Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə20/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   16   17   18   19   20   21   22   23   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     46 
 
 
nun  dəlilərinin  oynadıqları  oyun  havaları  və  xor  halında  söylədikləri  şərqilərin 
hər biri Azərbaycan xalq musiqisinin nümunələridir” (7, 11-12). 
Qeyd etmək lazımdır ki, M.H.Türkəqulun “Azərbaycan” (Ankara) dərgisi-
nin  1953-cü  ilin  yanvarında  çıxan  10-cu  sayında  nəşr  etdirdiyi  “Koroğlu”  ilk 
dəfə  necə  təmsil  edildi”  məqaləsi  operanın  30  aprel  1937-ci  ildə  Bakıda  keçi-
rilən ilk tamaşısına həsr olunsa da, burada xalq mahnılarına xüsusi diqqət yetiril-
mişdir. Məqalə müəllifi Üzeyir bəyin məhz “Koroğlu”nu mövzu seçməsini onun 
xalqa daha məhrəm bir əsər olması ilə izah edərək yazmışdır: “Qəhrəman mərd, 
millət və yurduna bağlı, eşqinə sadiq, zəiflərə qarşı  mərhəmətli, zalımlara qarşı 
amansız,  xülasə,  irqinin  bütün  yüksək  vəzifələrini  özündə  toplayan  Koroğlunu 
öz əsərinə mövzu seçən Üzeyir bəy, heç şübhəsiz ki, dərin milli bir zehniyyətlə 
hərəkət  etmişdir.  Koroğlunun  şəxsində  bəstəkar  azəri  türklərinin  istiqlal  aşiqi 
olduqlarını,  istiqlalları  uğruna  hər  şeylərini  fəda  etdiklərini  bilxassə  göstərmək 
istəmişdir. Bir sözlə, Üzeyir bəy azəri türklərinin bütün məziyyətlərini Koroğlu-
nun şəxsində əks etdirməyə çalışmış və bu işə müvəffəq olmuşdur” (8, 7).  
Bütün  bunlarla  yanaşı,  əsərin  dəyərini  artıran  başlıca  məziyyət  M.H.Tür-
kəqula görə, onun başdan-başa  xalq  yaradıcılığına söykənməsi,  folklordan bəh-
rələnməsidir  ki,  bu  da operanın  daim  yaşamasına  gətirib  çıxaracaqdır:  “Başdan 
sonuna qədər xalq  mahnıları  ilə  süslənmiş  bulunan  bu əsərdə Azərbaycan klas-
sik musiqisi ilə xalq musiqisinin vəhdəti bəstəkar tərəfindən çox ustalıqla təmin 
edilmişdir” (8, 7).  
Sovet  adlanan  qanlı  imperialistlərin  nəzərində  “qaranlıq  bir  keçmiş”ə  malik 
Üzeyir  bəyin  həyatının,  hər zaman,  xüsusən dəhşətli 1937-ci  ildə  “bir tükdən asılı 
olmasına”  baxmayaraq,  xalqının  ruhunu  oxşayan,  istiqlala  səsləyən,  qəhrəmanlıq 
keçmişini, zəngin saz və söz sənətini sərgiləyən belə bir operanı yaratması onun ya-
şadığı cəmiyyətə etirazı kimi səsləndiyini qeyd edən M.H.Türkəqul bu məqaləsində 
həm də böyük sənətkara olan dərin hüsn-rəğbətini ifadə etmişdir.  
Sovet imperialist siyasətçilərinin Azərbaycan xalq mahnılarına və musiqi-
sinə  şovinist  münasibətinin  iflasa  uğradığını,  onların  bütün  səylərinə  baxmaya-
raq, bu zəngin sənətin öz milliliyini qeyb etmədiyini, əksinə, daha da öz ənənəvi 
türklük  ruhunu  qoruyaraq  yaşatdığını  Türkəqul  böyük  bir  rəğbətlə  qeyd  etmiş-
dir:  “Rus  imperialistlərinin  qaba  ruslaşdırma  siyasətlərinə  rəğmən,  Azərbaycan 
musiqisi  türklük  ruhunu  qeyb  etməmiş,  əksinə  olaraq,  getdikcə  yabançı  təsir-
lərdən qurtularaq milliləşmiş, gözəlləşmiş və xalq tərəfindən mənimsənilmişdir. 
Rusların, ələlxüsus Azərbaycan türklərinə qarşı otuz iki ildən bəri tətbiq etdiklə-
ri kökünü kəsmə siyasəti nəticəsində Azərbaycan türkləri bir çox maddi və mə-
nəvi  zərərə  uğramışlar.  Rus  imperialistləri  Azərbaycan  türklərinin  malını,  mül-
künü, təbii sərvətlərini və müqəddəs istiqlallarını əllərindən almışlar. Lakin, çox 
şükür ki, Azərbaycan musiqisini heç bir zaman qəsb etməyə müvəffəq olmamış-
lar” (7, 12). 
M.H.Türkəqul musiqi alətləri haqqında müəyyən qədər öz tədqiqatlarında 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     47 
 
 
məlumat vermişdir. “Azərbaycan musiqisi” adlı tədqiqatında bəşəriyyətin bu sə-
nət növü  ilə  ilk tanışlığını araşdırarkən, əsatir və əfsanələrə nəzər salan  müəllif 
yazır:  “İnsanlıq tarixində  ilk  musiqili  bəlirtilər çeşidli tanrılara tapınmaq, niyaz 
və dua etməklə başlar... Rəvayətə görə, əski yunan qəhrəmanlarından Orfe (Əs-
lində Orfey  nəzərdə tutulur. Qədim  yunan  mifologiyasına görə, Orfey  lirik  mu-
siqinin  ən  gözəl  ifaçısı  olmuşdur  (4,  229).  Sfinksin  atası  Orf  isə  ikibaşlı  köpək 
olmuş və Herakl tərəfindən öldürülmüşdür (4, 19) – A.H) öz rübabının nəğmələ-
riylə yalnız insan və heyvanları deyil, ağacları, qayaları da vəcdə gətirirmiş. Or-
fedən min il əvvəl yaşamış olduğu təxmin edilən çinli bir musiqiçi demişdir ki, 
mən kin alətini çaldığım vaxt heyvanlar mənim nəğmələrimdən bayılaraq ayaq-
larıma qapanırlar” (7, 11-12).  
Göründüyu kimi, Türkəqul qədim musiqi alətləri, onların səsindəki möcü-
zə  və  ecazkarlıq  haqqında  danışarkən  qədim  əfsanələrdən  bəhrələnmişdir.  Bu 
məqsədlə  qədim  mədəniyyətin  mərkəzlərindən  biri  olan  yunanlar  və  onların 
yaratdıqları əsatirlər də məqalə  müəllifinin diqqət mərkəzində olaraq qalmışdır. 
Belə  ki,  neyin  yaranması  ilə  bağlı  müəllifin  verdiyi  əfsanə  böyük  maraq  doğu-
rur: “Yunan əfsanələrinə görə, ormanlar kraliçəsi  Sirinks Pan adını daşıyan  ila-
hinin tərkibindən qurtulmaq üçün su pərilərinə  müraciət etmiş. Su pəriləri cadu 
edərək  onu  qamışa  çevirirlər.  Rüzgarın  nəfəsləri  ona  toxunduqca  həzin-həzin 
ötməyə  başlayır.  Bunu  duyan  Pan  qamışı  qopararaq  öz  nəfəsilə  ondan  bir  sıra 
ilahi nəğmələr çıxarmağa başlayır və beləcə ney meydana gəlir” (7, 12). 
Türklərin də çox qədim və böyük bir mədəniyyətə malik olduğunu xatırla-
dan  M.H.Türkəqul  onların  da  dini  ritullarında  musiqinin,  şərqinin  önəm  daşı-
dığına  diqqət  yetirmiş,  fikrinin  izahı  üçün  yenə  əfsanələrə  müraciət  etmişdir. 
Müəllifin fikrincə: “Əski əsərlərdə yazıldığına görə, Süleyman peyğəmbərin mə-
bədində  tütək  və  s.  musiqi  alətləri  çalan  minlərcə  rahib  hazır  bulunurmuş  və 
mehrab önundə şərqi söyləyərək ibadət edərlərmiş” (7, 12). 
Qeyd etmək lazımdır ki, mühacirətdəki Azərbaycan ziyalıları öz adət-ənə-
nələrini yaşatmaq, qorumaq, sahiblənmək üçün onları yalnız toplayıb nəşr etmə-
miş, həm də imkan olduqca əyani şəkildə canlandırmağa çalışmışlar.  
İşin  elmi  nəticəsi.  Məqalədən  aydın  olur  ki,  mühacirətdə  M.H.Türkəqul 
Azərbaycan  musiqisinin  inkişaf  tarixilə  bağlı  bir  sıra  tədqiqatların  müəllifidir. 
Bundan  əlavə,  o  Türkiyədə  həm  xalq  mahnıları,  həm  klassik,  həm  də  modern 
Azərbaycan musiqisilə bağlı məruzələrlə çıxış etmiş, vətəninin mənəvi sərvətlə-
rini tanıtmağa çalışmışdır. 
Elmi  yeniliyi.  Azərbaycanda  Mustafa  Haqqı  Türkəqulun  Hüseyn  Cavidlə 
bağlı tədqiqatı araşdırılsa da, xalq musiqisinin öyrənilməsi istiqamətində fəaliy-
yəti ilk dəfə bu məqalədə təhlilə cəlb edilmişdir. 
Tətbiqi  əhəmiyyəti.  Məqalədən  ali  və  orta  məktəblərdə  həm  mühacirət 
folklorşünaslarının fəaliyyətinin, həm də xalq mahnılarının tədrisi zamanı, həm-
çinin Azərbaycan musiqisinin inkişaf tarixilə bağlı tədqiqatlarda mənbə kimi is-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə