Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə76/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     175 
 
 
Qardaş türk folkorundan 
 
QARS TÜRKÜLƏRİ 
  
 Qars Türkiyənin şimal-şərqində yerləşir. 23 böyük məhəllə və 70 kənddən 
ibarət olan şəhərin əhalisinin sayı 129458 nəfərdir
2
. Müxtəlif etnik qrupların ya-
şadığı  bu  bölgədə  zəngin  mədəniyyətə,  etnoqrafiyaya  rast  gəlmək  mümkündür. 
Qeyd edək ki, Qars Baqrationi krallığının
3
 və Cənub-qərbi Qafqaz Hökümətinin 
paytaxtı olmuşdur.  
18 noyabr 1877-ci ildə erməni könüllü silahlı dəstələri və yerli ermənilərin 
fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla 
xəlvətcə Qarsa daxil olmuş, səhər erkən qala alınmışdı
4
. 1921-ci ildə imzalanan 
Qars  müqaviləsi  ilə  Türkiyənin  şərqindəki  sərhədləri  müəyyənləşmiş  və  bu 
bölgədə erməni problemi bununla da həll olunmuşdur. 
1992-ci  ildən  isə  şəhərdə  Qafqaz  Universitetinin  açılması  şəhərə  müsbət 
mənada  təsir  göstərmiş,  şəhər  sürətlə  inkişaf  etmişdir.  2004-cü  ildən  etibarən 
şəhərdə Azərbaycan Konsulluğu fəaliyyət göstərir. 
Qars  şimaldan  Susuz,  Arpaçay  və  Akyaka  ilə,  şərqdən  Ermənistanla,  cə-
nubdan Diqor və Kağızmanla, qərbdən isə Ərzurumla həmsərhəddir. Şəhər mə-
dəni  abidələrlə  zəngindir:  Qars  çayı  üzərində  inşa  edilmiş  Taşköprü,  Qümbət 
Camisi (Havariler Kilisesi), Övliya Camisi, Qars qalası, Ani xarabalıqları
5
, Hə-
sən  Haraqani  türbəsi  və  s.  Qarsın  ərazisinin  böyük  bir  hissəsini  dağlıq  plato 
(yaylalar)  təşkil  edir.  Bir  hissəsi  şəhərin  mərkəzinə  daxil  olan  yüksəklilər  də 
diqqəti çəkir: Allahuəkbər dağları, Qısır dağı, Ağbaba dağı, Aladağ, Aşağıdağ.  
Yuxarıda qeyd etdiyimiz kimi Qarsda müxtəlif etnik qruplar yaşayırlar: azə-
rilər, kürdlər, tərəkəmələr, türkmənlər. Təbii ki, bu müxtəliflik onun mədəniyyətinə, 
                                         
2
 http://www.kha.com.tr/guncel/15942  -Adrese-Dayali-Nufus-Kayit-Sistemi-2012-Yili-Kars-
Ili-Nufus-Sonuclari-2828.01.2013.29.html 
3
 
Baqrationi krallıq – 
Gürcüstanda krallıq. VI əsrdən XIX əsrin əvvəllərinə qədər Gürcüstanda 
hökmranlıq etmişdir. 
4
 
С.Кишмишев. Война в Турецкой Армении 1877-1878 гг. СПб, 1884, с.84.
 
5
 
Ani xarabalıqları
 – Anadolunun qədim mədəniyyət mərkəzlərindən biridir. Şəhərin dövrümüzə 
yalnız  xarabalıqları  çatmışdır.  961-1045  ilərdə  Erməni  Ani  çarlığının  paytaxtı  olub.  1064-cü  ildə 
şəhər Səlcuqilərin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə 
şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və 
tədricən  xarabalığa  çevrilib.  1878-ci  ildə  Rusiya  ərazini  işğal  etsə  də,  1914-1918-ci  illərdə  türklər 
ərazini yenidən geri qaytarıblar. XVIII əsrin sonlarında isə şəhər tərk edilmişdir. 
Şəhərlə bağlı əfsanələrin birində qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir 
qoca yaşayırmış. Həmin qoca yeddi ildən bir yatağından qalxar, yeddi olmaz işi sayarmış. Yed-
dinci sual həmişə "Ani şənləndimi?" olarmış. Göyə dirək dayandırıldımı, dənizin üstündən körpü 
quruldumu,  yumurtaya  qulp  taxıldımı,  dəvəyə  nal  vuruldumu,  qatır  doğdumu,  ölülər  dirildimi, 
Ani şənləndimi. İnanca görə, bu yeddi olmaz iş gerçəkləşdiyi zaman Ani yenidən şənlənəcəkmiş. 
Əks halda, şəhər qiyamətə qədər insan üzü görməyəcək. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     176 
 
 
adət-ənənələrinə  də  təsir  etmişdir.  Çoxmədəniyyətlilik  sayəsində  bölgə  zəngin 
folklora və şivə-ağız xüsusiyyətlərinə sahibdir. Onların özlərinəməxsus adət-ənənə-
ləri, maniləri, türküləri və dengbejləri
6
 vardır. Əslində bu zənginlik, bu müxtəliflik 
Qarsın qədim yaşayış məskəni olmasından, müxtəlif tayfaların – millətlərin zaman-
la bu bölgədə yaşamasından irəli gəlir. Bu gün Qarsda toplanmış şifahi xalq ədəbiy-
yatı  nümunələrindən  fərqli  olaraq  adət-ənənələr,  geyim  mədəniyyəti  və  s.  bir  çox 
orijinal folklor və etnoqrafik nümunələr gözardı edilir. 
Qarsda aşıq ənənələri də çox qədim köklərə sahibdir. Türkiyə aşıq  mühi-
tini araşdıran tədqiqatçıların fikrincə, aşıqlıq ənənələri məhz Qarsda yaranmış və 
formalaşmışdır
7
.  Yüzlərlə  aşıq  yetişdirən  Qarsda  Aşıq  Murad  Çobanoğlunun 
ölümü ilə hər il Murad Çobanoğlu Aşıqlar bayramı təşkil edilir.  
Bu  sayımızda  təqdim  etdiyimiz  nümunələr  müxtəlif  Qars  aşıqlarının 
dilindən toplanmış türkülərdir. Burada aşıq  havalarına  yazılmış  sözlərlə  yanaşı, 
Qars xalq mahnıları da yer alır. Bu xalq mahnıları arasında “Ay xanım, xanım”, 
“Xalxa nə var”, “Ay qara qaş, qara göz” və s. kimi Azərbaycan mahnıları da yer 
alır. Bu mahnıları olduğu kimi təqdim etməkdə məqsədimiz Qars ləhcəsini, Qars 
şivəsini önə çıxarmaqdır. Düşünürük ki, bu, linqvistik baxımdan çox maraqlıdır 
və dilçilərin diqqətini cəlb edəcək. 
Qumru ŞƏHRİYAR 
 
Başına Döndüğüm Kurban Olduğum
8
  
 
Başına Döndüğüm Kurban Olduğum, 
Ağlar Dolanıram Yar Deyi Deyi. 
Ezel Bahar Yaz Ayları Misali, 
Çağlar Dolanıram Yar Deyi Deyi . 
 
Çoktan Beri Terk Etmişem Ben Yari, 
Hasta Yüreğimden Çıkmıyor Zari. 
Yanar Oldu, Sönmez Yüreğim Nari, 
Dağlar Dolanıram Yar Deyi Deyi. 
 
                                         
6
 Dengbêj – Bu, sözün ahənglə söylənməsidir. Dengbej söyləyən insanlar adətən kəna-kəna, 
şəhər-şəhər  dolaşıb  dastanlar,  ilahilər  və  hekayələr  söyləyirlər.  Onlar  heç  bir  çalğı  alətindən 
istifadə etmədən qırtlaq səsləri ilə oxuyurlar. Demək olar ki, bütün folklor janrlarını əhatə edən 
dengbejə daha çox Şərqi Anadolu və cənub-şərqi Anadoluda rast gəlmək olur. Dengbejlik xüsu-
silə də Serhat bölgəsi adlanan Van, Qars, Ərzurum, Ağrı, Muş və s. şəhərlərdə əsasən əhalinin 
kürd təbəqəsi arasında geniş yayılmışdır. 
7
 Kürşat Öncül. Kars Bağlamında Âşik Tarzi Şiir Geleneğinin Sorgulanması. Turkish Studies 
International  Periodical  For  The  Languages,  Literature  and  History  of  Turkish  or  Turkic. 
Volume 6/3 Summer 2011, p.1117-1123  
8
 Kars-Aşık İkrami-Aşık Dursun Cevlani-Muzaffer Sarısözen  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə