Dədə Qorqud ● 2015/I I 40
период «железной завесы» советской власти. Так, в его исследованиях проанализировано
создание азербайджанских народных песен и танцев, их своеобразные свойства.
В своих исследованиях М.Х.Тюркегул анализировал историю азербайджанской
музыки, и освещал деятельность Абдулгадира Марагалы и Узеира Гаджибекова в данной
области. Кроме того, он представил сведения о предвзятом отношении к музыке в
советское время, как и к прочим областям народного творчества, и затрагивал песни,
преданные забвению.
Необходимо отметить, что в исследованиях М.Х.Тюркегула говорится также о
мифах и легендах, созданных в связи в песнями, танцами и музыкальными
инструментами.
В статье анализируются исследования М.Х.Тюркегула, связанные с турецко-
азербайджанской музыкой.
Ключевые слова: азербайджанская музыка, танцы, народные песни, советское
время.
Məsələnin qoyuluşu. Məqalədə Azərbaycanın istiqlalının itirilməsindən
sonra mühacirətə getmək məcburiyyətində qalsa da, Türkiyədə mübarizəsini da-
vam etdirən Mustafa Haqqı Türkəqulun elmi-nəzəri irsi təhlilə cəlb edilmişdir.
İşin məqsədi. Mustafa Haqqı Türkəqulun Azərbaycan musiqisi ilə bağlı
tədqiqatlarını tanıtdırmaq və xalq mahnılarının təbliği istiqamətində mühacir zi-
yalıların fəaliyyətini işıqlandırmaqdır.
Xalq musiqisi mühacirət folklorşünaslığının nəzərdə saxladığı mövzular-
dan biridir. Türk xalqlarının musiqi mədəniyyətinin qədimliyi və zənginliyi ilə
bağlı Azərbaycan mühacirət folklorşünaslarının çox maraqlı və maraqlı olduğu
qədər düşündürücü tədqiqatları vardır. Belə ki, M.Ə.Rəsulzadənin, Ə.Cəfəroğ-
lunun, M.H.Türkəqulun, X.Aslanın, Ə.Özərin və başqalarının Azərbaycan mu-
siqi sənəti və xalq mahnıları ilə bağlı araşdırmaları vardır. Mühacirət mətbuatın-
da mahnı mətnləri, bəzən də onların musiqisini təbliğ etmək üçün notları ilə bir-
likdə nəşr edilmişdir (9).
Qeyd etmək lazımdır ki, “Cahan ədəbiyyatında türk qopuzu” (2) tədqiqa-
tında Əhməd Cəfəroğlu türk milli musiqisinin tarixi inkişafı ilə bağlı məlumat
vermiş, hətta bir miniatürə əsasən qədim dövrlərdə uyğur türklərinin müxtəlif
musiqi alətlərinin və orkestrinin olması qənaətini bildirmişdir.
Azərbaycan musiqisinin ən qədim izlərini xalq mahnılarının həm mətninə,
həm də melodiyalarına əsasən müəyyənləşdirmək mümkündür. Bu istiqamətdə
çox əhəmiyyətli bir fakta M.Ə.Rəsulzadənin yaradıcılığında təsadüf edilməkdə-
dir. O, 1928-ci ildə İstanbulda çap etdirdiyi “Qafqazya türkləri” adlı tarixi-siyasi
tədqiqatının “Tarixə bir baxış” adlı ilk bölümündə “Kitabi-Dədə Qorqud” das-
tanlarının mötəbər tədqiqatçılarından olan Mehmet Fuad Köprülüzadə tərəfindən
irəli sürülən eposun “mövzu etibarı ilə Azərbaycan sahəsinə aid olması” fikrinin
düzgünlüyünü sübut etmək üçün şifahi ədəbiyyatın bu gün də azərbaycanlılar
arasında yayılmış olan bir janrına – xalq mahnılarına diqqət yetirməyi lazım bil-
mişdir. Belə ki, eposun “Qambürənin oğlu Bamsı Beyrək boyu”nun qəhrəmanını
Dədə Qorqud ● 2015/I I 41
xatırladan M.Ə.Rəsulzadə yazmışdır: “Dədə Qorqud” qəhrəmanlarından biri-
sinin eşqinin dərəcəsini göstərmək üçün sevdiyi qıza “bir öpüb üç dişlədiyi”n-
dən (Əslində eposda ifadə “üç öpüb bir dişləmək” (3, 318, 336) şəklindədir –
A.H.) bəhs olunur. Bu “miqyas” müasir azəri xalq ədəbiyyatında hələ qullan-
maqdadır” (5, 9).
Maraqlıdır ki, M.Ə.Rəsulzadə fikrini oxucusuna daha aydın ifadə etmək
üçün xüsusi olaraq çıxarışda “İrəvanda xal qalmadı” mahnısından:
İrəvanda mən işlərəm,
Xəncərimi gümüşlərəm,
Bir öpər, üç dişlərəm, –
misralarını xatırlamışdır (5, 9).
M.Ə.Rəsulzadənin diqqət yetirdiyi bu fakt, bir tərəfdən, “Dədə Qorqud”un
Azərbaycan sahəsinə aidliyi məsələsini təsdiqləyirsə, digər tərəfdən, bu gün belə
dillər əzbəri olan bir mahnıda yaşayan tarixi əks etdirir. Xüsusən son dövrlərdə
həmin mahnını Xan Şuşinskinin adı ilə bağlamaq üçün başqa əhvalatlar uyduru-
lur. Bu da cox qədim bir mahnının tarixini xeyli cavanlaşdırmaqla yanaşı, İrə-
vanda hələ Dədə Qorqud zamanından türk etnoslarının varlığını ortaya qoya
biləcək bir faktın da üzərinə kölgə salmış olur.
Yeri gəlmişkən, sovet dövründən başlayaraq, indinin özündə də bu mah-
nının ifaçıları onu oxuyarkən, bilərəkdən, ya bilməyərək son misranı ixtisar edir-
lər ki, bu da yolverilməzdir. Əvvala, mahnı özünün ifadə zənginliyini və forma
xüsusiyyətlərini, yəni həm daxili, həm zahiri gözəlliyini itirir, ikincisi isə məhz
“Dədə Qorqud”la bağlılığını qeyb edir. Yəqin ki, elə bu mahnı da sosialist sen-
zura sisteminin qəzəbinə tuş gələndən sonra bu cür ifa edildiyindən müasir döv-
rümüzdə artıq, demək olar ki, son misra unudulmuşdur. Lakin M.Ə.Rəsulzadə-
nin yuxarıda bəhs etdiyimiz mülahizələrinə bələd olduqdan sonra bir daha əmin
oluruq ki, xatırlanan həmin misraya yenidən həyat vermək çox vacibdir, yoxsa
tarixin bir izi də səhlənkarlıq ucbatından belə silinəcəkdir. Bundan başqa,
P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyində bu mahnı “Yere-
vanda xal qalmadı” (1, 158) adı ilə təqdim edilmişdir ki, bu da sosialist sistemi-
nin məcburiyyətindən meydana gələn xəta kimi dəyərləndirilməlidir.
Azərbaycan musiqisilə bağlı mühacirətdə ən çox araşdırma aparanlardan
biri Mustafa Haqqı Türkəqul olmuşdur. Onun 1953-cü ildə “Azərbaycan” (An-
kara) dərgisinin bir neçə sayında “Azərbaycan musiqisi” adlı tədqiqatı dərc edil-
mişdir. Dərgidə verilən izahatdan aydın olur ki, bu məqalə M.H.Türkəqulun An-
kara Xalq Evində keçirilən konfransda etdiyi məruzə əsasında hazırlanmışdır.
Türkəqul çıxışına musiqinin xalqların varlığındakı dəyərini izah etməklə baş-
lamış, fikrini Pifaqorun, Əflatunun, Russonun, ingilislərin və başqalarının söylə-
diyi aforizmlərlə sübut etməyə çalışmışdır. Belə ki, Əflatunun “İdman bədən
üçün nədirsə, musiqi insan ruhu üçün odur”, Pifaqora görə, “Musiqi bir-birinə
bənzəməyən müxtəlif səslərdən meydana gələn bir konsertdir” və ya C.Cabbar-
Dostları ilə paylaş: |