Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə37/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     84 
 
 
metaforası  hiyləgər,  mələk  metaforası  gözəl,  xoşxasiyyət,  məlahətli  adamın 
səciyyəsi üçün olduqca əhəmiyyətlidir” (6, 120). 
Mətn daxilində konkret məcazi ifadə edən dini-əsatiri anlayışların funksio-
nallığı  bilavasitə  onların  mifoloji  motivindən  qaynaqlanır.  Yəni,  “şeytan”,  “ib-
lis”ə bağlı əsatiri görüşlər imkan verir ki, bu xtonik qüvvələr metaforikləşmədə 
məhz  hiyləgərlik,  daha  geniş  mənada  «mənfi  ekspressiya»da  işlənsin.  Konkret 
olaraq  İslam  mifoloji  motivlərinə  bağlı  mələklər  aləmi  xalq  şeirində  daha  çox 
“Əzrayıl”  və  “Şeytan”ın  obrazlaşmasında  təmsil  olunur.  Quran  əsatir  və  əf-
sanələrdə  “ölüm  mələyi”  adlandırılan  Əzrayıl  xalq  şeirində  bayatılar,  xüsusilə 
ağı  mətnlərində  geniş  obrazlaşdırılır.  Əzrayılın  mifoloji  düşüncədən  gələn  sim-
volu anlayışın işarəsi, onun strukturu, “emprik konkretliliyinə toxunmadan məna 
obrazı  ilə  varlığı  törədən”  (6,121)  qanunu  olmaqla  yanaşı,  həm  də  xarici  və 
daxili  ifadəsidir.  Dini  təsəvvürlər  fizioloji  aktda  mələklərin  uçması,  quş  kimi 
hərəkət aktivliyini bildirir. 
Can  alan  mələk  –  Əzrayılın  da  xarici-obyektiv  obraz  müəyyənliyi  iri, 
rəngbərəng  lələklərlə  bəzədilən  qanadlı  quş  şəklində  təsəvvür  olunur.  Uyğun 
mifoloji təsəvvürlər xalq bayatılarında da eyni obrazlaşmada ifadə edilir: 
Kömürdəndi, 
Keçən gün ömürdəndi. 
Əzrayıl canlı quşdu, 
Caynağı dəmirdəndi (5, 196). 
Əzrayılın Allahın tədbir və itaətində yaradılışın – insanların canını alması 
mifoloji  funksiyası  ağıların  poetik  strkturunda  müvafiq  dini-əsatiri  varlıqla  bə-
diiləşir: 
Dağlara çən gəlincə,    
 
  
Əzizim, fənər keşdi, 
Durmadım sən gəlincə.  
 
 
Bu yolda fənər keşdi. 
Əzrayıl canım alsa,  
 
 
 
Əzrayıl sinəm üstə, 
Ölmərəm sən gəlincə (5,163).    
 
Qəlbindən nələr keçdi? (20). 
 
Mifoloji  obrazın  poetikləşməsi  hər  bir  bayatıda  fərqli  məna  potensiyala-
rına  bağlanır.  Əzrayılın  göyün  uca  mərtəbəsində  əlində  kitab  insanların  nə  za-
man öləcəyini bəyan edən əsatiri səkildə oturub haqq-hesab aparması, müəyyən 
olunan  gündə  onların  canını  almaq  üçün  «yerə  enməsi»  və  s.  mifoloji  motivlər 
folklorumuzda bayatı – deyişmədə maraqlı bir şəkildə verilmişdir: 
Əzrayıl, əzmə dedim,    
 
 
Əzrayilim əzəcəm, 
Bacamda gəzmə dedim,  
 
 
Bacanda da gəzəcəm, 
Mənim canım cahıldır,   
 
 
Vaxt, saat yetişdi, 
Dəftərə yazma dedim (21). 
 
 
Dəftərə də yazacam (21). 
Mifoloji obrazın əsatir mətnlərində qorunan ilkin məna funksiyası poetik-
ləşmədə bir çox hallarda «ov», «ovçu» kimi funksional anlayışların məzmunun-
da verilir. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     85 
 
 
Bağımda var gavalı, 
Başım olub havalı. 
Əzrayıl ova çıxdı, 
Mənə vurdu zavalı (5, 215). 
Başqa  bir  tərəfdən  Əzrayılın  mifoloji  funksiyası  müqayisədə  verilməklə 
lirik mətnlərdə zülm, haqsızlığın ümumiləşdirilmiş motivinə işarələnir: 
Mən Aşiq, bular imiş, 
Əcəb çeşmə, sularımış. 
Əzrayıl yalan imiş, 
Can alan bular imiş (4,150).  
Xalq şeirində obraza (Əzrayıl – M.M.Abbasova) çevrilmənin arzulanması 
da maraqlı poetik axtarışlardandır: 
Aşıqla tən olaydım, 
Sazla ötən olaydım. 
Əğyar canın almağa, 
Əzrayıl mən olaydım (5,133).  
Qeyd etdiyimiz kimi, bədii sənətdə «İblis», «Şeytan» xüsusilə geniş obraz-
laşmada ifadə olunur. Bu obraz bütövlükdə incəsənətə şər ruhlu qüvvə, demonik 
varlıq  olmaqla  mifik  təsəvvürün  xəyali  dünyasından  obyektiv  düşüncəyə  daxil 
olub, bəşəri  ideyanın təbliği üsulunda reallaşır. İstər Qərb, istərsə də Şərq dini-
mifoloji  mənbələrində  Şeytanın  əsatir  görüntüsü  demək  olar  ki,  eynidir.  İblis, 
Şeytanın vətəni həmçinin bu mənbələrdə Babilistanla əlaqələndirilir. İblis vətəni 
«...sonralar «İncil»də qəti olaraq formalaşan yahudi İblisi də öz mənşəyini Babil 
əsatirindən  alır.  Lakin  bir  şərr  dühası  kimi  İblis  ideyasının  inkişafı  üçün  ən 
qədim  və  fəlsəfi  zəmin  dualizm  –  zərdüştlük  sayılır.  Biz  burada  artıq  əslindən 
dönmək şərrə, süqut edən nə cənnətdən qovulan ruha – İblis – mələyə deyil, ilk 
və müstəqil başlanğıc olan şərrə, allah-şərrə Əhrimənə rast gəlirik» (14, 114). 
Məlum olduğu kimi,  mifologiya bütövlük, tamlıq təşkil  edən  iki əks tərə-
fin,  qütbün  qarşıdurmasından  bərqərardır  ki,  bu  sistemdə  Xeyir  və  Şər  anlayışı 
genişdir. Qədim insan zamanla kosmosu xaos, ölümü həyat, təbiəti mədəniyyət-
lə və s. birlikdə götürmüşdür. Əslində mifologiyada İblis, Şeytan və s. Tanrının 
deyil, ilk növbədə İnsanın özünün qarşıdurmasıdır. Təsadüfi deyildir ki, bu qüv-
vələr yalnız İnsan cəmiyyətində özlərini təsdiq edə bilir, Tanrıya qarşı mübarizə 
aparır,  İnsanın  ağlına,  inamına,  əqidəsinə,  mənəviyyatına  sahib  olmaq  naminə 
fəaliyyət göstərirlər. 
Qeyd edək ki, «İblis» mifik obrazı bədii sənətdə, bütövlükdə əsatiri İblisə 
bağlı  deyildir.  İblislik  burada  daha  ümumiləşdirici  məna  qazanan  simvolik  ob-
razdır.  A.Şaiq  vaxtilə  H.Cavidin  «İblis»  faciəsindən  bəhs  edərək  yazırdı:  «Ca-
vidin  İblisi  bildiyimiz  əsatiri  iblis  deyildir.  O,  «atəşli  müəmma»  insanlara  hər 
fəallığı  yandıran,  vəhşətlərə sürükləyən  maddi ehtirasatın, ona qida  verən Qərb 
mədəniyyətinin,  «ağıl  və  fənnin»  simvoludur  (13,191).  Deməli,  mifoloji  obraz 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə