Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə50/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     115 
 
 
Qeyd  edək  ki,  Kunoş  məktublarının  sonuna  “Kadir  Efendi”  imzasını  atırmış. 
Özünün  dediyinə  görə, ona  Türkiyədə  türkləşmiş  macar  deyirdilər  və  ona  görə 
də belə adlandırırdılar. 
Kunoş İstanbulda  yaşadığı  illərdə hər gün  məscidə getmiş,  mədrəsə dərs-
lərində iştirak etmişdir. Eyni zamanda özbəklər təkkəsinə sıx-sıx gedərək orada 
çağatayca  öyrənmişdir.  Mədrəsələri,  təkkələri  ziyarət  edə-edə  bir  tərəfdən  də 
folklor mətnlərini toplamağı unutmayan alim 1886-cı ildə “Qaragöz” oyunların-
dan  bəhs edən “Üç Qaragöz oyunu” (“Három karagöz játék”) adlı kitabını  nəşr 
etdirdi. Macar dilində yayımlanan bu əsər İstanbul şivəsinin öyrənilməsi və təd-
qiq  olunması  üçün  əvəzsiz  mənbə  olduğundan  Kunoş  oyunu  şivə  baxımından 
təhlil  edərək  geniş  şərhlər  vermişdir.  Qeyd  edək  ki,  “Qaragöz”  təqlidə  və  qar-
şılıqlı  dialoqa  əsaslanan  iki  ölçülü  təsvirlərlə  bir  pərdədə  oynadılan  kölgə  oyu-
nudur.  
Əslində bu kitabın 1885-ci ildə nəşr olunması nəzərdə tutulmuşdu. Kunoş 
kitabın əlyazma variantını dostu Daniel Szilaqiyə oxuyub düzəlişlər etməsi üçün 
vermişdi. Lakin Danielin qəfil ölümü bu işi yubandırdı. İstanbulun Timoni küçə-
sində  sərraf  dükanı  olan  Daniel  Szilaqinin  bu  gözlənilməz  ölümünün  ardından 
dükanı  dövlət  rəsmiləri  tərəfindən  möhürləndi.  Elə  həmin  gecə  də  dükan  qarət 
edildi və bir sıra dəyərli kitablar oğurlandı. Oğurlanmış kitablar arasında Kuno-
şun “Üç Qaragöz oyunu” kitabı da var idi. Lakin sonradan məlum oldu ki, döv-
lət rəsmiləri  bu “oğurluq” hadisəsini özü təşkil etmişdir ki, o əsərlərin arasında 
dövlət əleyhinə nələrinsə olub-olmadığını aşkarlasın. 
“Üç Qaragöz oyunu” kitabının oğurlandığı əsnada Kunoş artıq o günə qə-
dər toplamış olduğu 300 türkü, “özəl” adlandırdığı bayatılar formasında 100 tür-
kü  (bekçi  baba  rəvayətləri),  200 tapmaca,  15  dastan  və  “Koroğlu”  dastanından 
ibarət  mətnləri  nəşrə  hazırlayırdı.  Dostunun  qəfil  ölümündən  kədərlənən  Ku-
noşun  və  onun  müəllimi  Armin  Vamberinin  səyləri  nəticəsində  Daniel  Szilaqi-
nin kitablarını Macarıstan Elmlər Akademiyası satın almışdır. Macarıstan Elm-
lər  Akademiyası  Kitabxanasının  Şərq  arxivində  mühafizə  olunan  Szilaqi  kol-
leksiyası bu günə qədər arxivin türk bölümünün ən böyük və ən dəyərli hissəsini 
təşkil edir. Bu arxivin sistemləşdirilməsində və kataloqlaşdırılmasında Kunoşun 
xidmətləri əvəzolunmazdır.  
1887-ci  ildə  isə  Kunoş  topladığı  türk  xalq  ədəbiyyatı  nümunələrindən 
“Koroğlu”  hekayələrini,  nağılları,  tapmacaları  və  türküləri  kitab  şəklində  nəşr 
etdirdi. “Osmanlı türk xalq ədəbiyyatından nümunələr” (“Oszmán-török népköl-
tési  gyüjtemény”)  adlanan  bu  kitabın  ikinci  cildi  1889-cu  ildə  işıq  üzü  gördü. 
Yorulmadan Anadolu şivələrini araşdıran Kunoş çoxlu qədim türk mətnləri oxu-
duqdan sonra Anadolu şivəsinin bu gün də danışılan Konya ləhcəsinə bənzədiyi 
qənaətinə gəlmişdir. Topladığı türkülərdən bəhs edən alim ritm baxımından türk 
və macar xalq mahnılarının eyni olduğunu deyir. Sonradan bunu macar musiqi-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     116 
 
 
şünası və folklorşünası Bela Bartok (1881-1945), müsiqi nəzəriyyəçisi və bəstə-
kar Zoltan Koday (1882-1967) da təsdiqləmişdir (1, 173-181). 
Kunoşun topladığı materiallar arasında ən çox önəm verdiyi “Əsli və Kə-
rəm”  dastanı  idi.  1886-cı  ildə  bir  çox  dəyərli  əlyazmaların  mühafizə  edildiyi 
Lazaren  Katolik  Rahibləri  kitabxanasına  girməyə  icazə  verilmədiyindən  Kunoş 
müəllimi  Budenzdən  Budapeştdəki  Katolik  kilsəsinin  məsul  şəxsləri  ilə  əlaqə 
yaradaraq  onun  bu  kitabxanadan  istifadə  etməsi  üçün  icazə  vermələrini  xahiş 
etdi (16).  
Bununla yanaşı, o, “Aşıq Qərib” hekayəsinin mətnini də Macarıstan Elm-
lər  Akademiyasına  nəşr  etmələri  üçün  göndərmişdi.  Məktublarının  birində  Ku-
noş öz müəlliminə “Aşıq Qərib” hekayəsinin mətnini türk dostlarının yardımı ilə 
ərəb və  fars sözlərindən təmizlədiyini  yazır. Kunoşun  bu  məktubundan  yola çı-
xaraq düşünə bilərik ki, o, topladığı materiallara müdaxilə edərək nəşr etdirmiş-
dir.  Lakin  bizim  əlimizdə  olan  və  “Dədə  Qorqud”  jurnalında  silsilə  nəşr  etdi-
yimiz “Rumeli:  izi  itmiş tarix” adlı  məqaləmizdə Kunoşa aid toplama  material-
larında türkülərin üzərində linqvistik tədqiqat apardıq və burada heç bir fonetik-
linqvistik müdaxiləyə rast gəlmədik. Məsələn: 
Üç günde yapıldı sallar,  
Bu yıl gelür başa haller.  
Nemçe kralı durmuş ağlar,  
Hey ada ada, can sana feda (6, 156-157). 
Yaxud da: 
Cebhane tutuştu aklımız şaştı,  
Selatin Camiler
1
 yandı tutuştu.  
Hep sabi-sübyanlar ateşe düştü,  
Aldı nemse bizim nazlı Budini (6, 24-25). 
Hər iki türkü nümunəsi İqnats Kunoşun toplama materiallarından götürül-
müşdür. Əvvəla, birinci nümunədə “nemçe” olaraq göstərilən alman əsgəri ikin-
ci  nümunədə  “nemse”  olaraq  verilmişdir.  Əgər  Kunoş,  özünün  də  dediyi  kimi, 
mətnlərə  (bir  qayda  olaraq  hamısına)  müdaxilə  edirdisə,  niyə  bu  kimi  sözlərdə 
bir prinsipə riayət etməyib? Göründüyü kimi, hər iki bənddə akustik və artikul-
yar  aspektdən  müdaxilə  müşahidə  olunmur.  İkincisi,  əgər  o,  topladığı  folklor 
nümunələrinin  üzərində,  həqiqətən,  “təmizləmə  işləri”  aparırdısa,  niyə  ikinci 
bənddə ərəbcə “sabi-sübyanlar” – süddən kəsilməmiş oğlan uşağı (23, 905) kəl-
məsi  olduğu  kimi  işlənmişdir.  Deməli,  hər  addımını  öz  müəlliminə  bildirən 
Kunoş yalnız “Aşıq Qərib” dastanının mətninə müdaxilə etmişdir. Çünki o, bun-
dan  başqa  heç  bir  yerdə  belə  bir  iş  görməsi  haqda  məlumat  vermir.  Eyni 
zamanda  məktubların  birində Kunoşun  mətnə  müdaxilə etməsindən şübhələnən 
                                         
1
 Selatin  Cami  –  Sultanların  tikdirdiyi  2-4  minarəli  böyük  məscidlərə  verilən  addır. 
Məsələn, Sultan Səlim məscidi və ya Süleymaniyyə məscidi. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə