Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə33/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     75 
 
 
3. 
Nəhayət islamda Burkut artıq bu mərhələdə tamamilə məhv edilib sı-
radan çıxmır, ancaq kult olaraq arxa plana kecir və islam ücün daha təhlükə ya-
ratmır. 
İslamın  dini  təlim  kimi  müəyyən  ritual,  diskursiyaları  əslində  ilkin  inam 
və etiqadlardan qaynaqlanır. Bu baxımdan İslama trnasformasiya olunan bir çox 
sakral formullar türk dünyaduyumu üçün bəlli olduğundan burada yeni motivdə 
tənzimlənir və modelləşirdi. 
İslamın bütöv böyük bir dini sistem olaraq ədəbiyyata, mədəniyyətə təsiri 
müxtəlif  zamanlarda  fərqli  ədəbi  ötürülmə  mexanizmlərilə  müşahidə  olunur. 
“Ənənədən  gələn  ünsürlərlə”  (7,  32),  dini  motiv,  hadisələr,  Quran  təlimi,  ayrı-
ayrı  mifoloji obraz və elementlər poetik üsul,  vasityə daxil olan İslam diskursu 
burada yeni bədii təfərrüatlarda çıxış edir. Azərbaycan xalq şeiri, onun sənətkar-
lıq məsələləri, poetikasında islami motivlərin yer almasını şərti olaraq aşağıdakı 
şəkildə qruplaşdırmaq mümkündür: 
1.  Dinin  qəbulu,  başlıca  olaraq  islam  şəhadətinin  lirik  mətnlərin  poetik 
strukturunda yer alması; 
2. İslam din xadimləri, peyğəmbərlərlə bağlı inancların bədii sənətkarlığın 
vasitəsinə çevrilməsi; 
3. Mifoloji vaxt, zamanın poetikləşməsi; 
4. Mifoloji məkanın poetikləşməsi; 
5. İslam dininə bağlı digər dini elementlərin xalq şeirində obrazlaşması; 
İslamın  böyük  mədəniyyətlərə  təsiri  ilk  növbədə  dinin  başlıca  təlim  sis-
temi – islamın qəbulu, onun ehkamlarının təbliğinə bağlanması ciddi siyasi təc-
rübəyə  əsaslanmışdır.  Bu  mənada  xalq  şeirində  islam  motivləri  mürəkkəb  kon-
struksiyalarda poetikanı şərtləndirən başlıca üsul olmaqla, həm də dövrün islami 
siyasətini  öz  axarında  təbliğ  etmişdir.  İlk  öncə  İslamda  şəhadət  dinin  əsas  eh-
kamlarından  olmaqla  həm  təkallahlığın  ifadəsi,  həm  də  islamı  qəbul  etməyin 
başlıca  ritualıdır.  İslam  şəhadəti  “La  ilahə  illəllah”  –  “Allahdan  başqa  heç  bir 
ilahi  varlıq,  tanrı  yoxdur”  –  formulu  müsəlmanların  bütün  ibadətlərində,  azana 
daxil olmaqla işlədilməkdədir. Xalq dünyagörüşü, təsəvvürlərinə qoşulan bu di-
ni  motivlər  sonradan  folklor  lirikasında  möhkəmlənməklə  nəğmələrin  struktur-
semantikasında “verbal magiyanın elementinə” (8, 77) çevrilmişdir. Xalq məra-
simləri  –  “yağış  yağdırma”,  toy,  doğum  mərasimi  nəğmələrində  İslam  şəhadəti 
formul olaraq lirik  mətnlərin struktur tərkibinə qoşulmuşdur. Şəki-Zaqatala  fol-
klorunda  müşahidə  edilən  “yağış  yağdırma”  mərasimi,  konkret  olaraq  İslam 
şəhadətinə  –  “Lailah  gəzdirmək”  (yəni,  İslam  şəhadətini  söyləməklə  Allahdan 
arzu  diləmək  –  M.M.Abbasova)  oyun  mərasimi  kimi  də  adlandırılmışdır.  Oyu-
nun  qaydasına  görə,  “14-18  yaşlı  oğlanlar  bir  qucax  gəndalaş  qırıb  gətirirdilər. 
Sonra  gəndəlaşın  yoğun  hissəsini  bir  yerdə  möhkəm  bağlayırlar.  Oğlanlardan 
biri  üst  paltarını  soyunub  həmin  bağlamanın  içinə  girir.  Qalan  oğlanlar  da  onu 
evbəev gəzdirib xorla ucadan nəğməni oxuyurlar: 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     76 
 
 
La-ilahə-illahlah, 
Yağış yağsın, ya Allah, 
Bolluq olsun, ya Allah. 
...Dəstə  gəlib  qapıyı  çatanda  suyu  gəndalaşın  içindəki  oğlanın  üstünə 
əndərib deyərlər: 
– Aman,  ya  Allah! Bax,  belə  yağış  yağsın,  bolluq olsun!” (3, 31). Yağışı 
yağdırmaq  üçün  oxunan  ovsun-nəğmənin  İslam  şəhadəti  ilə  formula  edilməsi 
burada  insanın  Allaha  səslənmədəki  magik  söz  sehrindən  qaynaqlanır.  Şəhadət 
Allahın  təklik  və  böyüklüyünü  bildirdiyindən,  insan  da  susuzluqdan  dəf  olun-
ması,  yağışın  yağdırılması sehrini eyni  fövqəl gücdə axtarır. İslam  Allahına ta-
pınma, onun qəbulu şəhadət formulunda doğum  mərasim  nəğmələrində də  mü-
şahidə olunur. Doğuşun uğurla başa çatması, uşaq, ananın  sağlamlığı  və s.  mo-
tivlərdə  oxunan  doğum  nəğmələrində  İslamı  şəhadəti  bilavasitə  peyğəmbərin 
dünyaya gəlişi, müqəddəsliyi, Allahın qüdrət və iman mətləblərində xatırlanılır. 
Şeir  texnikasında  uyğun  təkrarlar,  assonans  və  alliterasiyalar  və  s.  möv-
cudluğu  ahəngdarlıq  yaratmaq,  ritmikliyin  qorunması  məqsədilə  həm  də  mətn 
parçalarının  əlaqələndirilməsi  rolundan  da  çıxış  edir.  Qeyd  olunan  xalq  şeiri 
numunələrində bəzən bu təkrarlar dini diskursda “sözün sehrli qüvvəsini güclən-
dirmək  üçün  sadəcə  təkrarlanır”.  Ənənəvi  nəğmə  mətnində  çağrışlar  təkrarlarla 
poetik  dilin  özünəifadə  formasında  daha  çox  emosionallığa  xidmət  edir.  Xalq 
mərasimlərindən olan  “Qodu-qodu” nəğməsində  oxunan  nəğmə  mətnlərinin ar-
dınca xorla ifadə edilən “Allah! Allah!” təkrirləri bu baxımdan islam şəhadətinin 
yerinə işlədilməklə məlum şeir parçasının mifik yanaşmada yeni bir layını təşkil 
edir.  Nəğmə  mətnində  Allaha  müraciətin  xüsusi  bir  şəkildə  –  xorla  aparılması 
əslində  şeirin  lirik  intonasiyasında  formal  vasitəyə  çevrilməklə  həm  də,  dini-
magik çağırışda mərasimin məntiqi-semantikasını formalaşdırır. 
İslam  dini,  dinin  başlıca  mifoloji,  ritual,  inam  atributları  bəzən  kompleks 
yanaşmada  bütöv  şeiri  əhatə  edir.  Bu  tip  mətnlər  xalq  ədəbiyyatında  daha  çox 
ovsun xarakterli dualar üçün səciyyəvidir. Ahıska türk folklorunda seçilən aşağı-
dakı  «dua»  mətnində  dini-mifoloji  obraz,  silsilə  motivlərlə  verilməklə,  çağırış 
ekspressivliyində ifadə edilir: 
Salxum-salxum Şəhəmmət, 
Bir səvdügin Məhəmmət. 
Yazi yazar əlləri, 
Quran oxur dilləri. 
Xasbaxçanın gülləri. 
Ötüşür bülbülləri, 
Cənnətdə bir qapi var, 
Üstündə xancar – sapi var. 
Cənnətdə bir quyi var, 
İçində Zəmzəm suyi var. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə