Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə24/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     55 
 
 
5. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı, Elm, 2011. 
6. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004, 200 s. 
7. Rzasoy S. Oğuz mifoloji-epik dünya modelində xaos − “yalançı dünya” // III 
Uluslarası Folklor konfransının materialları. Bakı, Səda, 2005, s. 371-375. 
8. Rzasoy S. Oğuz mifologiyası. Bakı, Nurlan, 2009.  
9. Kitabi-Dədə Qorqud ensiklopediyası: 2 cilddə, I c. Bakı, Yeni Nəşrlər Evi, 
2000, 623 s. 
10. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988. 
11. Топоров В.Н. Миф. Ритуал, Символ,Образ.Исследования в области 
мифопоетического: Избранное. Москва, “Прогресс”-“Kултура”, 1995, 624 с. 
12. Kitabi-Dədə Qorqud Ensiklopediyası. Bakı, Yeni Nəşrlər Evi, II c. Bakı, 
2000.  
 
 
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Kamran Əliyev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     56 
 
 
Tahir ORUCOV 
Filologiya üzrə fəlsəfə doktoru,dosent 
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 
e-mail: tahiroruclu@gmail.com  
 
XX ƏSRİN 20-30-CU İLLƏRİNDƏ AZƏRBAYCANDA  
PROLETKULÇULUĞUN TƏZAHÜRÜ 
 
Xülasə 
Ötən  əsrin  əvvəllərində  dünyada  baş  vermiş  bir  çox  böyük  tariхi  hadisələr  nəticəsində 
dünyanın  ictimai-siyasi  sistemində  çoх  böyük  dəyişikliklər  yarandı.  Baş  verən  təlatümlərin 
mühüm  bir  hissəsi  Azərbaycan  tariхi  ilə  sıх  bağlı  olan  ictimai-siyasi  hadisələr  olmuşdur.  Belə 
böyük hadisələr sonda Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə nəticələndi. 
Bu dövrdə Azərbaycanda sosial və mədəni quruculuq, o cümlədən mədəniyyət, incəsənət 
və ədəbiyyat sahələrində bir sıra nailiyyətlər əldə edildi.Qədim tarixə və zəngin ənənələrə malik 
Azərbaycan folkloru və ədəbiyyatı həmin dövrlərdə proletkultçuluğun təsirlərindən yan keçə bil-
mədi. Məqalədə bu məsələyə xüsusi diqqət yetirilətrək tədqiqata cəlb edilir.  
Açar  sözlər: Azərbaycan,  Sovet hakimiyyəti, XI Ordu, Proletkultçuluq, folklor, ədəbiy-
yat. 
  
THE APPEARANCE OF THE PROLETARIAN LITERATURE IN AZERBAIJAN 
DURING 20-30 YEARS OF THE 20TH CENTURY 
 
Summary 
At the beginning of the last century as a result of many great historical changes a number 
of events took place around the world in the social and political system of the world. The most 
important  part  of  the  shocks  that  occured  connect  with the socio-political  events  of  Azerbaijan 
history. Such big events eventually resulted in the establishment of Soviet power in Azerbaijan. 
During  that  period  some  achievements  were  gained  in  the  social  and  cultural 
development,  including  culture,  art  and  literature  branches.  Azerbaijan  folklore  and  litearure 
belonging  the  ancient  history  and  rich  traditions  couldn’t  pass  through  the  influences  of  the 
proletarian literature in those periods. In the article this problem is also investigated in details.  
Key words: Azerbaijan, the Soviet power, the 11th Army, proletarian literature, folklore, 
literature 
 
ПРОЯВЛЕНИЕ ПРОЛЕТКУЛЬТА В 20-30-х ГОДАХ XX ВЕКА  
В АЗЕРБАЙДЖАНЕ  
 
Резюме 
В  начале  прошлого  века  в  результате  произошедших  больших  исторических 
событий  в  мире  в  общественно-политической  системе  мира  произошли  очень  большие 
изменения. Важная часть этих протестов были общественно-политические события, тесно 
связанные с историей Азербайджана. В итоге эти большие события завершились образо-
ванием  Советской  власти  в  Азербайджане.  В  этот  период  в  Азербайджане  были  приоб-
ретены  достижения  в  области  искусства  и  литературы,  в  том  числе  культуры,  а  также  в 
социальном  и  культурном  строе.  Обладающий  древней  историей  и  богатой  традицией 
Азербайджанский  фольклор  и  литература  того  периода  не  смог  обойти  влияний  пролет-
культа. В настоящей статье эта проблема тщательно исследуется.  


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     57 
 
 
Ключевые  слова:  Азербайджан,  Советская  власть,  XI  Армия,  Пролеткульт, 
фольклор, литература. 
 
Məsələnin qoyuluşu. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 
kommunistlər öz hakimiyyətlərini qorumaq üçün bir çox tədbirlər həyata keçir-
məyə  başladılar.  Belə  tədbirlərdən  biri  həmin  dövrlərdə  folklor  və  ədəbiyyata 
proletkultçuluğun tətbiqi məsələsi oldu. Proletkultçuluğu bu aspektdən tədqiqata 
cəlb etmək Azərbaycan folklorşünaslığının və ədəbi vacib məsələlərindəndir. 
İşin  məqsədi Proletkultçuluğun Azərbaycan folkloru və ədəbiyyatında tə-
zahür  formalarını, eləcə də əksolunma səciyyəsini müəyyənləşdirmək  və bu sa-
hədə tədqiqat aparmaqdan ibarətdir. 
 
1. Azərbaycanda Sovet hakimiyyətinin qurulması ərəfəsində və ondan 
sonrakı ictimai-siyasi vəziyyət.  
1920-ci  ilin  əvvəllərindən  etibarən  Azərbaycana  qarşı  xarici  təhlükə  güc-
ləndi. Azərbaycanın istiqlaliyyətinin Antanta dövlətləri tərəfindən tanınması So-
vet Rusiyasının ölkəmizə qarşı siyasi qısqanclığını daha da artırdı. I Dünya mü-
haribəsində  müxtəlif  cəbhələrdəki  qələbələrdən  sonra  vəziyyəti  xeyli  yaxşılaş-
mış  Sovet  Rusiyasının  xarici  siyasətində  günün  vacib  məsələlərindən  biri  kimi 
«Azərbaycan məsələsi» dururdu. «Novıy mir» qəzeti 1920-ci il 13 yanvar tarixli 
«Tufan qarşısında» adlı məqaləsində yazırdı: «Azərbaycanda Sovet hakimiyyəti-
ni bərpa etmək lazımdır… İnqilabi Rusiya təqvimi ilə desək, biz oktyabrqabağı 
günlər içərisindəyik» (1, s.280). Doğurdan da, bu ideoloji təbliğatın və ciddi xə-
bərdarlığın arxasında çox məkrli niyyət dururdu. Bu isə Azərbaycanda 1920-ci il 
aprelin 27-də həyata keçirildi. 
Aprelin 27-də XI Ordunun köməyi ilə kommunistlər Azərbaycan milli hö-
kumətini devirib hakimiyyəti ələ keçirdilər. Bu çevrilişi həyata keçirən bolşevik-
lərin özləri də bunu etiraf etdilər. Məsələn, o dövrdə Xalq Daxili İşlər Komissarı 
Həmid Sultanov 1920-ci ilin oktyabrında Azərbaycan K(b)P-nin II qurultayında-
kı çıxışında bildirirdi: “Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak et-
mişəm. Mən yaxşı başa düşürdum ki, arxamızda Yalamada yerləşən qırmızı sün-
gülər dayanır. Mən tələbləri hökumətə təqdim edəndə MK-ya ümid etmirdim ki, 
o  işi  ləngidə  bilər.  Ancaq  arxayın  idim  ki,  qırmızı  süngülər  indi  də  olmasa  sa-
bah,  o  birisi  gün  burada  olacaqdır.  Bu  müddətdə  məni  və  mənim  yoldaşlarımı 
öldürsələr  belə,  Bakı  fəhlələri  qalxacaq  və  Sovet  hakimiyyətinə  hazır  şəkildə 
yiyələnəcəklər.  Belə  də  oldu,  biz  Sovet  hakimiyyətini  hazır  şəkildə  aldıq,  bizə 
onu qabda gətirdilər» (2, s.127).  
Rusiyada  baş  verən  Oktyabr  inqilabından  az  sonra  –  1918-ci  ilin  28  Ma-
yında  Rusiya  imperiyanın  tərkibində  olan  Azərbaycanda  müstəqil  demokratik 
respublika  yaradıldı.  Lakin  1920-ci  ilin  Aprel  çevrilişi  Azərbaycanın  dövlət 
müstəqilliyinin itirilməsi ilə nəticələndi. Halbuki, Azərbaycan Demokratik Cüm-
huriyyətinin  rəhbərləri  rus  ordusuna  müqavimət  göstərməyərək  hakimiyyəti 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə