Dədə Qorqud ● 2015/I I 127
munu anlayanlar üçün ”xalq ədəbiyyatı” istilahı doğru sayılmayır. Bu ədəbiy-
yata sadəcə “ağız ədəbiyyatı” demək uyğun olardı” (9, s.37).
Məlumdur ki, çox sayda atalar sözlərinə və onların ifadə etdiyi məna ça-
larlarına hələ Türk-Azərbaycan ədəbiyyatının şah əsərləri olan M.Kaşğarlının
“Divani-lüğəti-türk” əsərində (10), “Kitabi-Dədə Qorqud” dastanında (11) və s.
abidələrdə də rast gəlinir. Hənəfi Zeynallı "Xalq ağız ədəbiyyatı" məqaləsininin
“Atalar sözü” bölməsində folklorumuzda atalar sözlərinin əhəmiyyətindən bəhs
edərək yazırdı: “Zərbülməsəllər, atalar sözü və yaxud ən son təqsimat üzrə sav-
məsəl adlanan qısa və həkimanə sözlər də, ağız ədəbiyyatının ən geniş növünü
təşkil edir. Bu suallar və məsəllərlə xalq keçirdiyi günlərin təcrübələrini, sınaq-
larını, fəlsəfələrini ən qısa, lakin dərin və şüumllu cümlələrdə bütün görünüşünü,
nəzəriyyəsini də ifadə etmiş olur” (1, s.246). Göründüyü kimi, Hənəfi Zeynal-
lının atalar sözü haqqında söylədiyi nəzəri fikirlər indi də öz əhəmiyyətini saxla-
mışdır.
Hənəfi Zeynallının folklorşünaslığa dair fikirlərinin konkret təhlilini ver-
məzdən əvvəl, H.Zeynallıya, həm XX əsrin 20-30-cu illər folklorşünasığına
münasbətin oyektivliyi üçün zəruri olan, nəzərdə tutulması mühüm sayılan bəzi
metodoloji mülahizələri bildirməyi vacib sayırıq. Bu mənada bizi , ilk növbədə,
H.Zeynallının folklorşünaslığın bu gün bizə məlum olan nailiyyətləri nöqteyi-
nəzərindən hansı fikirləri irəli sürməsi yox, özündən əvvəlki folklorçünaslığa,
məsələn, A.Sur yaxud F.Köçərliyə nisbətən nəyi və necə inkişaf etdirdiyi maraq-
landırır. Əgər H.Zeynallının hələ XX əsrin 30-cu illərində qaldırdığı problemlər
bu gün bizə “məlum”, “tanış” təsiri bağışlayırsa, bu, Hənəfi Zeynallının günahı
deyil, bizim folklorçünaslıq elmi naminə xidmətidir. Bu gün bizə tanış görünən
və məlum olan fikrlərin XX əsrin 20-ci illərində necə doğulmasını tədqiq etmək
müasir elmin aktual vəzifəsidir. Lakin bu heç də o demək deyil ki, biz, məsələn,
XX əsrin 20-ci illər folklorçünaslığını tədqiq edərkən folklorçünaslıq elmimizin
bu sahədəki nəzəri nailiyyətlərinə biganə qalmalıyıq. Hənəfi Zeynallıdan sonra
Azərbaycan folklorşünaslığının qazandığı elmi uğurlar bizim H.Zeynallı epo-
xasına münasibətimizin arsenalında iştirak etməli, fəqət modernləşməyə səbəb
olmamalıdır.
İkinci cəhət: biz məsələn, “folklorun təsnifi ümumən necə olmalıdır?” mə-
qaləsini yox, “ H.Zeynallı folkloru necə təsnif edirdi?” məsələsini nəzərdə tutu-
ruq. Əgər həmin təsnifat bu gün məlum informasiyanı xatırladırsa, bu nə Hənəfi
Zeynallının, nə də tədqiqatçının elmi səviyyəsi deyil. Biz mövcud olanı aşkara
çıxarmağa çallışmışıq. Azərbaycan folklorşünaslığının H.Zeynallı, S.Mümtaz,
Ə. Abid, H. Əlizadə və b. kimi, XX əsrin 20-30-cu illər folklorşünaslarından
sonra gördüyü yeni işlərə hələ lazımi qiymət verilməmişdir. Ona görə də bu gün
“məlum”,” adi” görünən, “sadə” səslənən bir çox məsələlər məhz həmin imzala-
rın, çox zaman sonrakı nəsillər tərəfindən qiymətləndirilməmiş, hətta mənimsə-
nilmiş elmi-nəzəri xidmətləridir.
Dədə Qorqud ● 2015/I I 128
Üçüncü vacib xüsusiyyət: XX əsrin 20-30-cu illər folklorçünaslarının ya-
radıcılığında folklorun toplanılması, nəşri, və tarixinin və poetikasının tədqini
bir-birindən ayırmaq mümkün deyil. Onlar bu hər üç istiqamətlə çulğaşıq şəkil-
də hər an, imkanda məşğul olmuşlar. Ona görə də, məsələn, o dövr folklorşünas-
larından birindən bəhs edərkən onun bu sahədəki fikirlərini vəhdətdə araşdırmaq
tələb olunur. Çünki, H.Zeynallı ayrı-ayrı məsələlər həll etmir, folklorşünaslıq el-
mi yaratmaqdan ibarət vahid bir iş görürdü. Bu mənada H.Zeynallının ötəri və
ya ciddi elmi yaradıcılıqla, şüurlu surətdə, yaxud sövq-təbii ilə toxunduğu məsə-
lələr, həllinə çalışdığı problemləri şərti olaraq belə təsnif etmək olar:
1. Folklorun toplanılması və nəşri.
2. Milli folklorumuzun tarixi mənşəyi.
3. El ədəbiyyatının yaranması və inkişafında şəxsiyyətin rolu.
4. Ağız ədəbiyyatı ilə yazılı ədəbiyyatın əlaqəsi.
5. Folklorun tarixi-poetiktəsnifi və janrlara bölünməsi.
6. Aşıq ədəbiyyatının tarixi və nəzəriyyəsi.(2, s.54)
Azərbaycan xalq ədəbiyyatının toplanması, çap olunma və öyrənilmə mə-
sələlərinə də H.Zeynallı diqqətlə yanaşmışdır. O, folklor nümunələrinin toplan-
masının nəzəri-elmi prinsip və üsullarına dair müsbət fikirlər söyləmişdir. Müəl-
lif bu barədə belə yazırdı: “Toplayanlar geniş xalq kütləsi içərisinə girərək bu
materialları olduğu kimi yazıya almayıblar. Yəni hər bir yerin özünəməxsus bir
leksikonu, şivəsi olduöu halda buna fikir verilmir”(1, s.3).
H.Zeynallının fikrinə görə “Materialların toplandığı yerin etnoqrafiyasını,
coğrafiyasını” təsvir etmək lazımdır. Çünki toplanan materialların hansı ərazidə
yayıldığının elm üçün əhəmiyyəti vardır. Çünki hər məhəllənin özünəməxsus
ayrı-ayrı ədəbiyyat forması və məzmunu görünür. Bir yerdən digər yerə keçən
mənzum və mənsur parçalar, dastan və hekayələr mütləq o yerin yaçayışına uy-
ğun bir hala gəlir... Buna görə də toplanməş materialların hansı kənddən, hansı
qəzadan, o yerin hansı təbiətə malik olmasından, kimdən:gəncdən ya qocadan
toplandığının əhəmiyyəti vardır” (1, s.4).
İstər Azərbaycan folkloruna həsr olunmuş ümumi-nəzəri məqalələrində,
istərsə də ayrı-ayrı folklor lanrlarını əhatə edən toplulara yazdığı onlarca müqəd-
dimədə H.Zeynallı milli folkloru dərindən tədqiq və təhlil etmiş, onlara öz elmi
münasibətini bildirmişdir. “El ədəbiyyatının yaranması və inkişafında şəxsiy-
yətin rolu”, ” Folklorun tarixi-poetiktəsnifi və janrlara bölünməsi” məsələləri bir
problem kimi H.Zeynallı yaradıcılığında geniş, nəzəri-problem səviyyədə digər
məsələlər isə nisbətən gündəlik ehtiyaclara cavab kimi əhatə olunmuşdur. Bü-
tövlükdə isə yuxarıda təqdim olunan problem və məsələlər məntiqi surətdə bir-
birini tamamlayıb, H.Zeynallının folklora dair görüşlərinin konseptual xarak-
terdə olduğunu nümayiş etdirir.
Bu günkü milli müstəqillik dönəmində H.Zeynallının fəaliyyətlərini çağ-
daş elmi təfəkkür işığında araşdırmaq müasir folklorşünaslığın həlli vacib prob-
Dostları ilə paylaş: |