer alıb. 
Kitabın  “Ədəbiyyatşünaslar”  bölməsində  isə  Məmməd  Cəfərə  həsr  olun-
muş  “Dünənin,  bu  günün  və  sabahın  ədəbiyyatşünası”,  İsa  Həbibbəylidən  bəhs 
edən  “Elmi  düşüncədə  və  ictimai  fəaliyyətdə  genişlik”,  Nizami  Cəfərova  həsr 
edilən  “Cavabdehlik”,  Qəzənfər  Paşayevə  həsr  edilən  “Kərkük  sevdası”  və 
Kamran Əliyevə həsr edilən “Mətnlərdən ciddi mətləblərə doğru” sərlövhəli el-
mi məqalələr daxil edilib. 
“Portretlər” kitabında Muxtar Kazımoğlu ideya-estetik məfkurəsi baxımın-
dan  bir-birindən  müəyyən  qədər  fərqlənən  ədəbi  və  elmi  simalardan  bəhs  edir. 
Ancaq müəllif bu şəxsiyyətlərin hamısını vahid Azərbaycan ədəbiyyatı və mədə-
niyyəti kontekstində birləşdirməyi bacarır. 
Bu bahar – 2015-cı il may ayının 28-də cəfakeş elm adamı, yorulmaz fol-
klor tədqiqatçısı  və  nəhayət, insanlara təmənnasız  yaxşılıq etməyi  bacaran, elə-
diyi yaxşılıqları heç vaxt başa qaxmayan Muxtar Kazımoğlunun 60 yaşı tamam 
oldu. O, ömrünün 61-ci baharına qədəm qoydu. Ancaq Muxtar Kazımoğlu üçün 
bu  bahar,  çox  təəssüf  ki,  bir  faciə  ilə  –  oğlu  Toğrulun  vaxtsız  vəfatı  ilə  yadda 
qaldı.  Muxtar  müəllim  ailəsinə  üz  vermiş  ağır  faciəyə  görə  yubiley  keçirmədi. 
Dostu  Kamran  Əliyev  demiş,  yaxınları,  dost-tanışları  onun  haqqında  müxtəlif 
yazılar yazdılar. Mən bu barədə elə Kamran müəllimdən təsadüfən xəbər tutdum 
və fikrimdən Muxtar müəllim haqqında yazı yazmaq keçdi və yazdım...  
Sözardı:  Hörmətli  Muxtar  müəllim,  oğlunuz  Toğrulun  vəfatı  ilə  əlaqədar 
bir yazı yazmaq, bir növ Sizə təsəlli ola biləcək sözlər demək istədim. Lakin ya-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə